Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3785/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1834/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh və hədiyyə alan qismində İddiaçı BOKT QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzili İddiaçı BOKT QSC-yə bağışlamışdır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
3. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzil ünvanında qeydiyyatda olan heç bir şəxs yoxdur.
4. İş materiallarında olan İddiaçı BOKT QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzilin boşaldılması və mənzildən çıxarılma barədə xəbərdar olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ üzrə İddiaçı BOKT QSC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzilin boşaldılması və mənzilin qanuni mülkiyyətçisi olan İddiaçı BOKT QSC-yə təhvil verilməsi barədə, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 154, M9, m1) ünvanında yerləşən, ümumi sahəsi 136.2 kv.m. olan mənzil İddiaçı QSC-yə bağışlanmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********53-05301- 091001 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin həmin mənzilin üzərindəki mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh (hədiyyə verən) sözügedən məzili iddiaçıya (hədiyyə alana) təhvil verməmişdir və bu günə kimi həmin əmlakdan istifadə etməkdədir. Cavabdehlə mənzilin İddiaçı QSCyə təhvil verilməsi barədə uzun müddət ərzində şifahi danışıqlar aparılmış, cavabdeh ayrıayrı vaxtlarda bir neçə dəfə həmin mənzili təhvil verəcəyini bildirsə də, verdiyi sözə əməl etməmişdir. Buna görə də İddiaçı QSC cavabdehə 09 yanvar 2024-cü il tarixli, 13-7/2-3xx/xx/2024 nömrəli rəsmi xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2024- cü il tarixli cavab məktubu ilə cavabdeh həmin mənzili fevral ayının 20-nə kimi təhvil verəcəyini bildirmişdir. Buna baxmayaraq mənzil hələ də İddiaçı QSC-yə təhvil verilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri haqqında arayışdan, həmçinin Cavabdeh məktubundan görünür ki, cavabdeh ünvan 3 ünvanda yaşayır. DİN-in ******* və ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 154, M9, m1) ünvanında qeydiyyatda heç bir şəxs yoxdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1834/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı” qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan əmlakı iddiaçıya bağışlayır, lakin mənzili verməkdən imtina edir. Məhkəmə tərəfindən isə bunun səbəbləri araşdırılmadan və bağışlama müqaviləsinin qanuna uyğun bağlanmasını araşdırmadan iddianı təmin etmişdir. Məhkəmə isə yalnızmənzilin iddiaçının mülkiyyətində olmasını əsas gətirərək iddianı təmin etmiş, lakin tərəflər arasında mövcud olan münasibətləri nəzərə almamışdır. İddiaçı mənzilin nəyə görə ona bağışlanması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin mübahisə olunmayan halları bundan ibarətdir ki, cavabdeh mənzili bağışlasa da, mənzili iddiaçıya təhvil verməmişdir. Buna da səbəb iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi olmuşdur. Məhkəmə isə bütün bunları və gələcəkdə baş verə biləcək neqativ halları nəzəzə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmənin iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
14. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
19. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun
21. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
22. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;
23. 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1834/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
37. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
39. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 37 (Yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11) ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m. olan mənzil Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan mənzildə yaşayır.
40. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
41. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
42. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
43. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.
44. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
45. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.
47. Kollegiya qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, mübahisələndirilən mənzilə dair etibarlılığı şübhə doğurmayan çıxarış mövcuddur. Çıxarışa əsasən mübahisələndirilən əlakın mülkiyyətçisi iddiaçıdır. Əmlakın iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən bağışlanma yolu ilə verilməsi apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, bağışlama müqaviləsinə uyğun olaraq cavabedehin öhdəliyini yerinə yetirməməsi əmlakın bağışlanması ilə bağlı tərəflər arasında münasibətin yaranmaması demək deyil.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1834/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.