Məhkəmə qərarları › İş №2(103)-3827/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3827/2023

08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3827/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1177/2014 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi- 92 ünvanında yerləşən obyektinin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 1,968 kv.m qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektinin vahid girişindən ümumi istifadə etməklə torpaq sahəsindən 1256,5 kv. Metr ayrılmaqla 380 kv. metr qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektinin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2.480 kv.m ayrılmaqla, 330 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına və oııun mülkiyyətinə verilməsinə, ona vurulmuş zərərin (əldən çıxmış fayda şəklində) Cəmiyyətdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarıİmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən məlum olmuşdur ki, onun Cavabdeh ASC-də olan 100530 ədəd (18,85%) səhmlərin əvəzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyri-yaşayış sahəsinin, həmin ünvanda yerlşən obyektin 2008-2012-ci illər dövründə icarəyə verilməsindən əldə olunan gəlir 2.749.950 manat, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsinin, 2008-2012-ci illər ərzində icarəyə verilməsindən əldə olunan gəlir 68.976 manat, ümumilikdə isə hər iki obyekt üzrə 2.818.746,0 manat təşkil edir. Belə olan halda isə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Buna görə də ilkin iddia tələbləri ilə yanaşı, həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq ünvan 2 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyriyaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu (Xəzər rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla, 194,6 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına və onun mülkiyyətinə verilməsinə və ona 2.818.746,0 manat məbləğində vurulmuş zərərin (əldə çıxmış fayda şəklində) cəmiyyətdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələblərilə yanaşı, həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq ünvan 3 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.metr ayrılmaqla 2004,26 kv.metr qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.metr ayrılmaqla 327,6 kv.metr qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu (Xəzərrayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla, 194,6 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına, həmin sahələrə və tikililərə dair mülkiyyət hüquqlarının tanınaraq, bu hüquqların dövlət qeydiyyatına alınması barədə, həmçinin ona 2.818.746,0 manat məbləğində vurulmuş zərərin (əldən çıxmış fayda şəklində) cəmiyyətdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin səhmdarlarının sırasından çıxarılması və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18,85%) səhminin qarşılığında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə edilməklə və torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsi, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə edilməklə və torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla 194,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı verilməsi, həmin torpaq və qeyri-yaşayış sahələrinin naturada ayrılmasının aşağıdakı qaydada həyata keçirilməsi: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Həyətyanı sahədə sərhəd hasarı çəkilməsi, həmin qeyri- yaşayış obyektinin texniki pasportu üzrə göstərilən 4 nömrəli tikilidə (5 nömrəli tikilinin giriş hissəsindəki divarından 1,4 metr aralı) arakəsmə divarı hörülərək 4 nömrəli tikilinin 2-ci hissəsi, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 nömrəli tikililər digər tikililərdən təcrid olunması və həmin tikililər, həmçinin ofis və yuyucu sexi kimi istifadə olunan “B” tikilisi, texniki pasport üzrə göstərilən və təcrid şəkildə yerləşən “C”, “Ç”, “Çİ”, “D”, “E” tikililəri yerləşdikləri torpaq sahəsi ilə birlikdə və «A» tikilisinin 1-ci mərtəbəsində yerləşən 43,44,45,46,47 nömrəli tikililərin İddiaçı verilməsi, bölgü zamanı qeyd edilən torpaq sahəsinə Xəqani küçəsi tərəfdən olan giriş yolu bölünmüş sahəyə keçid məqsədilə tərəflərin ümumi istifadədəsində saxlanılması, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Qeyri-yaşayış obyekti üzrə giriş hissə tərəflərin ümumi istifadəsində saxlanılmaqla həyətyanı sahədə “A” saylı anbar binasının qarşısında sərhəd hasarı çəkilsin, həmin binanın texniki pasport üzrə göstərilən 1 nömrəli tikilisində arakəsmə divarından 9 metr aralı əlavə arakəsmə divar hörülsün və 1 nömrəli tikilinin bir hissəsi, həmçinin 2, 3, 4, 5 nömrəli tikililərin İddiaçı verilməsi, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: qeyriyaşayış obyekti üzrə həyətyanı sahədə “C” nömrəli yaşayış binasının qarşısında sərhəd hasarı çəkilərək bu tikili digər tikililərdən təcrid olunması və həmin binanın texniki pasport üzrə göstərilən 1,2,3,4,5 nömrəli tikililərin İddiaçı verilməsi, Yuxarıda göstərilən torpaq və qeyri-yaşayış sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınması və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Az. Res. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması, Cavabdeh ASC-dən İddiaçı xeyrinə vurulmuş zərərin (əldə çıxmış fayda şəklində) əvəzi qismində 2.818.746,0 manat məbləğində pul tutulması, Az. Res. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2013-cü il tarixli 485 saylı (məhkəmə tikinti-texniki) və xx.xx.2013-cü il tarixli 11966 saylı (məhkəmə-mühasibatlıq) ekspert rəyləri ilə bağlı ekspertiza xərci - 200 (iki yüz) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq Az. Res. dövlət büdcəsinə (hesab: Az.MEM VÖİN********** X3, KOD 210005 VÖEN **********, Müxbir hesab Az 41 NABZ ********************4 S.W.l.F.T. Bik: CTREAZ 22 Hesab AZ 34 CTRE ********************) köçürülməsi, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin 24 aprel 2013-cü il tarixli ƏBİ/A 15-267 JMs-li ekspert rəyi ilə bağlı ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul cavabdeh Arena» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Əmlak Bazarı İştirakçıları) İctimai Birliyinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən 12 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2496/2017 saylı, 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, 22 aprel 2014-cü il tarixli qətnaməsi ‘‘ünvan 4 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsinin 1498,2 kv. metr hissəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq sahəsindən 1255 kv.m hissəsinin, Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq sahəsinin 2479,4 kv. metr hissəsinin iddiaçıya verilməsi, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunması” hissəsində ləğv olunmuş və həmin hissələrdə iddianın təmin olunmaması qət edilmişdir. 26 dekabr 2022-ci ildə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək maraqlarına toxunan şəxs kimi tanınmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, 16 mart 2023-cü il tarixli qərardadı ilə, İddiaçı - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3-cü şəxslər olan) «əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi» tələbinə dair mülki iş üzrə əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC maraqlarına toxunan şəxs kimi tanınmışdır. Maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Maraqlı şəxsin ərizəsi onunla əsaslandırmışdır ki, 2014-cü ildən əvvəl Cavabdeh ASC-nin nizamnaməsindəki əmlakların həcmində azalma olduğu baxımından, qətnamədə qət edilmiş məsələ əsas səhmdar Maraqlı şəxs MMC-nin maddi maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Yəni iddiaçıya 18,85% əmlak verildiyi zaman, Maraqlı şəxs MMC-nin əmlak payına girişmiş olur. Lakin qətnamə ilə bağlı məhkəməyə əsas səhmdar Maraqlı şəxs MMC cəlb edilməmiş, adı çəkilən qətnamə barəsində ona məlumat verilməmişdir. "xxxx" MMC 2014-cü il tarixli qətnamə və onun nəticəsindən 2022-ci ilin sonlarına yaxın məlumatlı olmuşdur.Maraqlı şəxs MMC xx.xx.2022-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli müiki iş üzrə maraqlarına toxunulan şəxs kimi qəbul edilməsini və həmin qətnamədən apellyasiya şikayəti vermək üçün Bakı səhəri Səbail,Rayon Məhkəməsinə 2(009)- 1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Maraqlı şəxs MMC-ni 2(009)-l 177/2014 saylı, xx.xx.2014-cü il tarixli mülki iş üzrə maraqlı şəxs kimi tanımış və apellyasiya şikayəti vermək üçün qətnaməni rəsmi qaydada Maraqlı şəxs MMC-yə təqdim etmişdir. Belə ki, İddiaçı Cavabdeh ASC-nin icarədə olan əmlakından idarəçilərin çıxarılması barədə yeni qətnamə qəbul ediləndən sonra qətnamə Cavabdeh ASC tərəfindən Maraqlı şəxs MMCyə təqdim edilmiş və qeyd olunan qətnamənin ‘Tərlan C” MMC-nin maraqlarına əhəmiyyətli dərəcədə toxunduğu məlum olmuşdur. Bu səbəbdən də Maraqlı şəxs MMC tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilən prossesual müddətin bərpası zərurəti vardır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. 10 may 2023-cü il tarixdə maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC-nin nümayəndəsi qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMCnin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Maraqlı şəxs MMC-nin 2014-cü il tarixli qətnaməsindən və onun nəticəsindən 2022-ci ilin sonlarına yaxın məlumatlı olmasına dair dəlillərini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edilir ki, Cavabdeh ASC-nin ümumi səhmlərin 75,73% əvvəlki adı ilə "xxxx" hazırda Maraqlı şəxs MMC-yə məxsusdur. İş materiallarında olan 24 iyun 2017-ci il tarixli cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağının iclas protokolundan görünür ki, 24 iyun 2017-ci il tarixli cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağının iclası keçirilmiş, ümumi yığıncaqda 98,73% səsə malik 25 səhmdar (o cümlədən Cəmiyyətin 75,73% səhmlərinə sahib olan Mersol MMC) iştirak etmişdir. Ümumi yığıncağın gündəliyində müzakirəyə 7 məsələ verilmiş və hər bir məsələ haqda qərar qəbul edilmişdir. Ümumi yığıncaqda müzakirə edilən məsələlərdən biri də İddiaçı 18,85% səhmlərinin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilməsi məsələsi olmuşdur. Cavabdeh ASC-nin 24 iyun 2017-ci il tarixli səhmdarlarının ümumi yığıncağında müzakirə edilən 4-cü məsələ haqda qərar qəbul edilmiş və səmdarların 98,68%-nin səs çoxluğu ilə İddiaçı İsamyıl oğlunun 18,85% səhmlərinin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Maraqlı şəxs MMCnin nümayəndəsi tərəfindən verilmiş ərizələrində MMC-nin faktiki ünvanı kimi Cavabdeh ASC-nin internet vergi xidmətindən götürülmüş məlumatda göstərilən hüquqi ünvanı, yəni ünvan 6 birinci instansiya məhkəməsinin qeyd edilən qənaətini düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə maraqlarına toxunan şəxstərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülübötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Hazırki halda isə Maraqlı şəxs MMC-nin 2(009)-1177/2014 saylı müiki işə cəlb edilməmiş, sonuncunun qətnamədən məlumatı olması qeyri-müəyyəndir. Məhkəmə isə bu halı araşdırmadan yalnız mülahisəyə əsaslanaraq prosessual hüquqlara və vəzifələrə malik şəxsi onun iradəsindən asılı olmayan səbəblərdən qətnaməni mübahisələndirmək hüququndan məhrum etmişdir. Kolegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi 16 mart 2023-cü il tarixli qərardadı ilə, Maraqlı şəxs MMC maraqlarına toxunan şəxs kimi tanınmış və apellyasiya şikayəti vermək üçün qətnaməni rəsmi qaydada təqdim etmiş olsa da, məhz sonuncu tərəfindən verilmiş müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bu isə məhkəmənin bir-birinə zidd iki mövqeyinin olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs MMC-nin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatlı olub-olmamasını ən azından qətnamə üzrə verilmiş icra işinə baxış keçirməklə müəyyən edilməsi mümkün olduğu halda, məhkəmə yalnız ehtimal əsasında Maraqlı şəxs MMC-nin ərizəsini təmin etməməklə sonuncunun məhkəməyə müraciət etmək və məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki ərizəyə yenidən baxılmaqla qanuni və əsaslı qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar