Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3816/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Faiq oğluna qarşı “qanunsuz tikililərin sökülərək torpaq sahəsindən çıxarılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-128/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 0,3574 ha torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş metal konstruksiyalı, tikintialtı sahəsi 35,0 kv.m olan vaqon-konteyner və ona bitişik daş konstruksiyalı, tikintialtı sahəsi 34,5 kv.m olan tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi təmizlənərək boşaldılsın və iddiaçının istifadəsinə qaytarılsın, iddiaçının çəkdiyi daş hasar cavabdeh tərəfindən bərpa olunsun və ya maddi zərərin əvəzi kimi 307 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən, 3574,0 kv.m torpaq sahəsinin 70,0 kv.m hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti vaqon-koneyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili (mağaza) cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 3574,0 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir, mülkiyyət hüququ xx.xx.2021-ci ildə reyestrdə qeydə alınıb, bu barədə reyestr çıxarışı var. Həmin torpaq sahəsinin 70,0 kv.m hissəsi cavabdeh tərəfindən zəbt edilib. Zəbt edilən hissədə cavabdeh tərəfindən 1 mərtəbəli qeyri-yaşayış obyekti (mağaza) inşa edilib. Bu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6511 nömrəli rəyi ilə təsdiq olunub. Həmin tikiliyə dair cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 128/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3816/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3816/2024
12.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver