Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3816/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, RBSB- 5967 RES saylı Baş kredit müqaviləsi üzrə 18848,78 ABŞ dolları əsas, 10052,42 ABŞ dolları faiz, 8000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36901,38 ABŞ dolları və DƏDRX-nin Yevlax rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 30 manat və iddia qaldırıması üçün 30 manat olmaqla, cəmi 60 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi, 4-cü dalanda 0,06 ha torpaq sahəsinə yerləşən 2 mərtəbəli, 4 otaqlı, 106,8 kv.m. yaşayış, 170,7 kv.m. köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun və 60 manat dövlət rüsumunun ödənilməsi, tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh1, həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını, mülki işin baxılması üçün məhkəməsin Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Buna baxmayaraq, iddiaçı ona qarşı Sabunçu Rayon Məhkəməsinə iddia qaldırılmaqla aidiyyət qaydaları pozulmuşdur. Hesab edir ki, işə qeydiyyatda olduğu yerin məhkəməsində, yəni Ağdaş Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, iş üzrə cavabdehlərlərdən biri olan Cavabdeh2 ünvan 2 mənzil 4D/1 ünvanında qeydiyyatdadır. Belə olan halda, İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasını öz seçiminə görə Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırmaqda haqlı olmuşdur. Ona görə də, şikayət əsassızdır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-239/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3816/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3816/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver