Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3834/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Əmək və X3 Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1027/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və X3 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə Əmək və X3 Nazirliyinin **********6 saylı, xx xxxx 2019cu il tarixli əmrinin qanunsuz hesab edilməsi, həmin əmrin ləğv edilməsi və işə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh təşkilat tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1027/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi DSMF-nin Ağcabədi rayon şöbəsində müfəttiş, sektor müdiri və baş məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi həmin dövr ərzində rəhbərlik tərəfindən heç bir irad və töhmət almamışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatın **********6 saylı əmrinə əsasən, onu Ağcabədi Rayon Məşğulluq X2 tədbirləri sektoruna müdir, eyni zamanda direktor vəzifəsinin icrası həvalə olunmuşdur. Ağcabədi rayon Məşğulluq Mərkəzində işlədiyi 5 aydan az müddətdə hər bir işi baş idarə ilə razılaşmağa çalışmışdır. 2019-cu ilin iyun ayında Dövlət Məşğulluq Xidmətinin X4 sektor müdiri Fərid Ağamaliyev və İbadət müəllim adlı şəxs, özlərinin dediyinə görə monitorinq keçirmək məqsədi ilə onların idarəsinə ezam olunmuşdular. İki gün ezamiyyət müddətində mal, qoyun vermiş şəxslərlə yerində görüş keçirdikdən sonra akt tərtib etmədən ondan izahat tələb etmişlər. Bildirmişdir ki, işlədiyi dövrdə heç kimə mal qoyun verilməsi üçün təqdimat verməmişdir, nəyə görə izahat verməlidir. Onda bildirmişlər ki, düzdür o, mal qoyun verməyib amma, növbəlik prinsipini pozmaqla vakant olan yerlərə göndəriş verib və buna görə də Mövlud müəllim onun izahatını tələb edir. O, rəsmi qayadada bildirmişdir ki, həqiqətən belə hallar olub. Belə ki, imtiyazlı şəxslər var ki, onlara göndəriş verməmək mümkün deyil çünki həmin şəxslər şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və ya onların ailələridir. Belə hallar həqiqətən azda olsa olub. Sonra həmin şəxslər ona demişlər ki, ola bilərmi mərkəzin işçiləri göndəriş verilən adamlardan nəsə təmənna umsunlar. O, isə bildirmişdir ki, belə iş olmaz bu hal istisnadır. O, X4 əməkdaşlarını, qonaq kimi qəbul edib onların oteldə qalmalarını və maşın tutub yola salınmasını təmin etmişdir. xx.xx.2019-cu il tarixdə o, Kadrlar İdarəsinin rəisi Nərmin xanımın yanına dəvət olunub və ona onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə uyğun olaraq xitam verilməsi məcburiyyəti yaranmışdır. O, bildirib ki, bu çox ciddi ittihamdır, bu maddədinin tətbiq olunması üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin 8 bəndindən birinin pozulması zəruridir. Həmçinin o, işdən çıxma səbəbinin ona düzgün bildirilməsini xahiş etmişdir. Nərmin xanım ona işdən çıxma səbəbinin Fuad Musayevdən öyrənməsini bildirmişdir. O, nə qədər cəhd etsə də Fuad Musayev onu qəbul etməmişdir. O, iki dəfə Kadrlar İdarəsinin rəisi Nərmin xanımın yanında olmuşdur. Nərmin xanımdan əmək kitabçasının ona verilməsini xahiş etmiş, o, isə kitabçanı hələ yazmadığını, yazıb onu çağırıb verəcəyini bildirmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilən zaman əmrin surəti, əmək kitabçası sonuncu iş günü işçiyə verilməlidir.Təəssüflər olsun ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, xx xxxx 2019-cu il tarixli işdən azad olunmağı barədə əmr və əmək kitabçası ona rəsmi şəkildə təqdim edilməmişdir. Əmək kitabçası ona yalnız xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə göndərilmişdir. İşdən azad olunması barədə əmri almaq üçün xx xxxxxxx 2019- cu il tarixdə o, işlədiyi təşkilata, xx xxxxxxx 2019-cu il tarixdə isə Əmək və X3 Nazirliyinə rəsmi olaraq müraciət etmişdir. Əmək və X3 Nazirliyi yanında Ağcabədi Rayon Məşğulluq Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubuna əsasən işdən azad edilmə haqqında əmrin surətinin verilməsi üçün Əmək və X3 Nazirliyinin müvafiq şöbəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun xx xxxxxxx 2019-cu il tarixli Əmək və X3 Nazirliyinə müraciətinə isə rəsmi şəkildə cavab verilməmişdir. Nəticədə o, məcbur qalaraq xx xxxxxx 2019-cu il tarixdə Əmək və X3 Nazirliyinin inzibati binasına gedib işdən azad olunması barədə sözügedən əmri tələb etmiş və yalnız onun təkidlərindən sonra xx xxxx 2019-cu il tarixli işdən azad olunması barədə əmrin surətini Əmək və X3 Nazirliyinin inzibati binasından xx xxxxxx 2019-cu il tarixdə ala bilmişdir. Əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, həqiqətən də, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, qanunsuz və əsassız olaraq işdən azad etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, apellyasiya şikayətində göstərdiklərini müdafiə edir. Müəssisədə Həmkarlar ittifaqı olmasa da Ağcabədi rayonunda birləşmiş regional həmkarlar ittifaqı var idi. İşdən çıxarılan zaman həmkarlar ittifaqından rəy alınmalı idi və ya bununla bağlı Bakıda həmkarlar ittifaqına müraciət oluna bilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz təqidm edərək etirazda göstərilənləri təsdiq etdiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Əmək və X3 Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən Əmək və X3 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi Rayon Məşğulluq X2 tədbirləri sektorunun direktoru vəzifəsinə təyin olunmuşdur. Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən 2019-cu ilin 5 ayı üzrə təşkil olunmuş özünüməşğulluq tədbirlərinin təşkili vəziyyətinin monitorinqinin aparılması haqqında Arayışdan, Xidməti məruzədən görünür ki, İddiaçı məktubda nəzərdə tutulmuş qaydada tələbləri yerinə yetirməyərək özünüməşğulluq proqramının icrasını qanunamüvafiq qaydada təşkil etməmiş, tələb olunan müvafiq sənədlərin işə alınmasını təmin etməmiş, şəxslərin proqrama uyğunluğu düzgün müəyyənləşdirilməmiş və şəraiti olmayan şəxslər təlimlərə cəlb olunmuş, eyni zamanda vətəndaşlara işə göndərişlərin verilməsi sahəsində bir çox hallarda növbəlilik qaydası pozulmuşdur. Həmçinin iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar ittifaqının razılığının alınmaması dəlilinə gəldikdə isə, Əmək və X3 Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsi özündə Nazirliyin yalnız Bakı şəhəri ərazisində yerləşən təşkilatlarda çalışan işçilərini birləşdirir və Ağcabədi rayon Məşğulluq Mərkəzinin işçiləri ora daxil deyil. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-cimaddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı Togiq oğlu Dövlət Məşğulluq Xidməti, Rayon məşğulluq mərkəzləri, Ağcabədi rayon Məşğulluq Mərkəzi mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri-direktor vəzifəsinə işə qəbul edilərkən vəzifə təlimatları ilə tanış olmuş və həmin vəzifə təlimatlarına əsasən: Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin tağşırıqlarının vaxtında və keyfiyyətlə icrasını, Mərkəz işçilərinin əməyinin səmərəli və düzgün təşkil olunmasını təmin edir: Mərkəzin işini təşkil edir, qarşılıqlı əvəzolunma əsasında iş bölgüsü aparır, işçilərin fəaliyyətinə nəzarət edir; Mərkəzdə əmək intizamına ciddi riayət olunmasını təmin edir, işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, eləcə də əmək və icra intizamını pozmuş işçilərin inzibati qaydada cəzalandırılması haqqında Dövlət Məşğulluq Xidmətinin rəhbəriliyi qarşısında məsələ qaldırır; Mərkəzə məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır və s. Beləliklə,İddiaçı Dövlət Məşğulluq Xidmətinin Ağcabədi Rayon Məşğulluq Mərkəzində tutduğu vəzifədə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi və qanunsuz hərəkətlərə yol verməsi cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia ərizəsinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı işdən azad olunması barədə əmrin surətini Əmək və X3 Nazirliyinin inzibati binasından xx xxxxxx 2019-cu il tarixdə almışdır. Əmrlə tanış olduqdan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə həmin əmrin ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş və işə baxılarkən xx.xx.2020-ci il tarixli iclasda sözügedən iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasə nə mək müqaviləsi üzrə işçinin əsas vəzifələria) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxilii ntizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işə götürənə vurduğu maddi ziyana görəmə suliyyət daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərin ipozmamaq; ə) fərdi, kollekti və mək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki, iddiaçının göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkardır. İddiaçı onun qanunsuz və əsassız olaraq işdən çıxarıldığına dair istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də istinad etdiyi halları sübuta yetirəcək hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən, əmək vəzifələrinin kobud pozulmasını təsdiq edən sübutları ümumiyyətlə təkzib etməmişdir. Göründüyü kimi, məhz iddiaçı əmək funksiyasının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş sübutlar iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirmədiyni və vəzifə borcunu kobud şəkildə pozduğunu bilavasitə təsdiq edir. Həmin halları təkzib edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İkincisi, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işəgötürən tərəfindən həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməlidir. Həmin əsasla əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Çünki, bu əsasla işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığının alınması qanunvericiliyin imperativ tələbidir. Lakin işdən də göründüyü kimi, Bakı şəhəri üzrə X1 Komitəsi özündə Nazirliyin yalnız Bakı şəhəri ərazisində yerləşən təşkilatlarda çalışan işçilərini birləşdirir və Ağcabədi rayon Məşğulluq Mərkəzinin işçiləri ora daxil deyil. Ona görə də, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasına ehtiyac olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1027/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3834/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3834/2020
16.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver