Məhkəmə qərarları › İş №2(103)-3839/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3839/2025

07.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3839/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildə çıxarılma və mənzilin boşaldılması) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildə çıxarılma və mənzilin boşaldılması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-544/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna (azyaşlılar X7 və X5 ilə birlikdə) mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X7 və X5 ilə birlikdə ) ünvan 1ənzilindən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia (tələbinin artırılması barədə ərizə) ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil Qaradağ rayon məhkəməsinin 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifarişlə hərraca çıxarılmış və 14 iyul 2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokola əsasən həmin mənzili hərracdan almışdır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləri olmaqla hazırda onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır, yaşayırlar və evdən çıxmaq istəmirlər. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, o,mülkiyətində olan evdə yaşayıb istifadə edə bilmir. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırırlar. O, mülkiyətində olan mənzildə yaşaya bilmir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2( 002)-544/2024 satlı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X7 və X5 ilə birlikdə) istifadə hüququnun olmaması müəyyən edilməsi, bu qətnamənin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X7 və X5 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna (azyaşlılar X7 və X5 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə ; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 13, 33; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə istinadən qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı mübahisənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Lakin evin köhnə sakinləri olan cavabdehlər qeydiyyatdan və mənzildən çıxmamışdırlar.Hazırki iddia tələbi cavabdehlərin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması olmaqla üç hissədən ibarətdir. Cavabdehlər evin köhnə sakinləri olmaqla mənzil artıq iddiaçının xeyrinə özgəninkiləşdirilmiş və hazırda cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının heç bir qanuni əsasları mövcud deyildir. Beləliklə, hazırki vəziyyətdə cavabdehlər özgənin mülkiyyətindən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuş olurlar. Bu səbəbdən iddia tələbi əsaslı olmaqla təmin edilməli və cavabdehlərin mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməklə mənzildən çıxarılmalıdırlar. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1ənzil qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh3 mənzilin əvvəlki mülkiyyətçisi olub, eyni zamanda Cavabdeh2 da həmin mənzildə yaşadığından, onların harada yaşaması barədə məlumatın olmaması barədə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş məktub heç də o demək deyil ki, onlar həmin mənzili birdəfəlik tərk ediblər. Belə olan halda onlara da münasibətdə iddia tələbi təmin olunmalı, çünki məhkəmə qətnaməsinin qət etdi hissəsi qeyri müəyyənlik yaratmamalıdır. Bundan başqa həmçinin həmin mənzilin boşaldılması barədə tələbə münasibətdə də məhkəmə bildirir ki, həmin tələbə aydınlıq məhkəmə iclasında müəyyən olunmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı mənzili alsa da, heç vaxt həmin mənzildə yaşamamışdır, iddiaçının hər hansı bir əmlakı da həmin mənzildə yoxdur və iddiaçının həmin mənzildə hər hansı bir əşyaya iddiası da yoxdur. Cavabdehlərin isə hansı əmlaklarının olması onlara da bəlli deyil. Çünki evin daxilində hansı əmlakların olması onlara da bəlli deyil. Bu səbəbdən də cavabdehlərə məxsus əmlaklar yalnız icra mərhələsində təmin oluna bilər. İddiaçı həmin mənzili aldıqdan sonra ora daxil ola bilməməsi nəzərə alınaraq, mənzildə yerləşən əmlaklar məhkəməyə məlum olmasa da, eləcə də cavabdehlər məhkəmə iclası barədə məlumatlı olmalarına baxmayaraq məhkəməyə gəlməyərək həmin əmlaklara aydınlıq gətirməmələri ona əsas vermir ki, iddiaçının öz mənzilindən istifadə etməyə maneə yaransın. Bu səbəbdən də iddia həmin hissədə də təmin olunaraq cavabdehlərə məxsus əmlaklar həmin mənzildən boşaldılmalıdırlar.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən, ünvan 1ənzil qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur, Cavabdeh4 vəfat etmişdir, Cavabdeh5 və Cavabdeh1 isə qeyd olunana evdə yaşayırlar və məhkəmə bildirirşi Cavabdeh1 təqdim olunmuşdur; - Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışına əsasən, ünvan 1ənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli çıxarışına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna, X7 və X5 ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar ; - “X1” nəzdində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokola əsasən Cavabdeh3 məxsus ½ hissədə və Cavabdeh5 Abdulovnaya məxsus ½ hissədə ünvan 1ənzil təkrar hərracdan alıq qıyməti 51550 manat olmaqla İddiaçı tərəfində əldə olunmuş və bu protokol İddiaçı müvafi mənzil üzərində tam mülkiyyət hüquqi ilə yeni mülkiyyətçi kimi dövlət reyestrinə daxil edilməsi üçün əsasdır; - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)- 106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 hissədə Cavabdeh5, 1/2 hissədə Cavabdeh3 verilməsi, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 56700 manat müəyyən olunması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi,iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh5ndan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir ;- Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ötürülmüş müddət bərpa edilmişdir ;- Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)- 106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Notariat haqqında Azərbaycan Respublikası Qanunun 55; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında qeyd etdi ki, mübahisə obyekti olan əmlak cavabdehlər arasında paylı mülkiyyət idi və məhkəmə qətnaməsi acıq hərracdan satılaraq əldə olunmuş vəsaitin tərflər arasında bölünməsinə qətnamə qəbul edilmişdir. Məhz həmin qətnamənin icra vərəqəsinə əsasən əmlak acıq hərraca çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. Hazırda iddiaçı əmlak üzərində mülkiyyətçidir və buna çıxarış da əldə etmişdir. Cavabdeh4 ata, Cavabdeh5-ana, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə uşaqlarıdır. Cavabdeh2 isə Cavabdeh3 qızıdır. Cavabdeh4 vəfat etdiyindən iddia tələbinin həcminin azaldılmasına sair ərizə də təqdim etdmişdir. Mübahisəli olan əmlak Cavabdeh5 və Cavabdeh3 arasında hərəsinə 1\2 olmaqla paylı mülkiyyətlərində olmuşdur. Hazırda cavabdehlər evin köhnə sakinləridir. İddiaçının mülkiyyətində qeydiyyatda olmaqla bərabər həmçinin həmin mənzildə faktiki olaraq yaşayırlar və onların çıxarılması və isitfadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etdi. Göründüyü kimi, Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin şikayət 2(103)-5943/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardad ilə ləğv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından və tərəflər arasında mübahisələndirilmədiyindən iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir ,anası bacısının səmimiyyətinə inanaraq vaxtı ilə notariusda sənədləşmə aparılan zaman qeyri-qanuni olaraq onun konustitusiya ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. O hələ də indiyə kimi anlaya bilmir ki, dövlətin rəsmi notariat orqanlarında və digər rəsmi qurumlarda bir ailənin 3 (üç) üzvü ola-ola mənzilinin qanunla üç hissəyə mütanasib bölünməli olduğu halda necə olub ki, 2 (iki) hissəyə bölünüb. Əvvəla bu əməldə cinayyət tərkibi mövcuddur. Görəsən bu hal bu vaxta kimi niyə araşdırılıb hüquqi qiymət verilməyib. Bu isə özlüyündə qanunla daban-dabana ziddiyyət təşkil edir. Görəsən bu hal hansı maraqlara və nəyə xidmət edib. Bütün bu nöqsanların araşdırılması birbaşa məhkəmənin yurisdiksiyasına aid olduğu halda məhkəmə bunu etməmişdir. Bu yaşında min bir əzab-əziyyətlə tikib qurduğu yeganə yaşayış yeri olan mənzildən niyə və kiməsə görə pay huququndan məhrum olmalıdır. İstəyi vicdanlı bir insan kimi mənzili qanun çərçivəsində fərq qoymadan eyni paya sahib olmaqla bölünməsində görür. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır” . Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirməlidir ki, Qaradağ rayon Məhkəməsnin gəldiyi bu nəticə qeyri-obyektiv olduğundan onunla heç cür razılaşmır və hesab edir ki, həm ədalət, həm də huquq baxımınıdan bu yolverilməzdir. Belə ki, Qaradağ rayon Məhkəməsi işi obyektiv araşdırmadan formal olaraq qərar qəbul etmişdir. Bununla da onun konustutsiya ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, əvvəla həm qanun, həm ədalət baxımından atamdan miras qalmış mənzilə qanun üzrə üç nəfər vərəsələrlə münasibətdə ½ hissədə deyil məhz vərəslərin hər birinə yəni Cavabdeh1 anası Cavabdeh5, və bacısı Tatyana Vyaçeslavovna münasibətdə 1/3 hissədə olmaqla bərabər pay hüququ müəyyən edilməliydi. Mərhum atası X2 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil qanun üzrə vərəsələri olan üç nəfərdən ibarət ailə üzvüləri arasında yəni Cavabdeh1 anası Cavabdeh5 və bacısı Cavabdeh3 münasibətdə bərabər paylara yəni 1/3 hissədə bölünməli olduquğu halda Qaradağ rayon məhkəməsi anası Cavabdeh5 və bacısı Cavabdeh3 arasında 1\2 hissədə olmaqla bərabər pay hüququ müəyyən etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əlavə edilən sənədlərdən görünür ki, 1997-ci il tarixli forma-2 üzrə arayışa əsasən müqavilə üzrə icarədar mərhum atası Cavabdeh4y, habelə onun ailə üzvləri yəni o, anası və bacısının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş, mənzil onların razılığı ilə atasının, yəni Cavabdeh4yin adına özəlləşdirilmişdir. Sübutlardan da göründüyü kimi sözügüdən mənzil mərhum atası X3 mülkiyyətinə xx.xx.1997-ci il tarixdə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin razılığı ilə özəlləşdirmə qaydasında keçmişdir. Hazırda o özəlləşmədən əvvəl və indidə yaşayış yeri üzrə qeydiyyatda olduğu, atasından miras qalmış mənzilə dair qanun üzrə vərəsəlik hüququnun pozulduğunu və verilən sənədlərin qanunsuz olduğunu iddia etməklə, həmin miras əmlaka dair qanun üzrə vərəsələrin bərabər həcmdə (hər birinə 1/3 hissədə) paylarının müəyyən edilməsini tələb edir. Mərhum atasından miras qalmış ümumi paylı mülkiyyətdə olan mənzilə faktiki qanun üzrə üç nəfər vərəsələrlə münasibətdə vərəslərin hər birinə 1/3 hissədə bərabər pay hüququ müəyyən edilməli olduqu halda məhkəmə ədalətsiz və qanunsuz olaraq ½ hissədə olmaqla bərabər pay hüququ müəyyən edilmişdir. Beləliklə də, bütün yuxarıda gösərilənləri nəzərə alaraq hesab edir ki, baş verənlər kiminsə hansısa maraqları üzündən olmuşdur. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət toxunulmazlığı hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. İddiaçı Əmrova Diana Romanovna apellyasiya şikayətinə əsassız hesab etdiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh1 Vayçesloviçin nümayəndəsi vəkil Sultanov Adil oğlu elektron məhkəmə informasiya sistemi vasitəsi ilə vəsatətlə məhkəməyə müraciət edərək, ölkə xarıcındə olması səbəbindən məhkəmə iclasının 05.09-xx.xx.2025-ci il tarixlərinə təxirə salınmasını xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən, habelə təxir barədə vəsatət təmin edilmədiyindən cavabdehlərin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə:139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139-1.1.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139- 1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə , tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 139- 1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 11.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlinmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə diqqət yetirdikdə görünür ki, cavabdeh artıq qanuni qüvvəyə minmiş məhkəmə aktını mübahisələndirmişdir. Belə ki, mərhum atası X2 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil qanun üzrə vərəsələri olan üç nəfərdən ibarət ailə üzvüləri arasında yəni Cavabdeh1 anası Cavabdeh5 və bacısı Cavabdeh3 münasibətdə bərabər paylara yəni 1/3 hissədə bölünməli olduquğu halda Qaradağ rayon məhkəməsi anası Cavabdeh5 və bacısı Cavabdeh3 arasında 1\2 hissədə olmaqla bərabər pay hüququ müəyyən edildiyini qeyd etmiş, əmlakda payların müəyyən edilməsi isə başqa icraatın predmeti olmuş və artıq bu paylı mülkiyyət hərracda yüklü olmayaraq satılmış, iddiaçı tam mümkiyyət hüququ ilə sərəncam hüququnu əldə etmiş, cavabdehlərin mümkün istifadə hüquqlarının mövcudluğuna hərracda satılan zaman son qoyulmuşdur. Hazırkı məhkəmə aktı məhkəmə tərəfindən qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarının pozulmasını cavabdeh əsaslandıra bilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Apellyasiya şikayəti əsassız olduğundan iş üzrə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-544/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar