Məhkəmə qərarları › İş №2(103)-3806/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3806/2024

05.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3806/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılma, vərəsəlikdən məhrum edilmə və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin *2.03.2024-cü il tarixli 2(003)-600/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh ləyaqətsiz vərəsə sayılaraq vərəsəlikdən məhrum edilsin, cavabdehin doğum haqqında şəhadətnaməsi etibarsız hesab olunsun, soyad və valideynlər qrafasında dəyişiklik edilərək cavabdehi dünyaya gətirən valideynlərinin adları şəhadətnaməyə yazılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddia onunla əsaslandırılıb ki, cavabdeh iddiaçının bacısı oğludur, iddiaçının övladı olmadığına görə *985-ci ildə cavabdehi övladlığa götürüb. Cavabdeh hərbi xidmətdən qayıtdıqdan sonra spirtli içki aludəçisi oldu, narkotik və psixotrop maddələr istifadə etməyə başlayıb, evdə olan əşyaları şəxsi məqsədləri üçün satıb, pulunu narkotik və psixotrop maddələrə xərcləyib, iddiaçıya qarşı şiddət göstərməyə başlayıb və öldürəcəyi ilə hədələyib. Bu səbəbdən iddiaçı evini tərk edib, müxtəlif ünvanlarda kirayədə yaşayır. Cavabdeh tüfeyli həyat tərzi keçirir, iddiaçını öz evinə buraxmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **37-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün həmin maddədə müəyyən edilmiş əsas yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *78.*-ci maddəsinə görə, məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Lakin hazırkı işdə övladlığa götürmənin etibarsız hesab edilməsi və ya övladlığa götürmənin ləğvi barədə tələb irəli sürülməyib, ona görə də övladlığa götürmə barədə qeydin ləğv edilməsi qət oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin *2.03.2024-cü il tarixli 2(003)-600/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar