Məhkəmə qərarları › İş №2(103)-3843/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3843/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3843/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Qeyd olunan mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verildiyi bildirilən apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki iş materiallarına müvafiq apellyasiya şikayəti əlavə olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunmalıdır ki, X2 nümayəndəsi Vəkil tərəfindən AZMİS elektron sistemə apellyasiya şikayətinin yüklənildiyi görünsə də, prosessual qanunvericiliyin tələbinə görə şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq birinci instansiya məhkəməsinin səlahiyyətindədir və birinci instansiya məhkəməsi müvafiq yoxlamanı həyata keçirdikdən sonra apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1134/2023 saylı iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş, X2 nümayəndəsi Vəkil tərəfindən AZMİS elektron sistemə yüklənilmiş apellyasiya şikayətinin iş materillarına əlavə olunması və MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar