Məhkəmə qərarları › İş №2(103)-3817/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3817/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3817/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Zeynalova Könül İslam qızına qarşı “əmlakın məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1904/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh Zeynalova Könül İslam qızına qarşı “əmlakın məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 1904/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi ünvan 1ünvanından 1) yataq dəsti; 2) stol stul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti 1 ədəd; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli bagema qrafin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd, 10) Madonna üzüm-meyvə qabı 2 ədəd; İİ) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən maşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanna; 17) zibil vedrəsi 1 ədəd; 18) qaşıq dəsti, bıçaq, çay, xörək, limon qaşığ:, tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) emalirovannı göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çil-çıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəsti çıxarılılaraq məcburi qaydada Zeynalova Könül İslam qızına təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı2 aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1904/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinin əsli əlavə olunmadığından apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh yenidən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1904/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin xx xxxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilməsi və apellyasiya şikayətinin isə xx xxxxxx 2020-ci il tarixdə göndərilməsi qeyd edilmişdir, halbuki 09 dekabrda verilmiş apellyasiya şikayəti nöqsanlar aradan qaldırıldıqdan sonra verilmiş şikayətdir və hakim özü çıxardığı xx xxxxxx 2020-ci il tarixli qərardadı nəzərə almamışdır. Belə bir qərardad çıxarılması mənim apellyasiya şikayəti vermək hüququmdan məhrum edilməyim deməkdir . Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(007)- 1904/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisəli qətnamə cavabdeh Zeynalova Könül İslam qızına verilməsi üçün anası M.Həsənova tərəfindən xəbərnaməyə imza etməklə xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci ildə tarixdə apellyasiya şikayəti ilə müraciət etsə də, şikayət geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayətini poçt xidmətinə təhvil vermişdir. Nöqsanlar aradan qaldırılsa da, cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti, yəni, xx xxxxxx 2020-ci il tarixi ötürmüş və müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Zeynalova Könül İslam qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1904/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar