Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-38/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «vurulmuş zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1330/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh X1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “hazırkı razılaşma ilə işçi işəgötürənin kommersiya sirrini təşkil edən informasiyanın açıqlanmaması və(və yaxud) tərəflər arasında bağlanmış əmək müqaviləsini icra edərkən işçi tərəfindən əldə olunan işəgötürənin kontragent və müştərilərinin açıqlanmaması öhdəliyini, eləcə də müqavilənin icrası müddətində, o cümlədən onun dayandırılmasından sonra 5 il ərzində kommersiya sirrini təşkil edən informasiyanın digər məqsədlər üçün istifadə edilməməsi öhdəliyini(işəgötürənin xidməti tapşırıqları istisna olunmaqla)öz üzərinə götürür”
2. "xxxx" MMC-nin 2018-ci ilin dekabr ayında dövlət qeydiyyatından keçmiş nizamnaməsində cəmiyyətin təsisçiləri X17 və Cavabdeh, hüquqi üvanı Abşeron rayonu, Məmmədli kəndi,Yeni massiv küçəsi ev 13,mənzil 15 olduğu göstərilib.
3. Rusiyanın Moskva şəhərində yerləşən “TOTAL VOSTOK MMC (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1-ci tərəf 2-ci tərəfə 5000000(beş milyon)AVRO dəyərində mal tədarük etməyi,2-ci tərəf isə həmin malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürüb.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə onunla bağlanan “Kommersiya sirrinin açıqlanmamasına dair” və “Tam maddi məsuliyyət” haqqında müqavilələrin tələblərini kobud şəkildə pozaraq, cəmiyyətə vurduğu və audit rəyinə əsasən təsdiq edilən 563.588,46 manat məbləğində ziyanın və 1781 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiada göstərilib ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılıb və o, “Satış və Marketinq Departamenti”ndə satış nümayəndəsi vəzifəsinə təyin edilib. Bundan əlavə, həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə və “Kommersiya sirrinin açıqlanmamasına dair” müqavilə bağlanılıb. Cavabdeh Mehman Əbdürrəhmanov 2019-cu ildə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, məzuniyyət müddəti başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixindən işdən azad edilməsini xahiş edib. M.Əbdürrəhmanovun müraciətinə qanunla nəzərdə tutulmuş müddətdə baxılaraq, onun müəssisədə rəhbər vəzifə tutmasına, onunla müəssisə arasında tam maddi məsuliyyət və kommersiya sirrinin açıqlanmamasına dair müqavilələr bağlanmasına, həmçinin müəssisədə aparılan audit yoxlamalarının nəticələrinə görə onun fəaliyyətində əhəmiyyətli zərərlərə səbəb olan nöqsanlar olmasına əsaslı şübhələr olmasına görə "xxxx" MMC-nin icraçı direktorunun xx.xx.2019-cu il tarixli, AZT İR/047 saylı əmrinə əsasən X2 fəaliyyətinin yoxlanılması məqsədi ilə komissiya təşkil olunub. Yoxlama komissiyası təşkil edildiyi Cavabdeh bildirilib və komissiyanın iclaslarında iştirak etməsi üçün ona rəsmi bildiriş verilib.Yoxlama komissiya tərəfindən aparılan araşdırma nəticəsində qəbul edilən xx.xx.2019-cu il tarixli rəyə əsasən müəyyən edilib ki, M.Əbdürrəhmanov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb və həmin cəmiyyət xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Araşdırma materiallarında olan "xxxx" MMC-nin təsis sənədlərinin surətlərindən də görünür ki, X5 həmin Cəmiyyətin təsisçilərindən biridir və onun nizamnamə kapitalındakı payı 50% təşkil edir. Daha sonra M.Əbdürrəhmanov təsisçisi olduğu "xxxx" şirkətinin "xxxx" MMC ilə kontragent münasibətə daxil olmasına nail olub və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq "xxxx" MMC-nin maraqlarına zidd olaraq istifadə edib. Araşdırma zamanı komissiyanın iclasında M.Əbdürrəhmanovun belə bir əlaqəni inkar etməsinə baxmayaraq, bu əlaqə rəsmi sənədlərlə öz təsdiqini tapır. Hətta araşdırma zamanı M.Əbdürrəhmanovun fəaliyyəti dövründə "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrindən belə qanunsuz olaraq öz məqsədləri üçün istifadə etdiyi müəyyən edilib. Belə ki, M.Əbdürrəhamnov "xxxx" MMC adından “Volvo” markalı 99- JA-477/**-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün etbarnamə verib, lakin araşdırma zamanı həmin “Volvo” markalı **-JA- ***/**-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin "xxxx" MMC-yə məxsus olması müəyyən edilib. Bundan əlavə, həmin sənədin M.Əbdürrəhmanov tərəfindən tərtib edilməsi həm də onunla öz təsdiqini tapır ki, etibarnamə tərtib olunarkən mexaniki səhvə yol verilib. Belə ki, etibarnamənin yuxarı hissəsində, ingilis dili versiyasında «Aztexnika» LTD yazılıb. Bundan əlavə, “Azərsun” şirkətindən "xxxx" MMC-yə daxil olan rəsmi e-mail yazışmasından açıq-aydın görünür ki, M.Əbdürrəhmanov “intechauto.az” domenində email ünvanına sahibdir və "xxxx" MMC-də göstərdiyi fəaliyyət ilə eyni fəaliyyəti həmin şirkət vasitəsi ilə də həyata keçirib. Araşdırma materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılan xx.xx.2018-ci il tarixli müqavilədən də görünür ki, M.Əbdürrəhmanovun təsisçisi olduğu "xxxx" MMC "xxxx" MMC-nin distrubyutoru olduğu "xxxx" şirkəti ilə əlaqəyə girərək onun distrubyutoru olub, "xxxx" MMC ilə eyni bazarda rəqabət təşkil edərək eyni müştərilərə eyni məhsulların satışını təşkil edib. Bununla da "xxxx" MMC-yə əhəmiyyətli miqdarda ziyan vurub. Bundan əlavə, komissiyanın fəaliyyəti zamanı satış departamentinin texniki satış şöbəsinin sənaye avadanlıqlarının satış bölməsinin rəisi X6 və satış departamentinin məhsul satışı şöbəsinin koordinatoru X7 təqdim etdikləri rəsmi sənədlərdən bəlli olmuşdur ki, şirkətdən kontragentlərə edilən satışlara dair sənədlərdə məhsulun qiymətləri artırılaraq kontragentlərə fərqli qiymətlərlə sənəd təqdim edilib və həmin sənədlər əsasında satılan mallar kontragentlərə təhvil verilib. Sənədlərin tədqiqi zamanı komissiya üzvləri yekdilliklə bu qənaətə gəliblər ki, məhsulların satış qiymətləri müvafiq rəhbərliyin xəbəri olmadan, şirkətin proseduruna uyğun olmayan sənəd tərtib etmə yolu ilə süni şəkildə artırılıb və kontragentlərə satış qiymətindən artıq olmaqla fərqli qiymətlə təqdim edilib. Prosedura uyğun olmayan sənədlərdə Şirkət tərəfindən imzanı satış departamentinin məhsul satışı şöbəsinin koordinatoru X11 icra etdiyindən bu barədə komissiyaya izahat verməsi təklif olunub və sonuncu öz izahatında bu prosedurun M.Əbdürrəhmanov tərəfindən müəyyən edildiyini, işin belə aparılmalı olduğu barədə göstəriş aldığını və M.Əbdürrəhmanov onun birbaşa rəhbəri olduğuna görə onun göstərişini yerinə yetirdiyini bəyan edib. Göstərilən xüsusatlar bir daha onu təsdiq edir ki, M.Əbdürrəhmanov fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozub, bununla da şirkətə əhəmiyyətli zərər vurub. Bu səbəbdən yoxlama komissiyasının gəldiyi nəticəyə uyğun olaraq, M.Əbdürrəhmanovun öz xahişi ilə deyil, əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəlikləri kobud şəkildə pozduğuna görə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilib. Bununla yanaşı, yoxlama komissiyanın gəldiyi qənaətə uyğun olaraq M.Əbdürrəhmanovun fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərini pozulması nəticəsində şirkətə nə qədər zərər vurmasının müəyyən edilməsi məqsədi ilə müstəqil auditin cəlb edilməsi qərara alınıb. Cavabdeh X1 cəmiyyətdə fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nin işgüzar fəaliyyətinə vurmuş olduğu zərərin müəyyən olunması məqsədi ilə audit yoxlaması aparılıb. Təqdim edilən audit rəyinə əsasən "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri, maddi-məsul şəxs X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-yə 563.588 manat məbləğində ziyan vurduğu hesablanıb. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilib ki, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalında 50% təsis payına malikdir. İddiaçı "xxxx" ilə cavabdeh X5 arasında bağlanan xx.xx.2014cü il tarixli “kommersiya sirrinin açıqlanmamasına dair” müqavilənin 1.1-ci maddəsinə əsasən işçi işəgötürənin kommersiya sirrini təşkil edən informasiyanın açıqlanmaması və tərəflər arasında bağlanan əmək müqaviləsini icra edərkən işçi tərəfindən əldə olunan işəgötürənin kontragent və müştərilərinin adlarının açıqlanmaması öhdəliyini, eləcə də müqavilənin icrası müddətində, o cümlədən onun dayandırılmasından sonra 5 il ərzində kommersiya sirrini təşkil edən informasiyanın digər məqsədlər üçün istifadə edilməməsi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər razılaşma və müqavilənin məqsədləri üçün «İşəgötürənin kontragentləri və müştəriləri» termini altında işəgötürənin münasibətdə olduğu və gələcəkdə münasibət yaratdığı istənilən kontragent və müştərilər nəzərdə tutulur. Qeyd edilən müqavilənin 2.1-ci maddəsinə əsasən işçi ona etibar edilən və ya müqavilənin icrası ilə əlaqədar ona məlum olacaq kommersiya sirrini təşkil edən İnformasiyanı yaymamaq və bu informasiyanın digər şəxslər tərəfindən əldə və istifadə olunmasına köməklik göstərməmək öhdəliyini öz üzərinə götürür. İddiaçı "xxxx" ilə cavabdeh X5 arasında bağlanan “Tam madi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndinə əsasən işçi ona işəgötürən tərəfindən etibar edilən maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürüb. İddia ərizəsinə əlavə edilən, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, cavabdeh X1 qanunazidd hərəkətləri barədə edilən müraciətə baxılıb və məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. İddia ərizəsinə əlavə edilən audit rəyindən görünür ki, həmin rəy xx.xx.2021-ci il tarixdə tərtib edilib və cavabdeh M.Əbdürrəhmanovun "xxxx" MMC-nə vurduğu ziyanın məbləği müəyən edilib. Beləliklə, məhkəməyə müraciət üçün müddətin axımı audit rəyinin alındığı andan hesablanır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1330/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbinin təmin edilərək Cavabdeh 563.588,46 manat məbləğində vurulmuş ziyan və 1781 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X12 18 saylı,xx.xx.2022-ci il tarixli auditor rəyindən görünür ki, o, “Cavabdeh "xxxx" MMC-də fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək dövrü əhatə edən audit yoxlaması aparmışdır. Audit yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış və fasilələrlə davam etdirilərək xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Auditə təqdim olunan sənədlərin düzgünlüyünə sifarişçi məsuliyyət daşıyır. Onun vəzifəsi apardığı audit əsasında auditə təqdim olunmuş mühasibət sənədləri üzrə rəy ifadə etməkdir. O,auditi beynəlxalq audit standartlarına uyğun aparmışdır. Bu standartlar ondan etik normalara riayət etməyi və auditin planlaşdırılmasını və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir. "xxxx" MMC-nin satış şöbəsinin müdiri Cavabdeh mühərrik və sürtkü yağlarının satış dövriyyəsi terminalıının məlumatlarına(mühasibat sənədlərinə) və sistemdən çıxarışlara əsasən” aşağıdakılar müəyyən olundu: Audit olunan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə "xxxx" MMC ilə alqı-satqı aparmış alıcıların sayı 182 olmaqla orta aylıq satış 183.381.62 manat - 15 ayda cəmi satış 2.750.724.37 manat olmuşdur. Cavabdeh 50% paya sahib olduğu "xxxx" MMC fəaliyyətə başladığı xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə isə "xxxx" MMC ilə alqı-satqı aparmış alıcıların sayı 99 olmaqla orta aylıq satış 33.091.37 manat - 15 ayda cəmi satış 496.370.52 manat olmuşdur. Göründüyü kimi, müqayisə olunan ilk 15 ayla sonrakı 15 ay arasında "xxxx" MMC-nin alıcılarının sayı 182-99=83 alıcı azalmışdır.Qeyd olunan dövrdə cəmiyyətin mühərrik və sürtkü yağlarının satışından əldə olunmuş ümumi gəliri isə 2.750.724.37- 496.370.52=2.254.353.85 manat azalmışdır. Qeyd olunan məhsulların satışından cəmiyyətin 25% ümumi mənfəət əldə edəcəyi nəzərə alınsa son 15 ayda "xxxx" MMC-yə 2.254.353.85 x 25%= 563.588.46 manat zərər vurulmuşdur. Beləliklə, Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi 15 ay ərzində "xxxx" MMC mühərrik və sürtkü yağlarının satışından 563.588.46 manat az gəlir əldə etmişdir. Onun fikrincə "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri,maddi-məsul şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə 563.588.46 manat cəmiyyətə vurduğu ziyan-zərər ilkin sənədlərə uyğun olaraq onda ədalətli təsəvvür yaradır. Sərbəst auditin rəyi xx.xx.2021-ci il tarixdə eyni qüvvəyə malik üç nüsxədə tərtib olunmuşdur. Bunlardan bir nüsxəsi "xxxx" MMC-nin rəhbərliyində, bir nüsxəsi isə sərbəst auditdə saxlanılır”. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılıb və o, “Satış və Marketinq Departamenti”ndə satış nümayəndəsi vəzifəsinə təyin edilib. Həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə və “Kommersiya sirrinin açıqlanmamasına dair müqavilə” bağlanılıb. X1 cəmiyyətdə fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nin işgüzar fəaliyyətinə vurmuş olduğu zərərin müəyyən olunması məqsədi ilə audit yoxlaması aparılıb. Təqdim edilən audit rəyinə əsasən "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri, maddi-məsul şəxs X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nə 563.588 manat məbləğində ziyan vurduğu müəyyən olunub. İddiaçının nümayəndəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etsə də,məhkəmənin 24 may 2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi həmin iclasda iddianı qəbul etməmiş, lakin məhkəməyə iddia tələbinin əsaslandırıldığı halları təkzib edən hər hansı bir sübutu təqdim etməmişdir. Digər məhkəmə iclaslarında isə iştirak etməmişdir. Ona görə də məhkəmə yalnız keçirilmiş məhkəmə iclaslarında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslıdır.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil3 Tacir oğlu) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib göstərib ki, “TOTAL” yağının bazarda satılması və tədarükçüsü olması heç bir halda kommersiya sirri, kommersiya məlumatı, nou-hau ilə qorunan texnologiya ola bilməz. Əksinə bunu məhdudlaşdıran şərtlər öz-özlüyündə əhəmiyyətsiz şərtdir. Total yağının inqridiyenti və istehsal üsulu, texnologiyası kommerisya sirridir ki, bu da istehsalçı ökləyə və şirkətə aiddir. İddiaçı isə istehsalçı deyildir, sadəcə müqaviləyə əsasən həmin yağın bazarda satışı ilə məğul olub. Əgər iddiaçının rəsmi təmsilçiliyi olsa belə, iddiaçı bu hüquqların saxlanmasını, digər kontragentlə müqavilələrin bağlanması öhdəliyini istehsalçının üzərinə qoya bilərdi, cavabdehin deyil. Məhkəmə qətnaməsi ilə cavabdehin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilmişdir ki, bu da Konstitusiyaya və sahəvi qanunvericiliyə ziddir. Bundan başqa, iş üzrə qəti sübut mövcud deyil, audit rəyi mötəbər sübut hesab edilə bilməz, əldən çıxmış faydanın hesablanması mexanizmi mövcud deyil, ekzpertiza mərkəzi də ciddi sənəd olmadığına görə rəy verməkdən imtina etmişdir. Ən vacib olan hallardan biri odur ki, birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq məhkəmə ona qiymət verməmişdir ki, TOTAL mühərrik yağlarının satışı ilə cavabdeh 15 ilə yaxındır ki, məşğul olur. Əksinə iddiaçı ilə TOTAL münasibətlərinin formalaşmasına cavabdeh vəsilə olmuşdur və cavabdehin istehsalçı ilə işgüzar münasibətləri iddiaçı şirkətdə işləməsindən çox əvvəllər mövcud olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. İddiaçı "xxxx" MMC-nin (nümayəndəsi Nümayəndə) elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmənin son 3 iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 200.5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 202. 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 202.2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 204. 1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Maddə 205. 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 205.3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 206.1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, eləcə də müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, yəni iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilib. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübut təqdim edilmişdir. Bu sübut mötəbər olmadığından və ziddiyyətli olduğundan, mülki hüquq pozuntusunun tərkibini yaratmasa da cavabdehin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur.
30. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məhkəmə tərkibi 2(103)-698/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi, eyni zamanda ekspertizanın aparılmasına Azərbaycan Respublikası Auditorlar Palatasından mütəxəsisinin dəvət olunmasını qərara almışdır.
31. "xxxx" MMC-nin 19 aprel 2023-cü il tarixli auditor rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin illik maliyyə hesabatlarının düzgün aparılıb-aparılmamasını, bunun yekunu olaraq mənfəətini müəyyən etmək mümkün olmamışdır. Yekun olaraq bildirilmişdir ki, hazırki vəziyyətdə illik maliyyə hesabatlarının düzgün aparılıb-aparılmamasını və illik mənfəətlər haqqında rəy bildirmək mümkün deyil. Amma lazımi sənədlər (gəlir və xərcləri təsdiq edən sənədlər, mənfəət byannamələri) təmin edilərsə rəy bildirmək mümkün olacaqdır.
32. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 9/5966/2023 saylı, 17 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə 08 fevral 2023-cü il tarixdə 9/801 nömrəli, 25 aprel 2023-cü il tarixdə 9/2835 nömrəli ekspert vəsatəti göndərilmişdir. Həmin vəsatətdə xx.xx.2014-cü il tarixdən - xx.xx.2019-cu il tarixədək kapital qoyuluşları ilə bağlı sənədlər, xx.xx.2014-cü il tarixdən - xx.xx.2019-cu il tarixədək illik və aylıq balans və balans hesabatları, xx.xx.2014-cü il tarixdən - xx.xx.2019-cu il tarixədək aktivlər üzrə sənədlər, məlumatlar, hesabatlar və sair, X16 (ümumi cədvəl şəklində olmayan), Mənfəət vergisi Bəyannaməsi və digər vergi bəyannamələri, Kassa kitabı, Aparılmış maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı bütün mühasibat və mühasibat uçotu sənədləri (mühasibat registrləri, VHF, qaimə fakturalar, mədaxil və məxaric, müqavilələr, analitik və sintetik uçot registrləri, əmək müqavilələri, AKT-lar, dövriyyə cədvəlləri və digər sənədlər), Gəlirin əldə edilməsi ilə bağlı digər xərc sənədləri (sosial ayırmalar, kommunal xərclər və sair), Şəxsi hesab vərəqəsinin təqdim edilməsi xahiş edilmişdir. Vəsatətlərin göndərilməsinə baxmayaraq vəsatətdə qeyd edilən sənədlər tam şəkildə təqdim edilməmişdir. Belə ki, iş materiallarına satış barədə məlumatlar (cədvəllər) və vergi bəyannamələri əlavə olunmuşdur. Həmçinin qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Bildirilir ki, iş materiallarında iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, “kommersiya sirrinin açıqlanmasına dair” və “tam maddi məsuliyyət haqqında müqavilə”lərin tələblərinin pozulması nəticəsində audit rəyi ilə hesablanmış 563.588,46 manat məbləğində zərər məhkəmə mühasibat ekspertizası tədqiqatının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Belə ki, xx.xx.2017-xx.xx.2019-cu illər ərzində xalis mənfəətin azalması nəticəsində auditor X18 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli auditor”rəyində göstərilmiş 563.588,46 manat məbləğində pul vəsaiti məhkəmə-mühasibat ekspertizası tədqiqatı ilə çatışmazlıq (mənimsəmə, ziyan) hesab edilmir. Eyni zamanda, müəssisə üzrə yaranmış çatışmazlıq (mənimsəmə, ziyan) malmaterial və ya kassada olan pul çatışmazlığı nəticəsində yaranır. Lakin hazırkı iş üzrə çatışmazlıqla bağlı iddia qaldırılmamış və məhkəmə-mühasibat ekspertizası təyini haqqında qərardadda ekspert qarşısında sual qoyulmamışdır. Ona görə də bütün göstərilənləri nəzərə alaraq audit rəyi ilə hesablanmış 563.588,46 manat məbləğində zərər məhkəmə mühasibat ekspertizası tədqiqatı ilə ziyan hesab edilmədiyindən, “kommersiya sirrinin açıqlanmasına dair” və “Tam maddi məsuliyyət haqqında müqavilə”lərin tələblərinin pozulması hüquqi məsələ olduğundan eləcə də iddiaçı "xxxx" MMC-yə dəymiş ziyanın məbləğini yuxarıda qeyd olunan səbəblərdən müəyyən etmək mümkün olmadı.
33. Bundan sonra, məhkəmə tərkibi hesab edib ki, mülki iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində olarkən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Vergilər Baş İdarəsindən 2014-2020-ci illərin mənfəət vergisi bəyənnamələrinin surəti əldə edilərək, ekspertizaya göndərilsə də, müstəqil auditorun həmin sənədlərdən məlumatsız olması müəyyən olunur. Ona görə də 2(103)-698/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi, eyni zamanda ekspertizanın aparılmasına Azərbaycan Respublikası Auditorlar Palatasından mütəxəsisinin dəvət olunması qərara alınmışdır.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/8011/2023 saylı, 28 mart 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, məhkəmənin məhkəmə-mühasibat ekspertizası təyini haqqında xx.xx.2023cü il tarixli qərardadında mühasib ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İllik maliyə hesabatlarının düzgün aparılıb-aparılmaması dəqiqləşdirilməklə müəyyən edilsin ki, 2014-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayına qədər olan dövr üçün"xxxx" MMC-nin ümumi gəlirləri üzrə xalis mənfəəti nə qədər təşkil etmişdir?
2. İllik maliyə hesabatlarının düzgün aparılıb-aparılmaması dəqiqləşdirilməklə müəyyən edilsin ki, 2015-cü ilin yanvar ayından 2016-ci ilin yanvar ayına qədər olan dövr üçün"Aztexnika LTD” MMC-nin ümumi gəlirləri üzrə xalis mənfəəti nə qədər təşkil etmişdir?
3. İllik maliyə hesabatlarının düzgün aparılıb-aparılmaması dəqiqləşdirilməklə müəyyən edilsin ki, 2016-cü ilin yanvar ayından 2017-ci ilin yanvar ayına qədər olan dövr üçün "xxxx" MMC-nin ümumi gəlirləri üzrə xalis mənfəəti nə qədər təşkil etmişdir?
4. Maiiyə hesabatlarının düzgün aparılıb-aparılmaması dəqiqləşdirilməklə müəyyən edilsin ki, 2017-cü ilin yanvar ayından xx.xx.2018-ci il tarixinə qədər olan dövr üçün"Aztexnika LTD” MMC-nin ümumi gəlirləri üzrə xalis mənfəəti nə qədər təşkil etmişdir?
5. Maliyə hesabatlarının düzgün aparılıb-aparılmaması dəqiqləşdirilməklə müəyyən edilsin ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər olan dövr üçün"Aztexnika LTD” MMCnin ümumi gəlirləri üzrə xalis mənfəəti nə qədər təşkil etmişdir?
6. Maliyyə hesabatları nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixlə müqayisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər olan dövr üçün "xxxx" MMC-nin ümumi gəlirləri üzrə xalis mənfəətində hansı məbləğdə azalma olmuşdur?
7. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər olan dövr üçün X5 tərəfindən "Aztexnika LTD” MMC-yə zərər vurulmuşdurmu? -Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. -Bildirilir ki, iş materiallarında iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, “kommersiya sirrinin açıqlanmasına dair” və "tam maddi məsuliyyət haqqında müqavilələrin tələblərinin pozulması nəticəsində audit rəyi ilə hesablanmış 563.588,46 manat məbləğində zərər məhkəmə mühasibat ekspertizası tədqiqatının həll etdiyi məsələlər dairəsinə aid deyildir. -Belə ki, xx.xx.2017-xx.xx.2019-cu illər ərzində xalis mənfəətin azalması nəticəsində auditor X18 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli auditor rəyində göstərilmiş 563.588,46 manat məbləğində pul vəsaiti məhkəmə-mühasibat ekspertizası tədqiqatı ilə çatışmazlıq (mənimsəmə, ziyan) hesab edilmir. -Eyni zamanda, müəssisə üzrə yaranmış çatışmazlıq (mənimsəmə, ziyan) malmaterial və ya kassada olan pul çatışmazlığı nəticəsində yaranır. -Lakin hazırki iş üzrə çatışmazlıqla bağlı iddia qaldırılmamış və məhkəmə-mühasibat ekspertizası təyini haqqında qərardadda ekspert qarşısında sual qoyulmamışdır. -Həmçinin iş materiallarında sənədlərə əsasən (Cild 2 iş vərəqə 125-129) "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış distribyutor sazişinin şərtlərinin pozulmasına səbəb "xxxx" MMC tərəfindən maliyyə intizamının müntəzəm olaraq pozulması göstərilmişdir. -Ona görə də bütün göstərilənləri nəzərə alaraq xx.xx.2021-ci il tarixli audit rəyi ilə hesablanmış 563.588,46 manat məbləğində zərər eləcə də 12 fevral 2024-cü il tarixli Müstəqil Auditor rəyi ilə hesablanmış xalis mənfəətdə artım məhkəmə mühasibat ekspertizası tədqiqatı ilə ziyan hesab edilmədiyindən iddiaçı "Aztexnika LTD” MMC-yə dəymiş ziyanın məbləğini yuxarıda qeyd olunan səbəblərdən müəyyən etmək mümkün olmadı. Apellyasiya mərhələsində əldə edilmiş "xxxx" MMC-nin 12 fevral 2024-cü il tarixli müstəqil auditor rəyində qeyd olunmuşdur; -Audit zamanı qarşı tərəfin rəhbərliyi və məsul şəxsləri ilə görüş olmuşdur. Auditin məqsədi haqqında məlumatlar verilmiş, sənədlər tələb edilmişdir. 01 mart 2023 və 14 mart 2023 tarixlərində məktubla müraciətlər olunmuş sənədlər tələb edilmişdir, lakin məktublara cavab verilməmişdir. -28 Mart 2023 tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə mənfəət bəyannamələrinin əldə olunması üçün müraciət edilmişdir. Dövlət Vergi Xidməti 12 aprel 2023 tarixli cavabında “Kommersiya sirri haqqında” qanuna əsasən bu sənədləri məhkəmə tərəfindən birbaşa müraciət olduqda təqdim edə biləcəklərini qeyd etmişdir. -Məhkəməyə 19 aprel 2023-cü il tarixində sənədlərin əldə oluna bilmədiyi haqqında məlumat verilmişdir. Məhkəmə tərəfindən 2014-2020-ci illəri əhatə edən dövr üzrə mənfəət bəyannamələri təmin edilmişdir. -Hesab edirik ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində qismən rəy vermək üçün kifayət qədər auditor sübutu toplamaq mümkün olmuşdur.
35. "xxxx" MMC-nin 19 aprel 2023-cü il tarixli auditor rəyində qeyd olunmuşdur ki:
1. "xxxx" MMC-nin illin maliyyə hesabatlarının düzgün aparılıb aparılmamasını, müəyyən etmək mümkün olmamışdır.
2. Əldə edilən mənfəət bəyannamələrinə əsasən müəssisənin illər üzrə mənfəti aşağıdakı kimi olmuşdur: 2019-cu il üzrə cəmi gəlirləri ********.41 manat, cəmi xərcləri ********.01 manat, xalis mənfəəti 141546.40 manat. 2018-ci il üzrə cəmi gəlirləri ********.00 manat, cəmi xərcləri ********.00 manat, xalis mənfəəti 198008.00 manat. 2017-ci il üzrə cəmi gəlirləri 4917638.67 manat, cəmi xərcləri 4859916.53 manat, xalis mənfəəti 57722.14 manat. 2016-cı il üzrə cəmi gəlirləri 2258503.96 manat, cəmi xərcləri 2233184.71 manat, xalis mənfəəti 23319.25 manat. 2015-ci il üzrə cəmi gəlirləri 2467784.01 manat, cəmi xərcləri 2435049.87 manat, xalis mənfəəti 32734.14 manat. 2014-cü il üzrə cəmi gəlirləri 385488.89 manat, cəmi xərcləri 380991.47 manat, xalis mənfəəti 4497.42 manat. Yekun: Cəmi gəlirləri ********.94 manat, cəmi xərcləri ********.59 manat, xalis mənfəəti 459827.35 manat.
3. Bəyannamələr illik olduğundan dövr arası məlumatları analiz etmək mümkün deyildir.
4. Müəssisə 2016-cı ildə 25319.25 (iyirmi beş min üç yüz on doqquz manat, iyirmi beş qəpik) manat, 2017-ci ildə isə 57722.14 (əlli yeddi min yeddi yüz iyirmi iki manat, on dörd qəpik) manat xalis mənfəət əldə etmişdir. Aylıq ortalama 14148.10 (on dörd min yüz qırx səkkiz manat, on qəpik) manat olmaqla 15 aya ortalama 212221.50 (iki yüz on iki min iki yüz iyirmi bir manat, əlli qəpik) manat xalis mənfəət əldə etmişdir. Yuxarıdakı məlumatlardan da aydındır ki, müəssisənin gəlirində 2017-ci ilə müqayisədə artım vardır. Aylıq ortalama xalis mənfəətdə artım 9337.92 (doqquz min üç yüz otuz yeddi manat, qoxsan iki qəpik) manat olmuşdur. Ümumi 2017-ci ilə müqayisədə xx.xx.2018-xx.xx.2019 tarixləri arası xalis mənfəət ortalama hesablama metodu ilə 154499.36 (bir yüz əlli dörd min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) manat olmuşdur.
5. Yekun olaraq hazırki vəziyyətdə illik maliyyə hesabatlarının düzgün aparılıb aparılmaması üçün rəy bildirmək mümkün deyil, amma əldə olunan rəsmi məlumatlara əsasən istənilən məlumatların böyük bir qismi təmin edilmişdir. 36.Bundan sonra məhkəmə tərkibi belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X12 18 saylı,xx.xx.2022-ci il tarixli auditor rəyində "xxxx" MMC-nin ümumi gəlirlərinin azaldığı qeyd olunsa da, "xxxx" MMC-nin 12 fevral 2024-cü il tarixli müstəqil auditor rəyində onun gəlirlərində artım olduğu qeyd olunmuşdur. Auditor rəylərində ziddiyət olduğundan, həmçinin iddiaçının vəsatətinə əsasən, 2(103)- 105/2024 saylı, 20 may 2024-cü il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, eyni zamanda ekspertizanın aparılmasına Azərbaycan Respublikası Auditorlar Palatasından mütəxəsisinin dəvət olunması qərara alınmışdır.
37. Sərbəst auditor X13 tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli auditor rəyində qeyd olunmuşdur ki: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli 2(103)- 105/2024 saylı Qərardadında qoyulmuş 1-ci sual - "xxxx" MMC- nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi gəlir nə qədər təşkil edir? Cavab - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi gəlir ancaq "xxxx" MMC-dən idxal olunmuş mühərrik və sürtkü yağlarının invoys (alış) dəyəri və idxal rüsumuna çəkilən xərcləri, yəni satışın maya dəyərinə çəkilən xərcləri çıxıldıqdan sonra 608109.34 (altı yüz səkkiz min yüz doqquz manat 34 qəpik) manat məbləğində təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli 2(103)- 105/2024 saylı Qərardadında qoyulmuş 2-ci sual - "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cü il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi gəlir nə qədər təşkil edir? Cavab - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi gəlir ancaq "xxxx" MMC-dən idxal olunmuş mühərrik və sürtkü yağlarının invoys (alış) dəyəri və idxal rüsumuna çəkilən xərcləri, yəni satışın maya dəyərinə çəkilən xərcləri çıxıldıqdan sonra 97556.74 (doxsan yeddi min beş yüz əlli altı manat 74 qəpik) manat məbləğində təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli 2(103)- 105/2024 saylı Qərardadında qoyulmuş 3-cü sual - Qeyd olunan dövrlər arasındakı fərqi nəzərə alaraq "xxxx" MMC-yə nə qədər zərər dəymişdir? Cavab - Qeyd olunan dövrlər, yəni "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi 608109.34 (altı yüz səkkiz min yüz doqquz manat 34 qəpik) manat məbləğində gəlir ilə cəmiyyətin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi 97556.74 (doxsan yeddi min beş yüz əlli altı manat 74 qəpik) manat məbləğində gəlir arasında 510552.60 (beş yüz on min beş yüz əlli iki manat 60 qəpik) manat məbləğində gəlir üzrə fərqi yaranır. Qeyd olunan dövrlər arasında gəlir üzrə yaranmış 510552.60 (beş yüz on min beş yüz əlli iki manat 60 qəpik) manat məbləğində fərq "xxxx" MMC-nin zərəri yox, əldə olunmuş gəliri kimi nəzərə alınmalıdır.
"xxxx" MMC-nin qeyd olunan dövrlər üzrə xərc sənədləri auditə tam təqdim edilmədiyinə görə əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı üçün həmin dövr qüvvədə olan "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 6-ci maddəsinə əsasən, yəni vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanır: Mı = Gı : ( 100 + R) x R burada: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. 1-ci sual üzrə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2331122.35 (iki milyon üç yüz otuz bir min yüz iyirimi iki manat 35 qəpik) manat məbləğində mühərrik və sürtkü yağlarının satışından 388520.39 (üç yüz səksən səkkiz min beş yüz iyirimi manat 39 qəpik) manat məbləğində mənfəət (gəlir) hesablanmışdır. 388520.39 = 2331122.35:(100+20)x20
2-ci sual üzrə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların əsasən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cü il tarixədək 420652.98 (dörd yüz iyirimi min altı yüz əlli iki manat 98 qəpik) manat məbləğində mühərrik və sürtkü yağlarının satışından 70108.83 (yetmiş min yüz səkkiz manat 83 qəpik) manat məbləğində mənfəət (gəlir) hesablanmışdır. 70108.83=420652.98:(100+20)x20
3-cü sual üzrə - Qeyd olunan dövrlər üzrə, yəni "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühərrik və sürtkü yağlarının satışından 388520.39 (üç yüz səksən səkkiz min beş yüz iyirimi manat 39 qəpik) manat məbləğində mənfəət (gəlir), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mühərrik və sürtkü yağlarının satışından 70108.83 (yetmiş min yüz səkkiz manat 83 qəpik) manat məbləğində mənfəət (gəlir) və nəticədə Nazirlər Kabinetinin Qərarına əsasən cəmi 458629.22 (dörd yüz əlli səkkiz min altı yüz iyirimi doqquz manat 22 qəpik) manat məbləğində mənfəət (gəliri) hesablanmışdır. Yekun nəticədə qeyd olunan dövrlər üzrə "xxxx" MMC-nun cəmi 458629.22 (dörd yüz əlli səkkiz min altı yüz iyirimi doqquz manat 22 qəpik) manat məbləğində hesablanmış mənfəəti (gəliri) "xxxx" MMC-nin zərəri yox, əldə olunmuş gəliri kimi nəzərə alınmalıdır. Qeyd: Auditor hesablama zamanı ona təqdim edilən sənədlər əsasında hesablamalar aparsada, həmin rəqəmlərin mənşəyi və düzgünlüyü haqqında məlumatları olmadıqda rəqəmlərin düzgünlüyünə məsuliyyət daşımır. Rəqəmlərin hamısının və ya bir qisminin təhrif olunma ehtimalı yüksəkdir.
38. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/761/2025 saylı, 17 aprel 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, "kommersiya sirrinin açıqlanmasına dair" və "tam maddi məsuliyyət haqqında müqavilə"lərin tələblərinin pozulması nəticəsində audit rəyi ilə aparılmış hesablamaların hansı sənədlərə istinad etdiyi və gəldiyi nəticə məhkəmə mühasibat ekspertizası tədqiqatı ilə müəyyən edilmir. Bundan başqa 27 fevral 2025-ci il tarixli Auditor rəyində göstərildiyi kimi yük gömrük bəyannaməsi və invoyslardan başqa hər hansı mühasibat sənədi (gəlirin əldə olunması ilə bağlı xərc sənədləri, əmək haqqı, DSMF və icbari sığorta ayırmaları, nəqliyyat xərcləri, icarə xərcləri və sair xərclər) auditə təqdim edilməmişdir. Həmçinin iş materiallarında sənədlərə əsasən (Cild 2 iş vərəqə 125-129) "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış distribyutor sazişinin şərtlərinin pozulmasına səbəb "xxxx" MMC tərəfindən maliyyə intizamının müntəzəm olaraq pozulması göstərilmişdir. Ona görə də bütün göstərilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli audit rəyi ilə hesablanmış gəlir məhkəmə mühasibat ekspertizası tədqiqatı ilə düzgün hesab edilmədiyindən “Aztexnika LTD" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə mühərrik və sürtkü yağlarının satışından əldə etdiyi gəlirin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı.
38. Beləliklə, iddiaçı cavabdehdən əmək funksiyasının icrası ilə əlaqədar maddi məsul şəxs kimi maddi ziyanın vurulması məsələləri ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında iddia irəli sürüb. Başqa sözlə iddiaçı cavabdehdən aralarında yaranmış, əmək münasibətlərinə və 17 fevral 2014-cü il tarixli kommersiya sirrinin açıqlanmamasına dair tam maddi məsuliyyət haqqında müqavilə ilə rəsmiləşdirilmiş münasibətlərin pozulması nəticəsində ona vurduğu maddi ziyanın əvəzini tələb edir. İddiaya görə cavabdeh fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozub, bununla da şirkətə əhəmiyyətli zərər vurub. Fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərini pozulması nəticəsində şirkətə nə qədər zərər vurmasının müəyyən edilməsi məqsədi ilə müstəqil auditin cəlb edilməsi qərara alınıb və fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə MMC-nin işgüzar fəaliyyətinə vurmuş olduğu zərərin müəyyən olunması məqsədi ilə audit yoxlaması aparılıb. Təqdim edilən audit rəyinə əsasən "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri, maddi-məsul şəxs X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-yə 563.588 manat məbləğində ziyan vurduğu hesablanıb. 39.Göründüyü kimi, birinci instansiya məhkəməsiinin iddianın təmin edilməsi qənaətinə gəlməsi üçün əsas olan yeganə sübut sərbəst auditor Şərif Bəşirovun iddiaçıya təqdim etdiyi 16 mart 2021ci il tarixli rəyi olmuşdur. Apellyasiya baxışında yuxarıda sadalanan 3 məhkəmə mühasibatlıq ekspertizası, 3 audit rəyi alınıb. Xüsusi biliyə malik şəxs statusu olan ekspertlər rəylərində cavabdeh tərəfindən iddiaçıya audit rəyində göstərilən dövrlərdə zərər vurub-vurmadığına dair konkret mövqe bildirə bilmədilər, sanki qarşısında qoyulan sualları cavablandırmaq üçün ümumiyyətlə xüsusi biliyə malik olmadığını yaxud bu cür biliklərinin sualları cavablandırmaq üçün yetərli olmadığından kifayət etmədiyini nümayiş etdirdilər. Əlbətdə ki, bu cür ekspertiza keçirmək və rəy verməkdə səlahiyyətli olan, dövlət büdcəsindən maliyələşən yeganə qurum Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi olsa da analoji işlərdə olduğu kimi Mərkəzin ekspertləri demək olar ki, hazırkı işdə də öz fəaliyyətsizliyini təsdiq etmiş oldular. Buna baxmayaraq, təyin olunmuş auditlər verdikləri rəydə qarşılarında qoyulmuş suallara qismən də olsa cavab verməyə nail oldular. Apellyasiya baxışı zamanı rəy vermiş auditlər məhkəmə iclasında dindirildi və onlar verdikləri rəyi müdafiə edərək cavabdehin iddiaçıya həqiqətən real ziyan vurduğunu təsdiq etmədilər, əksinə göstərilən dövrdə iddiaçının zərərə məruz qalmadığını, mənfəətinin artdığını göstərdilər. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olmadığı təsdiq olunur.
40. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1330/2022 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli; eləcə də iddia təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən alınaraq cavabdeh X3 ödənilməlidir. Bununla yanaşı,Auditorlar Palatasının üzvü sərbəst auditor X13 “Auditor xidməti haqqında” Qanunun tələblərinə əsasən göstərilmiş audit xidmət haqqına görə 3000(üç min) manatın tutulmasını xahiş etsə də məhkəmə tərkibi həmin məbləğin kifayət qədər yüksək olduğu qənaətinə gəlir və 500(beş yüz) manatın iddiaçıdan tutularaq ona ödənilməsini məqbul sayır.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1330/2022 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən tutularaq cavabdeh X3 ödənilsin, 500(beş yüz) manat audit xidmət haqqı isə tutularaq sərbəst auditor X10 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.