Məhkəmə qərarları › İş №2(103)-3792/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3792/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3792/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Xəzər rayonun Mərdəkan qəsəbəsində yerləşən, “24/47” nömrəli bağın 18 sot torpaq sahəsinə onunla (adından X7 imza edib) Cavabdeh3 arasında altı fevral 2022-ci ildə Bakı şəhər 15 saylı Dövlət Notariat Konturunda bağlanılmış AN-İ ******* saylı və Cavabdeh2 arasında həmin notariat Kontorunda bağlanılmış AN-İ ******* nömrəli alqı-satı müqavilələrinin ləğv edilməsi; - həmin müqavilələr əsasında daşınmaz əmlkın dövlət reyestrində 9 fevral 2022-də Cavabdeh2 və 14 fevral 2022də Cavabdeh3 adlarına aparılmış ********** və ********** nömrəli aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi; - Bakı şəhər Xəzər rayonun Mərdəkan qəsəbəsində yerləşən, "24/47” nömrəli bağın 18 sot torpaq sahəsinin cavabdehlərdən alınaraq ona qaytarılması, cavabdehlər tərəfindən torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmçinin ödədiyi 100 manat dövlət rüsumun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmiş, icraatın dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 98.2, 170.1, 255.0.5-ci maddəsinə istinadən qeyd edilmişdir ki, bu xüsusatların araşdırılması və müəyyən edilməsi bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən və həm də xüsusi tədqiq etmə metodlarının və vasitələrinin köməyi ilə araşdırıla və müəyyən edilə bilər. Buna görə də göstərilən xüsusatların araşdırılması və müəyyən edilməsi üçün iş üzrə məhkəməxəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilərək, ekspertiza rəyi alınanadək, iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh X3 şikayət vermiş və Xəzər rayon məhkəməsinin 2(003)-1419/2025 saylı xx.xx.2025-ci il qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin həmin qərardadını qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə prosesual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə işin hallarını düzgün araşdırmadan, tərəflər arasında olan mübahisənin alqı-satqı müqaviləsi ilə heç bir əlaqəsi olmadığını araşdırmadan, alqı-satqı müqaviləsindən 3 ilə yaxın müddət keçdikdən sonra hansısa kağızda olan imzanın Cavabdeh3 məhkəmə proseslərinə gəlmədən, mülki işlə tanış olmadan, imza xətt nümunəsi vermədən və ən əsası 18 sot torpağı guya qanunsuz əlindən alındığını bildirmiş şəxsin hansı səbəblərə görə laqeyd yanaşaraq 3 ilə yaxın müddət keçəndən sonra müqaviləni mübahisələndirməsini və 3 hazırlıq iclasında iştirak etmədən yalnız sonuncu baxış iclasında nümayəndəsi gələrək, Cavabdeh3 “aktdakı imza mənim deyildir" deməsinə əsaslanaraq xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardadın qəbul edilməsi mülki iş üzrə süründürməçiliyə başlıca şərait yaradan amillərdən biridir. Hansı ki, onlar dəfələrlə hazırlıq iclasında iddiaçıdan fərqli olaraq iştirak edib bildirmişlər ki, bu iddia Cavabdeh3 beyninin təfəkkürüdür və Həsənzadə İlham ilə aralarında olan torpaqla bağlı ədavətin nəticəsi olaraq torpaq üzərində sərəncam verilməsini ləngitmək niyyəti ilə verilmiş iddiadır. Belə ki, mülki işə əlavə edilmiş Ali məhkəməyə kimi qüvvədə olan iki ayrı məhkəmənin qərarlarına əsasən Cavabdeh2 mülkiyyət hüququ qorunaraq alqı satqı müqaviləsi qanuni hesab edilmiş və torpaq naturada bölünmüşdür. Məhkəmənin diqqətinə bütun bunlar haızrlıq iclaslarında çatdırılsa da, məhkəmə əsassız olaraq iddiaçının və guya cavabdeh olan Cavabdeh3 marağlarına xidmət edərək məhkəmə baxış iclasında imzanı mübahisələndirməyən iddiaçının vəsatəti ilə xətşünaslıq ekspertizası təyin edərək qərardad çıxarmışdır. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh3 arasında 50000,0 manat məbləğində pulun alınmasına dair xx.xx.2022-ci il tarixli əlyazma aktı yenidən iddia vermək üçün sonradan tərtib olunmuş aktdır. Belə ki, bu günə kimi Cabbarov X4 İlhama torpağın geri qaytarılması, ona torpağa görə hər hansı məbləğin çatmaması ilə bağlı heçbir müraciəti olmamışdır. Göründüyü kimi Cabbarov X4 İlhama satdığı 8 sot torpaq sahəsi kifayət qədər dəyəri vardır və dəyəri olan torpaq sahəsinin əlindən guya qanunsuz alınmasına narahat olmayan İddiaçı 3 ilə yaxın müddət keçəndən sonra iddianı qaldırması, bu günə kimi Həsənzadə İlhama qarşı pul və ya torpaq tələbi ilə bağlı heç bir müraciət etməməsi onun verdiyi iddianın formal olmasına dəlalət edən haldır.Cavabdeh2 qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı ilə birgə torpağı alqı-satqı edərək əldə etmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edən zaman ilk öncə araşdırmalıydı ki, həmin mübahisələndirilən aktın alqı-satqı müqaviləsinə nə aiddiyyatı var? Həmin aktda Cavabdeh3 imzasının doğru olmasının alqı-satqı müqaviləsinə nə aiddiyyatı olacaq? Onsuz da ehtimal edirlər ki, həmin akt tərəflərin iştirakı ilə sonradan yenidən iddia qaldırmaq üçün yazılmış aktdır. Belə olduğu halda həmin aktında İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin ləğvinə səbəb niyə olsun ki? Yuxarıda qeyd edilən prosessual pozuntulara görə də Xəzər rayon məhkəməsinin qərardadı ləğv edilməli işə mahiyyəti üzrə baxılaraq araşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı qərardadı ilə cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti. 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər; 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müzakirə edərək qeyd edir ki, ekspertizanın keçirilməsi ilə bağlı qərardaddan şikayət verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamış, yalnız qərardadın dayandırmaya aid hissəsindən şikayət vermək hüququ müəyyən edilmişdir. Bu hissədə də şikayətin əsasları üzrə işin dayandırılmasını istisna edən hallar müəyyən edilmir. Qeyd edilənlərə görə formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şikayət verən şəxslərin diqqətinə çatdırılmalıdır ki, şikayət sübutetmə vəzifələri ilə və tələb üzrə mahiyyətə qiymət verməklə əlaqəlidir. Sübutlara sonda qiymət verilməli, cavabdehin vəsatətində göstərilənləri (zəruri olduğu halda iddiaçı tərəfindən təqdim edilmədiyi halda) ekspert rəyi daxil olduqdan sonra da qiymətləndirilə bilər və aidiyyəti üzrə iddianın sübut edilməməsi isə müvafiq nəticələrə səbəb olur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1419/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar