Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3845/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı və son haqq-hesab məbləğinin ödənilməsi” tələbinə dair Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2022 saylı işi üzrə 19.01.2022-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2022 saylı işi üzrə 23 fevral 2022-ci il tarixli qərardadına əsasən ərazi adiyyətinə dair mübahisəyə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən ödənilməmiş əmək haqqına görə 2400 manat pulun və son haqq-hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş,Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2022 saylı işi üzrə 19.01.2022-ci il tarixli qərardadı ilə, 2(015)-11/2022 saylı mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2, 45.2-ci maddələrinə istinadən qeyd edimişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən, cavabdeh "xxxx" MMCnin hüquqi ünvanı ünvan 1kı mübahisəyə vaxtında baxılmasını təmin etmək üçün mülki iş ərazi adiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2022 saylı işi üzrə 23 fevral 2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh ‘‘X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək haqqı və son haqq-hesab məbləğinin ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün 2(008)-2213/2022 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosesual Məcəlləsinin 45.1, 45.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sözügedən iddia ərizəsinin aidiyyəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə aid deyildir və əsaslı səbəblər olmadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, aidiyyətlə bağlı məhkəmələr arasındakı fikir ayrılığının apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılması məqsədilə, mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir; İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi əmək mübahisəsi xarakterlidir ki, bu tipli işlər üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir; Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında 23.02.2022-ci il tarixli İnternet Vergi İdarəsindən çıxarışdan göründüyü kimi, hazırkı mülki iş üzrə cavabdeh qismində çıxış edən "X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Ağstafa rayonu, Vurğun ŞTQ-dır; Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 saylı arayış səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiqlənmədiyindən, mötəbər sübut kimi ona istinad oluna bilməz; hazırkı tələbə Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin nəzərdən keçirilən 35.2-ci maddələrin tələblərinə müvafiq: Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Ona görə işə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsindən çıxarışa əsasən cavabdeh qismində çıxış edən "X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Ağstafa rayonu, Vurğun ŞTQ olması müəyyən edilmişdir(iş səh.17, 51, 53, 77). Diqqətə çatdırılmalıdır ki, hüquqi şəxs vergi ödəyicisi kimi müxtəlif yerlərdə qeydə alına bilər, bu Ağstafa Rayon Məhkəməsi tərəfindən, mötəbərliyi şübhə altında olan arayışa əsasən yanlış qiymət verməsi və Sabunçu rayonunda olan ünvanın hüquqi şəxsin ünvanı olması anlamına deyil, olduğu (vergi uçotuna alındığı) yer kimi təfsir edilməsini şərtləndirir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-45, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı və son haqq-hesab məbləğinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2213/2022 saylı işi ərazi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-3845/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3845/2022
04.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver