Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3792/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(009)-284/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 03 avqust 2021-ci il tarixli, 851 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 03 avqust 2021-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsini, həmçinin cavabdehdən 3000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Laçın rayonunun Qarakeçdi kəndində doğulmuş, 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüşlər. 1991-1993-cü illərdə könüllü olaraq cəbhəyə getmiş, Qarabağ və ətraf rayonlarda gedən döyüşlərdə mərdliklə iştirak etmişdir. 2010-cu il tarixdən xx.xx.2020-ci ilədək ARDNŞ-nin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi işləmişdir. Həmin müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrlərini vaxtında və layiqincə yerinə yetirməklə rəğbət qazanmışdır. Sonuncu rəhbərlik tərəfindən ona işdən azad olunması ilə bağlı ərizə yazması bildirilmişdir. O, səbəbini bilmək istədikdə işçi çox olduğu və onların işçiyə ehtiyaclarının olmadığını bildirmişlər. O, isə onun bir övladının Qarabağ müharibəsi iştirakçısı, digərinin isə tələbə olduğunu, həyat yoldaşının isə 2-ci qrup əlil olduğunu bildirmişdir. Onun ailəsi az təminatlı ailədir, heç bir yerdən gəlirləri yoxdur, evdə tək pul qazanan odur. Belə ki, xx.xx.2021-ci il tarixdə onu çağırıb işdən çıxarma barədə əmri ona təqdim etmişlər. Sonradan işə bərpa olunmaq istəsə də, artıq o, işdən azad olunduğundan onu işə bərpa etməkdən imtina etmişlər. İş üçün müraciət etdiyi yerlərdə ondan əmək kitabçasını tələb etmişlər. Məhz cavabdehin onu öz işinə bərpa etməkdən imtinası, qanunsuz olaraq onu işdən azad etməsi nəticəsində ağır maddi çətinliklərlə məruz qalmışdır. Onu da qeyd edir ki, o, xx.xx.2021-ci il tarixdə Mediasiya Xidmətinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə mediasiya iclası keçirilmiş xx.xx.2021-ci il tarixdə arayış verilmişdir. O, sənədlərini iddia ərizəsinə qoşaraq Xəzər Rayon Məhkəməsinə ünvanlamış, məhkəmə aidiyyatı düz olmadığı üçün iş geri qaytarmış, xx.xx.2021-ci il tarixdə sənədləri rəsmi qaydada məhkəmədən almışdır. Hesab edir ki, onun işdən azad olunmağı barədə əmr tam qanunsuzdur, əmək qanunvericiliyinin normalarının kobudcasına pozulması ilə qəbul edilmiş və buna görə də, ləğv olunmalıdır. Belə ki, məhz cavabdehin qanunsuz sərəncamı ilə işdən azad olunmağı nəticəsində işsizdir, öhdəsində 4 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olaraq ağır maddi durumdadır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(009)-284/2022 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin olunmuş, İddiaçı barəsində olan Cavabdeh xx.xx.2021-ci il tarixli 851 saylı əmrinin ləğv olunması, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün xx.xx.2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, qanunvericiliyin tələblərinin pozulmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işçilərin sayının azaldılması bağlı xəbərdarlıq bildirişi iddiaçıya şəxsən deyil, ünvanına poçt vasitəsilə göndərilmişdir. Bildiriş yanvar ayında tərtib olunmuş, iddiaçıya 9 həftə, yəni mart ayının 29-dək vaxt verilmişdir. Lakin, müəyyən səbəblərdən həmin tarixdə əmr verilməmişdir. Çünki, həmin dövrdə ağır pandemiya şəraiti idi. İddiaçı imtahandan daha az bal toplamış, keçid balını yığa bilməmişdir. Hesab edir ki, bütün hallar nəzərə alınmış, cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyniməzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işçilərin sayının azaldılması bağlı ona rəsmi qaydada hər hansı xəbərdarlıq bildirişi təqdim olunmamış, yalnız iyun ayının ortaları şifahi olaraq işə gəlməməsini demişlər. Bundan sonra o, xəstələnmiş avqust ayında isə onun barəsində ixtisar olunması ilə bağlı əmr vermişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işə qəbul olunmuşdur. İşdə olan SOCAR-ın “boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi” haqqında xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, “Azneft” İB-nə (Ş.Hüseynov), X5 Trestinə (Ə.Həsənov), Geofizika və Geologiya idarəsinə (E.Şirinov) və Nəqliyyat İdarəsinə (E.Zülfüqarov) və bu müəssisələrə xidmət göstərən SOCAR-ın digər qurumlarına tapşırılmışdır ki, “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, cari ilin may ayının 1-dən fəaliyyəti dayandırılmış aşağıdakı yataqların idarə edən təşkilat və struktur bölmələrinə, eləcə də onlara xidmət göstərən SOCAR-ın strukturuna daxil olan digər servis müəssisələrinin aidiyyəti departament, bölüm və istehsalat sahələri üzrə boşdayanma yaranacaq vəzifələrin siyahısı sahə üzrə vitseprezidentlə razılaşdırılaraq SOCAR Baş ofisinin insan Resursları Departamentinə təqdim edilməsi, - Bibiheybət; - Lökbatan-Puta-Quşxana; - Şabandağ-Şubam-Yasamal-Atəşgah; - Korgöz- Qızıltəpə-Şonqar; Qaradağ (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); - Qalmaz (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); - Umbaki; - Tərsdəllər; - Qala; - Buzovna-Maştağa; - Siyəzən monoklinalı; Həmin müəssisələrdə başqa işə keçirilmə və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması, həmin müəssisələrdə kənardan işə qəbul, başqa işə keçirilmə (SOCAR daxili normativ sənədlərin tələbləri nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə uyğun işçilərin yerləşdirilməsi, yüksək və çox yüksək əhəmiyyətli vəzifələrə və xx.xx.2010-cu il tarixli 72 nömrəli əmri ilə təsdiqlənmiş 4 nömrəli əlavədə göstərilən vəzifələr üzrə işçilərin vəzifəyə təyin olunması istisna olmaqla) və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması və yalnız istehsalat zərurəti olduğu hallarda bu əmrin 3.3-cü yarımbəndinə uyğun olaraq tədbirlərin görülməsi (xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00157 əmri ilə təsdiq edilmiş dəyişiklik), qiymətləndirmə dövründə Baş ofis İRD ilə razılaşdırılmaqla işçilərin məşğulluğunun təmin olunması üçün müəssisə tərəfindən müvafiq daxili təlimlər (mentorluq proqramları, İnkişaf planları) həyata keçirilməsi, “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqram təsdiq edilməsi, SOCAR-ın Baş Ofisinin insan Resursları Departamentinə (A.Bəkirli) tapşırıldı ki, SOCAR-ın aidiyyəti qurumları ilə birlikdə boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərin dairəsinin müəyyən edilməsi, onların “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun müəyyən edilməsi üzrə” Proqramda iştirakı təşkil edilsin və həmin proqramı müvəffəqiyyətlə keçmiş işçilərin yerləşdirilməsi üçün tədbirlər görülməsi, proqramdan müvəffəqiyyətlə keçə bilməmiş işçilərin qanunvericilik və SOCAR-ın daxili normativ sənədləri ilə müəyyən olunmuş digər proqram və qaydalara qoşulmaları üçün aidiyyəti işəgötürənlərə lazımi təkliflər verilməsi, SOCAR üzrə yaranan vakant yerlərə ilk növbədə-boşdayanmada olan işçilərin yerləşdirilməsi ilə bağlı tədbirlər görülməsi, SOCAR üzrə İRD-yə müvafiq qaydada təqdim olunmuş vakant yerlərin komplektləşdirilməsində boşdayanmada olan və sərbəstləşən işçilərin də iştirakını təmin etmək üçün ilk növbədə şirkətdaxili vakansiyaların elan edilməsi və onların müsabiqələrə cəlb edilməsi üçün tədbirlər görülməsi (xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00157 əmri ilə təsdiq edilmiş dəyişiklik), bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrin 1-ci bəndinə uyğun olaraq fəaliyyəti dayandırılmış yataqlar və bu yataqlara xidmət göstərən servis müəssisələrinin mövcud infrastrukturunun saxlanması üçün tələb olunan işçi heyəti nəzərə alınmaqla, digər işçilərin məşğulluğu “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramı, eləcə də bu əmrlə müəyyən edilmiş digər proqram və qaydalara uyğun olaraq təmin edilməsi, SOCAR üzrə qanunvericiliklə nəzərdə tutulan təqaüd yaşına çatacaq və güzəştli şərtlərə əsasən təqaüd alan işçilərin işdən azad olunmasının stimullaşdırılması istiqamətində təkliflər hazırlanması əmr edilmişdir. SOCARın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqram və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli əmrqərarının müddəaları boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərə şamil edilir. SOCAR-ın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq üçün müraciət etmə müddəti bu əmrin qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra, həmin proqramın tətbiq olunma olma müddəti isə müraciət etmə müddətinin bitdiyi vaxtdan 2022ci ilin aprel ayınadək müəyyən edilməsi, əmrin icrasına nəzarət SOCAR Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X.Məmmədova, İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova və Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitseprezidenti D.İskəndərova həvalə edilmişdir. İşdə olan SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, “Azneft” İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “Neft Daşları”, “28 May”, N.Nərimanov adına, “Abşeronneft”, H.Z.Tağıyev adına, Ə.C.Əmirov adına, “Bibiheybətneft”, “Siyəzənneft” Neft və Qazçıxarma İdarələrinin, X2 İdarəsinin, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə X1, Dalğıc Xidməti, X4 İdarələri adları saxlanılmaqla, kadr, maliyyə, təchizat və digər qeyri-istehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında müvafiq istehsalat qurumları yaradılması, 2.3 və 5 saylı texnoloji nəqliyyat departamentləri kadr, maliyyə, təchizat və digər qeyri-istehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında 1 və 2 saylı Nəqliyyat idarələri yaradılması, “Azneft” İB-nin bu əmrə əlavədə verilmiş yeni idarəetmə strukturu təsdiq edilməsi, bu əmrlə müəyyən edilmiş struktur dəyişiklikləri qüvvədə olan qanunvericiliyə və SOCARSS-003.2013 standart sənədinə uyğun olaraq aparılması, “Azneft” İB-yə (Ş.Hüseynov) tapşırılması, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin bu əmrin qüvvəyə minmə tarixinə olan debitor və kreditor borclarının, hüquq və öhdəliklərinin təhvil aktına uyğun “Azneft” İB-yə müvafiq qaydada ötürülməsi təmin edilməsi, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrində çalışan işçilərin əmək münasibətlərinin davam etdirilməsi imkanları araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, SOCAR-ın daxili normativ sənədlərinə və müqavilə münasibətlərinə uyğun olaraq tədbirlər görülməsi, SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti (İnsan Resursları Departamenti) ilə birlikdə “Azneft” İB üzrə aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin SOCAR-ın 24 iyun 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli “Boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi haqqında” əmri ilə təsdiq edilmiş “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramına uyğun olaraq SOCAR-ın digər müəssisə və təşkilatlarında yerləşdirilməsi, bu mümkün olmayan hallarda isə SOCAR-da tətbiq olunan digər proqram və təminatlara qoşulması ilə bağlı təkliflər verilməsi, SOCAR-ın Baş ofisinin İqtisadiyyat və Uçot İdarəsi ilə birlikdə bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin, o cümlədən “Azneft” İB-nin idarəetmə aparatının ştat və işçi sayı, eləcə də “Azneft” İB-nin gəlir və xərclər smetası barədə təkliflərin “Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya”sına (Komissiya) 7 (yeddi) gün müddətində təqdim edilməsinin təmin edilməsi, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin təsis sənədlərinin əsl nüsxələrinin SOCAR-ın Baş ofisinin Hüquq İdarəsinə (Hüquq İdarəsi) təhvil verilməsi təmin edilməsi, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi ilə birlikdə bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinə məxsus sənədlərin arxivləşdirilməsi və qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində saxlanılması təmin edilməsi, bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrə və SOCAR-ın digər daxili normativ sənədlərinə uyğun olaraq “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin strukturuna, ştat cədvəllərinə və buna uyğun olaraq işçilərin optimal sayına yenidən baxılması və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, İnsan Resursları Departamentinə (A.Bəkirli) bu əmrin 5.2-ci və 5.3-cü bəndlərinin icrasından irəli gələn məsələlərlə bağlı “Azneft” İB-yə lazımi köməkliyin göstərilməsinin təmin edilməsi, Hüquq İdarəsinə (E.Orucov) tapşırılsın ki, bu əmrə uyğun olaraq struktur dəyişikliyi ilə əlaqədar olaraq, lazımi hüquqi dəstəyin göstərilməsi təmin edilməsi bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrin icrasına nəzarət SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti D.İskəndərova həvalə edilməsi əmr edilmişdir. İşdə olan SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında məktubdan görünür ki, SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün o, bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılıqları olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. Həmçinin, ARDNŞ və ANQSİHİRK-in 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən, o, orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə və ya “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşula bilər. İşdə olan SOCAR-ın Cavabdeh tərəfindən Həmkarlar İttifaqına ünvanlanmış 09 aprel 2021-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın Cavabdeh strukturunun optimallaşdırılması” haqqındakı 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar işçilərə “işçilərin sayının azaldılması haqqında” bildiriş vərəqələri paylanılmışdır. Yuxarıda göstərilənlərə əsasən bildiriş vərəqələrini almaqdan imtina etmiş qoşmada adları olan işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən münasibət bildirməyi xahiş olunmuşdur. İşdə olan SOCAR-ın Cavabdeh tərəfindən verilmiş arayışdan görünür ki, SOCAR-ın 01 sentyabr 2020-ci il tarixli, SOCAR**********00040020A00135 nömrəli Cavabdeh strukturunun optimallaşdırılması haqqında” əmrinə və həmin əmrə dəyişiklik edilməsi barədə 08 aprel 2021-ci il tarixli, SOCAR**********00040020A00042 nömrəli əmrinə əsasən “Azneft” İB-nin strukturu yenidən təşkil edilmiş, işçilərin yeni ştat cədvəlinə uyğun səmərəli yerləşdirilməsi məqsədi ilə qiymətləndirilmə prosesi şirkətin müvafiq əmri əsasında qüvvədə olan qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq reytinq formalaşdırılmışdır. Reytinq siyahısına əsasən H.Z.Tağıyev adına NQÇİ-nin 24 nəfər quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi bidirişə düşüb. Onlardan 3 nəfəri 5 misli alıb, 4 nəfəri başqa idarələrdə işlə təmin olunub, 1 nəfəri rəhmətə gedib və digərləri isə topladığı ballara əsasən idarədə boş vakant yer yarandıqca yerləşdirilib. Hal-hazırda bildirişdə qalan işçimiz yoxdur. İşdə olan Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 19 may 2021-ci il tarixli iclasının 07-k saylı protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələlərdən biri də «işçilərin sayının azaldılması haqqında» H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəisinin SOCAR**********630350094X0003 nömrəli xx.xx.2021-ci il tarixli məktubu müzakirə olmuşdur. İclasın qərarı ilə həmçinin həmin məktuba müsbət rəy verilməsi də qərara alınmışdır. İşdə olan Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, H.Z.Tağıyev adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İşdə olan Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.2, 4.3, 4.4-ci bəndlərinin məzmununa əsasən işçiyə əmək funksiyalarını yerinə yetirərkən iş şaritindən, əmək göstəricilərindən və əmək stajından asılı olaraq faktiki işlənmiş iş vaxtına görə həmin bənddə nəzərdə tutulan hallar üzrə hər ay əlavə ödəniş hesablanır. Əlavə ödəmələr qüvvədə olan Qanunvericiliyə və təsdiq edilmiş müvafiq «Əsasnamə»lərə uyğun olaraq həyata keçirilir. Əmək haqqı ayda bir dəfə ödənilir. Təsdiq olunmuş «Əsasnamə»yə müvafiq olaraq işçinin tarif (vəzifə) maaşının məbləği 25%-ə qədər azaldıla bilər. İşdə olan Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1, 9.2-ci bəndlərinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələridə nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı ilə “H.Z.Tağıyev” adına NQÇİ arasında xx.xx.2010-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işə başlamışdır. SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulduğu üçün SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında məktub ünvanlanmış, məktubda onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəyi göstərilmiş və bununla bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqları və təminatları sadalanmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün xx.xx.2021-ci tarixli məktubla müraciət edilmiş, “H.Z.Tağıyev” adına NQÇİ-nin X3 heyəti iclasının xx.xx.2021-ci il tarixli protokulu ilə “H.Z.Tağıyev” adına NQÇİ-nin müraciətinə baxılaraq onun da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və Cavabdeh “H.Z.Tağıyev” adına NQÇİ-nin SOCAR**********00070020B00051 saylı xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə barpa ediməsini və s. tələb edir. Cavabdeh tərəf isə iddiaçının ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatının ixtisar edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. ƏM-nin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. İşdə olan sübutlardan (əmr, xəbərdarlıq, protokol və s.) aydın olur ki, SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulması səbəbi ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcək ştatların sayının azaldılması haqqında məktub xx.xx.2021-ci il tarixdə ünvanlanmışdır. Qanunvericiliyin tələblərinin məzmununa əsasən bu müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində iddiaçıya hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün onun bir iş günü əmək funksiyasının icrasından azad edilə bilməsi, əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılığı olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı bu müddət ərzində işəgötürən sözügedən xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmalı və xəbərdarlıq müddətinin sonunda, yəni bildiriş məktubunda göstərildiyi kimi 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməli idi. Lakin işin materiallarından görünür ki, SOCAR-ın Cavabdeh tərəfindən Həmkarlar İttifaqına müvafiq məktub 09 aprel 2021-ci il tarixdə, yəni xəbərdarlıq məktubundan 2 ay yarım müddətdən sonra ünvanlanmış, Həmkarlar İttifaqı Komitəsi tərəfindən isə 19 may 2021-ci il tarixli iclasının 07-k saylı protokolundan çıxarışından göründüyü kimi «işçilərin sayının azaldılması haqqında» H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəisinin SOCAR**********630350094X0003 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna müsbət rəy verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə verilmiş xəbərdarlıq məktubunun müddəti bitdikdən sonra 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi il əlaqədar xitam verilməsi barədə əmr qəbul edilmədiyi üçün sözügedən xəbərdarlıq məktubu sonuncu qeyd edilən müddətdən sonra artıq hüquqi qüvvəyə malik olmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, xəbərdarıq məktubunun göndərilməsinə baxmayaraq iddiaçı ilə əmək münasibətləri xx.xx.2021-ci il tarixə kimi davam etmişdir. İddiaçı xəbərdarlıq məktubunu almamasını, ondan ümumiyyətlə məlumatlı olmamasını bildirmiş, cavabdeh isə xəbərdarlığın iddiaçıya rəsmi qaydada təqdim olması ilə bağlı məhkəməyə sübut təqdim təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması nəticəsinə gəlir. Bunnula yanaşı, cavbadeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq 2 aylıq xəbərdarlıq müddətində (xx.xx.2021-ci il tarixədək) iddiaçının barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmamış, iddiaçı ilə xx.xx.2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsinə razılıq almamış və yuxarıda qeyd edildiyi kimi müddətin sonunda əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı sözügedən məktubun daxil olduğu gündən (xx.xx.2021-ci il) ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. (ƏM-nin 80.2-ci maddəsi) Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən həm əmək qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərinə, həm də tərəflər arasında əmək müqaviləsinin 9.1-ci bəndinin tələblərinə ciddi əməl edilməmişdir. Bu prosedur qaydalarının pozuntusu iddiaçının işdən çıxarılması üçün xəbərdarlıq müddəti bitəndən 4 ay sonra işdən çıxarılması, xəbərdarlıq müddətində deyil, onun bitməsindən 10 gün sonra Həmkarlar İttifaqına müvafiq təqdimat verilməsi, xəbərdarlıq veriləndən 2 ay yarım sonra həmkarlardan razılıq alınması üçün müraciət edilməsi, bu razılığın isə Həmkarlar İttifaqına məktubun daxil olduğu gündən 10 gündən gec verilməsi, sonuncunun razılığından da 2 ay yarım sonra əmək müqaviləsininə xitam verilməsi barədə əmr verilməsində özünü ifadə edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının bildirdiyi kimi onun təxminən 16 iyun 2021-ci il tarixdən xəstələndiyi üçün bülletenə çıxması həmin tarixədək (16 iyun 2021-ci il) prosedur qaydalarının artıq pozulmasının mövcudluğu halını aradan qaldırmır. Qeyd edilməlidir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır. Qərarda göstərilmişdir ki, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Qeyd edilməlidir ki, əmək müqavilələrini qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Beləliklə, cavabdeh etirazının əsasını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları, həmçinin mübahisələndirilən əmrin qanuniliyini əsaslandıra və sübut edə bilməmişdir. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(009)-284/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(009)- 284/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3792/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3792/2022
05.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver