Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3814/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 18562.35 manat əsas borc, 1830.13 manat faiz borc, 1761.74 manat cərimə, cəmi 22154.22 manat məbləğində borcun və ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-869/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, mübahisələndirilən qətnamə 03 aprel 2024-cü il tarixdə qəbul edilmiş, Cavabdeh1 məhkəmə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh1 isə xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş bir aylıq şikayət vermə müddəti keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Buraxılmış müddətin bərpasına dair ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə, şikayətin vaxtında verilib-verilməməsinə, prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirmədən onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər. İş № 2(103)-3814/2024 PROTOKOL Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə 23 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:10-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məruzə edərək bildirir ki, .İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 18562.35 manat əsas borc, 1830.13 manat faiz borc, 1761.74 manat cərimə, cəmi 22154.22 manat məbləğində borcun və ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-869/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini yoxlayarkən məlum olmuşdur ki, qətnamə Cavabdeh1 məhkəmə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin o, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası müşavirəyə gedir. Müşavirədən sonra sədrlik edən qərardadı elan edir. Məhkəmə iclası saat 12:20-də bağlı elan edilir. Protokol 23 may 2024-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: İclas katibi:
Məhkəmə qərarları › İş №2(103)-3814/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3814/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver