Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3793/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2643/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTKya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı1 ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102.9 kv.m olan 2 otaqlı 27 nömrəli mənzilindən; Bakı şəhəri 27 saylı notariat ofisində İddiaçı2 isə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1,9-cu mərtəbədə yerləşən ümumi sahəsi 161.1 kv.m olan 3 otaqlı 54 nömrəli və ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 161 kv.m olan 3 otaqlı 1 nömrəli mənzilindən və paydan imtina etmələrinə dair ərizələrinin (əqdin) etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2643/2023 nömrəli, 02 may 2023cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya hazırki iddia tələbi ilə bağlı müvafiq Notariat kontorlarına qarşı aidiyyət qaydalarına əməl edilməklə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2643/2023 nömrəli, 10 may 2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edijməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2643/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hehab edilməsi” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh qismində "xxxx" MTK qeyd edilsə də, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddiaçı iddia ərizəsinin tələb hissəsində cavabdeh qismində qeyd etdiyi "xxxx" MTK-ya qarşı hansı tələbin yönəldiyini qeyd etməmişdir. Belə ki, iddia ərizəsi ilə etibarsız hesab edilməsi tələbi irəli sürülən paydan imtina ilə bağlı ərizələr Bakı şəhəri 19 saylı notariat ofisində və Bakı şəhəri 27 saylı notariat ofisində bağlandığından müvafiq qaydada irəli sürülmüş tələb idə "xxxx" MTK deyil müvafiq qaydada Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 27 siyfı notariat ofisinə yönəldilməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizösi Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddöiinŞə göstərilmişdir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. fŞÇ Kollegiya qeyd edir ki, cavabdehin kim olduğunu, tələbin kimə yönəldiyini məhkəmə1 deyil iddiaçı seçir ki, bu da Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş dispozitivlik prinsipindən irəli gəlir. Mülki mühakimə icraatını başlamaq və qanunla nəzərdə tutulan şərtlər daxilində sonlandırmaq iddaçının iradəsi ilə təyin edilir. Əgər cavabdeh düzgün deyildirsə, onu dəyişmək məhkəmə tərəfindən iddiaçıya təklif oluna bilər, iddiaçı cavabdehin dəyişməyəcəyi təqdidə məhkəmə iddiaya mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməlidir. Bundan əlavə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunda müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və buna görə də qanunvericiliklə müəyyən olunmuş qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin qaytarılması barədə qərar qəbul etməklə iş üzrə üzrə qəbul etdiyi qərardadla iddiaçının məhkəməyə müraciət etmək və məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarrında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, heç bir halda məhkəməyə müranət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafisinə xidmət etməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, Notariat ofisi tərəflər arasında hazırkı mübahisənin həll etmək səlahiyyətində olan orqan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkərnəsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qisrn&h ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2643/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2643/2023 nömrəli, 02 may 2023cü tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yenidəri icraata qəbul məsələsinin müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3793/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3793/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver