Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3803/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin ona ayrılmışdır. Uzun müddətdir ki, istifadəsində olan bu bağ sahəsinin ətrafını hasara alaraq abadlaşdırmış və bağ sahəsindən istifadə etmişdir. Xeyli vaxtdır ki, daimi və ailəvi olaraq bubağ sahəsindən istifadə edir, buna görə yerli vergiləri ödəməklə yanaşı, vaxtı-vaxtında işıq, su və sair kommunal xərclərini də ödəyir. İstifadəsində olan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti BağlarTəsərrüfatının İctimai Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsinin özəlləşdirmək üçün müvafiq orqana müraciətetmiş, lakin bağ sahəsinin ona ayrılmasına dair sənədin arxivdə kökü olmadığından özəlləşdirmədən imtina edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi isə ləğv olunduğundan müqavilənin arxiv arayışını əldə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da. bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlakhüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50- ci maddəsinin 1-ci bəndinin tələblərinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi istifadə və ya müddətli istifadə etmək deməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənnin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından hesab olunur. Eyni Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45 q saylı bağ sahəsinin ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-371/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılması, ərizəçi İddiaçı "torpaq sahəsinin ayrılması və istifadədə olma faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ərizəçi İddiaçı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(102)-143/2021 saylı qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020 il tarixli 2(103)-371/2020 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Belə ki, kasasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilib ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilən Qərarın 1.3-cü bəndinə görə isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyinin tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Mülki Prosessual Məcəllənin 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanının olub-olmamasını birinci instansiya məhkəməsi müəyyən etməmişdir Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və ParkX3 Departamenti X2 Birliyi ilə bağladığı 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə istinad etmiş və həmin müqavilənin kserosurətini iş materiallarına əlavə etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin müqavilənin əslinin və ya müqavilənin verilməsinə əsas olan hər hansı sənədin əldə edilməsi ilə bağlı heç bir hərəkət etmədən ərizəni təmin etməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə əməl etməmiş, bununla da hazırki ərizədə göstərilən xahişin məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olub-olmaması araşdırmadan kənarda qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış mübahisənin məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanının olub-olmamasını müzakirə etməmişdir. Kollegiya hesab edir ki, ərizəçinin mübahisənin məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanı olduğundan MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə bu halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.4, 385.1.1, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3803/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3803/2021
05.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver