Məhkəmə qərarları › İş №2(103)-3820/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3820/2022

19.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3820/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili-nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-60/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 50.000 ABŞ dolları (qətnamə icra edilən gün manatın məzənnəsi ilə) və 50.000 manat borc müqaviləsində nəzərdə tutulmuş məbləğin, 50.000 manat məbləğində maddi zərərin və 50.000 manat mənəvi zərərin iddiaçıların xeyrinə tutulması və tutmanın ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi 68 saylı fərdi yaşayış evinin üzərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin aprel ayında Cavabdeh1 İddiaçı2 müraciət edərək, ona 50000 ABŞ dolları məbləğində pul lazım olduğunu və pulu qaytaran zaman əlavə olaraq 50000 manat məbləğində pul vəsaiti verəcəyini də bildirmişdir. Belə ki, cavabdehə məxsus restoran Bankda girovda olduğu üçün onu sata bilmədiyini, borc aldığı məbləğlə Banka olan borcunu qaytararaq restoranı girovdan azad edəcəyini və satdıqdan sonra da borcunu qaytaracağını bildirmişdir. İddiaçı bu barədə digər İddiaçı1 bildirmiş, o da 25000 ABŞ dolları məbləğində pul borc verə biləcəyini söyləmişdir. Belə olan halda İddiaçı2 də 25.000 ABŞ dolları verəcəyini bildirmişdir. Beləliklə, iddiaçılar ikisi birlikdə hər biri 25.000 ABŞ dolları olmaqla 50000 ABŞ dolları məbləğində pul vəsaitini 22 aprel 2015-ci il tarixdə 1 il ərzində əlavə 50000 manat məbləğində pul vəsaiti ilə birlikdə qaytarması şərtilə cavabdehə vermişlər. Cavabdeh isə 50000 ABŞ dolları və 50000 manat məbləğində pul vəsaitini 1 il ərzində iddiaçılara qaytarmasını öz öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdehlə borcun təminatı kimi özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi 68 saylı fərdi yaşayış evini İddiaçı2 oglu ilə alğı-satqı müqaviləsi bağlayaraq, 1 il müddətində pulu qaytaracagı təqdirdə alğı-satqı müqaviləsinin pozulaçagına dair razılaşma əldə etmişdir. Cavabdehin vəd verdiyi vaxtda pulu qaytarmadığına görə, İddiaçı2 əldə olunmuş razılığa əsasən mənzilə dair hüquqverici sənədləri öz adına rəsmiləşdirmiş, bundan sonra isə X1 Eldar Şahbaz oğluna, Bakı şəhəri 51 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı fərdi yaşayış evinin alğı-satqısına dair 15 aprel 2015-ci il tarixli, AN-1 seriyalı, ******* saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia vermiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7815/2017-ci il tarixli 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair bağlanmış Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestrdə 4Ə- 317 N2 ilə qeyd edilmiş AN-1 N ******* saylı, xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun nəticəsi kimi cavabdehin adına verilmiş çıxarış ləgv edilmiş, iddiaçı ilə cavabdeh İddiaçı2 və üçüncü şəxs İddiaçı1 oglu arasındakı borc öhdəliyinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evin ipoteka yüklülüyü müvafiq dövlət reyestrində qeydə alınması, həmin evə dair müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin evə dair ipoteka yüklülüyünün qeydə alınması eyni vaxtda icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli 2(102)-8474/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçıların Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ayrıca iddia qaldırmaq hüququ var. Məhkəmədə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə tərəflərin onu bağlayarkən nəzərdə tutduqları əqdə, iddiaçı ilə cavabdeh və üçüncü şəxs arasındakı borc öhdəliyinin təmini kimi ipoteka müqaviləsinə aid qaydalar tətbiq edilməklə, onlar arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus evin müvafiq dövlət reyestrində yüklülüyü qeydə alınmalıdır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçılara qeyd edilən pul vəsaitini qaytarmamışdır. İqtisadi böhran və manatın devalvasiyası nəticəsində çox böyük zəhmət və əmək sərf edərək çətinliklə qazandıqları müəyyən məbləğdə pul vəsaitindən və həmin pul vəsaitindən əldə edəcəyləri gəlirdən cavabdehin əməlləri nəticəsində məhrum olmuşlar. Eyni zamanda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Belə ki, əgər o, iddiaçılara məxsus pul vəsaitini zamanında qaytarsaydı, həmin pul vəsaitinin dövriyyəsindən xeyli məbləğdə gəlir əldə edə bilərdi. Cavabdehin pul vəsaitini vaxtında qaytarmaması səbəbindən həmin gəlirdən məhrum olmuşlar. Bu hal, iddiaçılara dəymiş maddi zərər kimi qiymətləndirlməlidir. O cümlədən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar çox böyük mənəvi zərər də almışlar. Ailədə, psixoloji durumlarında gərginlik yaşanmışdır. Cavabdehin əməlləri nəticəsində iddiaçılar öz əmlaklarından məhrum olmuşlar. Himayələrində olan ailələrinin saxlanması üçün, o cümlədən, əsəb sarsıntısı nəticəsində aldıqları müalicələr üçün lazım olan pul vəsaitini müxtəlif şəxslərdən borc olaraq götürmüşlər. İndi isə, həmin borcu qaytarmaq iqtidarında deyillər. Bu hal da iddiaçılara böyük mənəvi sarsıntı, iztirab verir. Cavabdehin əməlləri iddiaçıların şüurlarına təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, ona məxsus Binqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsinin yanında yerləşən “Dilan” kafesi “Royal Bank"da ipotekada olmuşdur. 20 ildən yuxarıdır ki, İddiaçı2 ilə ailəvi dostluq edirlər. 2015-ci il tarixdə Eldar ona məsləhət görmüşdür ki, Rüstəm adlı ev alğı-satqısı ilə məşğul olan şəxslə birgə işləyirlər və kafeni yaxşı qiymətə sata bilərlər. Lakin, kafeni təmir etmək lazımdır ki, yüksək qiymətə satmaq mümkün olsun. Kafe yüksək məbləğə satıldığı təqdirdə ona da xeyir qalmasını vurğulamışdır. Eldarın bu təklifinə razılaşmış və bir müddətdən sonra Eldar ilə “Dilan” kafesinə gəlmiş Rüstəm kafenin sənədləri ilə maraqlanaraq, kafenin qiymətini soruşmuşdur. Rüstəmə kafeyə 500000 manatdan artıq pul verilmədiyini demişdir. Rüstəm kafeni təmir etdirib 7-8 yüz min manata satmağa mümkün olduğunu dedikdə, buna etirazı olmadığını bildirmiş və həmin vaxt Eldar kafenin təmirinə 50000 manat pul lazım olacağını demişdir. Onlara bankdan 50000 manat kredit götürüb kafeni təmir etdirməsini dedikdə, Eldar ona banka ehtiyac olmadığını, həmin pulu Rüstəm verəcəyini və qarşılığında ona hörmət edə bilcəyini deyərək, əlavə olaraq 50000 manat pul verəcəyini bildirmişdir. Onlar razılaşaraq həmin pulun qarşılığında ondan qızıl digər qiymətli əşya tələb etdikdə onlara yaşadığı evini girov qoya biləcəyini demişdir. Təxminən bir aydan sonra Eldar Rüstəmlə bərabər 15000 ABŞ dolları məbləğində pulu Nərimanov rayonu ərazisində yerləşən notariat kontoruna gətirib ona vermişdir. Sənədləşmədə onun yaşadığı mənzilin Eldarın adına 45000 manat dəyərində alğı-satqı etmiş və əslində ona həmin 45000 manat pul ödənilməmişdir. Yəni, mənzil formal olaraq alğı-satqı edilmiş, əslində isə girov qoyulmuşdur. Təxminən 2-3 aydan sonra Rüstəm Eldarın yanında “DİLAN” kafesində 32000 ABŞ dolları ona vermişdir. Bundan sonra 47000 ABŞ dolları yaşadığı ünvan 1 ünvana aparmışdır. Eldar kafeyə Rəhman adlı usta gətirmiş, bundan sonra müxtəlif vaxtlarda ümumilikdə 8000 manat təmirə pul xərcləmişdir. 2016-cı ilin mart ayında yaşadığı mənzildə oğurluq hadisəsi baş vermiş və mənzilində olan 3000 ABŞ dolları və 40.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Lakin 28.000 ABŞ dolları dolabın arxasında olduğundan oğrular onu tapa bilməmişdir. Hadisə barədə Eldara, sonra DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları getdikdən sonra Eldar mənzilə daxil olmuş və 28.000 ABŞ dollarını ondan almış və demişdir ki, Polislərə bu pul barədə heç nə deməsin ki, ona problem açacaqlar. 2016-cı ilin may ayında Hollandiyaya getdikdən qayıdanadək “DİLAN” kafesini Eldara həvalə etmişdir. Bir aydan sonra yenidən Bakı şəhərinə qayıtmış, bir neçə gündən sonra Eldar onunla görüşərək əlavə pul istədikdə onun Rüstəmlə aralarında borc müqaviləsi olduğunu, pulu Rüstəmdən aldığını va pulu Rüstəmə qaytaracağını demışdır. 2017-ci ilin mart ayında “Dilan” kafesində Rüstəmə 20.000 manat əlavə pul vermişdir. Eldarla Rüstəm arasında narazılıqlar yarandığını görmüş və o, cümlədən evinin Eldar tərəfindən satılacağını ehtiyat edərək, alğı-satqı etdiyi mənzili öz adına geri qaytarılması üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə baxılarkən Rüstəm məhkəməyə telefonaqrama vuraraq, ona qarşı heç bir tələbinin olmamasını bildirmişdir. Çünki, ona olan borcunu tam ödəmişdir. Yasamal rayon Məhkəməsi tərəfindən mənzilin alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən Eldar apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi, onunla İddiaçı2 və üçüncü şəxs İddiaçı1 arasındakı borc öhdəliyinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evin ipoteka yüklülüyü müvafiq dövlət reyestrində qeydə alınması, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin evə dair ipoteka yüklülüyünün qeydə alınmasının eyni vaxtda icra edilməsi, cavabdeh İddiaçı2 və üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ayrıca iddia qaldırmaq hüququnun olmasının izah edilməsi qət edilmişdir. Borcu qaytardığından başqa həmçinin də hazırkı iddiaya münasibətdə iddia müddəti də keçmişdir. Göründüyü kimi iddiaçılar aralarında müqavilə öhdəliyinin olmasını, həmin öhdəliyin 22 aprel 2015-ci il tarixdə əmələ gəlməsini və 1 il ərzində icra edilməli olduğunu (yəni 22 aprel 2016-cı il tarixədək) qeyd edirlər. İddiaçıların da qeyd etdiyi kimi müqavilə öhdəliyi 22 aprel 2015-ci il tarixdə əmələ gəlmiş, 1 il ərzində icra edilməli olduğundan, 22 aprel 2016-cı il tarixədək icra edilməli idi. Yəni, iddia müddətinin axımı 22 aprel 2016-cı il tarixdən başlayır və 22 aprel 2019-cu il tarixdə bitir. İddia tələbi isə 20 dekabr 2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Belə olan halda hazırki iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də hesab edir ki, iddia tələbi ilə bağlı iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-60/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri nəticəsində bоrcun təminаtı оlаrаq Fərzəlizаdə Еldаr Şаhbаz оğlunun mülkiyyətinə kеçmiş Bаkı şəhəri, M.Sənаni küçəsi, 68 sаylı yаşаyış еvi üzərində Еldаr Fərzəlizаdənin mülkiyyət hüququ itirilmişdir. Qеyd еdilir ki, həmin fərdi yаşаyış еvi Еldаr Fərzəlizаdənin mülkiyyətində оlduğu müddətdə mübаhisələndirilən bоrcun şərtləşdirilmiş vaxtda qаytаrılmаmаsı Еldаr Fərzəlizаdənin hüququnun pоzulmаsınа dəlаlət еtmirdi və bоrcun qаytаrılmаmаsı onun üçün hər hаnsı risk dаşımırdı. Lаkin, Əliyеvа Zеmfirа Mirzəаğа qızının “аlğı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi tələbinə” dаir iddiа tələbinin təmin еdilməsi, özü-özlüyündə bоrcun qаytаrılmаsını şərtləşdirmiş оldu. Məhz bu səbəbdən də həmin iddiа tələbi üzrə qəbul еdilmiş Bаkı Аpеllyаsiyа Məhkəməsinin 28 iyul 2017-ci il tаriхli qətnаməsi ilə Fərzəlizаdə Еldаr Şаhbаz оğlunа və Həşimоv Rüstəm Həşim оğlunа Əliyеvа Zеmfirа Mirzəаğа qızınа qаrşı «bоrcun tutulmаsı və tutumаnın ipоtеkа prеdmеtinə yönəldilməsi tələbinə dаir» аyrıcа iddiа qаldırmаq hüququ izаh оlunmuşdur. Suаl оlunur ki, Əliyеvа Zеmfirа Mirzəаğа qızının “аlğı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi” tələbinə dаir iddiа tələbi təmin еdilməsəydi və qеyd оlunаn еv Fərzəlizаdə Еldаr Şаhbаz оğlunun mülkiyyətində qаlmаqdа dаvаm еtsəydi, о zаmаndа bоrcun qаytаrılmаmаsınа görə Fərzəlizаdə Еldаr Şаhbаz оğlunun hüququ pоzulmuş оlаrdımı. Bеlə оlаn hаldа qеyd оlunаn yаşаyış еvi Fərzəlizаdə Еldаr Şаhbаz оğlunun mülkiyyətində qаldığı müddətdə həmin bоrc məbləğinin qаytаrılmаmаsı Fərzəlizаdə Еldаr Şаhbаz оğlunun hüququnun pоzulmаsı ilə nəticələnmirdi. Həmçinin işə baxmış birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılara hazırkı iddia tələbi ilə bağlı, xüsusilə də iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılara izah edilmiş və iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi ilə bağlı iddiaçıların məhkəməyə müraciət etmək hüququ yalnız Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra mümkün idi. Çünki Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi 68 saylı fərdi yaşayış evinin borc öhdəliyinin təminatı kimi ipoteka yüklülüyünün müvafiq qaydada dövlət reyestrində qeydə alınması Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və ipoteka yüklülüyünün müvafiq qaydada dövlət reyestrində qeydə alınması yalnız həmin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra verilmiş icra vərəqəsi əsasında həyata keçiriləcəkdir. Apellyator hesab edir ki, birinci instansiyam əhkəməsi qətnamə qəbul edərkən şikayətin 5-ci bəndində göstərilən faktiki halları, eləcə də nümayəndə və vəkil Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli yazılı İzahatda göstərilən dəlilləri və xüsusatları nəzərə almamış, bununla da qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı1, Cavabdeh1 47500 ABŞ dolları vermiş və 1 il müddət ərzində və əlavədə 50000 manat alacağı, Cavabdeh1, İddiaçı1 47500 ABŞ dolları almış, 1 il müddət ərzində göstərilən məbləğdən əlavə 50000 manat ödəməyi, ona məxsus olan evin İddiaçı2 müvəqqəti olaraq qalmasını öhdələrinə götürmüşlər. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “X4” ixtisaslaşdırılmış konsaltinq şirkətinin ekspert rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 110000 manat, likvid dəyəri 100000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsaslanmış mövqeyinə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçılar Cavabdeh1 47500 ABŞ dolları məbləğində borc pul vermişlər və müqavilə 1 il müddətinə, yəni 22 aprel 2016-cı il tarixədək bağlanmışdır. Göründüyü kimi iddiaçılar ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin maddi və mənəvi zərər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri müqavilə üzrə borcun ödənilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən, iddia tələbi göstərilən hissələrdə də təmin oluna bilməz. Bundan əlavə, iddiaçılar tərəfindən maddi və mənəvi zərərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən əsaslarla təmin etməməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi üzrə iddiaçı X7 cavabdehlər İddiaçı2, Bakı şəhəri 51 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müəraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-526/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7815/2017 nömrəli iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-526/17 saylı, 12 may 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair bağlanmış Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestrdə 4 Ə-317№ ilə qeyd edilmiş AN1 N ******* saylı, xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsi kimi həmin alğı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 və üçüncü şəxs İddiaçı1 arasındakı borc öhdəliyinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evin ipoteka yüklülüyü müvafiq dövlət reyestrində qeydə alınması, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin evə dair ipoteka yüklülüyünün qeydə alınmasının eyni vaxtda icra edilməsi, cavabdeh İddiaçı2 və üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ayrıca iddia qaldırmaq hüququnun olmasının izah ediməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8474/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı2 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7815/2017 nömrəli iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7815/2017 nömrəli iş üzrə 28 iyul 2017-ci il tarixli qətnaməsi icraya yönəlsə də, qətnamə icra edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru S.Qurbanova xx.xx.2021-ci il tarixdə icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilir ki: “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7815/2017 nömrəli, xx.xx.2017-ci il tarixili icra sənədinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında Bakı şəhəri. Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair bağlanmış Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestrdə 4 Ə-3 17 nömrə ilə qeyd edilmiş AN- 1 N ******* saylı, xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun nəticəsi kimi həmin alğı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı2 adına verilmiş çıxarış ləğv edilməsi; İddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 və üçüncü şəxs İddiaçı1 arasındakı borc öhdəliyinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evin ipoteka yüklülüyünün müvafiq dövlət reyestrində qeydə alınması; Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 68 saylı evə dair müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin evə dair ipoteka yüklülüyünün qeydə alınması eyni vaxtda icra edilməsi qərara alınmışdır. İcra sənədi üzrə müvafiq icra tədbirləri həyata keçirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-7836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Nəsimi Rayonu, M.Sənanai küçəsi 68 saylı fərdi yaşayış evinin üzərinə həbsin qoyulduğu qərara alınmışdır. Qoyulmuş həbsin ləğv edilməsinə dar qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada 1 saylı Bakı Ərazi idarəsinə daxil olduğu təqdirdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7815/2017 saylı icra vərəqəsinin icrası məsələsinə baxılacağı bildirilmişdir. Qeyd olunanlarla əlaqədar tələbkara rəsmi müraciət olunaraq sözügedən icra vərəqəsinin icrasının təmini məqsədilə DƏDRX ilə əlaqə yaradılması, həmçinin həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciət olunması və nəticəsi barədə Nərimanov rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.” Bundan başqa, hazırki iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarə tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********75 nömrəli məktubdan görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 68 saylı fərdi yaşayış evi üzərində ipoteka ilə yüklülük aşkar edilməmişdir. Kollegiya, apellyasiya şikayətinin “iddia müddətinin başlanğıcının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-526/17 saylı, 12 may 2017-ci il tarixli qətnaməsinin qəbul olunduğu andan hesablanması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında kredit münasibəti ipoteka münasibətindən asılı deyil, ona görə də ipoteka ilə bağlı məhkəmə çəkişməsi kredit borcunun tutulması üçün iddia verilməsinə mane olmayıb. Yəni, kredit verən əvvəlcə kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsinə nail ola, daha sonra ipoteka predmetinə tutma yönəldilməsi üçün ayrıca iddia verə bilərdi. Tərəflərin arasındakı münasibətə ipoteka qaydalarının tətbiq edilməsi barədə qərar Ali Məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilib, həmin vaxt iddia müddəti bitməmişdi, iddia müddəti bu tarixdən 1 il 6 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2019-cu il tarixdə bitib. Yəni Ali Məhkəmənin qərarından sonra kredit verənin iddia müddəti daxilində məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olub, lakin o, Ali Məhkəmənin qərarından 2 il sonra, yəni xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixdə başlamış və 3 il davam edən iddia müddəti çərçivəsində öhdəliyin icrasının tələbi ilə, yəni hazırki tələblə məhkəməyə müraciət etməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar mübahisələrlə bağlı qərarları işlər üzrə presedent qüvvəyə malik olmasa da, vahid məhkəmə təcrübəsinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Nümunə: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1912/2021 nömrəli qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bаkı Аpеllyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2017-ci il tаriхli qətnаməsi ilə Fərzəlizаdə Еldаr Şаhbаz оğlunа və Həşimоv Rüstəm Həşim оğlunа Əliyеvа Zеmfirа Mirzəаğа qızınа qаrşı “bоrcun tutulmаsı və tutumаnın ipоtеkа prеdmеtinə yönəldilməsi” tələbinə dаir аyrıcа iddiа qаldırmаq hüququ izаh оlunsa da, onlar bu hüquqdan vaxtında istifadə etməmişdir. Hətta, həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarından sonra da iddia müddəti daxilində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdirlər. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun qərar işin hallarına uyğun olmuş və apellyatorun bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-60/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar