Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3806/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı X1, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin alqı-satqısından imtina olunması və bununla əlaqədar cavabdehlərə ödənilmiş vəsaitin və vurulmuş mənəvi ziyanın tutularaq ödənilməsi ardıcıllığı ilə eyni gündə həmin evin cavabdehlərə qaytarılması” barədə iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) “mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinin alqı-satqısından imtina olunması, cavabdehlərdən ondan aldıqları 77500 manat və ona əlavə olaraq vurduqları 5000 manat mənəvi ziyanın, cəmi 82500 manat pulun alınıb ona ödənilməsindən sonra ardıcılığı ilə eyni gündə həmin fərdi yaşayış evinin boşaldılması və ya tələb etdiyi məbləğin cavabdehlər tərəfindən ödənilmədiyi təqdirdə həmin evin real bazar qiyməti ilə, lakin 82500 manatdan az olmamaq şərti ilə qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə əldə edilmiş vəsait hesabına xeyrinə tutulmalı olan məbləğin tam şəkildə ödənilməsi, qalıq məbləğin cavabdehlərə qaytarılmasından sonra ardıcıllığı ilə eyni gündə mübahisəli evdən ailə üzvləri ilə birlikdə çıxarılması və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı (müstəqil tələb irəli sürməyən üçünçü şəxs Cavabdeh2) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehin əşyalarından boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin əvvəllərində Sahil qəsəbəsindəki mənzilini satıb Lökbatan qəsəbəsində ev almaq üçün alqısatqı mərkəzinə müraciət etmiş və bu zaman Cavabdeh1 ilə tanış olmuşdur. Kənan ona yaşadığı evi satmaq istədiyini bildirmiş və birlikdə Kənanın yaşadığı evə baxmışlar. İlk baxışdan ev onun xoşuna gəlmiş, lakin həmin vaxt evin mülkiyyət sənədi olmamış, evin yerləşdiyi torpaq sahəsi isə Lökbatan Bələdiyyəsi tərəfindən verilməklə torpağın alqı-satqısına dair akt digər Cavabdeh2 adına olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsinin və evin faktiki olaraq ona məxsus olduğunu, orada üç ilə yaxın müddət ərzində ailəsi ilə birlikdə yaşadığını, evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 adına olsa da Mehmanın həmin torpaq sahəsini qardaşı Cavabdeh3 satdığını bildirmişdir. Evi alacağı təqdirdə 21 gün müddətində həmin evə mülkiyyət hüququnu təsdiq edən sənədləri ona təqdim edəcəyini bildirmişdir. Bu işlə əlaqədar o, Cavabdeh2 və Cavabdeh1 qardaşı Cavabdeh3lə də tanış olmuş və sonuncular da eyni sözləri demişlər. Cavabdehlərin iştirakı ilə Cavabdeh1lə evin qiymətini 92000 manata razılaşmışlar və həmin pulun 77500 manatını əvvəlcədən ödəyəcəyini, qalan 14500 manatı isə 21 gündən sonra cavabdehlərə evin sənədləri ona təqdim edildikdən sonra verəcəyi barədə şifahi razılığa gəlmişlər. Həmin razılıq əsasında da o, Cavabdeh1 77500 manat pul ödəmiş və ailəsi ilə birlikdə həmin evə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı evə köçməklə hazırda da həmin evdə yaşayırlar. Lakin cavabdehlər vəd etdiyi kimi evin sənədlərini ona verməmiş, evin sənədlərini tələb etdikdə isə müxtəlif bəhanələr gətirmiş və qalan 14500 manat pulu tələb etməklə, əks tədqirdə onları evdən çıxaracaqları ilə hədələmişlər. Bu barədə müxtəlif orqanlara şikayətlər etmiş, cavabdehlərə ödədiyi 77500 manat pulu onlardan geri almaqla, yaşadığı evin alqısatqısından imtina etməklə həmin evi onlara qaytarmaq qərarına gəlsə də cavabdehlərlə bu barədə razılaşa bilməmişlər. Bu səbəbdən də o, müxtəlif stessler keçirmiş, əsəb yaşayaraq ona mənəvi ziyan vurulmuşdur. Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilsə də faktiki olaraq ev ona məxsusdur və o, ailəsi ilə birlikdə bir neçə il həmin evdə yaşamışdır. Həmin evə daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və dəyəri 168000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavad oğlu 2017-ci ildə həmin evi onlardan almaq istəmişdir. Belə ki, onun atası xərçəng xəstəsi olmaqla müalicəsinə müəyyən qədər pul lazım olduğundan evi Telmana satmaq qərarına gəlmiş və evi 92000 manata satılmasına, pulu ev özəlləşdiriləndən və daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatdan keçəndən sonra ödənilməsinə razılaşmışlar. Bundan sonra o, evi Telmana təhvil verərək həmin evdən çıxmış və ailəsi ilə birlikdə yaxınlıqdan kiçik bir ev alaraq ora köçmüşdür. Bundan sonra atasının xəstəliyinə başları qarışıq olduğundan və atası 2018-ci ildə vəfat etdiyindən evin sənədləşdirilməsi 2018- ci ilin iyul ayına kimi çəkmişdir. Bundan sonra Telmana evin sənədlərini aldıqlarını və pulun qalanın ödənilməsini tələb etsə də Telman hər dəfə ailəsinin problemi olmaqla vaxt verilməsini xahiş etmiş və pulu ödəməkdən imtina etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77500 (yetmiş yeddi min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və İddiaçı mübahisəli mənzildən çıxarılmaqla mənzilin boşaldılması hərəkətlərinin eyni vaxtda icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi, ilkin iddia tələbinin ona aid hissədə tam rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, Cavabdeh1lə mübahisəli ev barədə razılaşması bir neçə il əvvəl, İddiaçı həmin evə köçənə qədər olmuş, bundan sonra onunla ilk iddiaçı arasında hər hansı münasibət olmamışdır. Belə olan halda İddiaçı Cavabdeh1 öhdəlikləri üzrə ondan hər hansı pul vəsaitini tələb etməsi absurddur və hüquqa ziddir. Cavabdeh1 tərəfindən pul ödənilməsi ilə eyni vaxtda İddiaçı evdən çıxarılmasına etiraz edir, çünki Telmanın evdə qalması onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdeh1 evin faktiki sahibi olsa da, ev mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Cavabdeh1 isə apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi, ilkin iddianın yalnız İddiaçı evdən çıxarılması və evin boşaldılması hissəsində təmin edilməsini, qalan hissədə rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, sonradan Telmana evin sənədlərini aldıqlarını bildirərək, pulun qalanın ödənilməsini tələb etsə də Telman hər dəfə problemi olmaqla vaxt verilməsini xahiş etmiş və pulu ödəməkdən imtina etmişdir. Hazırda isə Telman evi bəyənməməklə qaytarmaq istədiyini bildirir. O, həmin evi İddiaçı yaxşı vəziyətdə təhvil vermiş, lakin Telman mübahisəli evdə qaldığı müddət ərzində evin həyətinə daimi su tökdüyündən, divarları və həyətin hasarları artıq nəmlənmiş və evin vəziyyəti bir qədər pisləşmişdir. Telman hazırkı evdən çıxmasa həmin evin satılması qeyri mümkündür. Telman evi öz adına keçirtmək istəyir, evin dəyərinin aşağı salmağa və evin satılmamasını əsas tutaraq borclu olduğu 14500 manat pulu ödəməkdən yayınmaq niyyətindədir. Mübahisəli ev mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsusdur. Lakin Telman, Mehmanı ümumiyyətlə görməmiş, onunla hər hansı bir pul məbləği barədə razılaşması olmamış, Mehmana pul verməmişdir. Əliyev X3 Ramazanov qarşısında onun öhdəlikləri üzrə hər hansı məsuiyyəti öz üzərinə götürməmiş, bununla bağlı aralarında hər hansı notariat qaydada və müvafiq qeydiyyata alınmış hər hansı ədq bağlanmamışdır. Belə olan halda onun öhdəlikləri ilə bağlı üçüncü şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hərrac yolu ilə satılması və yaxud borcun ödənilməsi ilə mübahisəli evdən çıxarılmasının eyni vaxtda icra olunması mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh2 cavabdeh İddiaçıla yox, onunla razılaşmışdır ki, qeyd olunan borc ödəniləndən sonra Mehman alqı-satqı müqaviləsini imzalayacaqdır, həmin təklif bu gündə qüvvədədir. Bakı Apellyasiya Məhkməsinin 2(103)-9893/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3573/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətlərii vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-846/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin pul ödənildikdən sonra evin eyni gündə boşaldılması və qarşılıqlı iddia tələblərinin İddiaçı müahisəli yaşayış evindən çıxarılması və yaşayış evinin boşladılmasının rədd edilməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili F.Şirinov apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili O.Yusubov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb sözügedən mübahisə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı xüsusi mülkiyyət üzrə fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 168000 (bir yüz altmış səkkiz min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi tam mülkiyyət hüquqi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 438 nömrəli reyestr kitabının 41048 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2007-ci ildə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, Lökbatan bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin Cavabdeh2 satılması barədə xx xxxxxx 2007-ci il tarixdə 13-1 saylı qərar qəbul edilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş və tərəflərin mübahisələndirmədiyi xx xxxx 2016-cı il tarixli ilkin müqavilənin surətindəın görünür ki, birinci tərəf olan Cavabdeh2 Bakı şəhəri, Lökbatam Bələdiyyəsi üzvləri yığıncağının 13-1 saylı protokoldan çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsindən 250 kv.m-ni bu günə razılaşdıqları məbləğə, yəni 16000 manata alıcı Cavabdeh3 satmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxx 2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsindən 250 kv.m-ni adına sənədləşdirməsi ilə əlaqədar onun bütün dövlət orqanları, təşkilat və idarələrində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və sair orqanlarda bütün hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2018-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.1976-cı ildə Beyləqan şəhərində doğulmuş, Beyləqan rayonu Mil qəsəbəsində, İddiaçı xx.xx.1965-ci ildə Ucar rayonunda doğulmuş, ünvan 1 mənzil 59 ünvanında, Cavabdeh3 xx.xx.1974-cü ild Beyləqan şəhərində doğulmuş, Beyləqan rayonu Mİl qəsəbəsində, Cavabdeh2 xx.xx.1971-ci ildə Qazax rayonunda doğulmuş, ünvan 3 mənzil 52 ünvanında qeydiyyatdadırlar. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «…apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbinin 77500 manat pulun ona ödənilməsindən sonra eyni gündə evin boşaldılması və qarşılıqlı iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tədbiq etməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı tərəflərin izahatlarına və işin hallarına əsasən müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi Cavabdeh1 tərəfindən inşa edilmiş, bir müddət sonuncu öz ailəsi ilə birlikdə orada yaşamış, evin satılması ilə bağlı İddiaçıla danışıqlar onunla aparılmışdır. Həmçinin aydın olur ki, Cavabdeh2 də həmin evə dair Cavabdeh1 qarşı heç bir tələbi yoxdur. Kollegiya işin hallarına hüquqi qiymət verərək hesab edir ki, evin Cavabdeh1 tərəfindən inşa edilməsi, torpaq sahəsinin sonuncunun qardaşı Cavabdeh3 qeyri-rəsmi satılması, Cavabdeh1 isə torpaq sahəsinin və evin faktiki sahibi olması Cavabdeh2 tərəfindən mübahisələndirilmir. Belə olan halda Cavabdeh1 yaşayış evinə münasibətdə maraqları vardır. Odur ki, İddiaçı həmin evin alınması üçün verdiyi 77500 manat pulun tələb edilməsi hüququ olduğu kimi, Cavabdeh1 də həmin yaşayış evindən İddiaçı çıxarılmasını və evin boşaldılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nm xx xxx 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli qərarmda göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eynimövqe, Konstitusiyaməhkəməsinindigərqərarındadatəsbitolunmuşdur. Beləki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, kollegiya qeyd edir ki, iş üzrə Ali Məhkəmə, məbləğin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığından, hazırda isə işə yenidən apellyasiya qaydasında baxılarkən kollegiya yalnız birinci instansiya məhkəməsinin qətnaməsini icranı müəyyən edən hissədə yoxladığından və kassasiya instansiyası məhkəməsinin qərarında qeyd etdikllərinə əsasən belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsinin icranı müəyyən edən hissəsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsinin icranı müəyyən edən hissəsi ləğv edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3806/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3806/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver