Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3827/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e-2(006)- 3932/2020 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, İddiaçı 1 il 6 aydan çox müddətdir ki, “Cavabdeh” müxtəlif vəzifələrdə işləməkdədir. Hazırda isə X17 Baş direktorunun müşaviri vəzifəsində çalışmaqdadır. İddiaçı həmçinin İnstitutun YAP yerli təşkilatının müavinidir, himayəsində azyaşlı uşağı vardır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında ödənişli əsaslarla təhsil almaqdadır. İddiaçı işlədiyi dövrdə heç bir intizam tənbeh tədbiri almamış, həmişə nümunəvi işçi olmuşdur. Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti «Cavabdehna» yeni təyin edilmiş baş direktorun müavini (baş direktor vəzifəsini müvəqqəti icra edən) Z.Şərifov iyul ayının əvvələrindən bütün işçilərin işə çıxması, iş vaxtının həftənin altı günü, şənbə günü daxil olmaqla saat 09:00-dan 19:00-dək müəyyən edilməsi barədə göstəriş vermişdir. İddiaçı himayəsində azyaşlı uşağın olmasını, uşağın dayəsinin ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə əsasən işə çıxa bilməməsi səbəbindən uşağın fiziki və yemək tələbatlarının ödənilməsi üçün baş direktor vəzifəsini icra edən Z.Şərifovdan şənbə günü iş günü olmadığından işə gəlməməsi və iş günləri hesab edilən vaxtlarda nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec gəlməyi üçün icazə almış, baş direktor vəzifəsini müvəqqəti icra edən isə buna icazə vermişdir. Bundan bir müddət sonra 06 iyul 2020-ci il tarixdə kadrlar şöbəsi iddiaçını dəvət edərək onun yerinə ayrı-seçkiliyə yol verərək başqa müşavirin təyin olunacağını bildirmiş və işdən azad olunması barədə ərizə yazmasını tələb etmiş, iddiaçı ərizə yazmaqdan imtina etmiş, himayəsində azyaşlı uşağın olduğunu bildirərək ölkə başçısı xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə tapşırıqların verildiyini bildirmişdir. Bütün bunlara baxmayaraq qərəzli olaraq baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.Şərifov İddiaçı barəsində intizam tənbehinin görülməsi haqqında 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmr imzalamış və İddiaçı töhmət vermişdir. Əmrin verilməsinə əsas kadrlar şöbəsinin müdiri D.Memmədovanın 06 iyul 2020-ci iİ tarixli, x/m-001944 saylı institutun Baş direktorun müşaviri İddiaçı işə davamiyyəti barədə xidməti məruzəsi olmuşdur (xidməti məruzə qoşmaya əlavə edilir). Əmrə etiraz olaraq iddiaçı işdən nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec qayıtmağı üçün Z.Şərifovdan icazə aldığını, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların siyahısının olmamasını bildirmişdir. Daha sonra köhnə tarixlə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı 08 iyul 2020-ci il tarixdə iddiaçıya elektron poçt vasitəsilə göndərilir. İddiaçı sözügedən siyahı ilə 08 iyul 2020-ci il tarixdə tanış olmuşdur, işin maraqlı tərəfi ondan ibarətdir ki, F-001 07 iyul 2020-ci il tarixli əmrə əsas olmuş D.Məmmədovanın xidməti məruzəsinin tarixi 06 iyul 2020-ci il tarix qeyd edilmiş və Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı ilə ziddiyət təşkil edir. Belə ki, qeyd edilən siyahıya uğun olaraq kadrlar şöbəsinin müdiri X3 birinci həftə, yəni 06 iyul 2020-ci il tarixdə işə cəlb edilməli olan əməkdaşların siyahısında mövcud olmamışdır. Bu isə bir daha sözügedən siyahının 03 iyul deyil 08 iyul tarixdə tərtib edilməsinin sübutudur və işin mübahisəsiz halıdır. Sözügedən əmr eyni qaydada, yəni baş direktorun digər müşaviri X9 tərəfindən də razılaşdırılmışdır. Halbuki həmin müşavir də siyahıya uyğun olaraq həmin gün işə cəlb edilən işçilərin siyahısında olmamışdır. Hətta fərz edilsə ki, iddiaçı 06 iyul 2020-ci il tarixdə işə çıxmalı idi "Xüsusi Karantin Rejiminin X6 Alınması və Monitorinqi Sistemində" fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində icaze.e-gov.az portalında iddiaçının icazəsi akivləşdirilməmişdir. Bunun nəticəsi və işəgötürənin qərəzli mövqeyi olaraq xüsusi karantin rejimi qaydalarını pozan fiziki şəxs kimi iddiaçı bir neçə dəfə inzibati qaydada cərimə edilmişdir (portaldan çıxarışlar qoşmaya əlavə edilir), işəgötürənin qərəzli mövqeyi digər bir yazışmada da öz əksini tapır. İddiaçı tərəfindən 02 iyul 2020-ci il tarixdə baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.Şərifova Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə bağlı, himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, işə gəlmədən online qaydada işi icra etmək müraciəti, kadrlar şöbəsinin mütəxəssisi Ş.Mövsümova tərəfindən müsbət cavablandırılaraq, iddiaçının iş fəaliyyətinin online şəkildə davam etdirilməsinə icazə verilməsini bildirmişdir (elektron poçt vasitəsilə göndərilmiş məktubun surəti qoşmaya əlavə edilir). Yuxarıda sadalananları nəzərə alaraq hesab edirlər ki, baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun F-001 nömrəli 07 iyul 2020-ci il tarixli əmri əsassız, qərəzli, qüvvədə olan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən məhkəmə qaydasında ləğv edilməlidir. Hesab edirlər ki, işəgötürən ayrı-seçkiliyə yol verərək, qüvvədə olan qanunvericiliyi kobud şəkildə pozaraq işçini işdən azad etmək niyyəti ilə ilk olaraq intizam tənbehinin görülməsi haqqında əmr vermiş, gələcəkdə isə qeyd edilən əmrə istinad edib işçini işdən azad edəcəkdir. İşin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edirlər ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarında nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmamış, əmək qanunvericiliyinin tələbləri pozularaq qanunsuz və əsassız əmr verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdeh X22 tərəfindən verilmiş 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh X13rşı "işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı, işlədiyi dövrdə heç bir intizam tənbeh tədbiri almamış, həmişə nümunəvi işçi olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti "Cavabdehna" yeni təyin edilmiş baş direktorun müavini (baş direktor vəzifəsini müvəqqəti icra edən Z.Şərifov 2020-ci ilin iyul ayının əvvələrindən bütün işçilərin işə çıxması, iş vaxtının həftənin altı günü, şənbə günü daxil olmaqla saat 09:00-dan 19:00-dək müəyyən edilməsi barədə göstəriş vermişdir. O, himayəsində azyaşlı uşağın olmasını, uşağın dayəsinin ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə əsasən işə çıxa bilməməyi səbəbindən uşağın fiziki və yemək tələbatlarının ödənilməsi üçün baş direktor vəzifəsini icra edən Z.Şərifovdan şənbə günü iş günü olmadığından işə gəlməməyi və iş günləri hesab edilən vaxtlarda nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec gəlməyi üçün icazə almış, baş direktor vəzifəsini müvəqqəti icra edən isə buna icazə vermişdir. Bundan bir müddət sonra 06 iyul 2020-ci il tarixdə kadrlar şöbəsi onu dəvət edərək, ayrı-seçkiliyə yol verərək yerinə başqa müşavirin təyin olunacağını bildirmiş və işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmişdir. O, bu barədə ərizə yazmaqdan imtina etmiş, himayəsində azyaşlı uşağın olduğunu bildirərək ölkə başçısının xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə tapşırıqlar verildiyini bildirmişdir. Bütün bunlara baxmayaraq qərəzli olaraq baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.Şərifov onun barəsində intizam tənbehinin görülməsi haqqında 07 iyul 2020-ci il tarixli F- 001 nömrəli əmr imzalamış və ona töhmət vermişdir. Əmrin verilməsinə əsas kadrlar şöbəsinin müdiri Ə.Məmmədovanın 06 iyul 2020-ci il tarixli, x/m001944 saylı İnstitutun Baş direktorun müşaviri onun işə davamiyyəti barədə xidməti məruzəsi olmuşdur (xidməti məruzə qoşmaya əlavə edilir). Əmrə etiraz olaraq o, işdən nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec qayıtmağı üçün Z.Şərifovdan icazə aldığını, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların siyahısının olmamasını bildirmişdir. Daha sonra köhnə tarixlə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı 08 iyul 2020-ci il tarixdə ona elektron poçt vasitəsilə göndərilir. Bildirir ki, o, sözügedən siyahı ilə 08 iyul 2020-ci il tarixdə tanış olmuşdur. İşin maraqlı tərəfi ondan ibarətdir ki, 7-001 saylı 07 iyul 2020-ci il tarixli əmrə əsas olmuş D.Məmmədovanın xidməti məruzəsinin tarixi 06 iyul 2020-ci il tarix qeyd edilmiş və Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı ilə ziddiyyət təşkil edir. Belə ki, qeyd edilən siyahıya uyğun olaraq kadrlar şöbəsinin müdiri X3 birinci həftə, yəni 06 iyul 2020-ci il tarixdə işə cəlb edilməli olan əməkdaşların siyahısında mövcud olmamışdır. Bu isə bir daha sözügedən siyahının 03 iyul deyil 08 iyul tarixdə tərtib edilməsinin sübutudur və işin mübahisəsiz halıdır. Sözügedən əmr eyni qaydada, yəni baş direktorun digər müşaviri X9 tərəfindən də razılaşdırılmışdır. Halbuki həmin müşavirdə siyahıya uyğun olaraq həmin gün işə cəlb edilən işçilərin siyahısında olmamışdır. Hətta fərz edilsə ki, o, 06 iyul 2020-ci il tarixdə işə çıxmalı idi, "Xüsusi Karantin Rejiminin X6 Alınması və Monitorinqi Sistemində" fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində icaze.e-gov.az portalında onun icazəsi aktivləşdirilməmişdir. Bunun nəticəsi və işəgötürənin qərəzli mövqeyinin nəticəsi olaraq xüsusi karantin rejimi qaydaları pozan fiziki şəxs kimi mənə bir neçə dəfə inzibati qaydada cərimə tətbiq edilmişdir (portaldan çıxarışlar qoşmaya əlavə edilir). İşəgötürənin bu kimi qərəzli mövqeyi digər bir yazışmada da öz əksini tapır. Onun tərəfindən 02 iyul 2020-ci il tarixdə baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.Şərifova Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə bağlı, himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, işə gəlmədən online qaydada işi icra etmək müraciəti, kadrlar şöbəsinin mütəxəssisi Ş.Mövsümova tərəfindən müsbət cavablandırılaraq, onun iş fəaliyyətinin online şəkildə davam etdirilməsinə icazə verilməsini bildirmişdir (elektron poçt vasitəsilə göndərilmiş məktubun surəti qoşmaya əlavə edilir). Yuxarıda sadalanları nəzərə alaraq, Cavabdehn baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun F-001 nömrəli 07 iyul 2020-ci il tarixli əmrinin əsassız, qərəzli, qüvvədə olan qanunvericiliyin tələblərini kobud şəkildə pozulmaqla qəbul edildiyi səbəbindən həmin əmrin məhkəmə qaydasında ləğv edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmək istəyir ki, müvafiq iddia ərizəsi ilə birikdə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, onun Cavabdeh icra etdiyi vəzifədən azad edilməyinin, işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin cavabdehə qadağan edilməsinə dair iddianın təmini tədbiri ərizəsi də məhkəməyə təqdim edilmişdir. Qeyd edilən iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində icraat başladılmış və məhkəmənin 17.07.2020-cı il tarixli, e- 2(006)-3932/2020 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxlıb qurtaranadək işçi X1 (onun) işdən azad olunmasının işəgötürən Cavabdeh X13dağan edilməsinə dair qərardad qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardadı ilə Cavabdehinin şikayəti təmin edilərək 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardad ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardadı qəbul edildikdən cəmi bir gün sonra, 22.07.2020-ci il tarixdə onun "Cavabdeh” X21 ilə olan əmək müqaviləsinə xitam verilərək, o, işdən azad edilmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş, həmin qərardadın onun tərəfindən mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddət gözlənilməməklə, qərardadın qəbul edilməsindən cəmi bir gün sonra onun işdən azad edilməyi ilə yeni bir pozuntu həyata keçirilmişdir. Bununla da hesab edir ki, "Cavabdeh” X4 qarşı yuxarıda qeyd edilən qərəz və ayrı-seçkiliyindən başqa bu halın özü də, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e2(006)-3932/2020 saylı qərardadı qəbul edildikdən cəmi bir gün sonra, 22.07.2020-ci il tarixdə onun işdən azad edilməyi ilə bağlı hərəkətlər də qanunvericiliyin tələbləri ilə yolverilməz haldır. Belə ki, qanunvericiliyin tələbinə əsasən qəbul edilmiş qərardadın tam hüquqi qüvvəsini alması üçün 10 (on) gün prosessual müddət (mübahisələndirmə-şikayət müddəti) müəyyən olunmuşdur. Yəni qanunla nəzərdə tutulmuş imperativ tələbə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardadı ilə nəzərdə tutulmuş hərəkətlərin icrasına (hərəkətə və ya hərəkətsizliyə) ən tezi 10 (on) gündən sonra, həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra, 01.08.2020-ci il tarixdən etibarən başlanıla bilərdi. Lakin Cavabdehi tərəfindən onun 22.07.2020-ci il tarixdə işdən azad edilməyi ilə qanunvericiliyin bu tələbi də pozulmuşdur. İşin digər halı isə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin müddəaları işəgötürən Cavabdeh X22 tərəfindən kobud şəkildə pozulmuşdur. İşçi işə davam etdiyi halda bir tərəfli qaydada əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən tərəfindən ona ünvanlanmış 22 iyul 2020- ci il tarixli bildirişdə tərəflər arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin müddəti 21 iyul 2020-ci il tarixdə bitdiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi qeyd edilir. Bildirmək istəyir ki, işəgötürənin qeyd etdiyi 21.01.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə ola bilməzdi, belə ki, 21.01.2019-cu il tarixdən sonra o, iki dəfə başqa vəzifələrə daha yüksək vəzifəyə təyin olunduğundan işəgötürənin istinad etdiyi müqavilə ilə əmək müqaviləsinə xitam verməsi tam əsassız və qanunsuzdur. Digər tərəfdən 21.01.2019-cu il tarixli müqaviləyə istinad edilməsi əsassızdır ona görə ki, sonrakı həm vəzifəsi, həm də əmək haqqısı fərqlidir, bu isə öz növbəsində yeni əmək müqaviləsi və yeni şərtlər deməkdir. Hesab edir ki, Cavabdehi onun işdən azad edilməyi ilə bağlı yuxarıda gösərilən qanunsuz hərəkətlərə yol verdiyindən, onun işdən azad edilməyi ilə bağlı edilmiş hərəkətlər, qəbul edilmiş qərar-əmr qanunsuz olduğundan əsassızdır. Bu səbəbdən hesab edir ki, hazırkı iddiası üzrə işə məhkəmə qaydasında baxılmalı, Cavabdehi tərəfindən onun işdən azad edilməyi ilə bağlı qəbul edilmiş qərar-əmr ləğv edilməli və onun həmin Müəssisədə çalışdığı vəzifəyə işə bərpa olunmağı ilə bağlı qətnamə qəbul edilməlidir. Hesab edir ki, işəgötürən bu kimi ayrı-seçkiliyə yol verərək, qüvvədə olan qanunvericiliyi kobud şəkildə pozaraq onu işdən azad etmək niyyəti ilə ilk olaraq intizam tənbehinin görülməsi haqqında əmr vermiş, bununla da gələcəkdə qeyd edilən əmrə istinad edərək onu işdən azad etmək üçün əsaslar hazırlamaq niyyəti daşımışdır (hansı ki, 22.07.2020-ci ildə, məhkəmə qərardadının qanuni qüvvəsinin almasını gözləmədən onun işdən azad olunmağı ilə bağlı əmr imzalanmışdır). İşin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, onun işdən azad edilməyi ilə bağlı Cavabdeh X11 müvafiq əmri Azərbaycan Respublikasının qanunvericilik aktlarının müddəalarınormaları ilə ziddiyət təşkil etdiyindən, qeyd edilən qərar məhkəmə qaydasında ləğv edilməli və onun Cavabdehində çalışmış olduğu vəzifə üzrə işə bərpa olunmağına dair qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini, onun (İddiaçı) işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdehinin vəzifəli şəxsi tərəfindən verilmiş əmrin ləğv edilməsini, onun (İddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdehində çalışmış olduğu vəzifə üzrə yenidən işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(006)-4132/2020 saylı qərardadından görünür ki, icraatda olan İddiaçı Cavabdehə qarşı «işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa tələbi»nə dair 2(006)-4132/20 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatında olan İddiaçı Cavabdehə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair 2(006)-3932/20 saylı mülki işlə bir icraatda birləşdirilmiş, mülki işə 2(006)-3932/2020 nömrəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli e-2(006)- 3932/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehə qarşı “töhmətin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı Cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3932/2020 saylı iş üzrə 08.10.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmrin ləğv edilməsi və iddiaçı X1 cavabdeh “Azərbaycan Respublikası Metrologiya İnstitutu” X13rşı “i.dən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi hüquqlarının əsaslı şəkildə poozulması və iş üzrə materiallara düzgün qiymət verilməməklə qət edilmişdir. Belə ki, hər şeydən əvvəl əmrin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, onun davamiyyətsizliyi heç bir üzürlü səbəbə əsaslanmır, gətirdiyi bu əsas həqiqətə uyğun deyil, bunu təsdiqləyən heç bir subut və ya sənədi kadrlar şöbəsinə təqdim etməmişdir. İşəgötürənin qərəzli mövqeyi bir yazışmalarında öz əksini tapır. O, 02 iyul 2020-ci il tarixdə baş direktorun vəifəsini müvəqqəti icra edən Z.Şərifova Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə bağlı, himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, işə gəlmədən online qaydada işə bildirmişdir. Beləliklə də, həmin kadralr şöbəsinin mütəxəssisi Ş.Mövsümova tərəfindən cavab olaraq “online şəkildə iş fəaliyyətinizi davam etdirə bilərsiniz” deyə qeyd onunan məktub elektron poçt adresinə birbaşa olaraq göndərildiyini qeyd etmişdir. Bundan əlavə ölkə başçısı xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xətinə tapşırıqlar vermişdir. Bütün bunlara baxmayaraq, baş direktorun vəzifəsini müvəqqəti icra edən z.Şərifova məhz özü onun barəsində intizam tənbehinin görülməsi haqqında 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmr imzalamışdır. Bu baxımdan da, birinci instansiya məhkəməsinin qətnaməsi onu göstərir ki, məhkəmə iş materiallarının düzgün qiymətləndirməmiş və onun əmək hüquqlarını ciddi pozulmasına yol vermişdir. Digər bir məsələ, Z.Şərifovadan aldığı icazədən əlavə olaraq əmrə etiraz olaraq bildirmişdir ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdehin işə cəlb ediləcək olan əməkdaşlarının siyahısının olmamasını bildirmişdir. Daha sonra köhnə tarixlə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alıması məqsədilə “Azərbaycan Metrologiya İnsitutu” X17 işə cəlb ediləcək əməkdaşlarının 03 iyul 2020-ci il tarixli siyahısı 08 iyul 2020-ci il tarixdə ona elektron poçt vasitəsilə göndərildiyini qeyd etmişdir. O, 3 iyul 2020-ci il tarixli siyahı ilə 08 iyul 2020-ci il tarixdə tanış olduğunu bildirmişdir. Maraqlısı da odur ki, F-001 07 iyul 2020-ci il tarixli əmrinə əsas olmuş D.Məmmədovanın xidməti məruzəsinin tarix 06 iyul 2020-ci il tarixdə qeyd edilmiş və Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh lik hüquqi şəxsin işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı ilə ziddiyət təşkil etdiyini bildirmişdir. Belə ki, qeyd edilən siyahıya uğun olaraq kadrlar şöbəsinin müdiri X3 birinci həftə, yəni 06 iyul 2020-ci il tarixdə işə cəlb edilməli olan əməkdaşların siyahısında mövcud olmamışdir. Bu isə bir daha sözügedən siyahının 03 iyul deyil 08 iyul tarixdə tərtib edilməsinin sübutudur və işin mübahisəsiz halıdır. Sözügedən əmr eyni qaydada, yəni baş direktorun digər müşaviri X9 tərəfindən də razılaşdırılmışdır. Halbuki həmin müşavir də siyahıya uyğun olaraq həmin işə cəlb edilən işçilərin siyahısında olmamışdır. Halbuki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Daha bir önəmli fakt isə ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardadı ilə "Cavabdeh” X11 şikayəti təmin edilərək 21.07.2020-ci il tarixli, e-2(006)-3932 2020 saylı iddiaçının işdən azad olunmasının cabdehə qadağan olunması barədə qərardad ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli, e-2(006)-3932/2020 saylı qərardadı qəbul edildikdən cəmi bir gün sonra, həmin qərardadın onun tərəfindən mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddət gözlənilməməklə, qərardadın qəbul edilməsindən cəmi bir gün sonra onun işdən azad edilməyi ilə yeni pozuntu həyata keçirilmişdir. Cavabdeh isə bunun qarşılığında belə bir absurt fikir qeyd edir ki, “iddiaçı həmin qərardadın ləğv edilməsini qanunsuz hesab etsəydi bunu mübahisələndirərdi, lakin bunu etmədiyi nəzərə alınsa iddiaçınin istinad etdiyi bu hal da əsassızdır”. Göründüyü kimi, bu fikir tamamilə prolonqasiyadan ibarətdir. Belə ki, onun həmin qərardaddan şikayət verib-verməyəcəyi cavabdehə həmin qərardadı cəmi bir gün sonra ica etməyə qətiyyən əsas vermir. Bütün bu faktlar, cavabdeh işəgötürənin qərəzli mövqeyinin əyani sübutudur. İşəgötürən ayrı-seçkiliyə yol verərək qüvvədə olan qanunvericiliyi kobud şəkildə pozaraq işçini işdən azad etmək niyyəti ilə ilk olaraq intizam tənbehinin görülməsi haqqında əmr vermiş, gələcəkdə isə qeyd edilən əmrə istinad edib işçini işdən azad edəcəkdir. İşin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq barəsində verilmiş F-001 nömrəli 07 iyul 2020-ci il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarında nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmamış, əmək qanunvericiliyinin tələbləri pozularaq qanunsuz və əsassız əmr verildiyindən apellyasiya instansiyası qaydasında ləğv edilməlidir. İşin mahiyyətinin ikinci tərəfi isə “işə bərpa tələbi” ilə bağlıdır. Belə ki, iddiaçının razılığı olmadan cavabdehlə aralarında bağlanmış 21.01.2019-cu il tarixli ZTEHHT000200 saylı Əmək müqaviləsinə həmin dövrdə məhkəmənin qüvvədə olan qərarı olmasına baxmayaraq birtərəfli qaydada xitam verilərək onun əmək hüquqları, OZTEHHT00200 saylı Əmək müqaviləsini şərtləri və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbəri qərəzli şəkildə ozulmuşdur. Belə ki, birincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Müddətli əmək müqaviləsin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Yəni, cavabdehlə onun arasında əmək münasibətlərinin davam etdiyi dövrdə işə götürən tərəfindən birtərəfli qaydada buu münasibətlərə xitam verilmişdir. Cavabdeh qeyd edir ki, OZTEHHT000200 saylı əmək müqaviləsinə əlavə və dəyişiklklər edilməsi barədə məlumata görə, 1.2 və 4.1-ci maddələrinə əlavə və dəyişikliklər edilmiş və o, baş direktorun müşaviri vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq 1000 manat məbləğində əmək haqqıya təyin olunmuşdur. Halbuki, OZTEHHT000200 saylı Əmək müqaviləsinin 10-cu bəndinə bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi mənası yoxudur. Beləliklə, cavabdeh X17 qeyd etdiyi həmin əlavə və düzəlişlər heç bir sübutla təsdiqlənmir və əmək müqaviləsinin 10.2-ci bəndində (Əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklər) bununla bağlı heç bir qeyd öz əksini tapmır. Cavabdeh işəgötürən tərəfindən əmək müqaviləsinin xitam edilməsinə əsas olmuş 2019-cu il tarixli əmək müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur və həmin əmək müqaviləsinə istinad edilərək əmək müqaviləsinə xitam verilməsi özü özlüyündə qanunverciliyinin kobud şəkildə pozulması deməkdir. Belə ki, o, sonuncu dəfə işəgötürən “Azərbaycan Respublikası Metrologiya İnstitu” X22 ilə yeni əmək müqaviləsi imzalayaraq İnstitutun direktorunun müşaviri vəzifəsinə təyin edilmiş. Qeyd edilən sonuncu əmək müqaviləsi hazırda qüvvədədir və müqavilə müddətinin bitmə tarixi 2021-ci il göstərilmişdir. Tərəfindən birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilərək onunla işəgötürən arasında mövcud olan bütün əmək müqavilələrinin, müqaviləyə dəyişikliklər, əlavələr və digər sənədlərin surətlərinin təqdim edilməsi xahiş olunsada cavabdeh qərəzli şəkildə onları təqdim etməkdən yayınmışdır. Yəni, bütün bunlar sadəcə olaraq cavabdehin öz qərəzli niyyətini “maskalamaq” və pərdələməkdən başqa bir şey deyil. Qeyd edir ki, Nəsimi rayon Məhkəməsi bütün u hallara heç bir hüquqi qiymət verməmiş, işin halları obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 07.07.2020 tarixli, F-001 saylı əmrin ləğv edilməsi, habelə "İşdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa” tələbi üzrə Nəsimi rayon məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini qanunvericiliyə zidd və əsassız hesab edir. Qeyd edir ki, bu iş apellyasiya məhkəməsinin ilk iclası (08.04.2021) qətnamə qəbul və tərəflərə elan edildiyi gündən (08.10.2020) 6 ay sonra keçirilmişdir. Onlar bunun səbəbini apellyasiya şikayətini vermə müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə əlaqələndirdiklərini bildirirlər. Bununla əlaqədar hesab edirlər ki, mahiyyəti üzrə baxışa keçməzdən əvvəl Nəsimi rayon məhkəməsindən bu şikayətinin daxil olması, qeydiyyata alınması prosessual tələblərin icra edilməsi və gecikmə ilə apellyasiya məhkəməsinə göndərilməsinə dair müvafiq sənədləşməni tələb edib araşdırmalıdırlar. Apellyasiya şikayətindəki 1-ci “əsas”: iddiaçı qeyd edir ki, İnstitutun baş direktorun müavini Z.Şərifov iyul ayının əvvəllərindən bütün işçilərin işə çıxması, iş vaxtının həftənin altı günü, şənbə günü daxil olmaqla saat 09:00-dan 19:00-a dək müəyyən edilməsi barədə göstəriş vermişdir. Bu “əsasın” təkzibi: İddiaçı bu mülahizəsini təsdiq edə biləcək heç bir sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. 2-ci “əsas”: İddiaçı qeyd edir ki, işə çıxmamağının səbəbi uşağının dayəsinin qohumunun vəfat etməsi ilə əlaqəli olmuşdur. Bu “əsasın” təkzibi: İddiaçı bu mülahizəsini də təsdiq edə biləcək heç bir sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Əmək Məcəlləsində dayənin qohumunun vəfatı işə davamiyyətin və ya əmək intizamının pozulması üçün əsas kimi müəyyən edilməmişdir. Apellyasiya şikayətindəki 3-cü “əsas”: İddiaçı qeyd edir ki, 06.07.2020-ci il tarixdə İnstitutun kadrlar şöbəsi ondan işdən azad olunması barədə ərizə yazmasını tələb etmişdir. Bu “əsasın” təkzibi: İddiaçı bu mülahizəsini təsdiq edə biləcək heç bir sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətindəki 4-cü “əsas”: İddiaçı qeyd edir ki, barəsində intizam tənbehi haqqında 07.07.2020-ci il tarixli F-001 nömrəli əmr əsassızdır. Bu “əsasın” təkzibi: iddiaçının işə davamiyyəti pozması institutun girişində quraşdırılmış turniketin göstəricilərinə əsasən də təsdiq edilmişdir. Bu fakt institutun əməkdaşları tərəfindən aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Belə olan halda İnstitut ƏM-nin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozan və üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməyən iddiaçı barədə haqlı olaraq ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən intizam tənbehinin tətbiq etmişdir. Apellyasiya şikayətindəki 5-ci “əsas”: İddiaçı qeyd edir ki, Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə İnstitutun işə cəlb ediləcək əməkdaşların 03 iyul 2020-ci il tarixli siyahısı köhnə tarixə aiddir. Bu “əsasın” təkzibi: İddiaçı bu mülahizəsini də təsdiq edə biləcək heç bir sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətindəki 6-cı “əsas”: İddiaçı qeyd edir ki, işə cəlb ediləcək əməkdaşların 03.07.2020-ci il tarixli siyahısında birinci həftəsi ərzində işə cəlb edilməli olan əməkdaşların siyahısında mövcud olmamışdır. Bu “əsasın” təkzibi: İnstitutun Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 03 iyul 2020-ci il tarixli əmrlə təsdiq etdiyi siyahıya uyğun olaraq işə cəlb edilmişdir. İddiaçının bu mülahizəsi buna dair iş materiallarında olan sənədlərə ziddir Belə olan halda, iddiaçının istinad etdiyi bu mülahizəsi də tamamilə əsassızdır. Apellyasiya şikayətindəki 7-ci “əsas”: İddiaçı qeyd edir ki, iddiaçının işdən azad olunmasının İnstituta qadağan edilməsinə dair Nəsimi rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli, 2(006)-3932/2020 saylı qərardadının ləğv edilməsi qanunsuzdur. Bu “əsasın” təkzibi: İddiaçı bu qərardadın ləğv edilməsini qanunsuz hesab etsəydi onu mübahisələndirərdi. Lakin bunu etmədiyini nəzərə alsaq onun buna dair mülahizəsi də tamamilə əsassızdır. Apellyasiya şikayətindəki 8-ci “əsas”: İddiaçı qeyd edir ki, 2019-cu il tarixli əmək müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu “əsasın” təkzibi: İnstitut 21.01.2019-cu il tarixdə iddiaçı ilə 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Prolonqasiyaları nəzərə alaraq, bu əmək müqaviləsi üzrə növbəti 3 ay başa çatdıqdan sonra, İnstitut 22.07.2020-cı il tarixli 041-K saylı əmri ilə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) bu əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda, iddiaçını bu mülahizəsi də tamamilə əsassızdır. Xüsusi olaraq qeyd edir ki, dəstək olmaq məqsədi ilə, məhkəmə baxışından öncə iddiaçıya digər qurumda aylıq əmək haqqı son tutduğu vəzifə üzrə əmək haqqına uyğun “İnzibatçı” vəzifəsi təklif edilmişdir, lakin, iddiaçı bu təklifdən imtina edərək öncə tutduğu "Müşavir” vəzifəsinə uyğun statuslu işlə təmin edilməsini tələb etmişdir. AR MPM-nin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. İddiaçı iddia ərizəsində də eyni “əsaslar”ı irəli sürmüşdür. Məhz buna görə də işə baxmış Nəsimi rayon məhkəməsi haqlı olaraq buna bu əsaslara əsassız və sübuta yetməyən deklamasiya kimi yanaşmış və iddia tələbini rədd etmişdir. Qeyd olunanları nəzərə alaraq, habelə MPM-nin 367-ci maddələrini rəhbər tutaraq, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya mhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 21.01.2019-cu il tarixdən 21.04.2019-cu il tarixədək 3 ay müddətinə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehin Biznesin inkişaf departamentinin direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 700 manat əmək haqqı ödənilir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21.01.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə məlumatdan görünür ki, əmək müqaviləsinin 1.2-ci bəndinə – işçi 08.05.2019-cu il tarixdən Baş direktorun müşaviri vəzifəsinə keçirilir; 4.1-ci bəndinə – aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 1000 məbləğində əmək haqqı ödənilir; 3.1-ci bəndinə - işçi İnstitutun Nizamnaməsinin tələblərinə uyğun olaraq öhdəsinə düşən vəzifələri həyata keçirir kimi dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdehinin Baş direktorun müavini - Baş direktorun v.m.i.e Zahid Şərifov tərəfindən təsdiq edilmiş 03.07.2020-ci il tarixli Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə işə cəlb ediləcək əməkdaşlarının siyahısına əsasən baş direktorun müşaviri İddiaçı işə cəlb edilməsi birinci həftə üçün nəzərdə tutulmuşdur. Kadrlar şöbəsinin müdiri D.Məmmədova tərəfindən Cavabdehin Baş direktorunun müavini-Baş direktorun vəzifəsini müvəqqəti icra edən Z.H.Şərifova ünvanlanmış 06.07.2020-ci il tarixli xidməti məruzədən görünür ki, İddiaçı imzaladığı əmək müqaviləsinin qaydalarına zidd olaraq, 30.06.2020 tarixdə 09:12 tarixdə işə gəlmiş və 17:34-də işdən getmiş, 01.07.2020- ci il tarixdə 09:13-də işə gəlmiş, 12:32-də nahar fasiləsinə çıxmış, 15:20-də nahar fasiləsindən qayıtmış, 17:39-da işdən getmiş, 02.07.2020-ci il tarixdə 08:59-da işə gəlmiş, 12:35-də nahar fasiləsinə çıxmış, 15:11-də nahar fasiləsindən qayıtmış, 17:32-də işdən getmişdir. 03.07.2020-ci il tarixdə isə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. İddiaçı 06.07.2020-ci il tarixdə işə gələrkən 03.07.2020-ci il tarixdə işə gəlməməsinin üzrlü səbəb olmasını təsdiq edən heç bir sənədi şöbəyə təqdim etməmişdir. 06.07.2020-ci il tarixli aktdan görünür ki, 30.06.2020-ci il tarixdə 09:12 tarixdə işə gəlmiş və 17:34-də işdən getmiş, 01.07.2020-ci il tarixdə 09:13-də işə gəlmiş, 12:32-də nahar fasiləsinə çıxmış, 15:20-də nahar fasiləsindən qayıtmış, 17:39-da işdən getmiş, 02.07.2020-ci il tarixdə 08:59-da işə gəlmiş, 12:35-də nahar fasiləsinə çıxmış, 15:11-də nahar fasiləsindən qayıtmış, 17:32-də işdən getmişdir. 03.07.2020-ci il tarixdə isə heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək intizamını kobud surətdə pozmuşdur. Bununla əlaqədar olaraq İddiaçı izahat yazması tələb olunmuş, lakin izahat yazmaqdan imtina etmişdir. Aktın doğruluğu Oktay Abbasov, Dilarə Məmmədova və Şəbnəm Mövsümova tərəfindən təqsdiq edilmişdir. 07.07.2020-ci il tarixli aktdan görünür ki, 07.07.2020-ci il tarixdə Cavabdehin girişində, dəhlizlərində quraşdırılmış video görüntülərə dair məlumatların baxışı keçirilmişdir. Baxış nəticəsində İnstitutun Baş direktorunun müşaviri İddiaçı aid aşağıdakılar müəyyən edilmişdir: 30.06.2020-ci il tarixdə 09:12 tarixdə işə gəlmiş, 12:32də nahar fasiləsinə çıxmış, 15:20- də nahar fasiləsindən qayıtmış və 17:39-da işdən getmişdir. 01.07.2020-ci il tarixdə 09:13- də işə gəlmiş, 12:32-də nahar fasiləsinə çıxmış, 15:20-də nahar fasiləsindən qayıtmış, 17:39-da işdən getmişdir. 02.07.2020-ci il tarixdə 12:35-də nahar fasiləsinə çıxmış, 15:11- də nahar fasiləsindən qayıtmışdır. 03.07.2020-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Aktın doğruluğu Kamran Məmmədov, Dilarə Məmmədova və Şəbnəm Mövsumova tərəfindən təqsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdehinin Baş direktorun müavini - Baş direktorun v.m.i.e Zahid Şərifovun F- 001 saylı, 07.07.2020-ci il tarixli əmrindən görünür ki, Cavabdehin Baş direktorunun müşaviri İddiaçı 30.06.2020-ci il tarixdən 02.07.2020-ci il tarixədək işə davamiyyət qaydalarını və 03.07.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və eyni zamanda 21.01.2019- cu il tarixli xxxxxxx000200 nömrəli Əmək müqaviləsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a bəndinə əsasən ona töhmət verilmişdir. Kadrlar şöbəsinin müdiri D.Məmmədova tərəfindən Cavabdehin Baş direktorunun müavini - Baş direktorun vəzifəsini müvəqqəti icra edən cənab Z.H.Şərifova ünvanlanmış 10.07.2020-ci il tarixli xidməti məruzədən görünür ki, İnstitutun Baş direktorun müşaviri İddiaçı 06.07.2020-ci il və 07.07.2020-ci il tarixlərində işə davamiyyəti İnstitutun işə davamiyyət proqramı "FCARD3500 X16” vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, 06.07.2020-ci tarixdə 08:58 tarixdə işə gəlmiş, lakin imzaladığı əmək müqaviləsinin qaydalarına zidd olaraq, 12:38-də nahar fasiləsinə çıxmış, 15:19-da nahar fasiləsindən qayıtmış və 17:53-də işdən getmiş, 07.07.2020-ci il tarixdə 09:15-də işə gəlmiş, 12:38-də nahar fasiləsinə çıxmış,14:18-də nahar fasiləsindən qayıdarkən turniketdən istifadə etməmiş, ön qapıdan daxil olmuşdur. Bu barədə həmin gün növbədə olan polis serjantı Ramil Məmmədov yazılı şəkildə xidməti məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, analoji halların baş verməsinin qarşısını almaq məqsədilə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdeh tərəfindən Cavabdehin rəhbərliyində Baş direktorun müşaviri vəzifəsində işləyən İddiaçı ünvanlanmış 22.07.2020-ci il tarixli, Azmi 13/08 nömrəli bildirişdən görünür ki, ona 21.01.2019-cu il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinin müddəti 21.07.2020-ci il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, 22.07.2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi barədə bildirilmişdir. İddiaçı Kadrlar və Maliyyə-təsərrüfat şöbəsi ilə son təhvil-təslim işlərinin görülməsi üçün hazırlanan aktı imzalaması, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətini, əmək kitabçasını və maaş kartına köçürüləcək son haqq-hesab haqqında məlumatı götürməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdehinin Baş direktorun müavini - Baş direktorun v.m.i.e Zahid Şərifovun F- 041 saylı, 22.07.2020-ci il tarixli əmrindən görünür ki, Baş direktorun müşaviri İddiaçı 21.01.2019-cu il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinə 22.07.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. İşin birinci instansiyasıya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə bağladığı 21.01.2019-cu il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə əsasən Cavabdehin Biznesin İmkişaf Departamentində direktor müavini vəzifəsinə təyin olunmuşdur. Tərəflər arasında bağlanmış Əmək müqaviləsinin 2.3-cü bəndinə görə müqavilənin müddəti 21.04.2019-cu il tarixədək nəzərdə tutulmuş, davamiyyət cədvəli isə 4.11 və 4.12-ci bəndlərinə əsasən: iş saatı 09:00-da başlanır, saat 18:00-da qurtarır; nahar vaxtı saaat 13:00-dan saat 14:00-dək kimi müəyyən edilmişdir. 30.06.2020-ci il tarixdən 02.07.2020-ci il tarixədək işə davamiyyət qaydalarını və 03.07.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və eyni zamanda 21.01.2019-cu il tarixli xxxxxxx000200 nömrəli Əmək müqaviləsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 07.07.2020-ci il tarixli əmr ilə iddiaçıya “töhmət” verilmişdir. Daha sonra Cavabdeh tərəfindən qəbul edilmiş 22.07.2020-ci il tarixli, 041-K saylı əmrə əsasən İddiaçı əmək müqaviləsinə, müqavilənin müddətinin qurtarması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən 22.07.2020-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinin müddətinin 21.07.2020-ci il tarixdə başa çatdığı və həmin müddətin uzadılmayacağı barədə İddiaçı 22.07.2020-ci il tarixli bildirişlə məlumat verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş 07 iyul 2020-ci il tarixli, F-001 saylı və əmək müqaviləsinə xitam verilməsi barədə 22.07.2020-ci il tarixli, 041-K saylı əmrlərin əsassız olduğu üçün ləğv edilməsi, çalışmış olduğu vəzifə üzrə yenidən işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanmasına keçməmişdən əvvəl, məhkəmə ilk öncə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidməti Cavabdeh tərəfindən töhmətin verilməsinə dair tərtib edilmiş 07 iyul 2020-ci il tarixli, F001 saylı əmrin qanuniliyinin nəzərdən keçirilməsinin zəruri olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Bu Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Bu Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf olduğu əmək müqaviləsinin müvafiq şərtlərinə zidd şəkildə işə gec gəlməklə, nahar fasiləsindən gec qayıtmaqla və işdən tez çıxmaqla əmək intizamını təqsirli olaraq pozmuşdur. Bu fakt Cavabdehin Kadrlar şöbəsinin müdiri D.Məmmədova tərəfindən tərtib edilmiş 06.07.2020ci il tarixli akt və xidməti məruzə, habelə X17 girişində quraşdırılmış turniketin göstəricilərinə əsasən öz təsdiqini tapmışdır. İddiaçı iddiaya etiraz olaraq işdən nahara 20 dəqiqə tez çıxması və nahardan 20 dəqiqə gec qayıtması üçün təşkilatın rəhbəri olan Z.Şərifovdan icazə aldığına istinad etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işdən azad olunması barədə ərizə yazmasının cavabdehin əməkdaşları tərəfindən ondan tələb edildiyi, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X17 işə cəlb ediləcək əməkdaşların siyahısnın olmamasına dair irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Beləliklə də, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə olan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi iləcavabdehtərəfindən əsaslandırılmış, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması üçün intizam tənbehi iddiaçıya elan edilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb edilmiş, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehə qarşı «töhmətin verilməsinə dair əmrin ləğv edilməsi» tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh X13rşı "işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 42.1, 45.1-ci maddələrinə və 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunun mənasından göründüyü kimi müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu müddətin uzadılması üçün hər hansı yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması tələb olunmur. Tərəflər etiraz etmədiyi halda hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olur. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, müqavilədə müəyyən edilmiş müddət 3 ay təşkil etmişdir. Baxılan iş üzrə tərəflər müvafiq təşəbbüslə çıxış etmədiklərindən qanunun tələbinə əsasən müqavilənin müddəti bir neçə dəfə 3 ay müddətinə avtomatik uzanmış, lakin 21.01.2019-cu il tarixdən başlanmış əmək münasibətlərinə müqavilədə göstərilən müddət eyni müddətə bir neçə dəfə uzadıldığına baxmayaraq, 21.07.2020-ci il tarixdə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, əmək müqaviləsinin müddətinin bitməsi ona xitam verilməsinin qanuni əsası olduğundan, işəgötürən - cavabdeh bu müqaviləyə birtərəfli qaydada xitam verməyə haqlı olmuşdur və onun müvafiq əmrinin ləğv edilməsinin heç bir əsası yoxdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunmuş, iddiaçı cavabdehtərəfindən müvafiq bildirişlə əmək müqaviləsinin müddətinin 21.07.2020-ci il tarixdə bitməsi və həmin müqavilənin müddətinin uzadılmaması barədə xəbərdar olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış və imzalanmış,İddiaçı ilə son haqq-hesab işləri aparılmışdır. Məhkəmə kollegiyasi həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının 21.01.2019-cu il tarixli əmək müqaviləsinin artıq qüvvədə ola bilməməsi, belə ki, 21.01.2019-cu il tarixdən sonra İddiaçı iki dəfə daha yüksək vəzifələrə təyin olunduğu üçün işəgötürənin istinad etdiyi maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsinin tam qanunsuz olması barədə dəlillər əsassız xarakter daşıyır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21.01.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə məlumatdan görünür ki, iddiaçının Baş direktorun müşaviri vəzifəsinə keçməsi mübahisə predmeti olan əmək müqaviləsinin müvafiq bəndlərinə dəyişiklik edilməklə baş vermiş və onun əsas vəzifələrinə və əmək funksiyalarına vaxtında, keyfiyyətlə əməl edib-etməməsi 21.01.2019-cu il tarixli müqaviləyə əsasən tənzimlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh X13rşı "işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehə qarşı "töhmətin verilməsi barədə əmrin ləğv edilməsi" tələbinə dair iddiası və İddiaçı Cavabdeh X13rşı "işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiası rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Məhkəmə kollegiyası, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi və mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli e-2(006)- 3932/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3827/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3827/2021
22.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver