Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-384/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X7 və X6 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X1, Cavabdehpaşa oğlunun iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(003)-127/2019 nömrəli qətnaməsindən cavabdehlər X4 və Cavabdehpaşa oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720 K saylı bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən 0,035 ha torpaq sahəsini X2 verdiyi etibarnamə əsasında Cavabdehpaşa oğlundan AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720 K saylı torpaq sahəsinə (bağ sahəsinə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinə bölgü sxeminin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsinə bölgü sxeminin verilməsi zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində uyğunsuzluq var və torpağının müəyyən hissəsi cavabdehdə qalmışdır. Həmin torpaq sahəsini ölçərkən müəyyən olundu ki, mülkiyyətində olan torpaq sahəsi alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsindən azdır və torpaq sahəsinin bir hissəsi cavabdehdə qalmışdır. Cavabdehə bu barədə bildirsə də, o, onda qalan torpaq sahəsinin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh oğunun ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1720K saylı bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və X2 cavabdeh qismində cəlb edilməklə, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(003)-127/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər X2 və Cavabdehpaşa oğlunun Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin 38,8 m2 hissəsindən (şimal istiqamətindən 2,14 metr, cənub istiqamətindən 0,71 metr olmaqla) çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər X4 və Cavabdehpaşa oğlundan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər X4 və Cavabdehpaşa oğlu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırırlar ki, iş üzrə mütəxəssis rəyi alınmadan ekspert rəyi ilə iddiaçının bağ sahəsinin 38,8 m2 hissəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilsə də məhkəmə iddiaçının tələbinin ümumi istifadədə olan yola aid olduğunu nəzərə almamışdır. Həmin sahə cavabdehlər tərəfindən zəbt olunmamışdır və buna dair iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Həmçinin iddiaçının bağ sahəsinin 38.8 kv.m hissəsinin həqiqətən cavabdehlər tərəfindən zəbt olunduğu, onlara məxsus sahə ilə faktiki üst-üstə düşüb-düşmədiyi müəyyən edilmədən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinə dair qanunsuz və əsassızdır nəticayə gəlmişdir. Cavabdeh X3 məxsus torpaq sahəsinin plan-ölçüsündən görünür ki, ona məxsus sahə ilə iddiaçıya məxsus sahə arasında yol var və sağ tərəfində başqa qonşunun torpaq sahəsi var.Tərəflərin bağ sahəsini ümumi istifadədə olan yol ayırır və həmin yolu iddiaçıya məxsus olması və cavabdehlər tərəfindən zəbt edilməsi texniki cəhətdən qeyri-mümkündür. İddiaçıya DƏDRX tərəfindən bağ sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşmində uyğunsuzluq olduğuna görə bölgü sxeminin verilməsindən imtina edilməsi cavadehlər tərəfindən onun torpağının zəbt edilməsi nəticəsinə gəlməyə əsas vermir. İddiaçı hazırki iddia tələbi ilə çıxış etmək hüququna malik subyektiv hüququn sahibi deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Xəzər rayonu Vişnyovka-1 bağ sahəsi, 1720B saylı bağ sahəsi X2 mülkiyyətindədir. Həmin torpaq sahəsinin plan ölçüsündən görünür ki, X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsü, 05 hektardır. İddiaçının tələbi ümumi istifadədə olan yola aiddir. Beləliklə, iddiaçı cavabdehlərdə ona məxsus sahəsinin qaytarılmasına dair iddia qaldırarkən həmin mülkə dair hər hansı hüququn sahibi olmamışdır, hazırda da deyildir. Ona görə də, hər hansı hüquq pozulmasından və həmin pozuntunun aradan qaldırılması ilə bağlı iddia qaldırmaq hüququna malik olmasından söz etmək olmaz. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdehpaşa oğlu apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehX4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720B saylı bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,035 ha hissəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi (torpaq sahəsinin ölçüsü 0,035 hektar) İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, A 116238 saylı torpaq sahəsinin plan və ölçüsünə dair sənədin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,035 hektardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı məktubda Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsinin bölgü sxeminin verilməsi ilə bağlı müraciətə baxıldığını, lakin həmin bağ sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində uyğunsuzluq olduğundan bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1882 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının naturada faktiki istifadəsində (mişar daşı ilə hasarlanmış ərazi) 356 m2 topraq sahəsinin mövcud olduğu, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********) çıxarışla sahəsi 0,035 hektar olan 1720 K nömrəli bağ sahəsinin İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş (sahəsi 0,035 hektar olan) 1720 K nömrəli bağ sahəsinin 38,8 m2 hissəsinin (şimal istiqamətindən 2,14 metr, cənub istiqamətindən 0,71 metr olmaqla) iddiaçının fakitiki istifadəsində olan (mişar daşı ilə hasarlanmış ərazidən) torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23102 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyininin nəticə hissəsində qeyd edilmişdir ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsininaparəcə məsləhətçisiİlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mülki iş materialına əlavə edilmiş sxemdə qeyd edilənBakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsinin 38,8 kv.m hissəsinin (şimal istiqamətindən 2,14 metr, cənub istiqamətindən 0,71 metr olmaqla) 28 kv.m iddiaçının mülkiyyətində olan 0.035 hektar torpaq sahəsinə, qalan hissəsi isə qonşu torpaq sahələri qeydiyyata alınan zaman yol kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin surəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş Mütəxəssis Rəyindən müəyyən olunur ki, iddiaçının naturada faktiki istifadəsində (mişar daşı ilə hasarlanmış ərazi) 369 kv.m torpaq sahəsi mövcuddur.Elektron Baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********) çıxarışla sahəsi 0,035 hektar olan 1720 K nömrəli bağ sahəsi İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir.İddiaçı faktiki istifadəsində olan 369 kv.m olan torpaq sahəsinin 60 kv.m hissəsi (əlavə edilmiş sxemdə şimal və şimal-şərq hissədə) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,035 ha torpaq sahəsindən kənarda, 28 kv.m isə cavabdehlər X4 və Cavabdehpaşa oğlu tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720B saylı bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən 0,035 ha hissəni İddiaçı satmış və tərəflər arasında torpağın satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1720K saylı bağ sahəsinin bölgü sxeminin verilməsi ilə bağlı müvafiq orqana müraciət etmiş, lakin həmin bağ sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində uyğunsuzluq olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin surəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş Mütəxəssis Rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,035 ha torpaq sahəsinin 38.8 kv.m hissəsi deyil, 28 kv.m hissəsi cavabdehlər X4 və Cavabdehpaşa oğlu tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı- satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdehpaşa oğluna qarşı cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında olan 0,035 ha torpaq sahəsindən çıxarılmaları barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin surəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş Mütəxəssis Rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,035 ha torpaq sahəsinin 38.8 kv.m hissəsi deyil, 28 kv.m hissəsi cavabdehlər X4 və Cavabdehpaşa oğlu tərəfindən istifadə edilir, 10.8 kv.m hissəsi isəumumi yol kimi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi məhz həmin hissədə (28 m2) təmin edilməli, cavabdehlər X4 və Cavabdehpaşa oğlu Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin 28 m2 hissəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş üzrə apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər X4 və Cavabdehpaşa oğlundan müştərək qaydada tutulmalıdır. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, iddianın cavabdehlərin çıxarılması tələbinin təmin edilən yuxarıda qeyd olunan bağ sahəsinin 38.8 kv.m hissəsinin 10.8 kv.m hissəsi ilə razılaşmır.(Cavabdehər tərəfindən 38.8 kv deyil, 28.0 kv.m zəbt olunmuş, 10.8 kv.m hissəsi isə qonşu torpaq sahələri qeydiyyata alınan zaman ümumi yol kimi nəzərdə tutulmuşdur.) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(003)-127/2019 nömrəli qətnaməsi cavabdehlər X2 və Cavabdehpaşa oğlunun Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin “38,8 m2 hissəsindən çıxarılsın” hissəsində dəyişdirilsin. Cavabdehlər X4 və Cavabdehpaşa oğluBakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1720K saylı bağ sahəsi ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin 28 kv.m hissəsindən çıxarılsınlar. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə apelyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğ cavabdehlər X4 və Cavabdehpaşa oğlundan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-384/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-384/2020
18.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver