Məhkəmə qərarları › İş №2(103)-3845/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3845/2025

18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3845/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü qızı X1 27 fevral 1991-ci il tarixində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə şikayət göndərərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(008)-4081/2025 saylı qərardadının ləğv olunması və işin baxılması üçün icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərildiyindən, ərizə texniki olaraq iddia icraatı qaydasında qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Buna cavab olaraq bildirir ki, məhkəmənin “Elektron məhkəmə” informasiya sistemində istər xüsusi icraat qayadasında baxılan işlər, istərsə də iddia icraatında baxılan işlərin məhkəməyə verilməsində xüsusi icraat qaydasında verilən işlər üzrə bölmə olmadığından iddia icraatı bölməsində olan hissəsindən seçim edərək verilə bilər, buna qadağa yoxdur və məhkəmə təcrübəsində də bu əsasla verilmiş işlərin geri qaytarılması halı olmamışdır və bu əsasla da işin icraata götürmədən geri qaytarılması prosessual pozuntu sayılmalıdır. Göndərilən ərizədən də açıq aydın görünür ki, ərizə xüsusi icraat qaydasında baxılan işlər üzrə tərtib edilərək göndərilmişdir. Məhkəmə qərardadında eyni zamandada qeyd edilmişdir ki, iddia ərizəsinə qüvvədə olan qanunvericilik üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu e-2(008)-2781/2025 nömrəli mülki iş üzrə artıq istifadə olunmuş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2781/2025 nömrəli, xx.xx.2025-ci il Məhkəməsinine-2(008)- 2781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində (qəbz nömrəsi **********) dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Bildirimki, Məhkəmənin geri qaytarma üçün gətirdiyi bu əsasda qanunsuz əsaslanmadır və işin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, məhkəmə işi geri qayataran zaman ödənilmiş dövlət rüsumununda geri qayatarımasını qərardadında qeyd edir. Həmçinin məhkəmə geri qaytarma qərardadı çıxararkən ödənilmiş dövlət rüsumunun yenidən eyni iş üzrə nöqsanlar aradan qaldırıldıqda yenidən verilməsi üçün aktiv edə bilir. Əgər bərpa etməsə, “Elektron məhkəmə” informasiya sistemində həmin ödənilmiş rüsum bloklanır və istifadə edilməsi mümkün olmur. Bütün bu səbəbdən də ilkin geri qaytarılma üçün səbəblər aradan qaldırıldıqdan sonra “Elektron məhkəmə” informasiya sistemi ilə əlaqə yaradılmış və ödənilmiş ********** nömrəli qəbzin aktiv edilməsi xahiş edilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin əməkdaşları isə adıçəkilən qəbzin artıq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsie-2(008)-2781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad çıxararkan özü aktiv etmişdir və istifadə edə biləcəyimiz bildirilmişdir. Bu səbəbdən də ərizəni yenidən göndərən zamanda, həqiqətən, ödənilmiş ********** nömrəli qəbzin aktiv olduğu göründü və ərizə qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

305. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, ərizə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuş, ərizə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərildiyindən, ərizə texniki olaraq iddia icraatı qaydasında qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Eyni zamanda iddia ərizəsinə qüvvədə olan qanunvericilik üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu e-2(008)-2781/2025 nömrəli mülki iş üzrə artıq istifadə olunmuş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində (qəbz nömrəsi **********) dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin iddia ərizəsinin geri qaytarmasına əsas kimi gətirdiyi hal hazırki işin halları baxımından mövcud deyil. Belə ki, istər xüsusi icraat qayadasında baxılan işlər, istərsə də iddia icraatında baxılan işlərin məhkəməyə verilməsində xüsusi icraat qaydasında verilən işlər üzrə bölmə olmadığından iddia icraatı bölməsində olan hissəsindən seçim edərək verilə bilər. Məhkəmə təcrübəsində də bu əsasla verilmiş işlərin xüsusi icraat qaydasında baxılan iş kimi qeydiyyata alınmaqla baxılır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, bu əsasla da işin icraata götürmədən geri qaytarmaqla birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Eyni zamanda göndərilən ərizədən də açıq aydın görsənir ki, ərizə xüsusi icraat qaydasında baxılan işlər üzrə tərtib edilərək göndərilmişdir. məhkəmə tərəfindən texniki cəhətdən səhv edilərək məhkəməyə ünvanlanan ərizəni iddia icraatı qaydasında baxılmalı ərizə kimi qeydiyyatdan keçirilməsi müraciət edən şəxsin deyil, məhkəmənin səhvidir. Birinci instanisya məhkəməsi tərəfindən bu əsasla işin geri qaytarılması məhkəməyə müraciət hüququnun əsassız yerə məhdudlaşdırılması kimi qiymətləndirməklə qəbul edilə bilməz. Bundan əlavə “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu e-2(008)-2781/2025 nömrəli mülki iş üzrə artıq istifadə olunmuş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinine-2(008)-2781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində (qəbz nömrəsi **********) dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Qeyd edilməlidir ki, məhkəmə geri qaytarma qərardadı çıxararkən ödənilmiş dövlət rüsumunun yenidən eyni iş üzrə nöqsanlar aradan qaldırıldıqda yenidən verilməsi üçün aktiv edə bilir. Şikayətdə də qeyd edildiyi kimi əgər bərpa etməsə “Elektron məhkəmə” informasiya sistemində həmin ödənilmiş rüsum bloklanır və istifadə edilməsi mümkün olmur. Bu səbəbdən də iddiaçının bildirdiyi kimi ********** nömrəli qəbz aktiv olunduğundan hazırki ərizə sistemdən qəbul edilmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli, bu əsasla ərizənin geri qaytarılması qanuni və əsaslı hesab edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi İddiaçı şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar