Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3784/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İlk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə müvəqqəti olaraq istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2013/2019 saylı, xx xxx 2019-ci il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlarla birgə yaşayan xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 71 A saylı bir otaqlı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1, övladları yetkinlik yaşına çatanadək, ünvan 1, mənzil 71A ünvanından müvəqqəti istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh1 qarşı iddia tələblərindən imtina etdiyini bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh1 aid hissədə iddiadan imtinası qəbul edilmiş və hazırkı mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2013/2019 saylı, xx xxx 2019-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edərək və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10889/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2013/2019 saylı, xx xxx 2019-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia tələbi üzrə Cavabdeh2 apelyasiya şikayəti verərək qətnaməni qismən ləğv edib qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia tələbi üzrə Cavabdeh2 ərizə təqdim edərək şikayətdən imtina etdiyini və apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İlk iddia tələbi üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri məhkəmə bildirişi göndərilsə də, iclasda iştirak etməmişdir. Kollegiya işə ilk iddia üzrə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia tələbi üzrə Cavabdeh2 apelyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından ilk iddia tələbi üzrə Cavabdeh2 apelyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 369 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: İlk iddia tələbi üzrə Cavabdeh2 apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-3784/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3784/2020
24.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver