Məhkəmə qərarları › İş №2(103)-3850/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3850/2024

10.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3850/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)-358/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/3- 2-2755/2023 nömrəli X25 Filaalının (RPF) X16 rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilmiəsi haqqında əmrindən görünür ki, Cavabdeh MMC-nin Nəzarət şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən 2023-cü ilin 04-10 oktyabr tarixlərində Bərdə RPF-nın Qapanlı (Tərtər) Poçt şöbəsi üzrə həyata keçirilən araşdırma zamanı ciddi maliyyə nöqsanı aşkar olunmuşdur. Aşkar olunmuş nöqsnalarla bağlı aparılan araşdırma zamanı İddiaçı alınmış xx.xx.2023-cü il tarixli izahatda, həmçinin digər müvafiq təsdiqləyici sənədlərdə 13207,75 manat məbləğində, yəni xeyli miqdarda kassa əskikliyinə yol verdiyi təsdiq olunmuşdur. Aşkar olunan kassa əskikliyi cari ilin oktyabr ayıının 25-nə qədər İddiaçı tərəfindən hissəhissə ödənilmişdir. İddiaçı xidməti fəaliyyətində aşkar olunmuş nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətlənləndirildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. İddiaçı yol verdiyi nöqsana görə barəsində görüləcək intizam tənbehinə rəy bildirilməsi ilə bağlı məsələ Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq Cavabdeh MMC-nin Həmkarlar Komitəsinin iclasında baxılmış və Həmkarlar Komitəsinin qərarında İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair müvafiq rəy bildirilmişdir. Beləliklə, İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvə yol verməsi nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair filialın Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, Cavabdeh MMC-nin X25 Filaalının (RPF) X16 rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.

2. xx.xx.2023-cü il Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Əliyev X19 Poçt X15 Şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir.

3. Tərtər rayon prokurorunun köməkçisi E.Ələddinzadənin 28 oktyabr 2023-cü il tarixli cinayt işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X2 tərəfindən Cavabdeh MMC-nin X23 Filialına vurulmuş 6431 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir. Qeyd olunan qərardan görünür ki, İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib alamətləri olmadığından cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi nəzərə alınır.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə X6 İttifaqı “Bakı-2” şöbəsinin 30 oktyabr 2023-cü il tarixli iclasının 89 saylı protokolundan görünür ki, xidməti fəaliyyətində nöqsana yol verməsinin hüquqi sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada hüquqi prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, HİK-nin “Bakı-2” şöbəsinin iclas iştirakçıları Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Protokoldan görünür ki, Bərdə RPF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı çıxışında uduşlu lotareyaların Colvir və Azərlotareya sistemlərinə işlənməsi zamanı 13207,75 AZN dəyərində fərqlər yaranmışdır. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000,0 AZN nağd pul vəsaitini müvafiq hesaba mədaxil etdiyini, qalan 12207,75 AZN vəsaiti isə xx.xx.2023cü il tarixədək ödədiyini, həmçinin əskik gələn məbləği tam olaraq bərpa etdiyinə görə işdən azad edilməsinə etiraz etdiyini və Qapanlı PŞ-də poçtalyon işi ilə təmin olunmaq istədiyini də bildirmişdir.

5. İddiaçı Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Ə.Cəlilova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, cari ilin mart-aprel-may aylarında uduşlu lotareyaların Colvir və Azərlotareya sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yaranmışdır. Həmin fərqlər MMC-nin nümayəndələri və filialın baş mühasibi tərəfindən ona izah və sübut edilmişdir. Qeyd olunan 13207,75 manat fərqlə və kəsirlə razıdır. O, həmin əskik gəlmə fərqi olan 13207,75 manat kənarlaşdırılmış pul vəsaitini tam ödəməyə öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nağd pul vəsaitini müvafiq hesaba mədaxil etmişdir. Qalan 12207,75 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam ödəməyə söz verir. Cavabdeh MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra onu öz ərizəsilə işdən azad etməyi xahiş edir.

6. Bərdə RPF-nin mühasibi X14, Tərtər PF Yuxarı Qapanlı PŞ-nin sabiq rəisi İddiaçı və Qarağacı PŞ-nin rəisi X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Yuxarı Qapanlı PŞ-nin rəisi İddiaçı müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. Bununla bağlı həmin tarixdə Tərtər PF-nin baş mühasibi işləmiş X7 iştirakı ilə Yuxarı Qapanlı PF-nin kassası sıfırlanmış, öhdəsində olan mal-material, qiymətlilər və inventarlar akt əsasında Qarağacı PŞ-nin rəisi X8 təhvil verilmişdir.

7. Cavabdeh MMC-nin Nəzarət şöbəsinin baş mütəxəssisləri Mahir Babayev, İlham Cavadov, Bərdə RPF-nin PƏM-i Emin Qurbanov, RPF-nin baş mühasibi Nüsrət Ocaqov, Tərtər MXŞ-nin müdiri İsgəndər Tanrıverdiyev və X20 PŞ-nin müdiri (hazırda vəzifəsindən kənarlaşdırılıb) İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə Tərtər PF-nin tabelı PŞləri üzrə “Azərlotoreya” sistemində qeydiyyata alınmamış uduş biletlərini “Colvir” sistemindən vəsaiti məxaric olunmasında və ya lotoreya sistemində uduş məbləği başqa, Colvir sistemində isə şişirdilmiş məbləğ kimi məxaric etməklə ümumilikdə 33776,75 AZN məbləğində Cavabdeh MMC-yə maddi zərər vurulmuşdur. Sözügedən məbləğin yerində bir daha müfəssəl araşdırılması məqsədi ilə tərəflərindən həmin dövrdə Tərtər PF-nin baş mühasibi olmuş Nüsrət Ocaqovla birgə “Colvir” sistemi ilə “Azərlotoreya” sistemi üzləşdirildi. Üzləşmə zamanı cədvəldə qeyd olunan PŞ-ləri üzrə artıq məxariclər aşkar edilərək aidiyyəti PŞ müdirlərindən izahatlar alınmışdır. 06-xx.xx.2023-cü il tarixlərdə Səhləbad PŞ-si 24 manat, Evoğlu PŞ-si 8 manat, Dəmirçilər PŞ-si 17 manat, Ələsgərli PŞ-si 15 manat, Hüsənli PŞ-si 14 manat, Şəhər-2 PŞ-si 47 manat, Qarağacı PŞ-si 81 manat, Qaynaq PŞ-si 51 manat, Qaradağlı PŞ-si 179 manat və Yuxarı Qapanlı PŞ-si üzrə 1000 manat günahkar şəxslərdən alınaraq ümumilikdə 1436,00 manat hesaba mədaxil olunmuşdur. Cədvəldən göründüyü kimi, Yuxarı Qapanlı PŞ-sində 13207,75 manat məbləğində artıq məxaric yaranmışdır. Şöbə müdiri İddiaçı sözügedən məbləğdən 1000,00 AZN xəzinəyə ödəniş etmiş və qalan məbləğin 12207,75 manat isə ödənilməsi üzrə vaxt istəyərək öhdəlik iltizamnaməsi yazmışdır. Tərtər MXŞ-si üzrə 3223 manat məbləğində artıq məxaric Bərdə RPF-nin Tərtər MXŞ-nin müdiri (Tərtər PF-nin keçmiş PƏM-i və həmin dövrdə MXŞ-nin müdiri vəzifəsini icra edən məsul şəxs) İsgəndər Tanrıverdiyevin izahatına əsasən cari ilin iyun ayınadək əməliyyatçı işləmiş Cavid Ocaqverdiyev tərəfindən məxaric olunmuşdur (öz ərizəsinə əsasən işdən azad olunub). Həmin məbləğdən 229 manat isə əməliyyatçı Sevinc Əhmədovanın səhv əməliyyatı nəticəsində yarandığından, öz öhdəliyinə götürmüşdür. Qeyd edirlər ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Colvir” sistemi üzərindən artıq məxaric olunan 33776,75 manat məbləğdən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 16910 manat və araşdırma dövründə isə 1436 manat vəsait bərpa olunmuşdur. Qalıq 15430,75 manat ödənilməmiş məbləğ qalmışdır.

8. Cavabdeh MMC-nin Nəzarət şöbəsinin müdiri Vyaçeslav Məmmədov tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilova ünvanlanmış xx.xx.2023-cü il tarixli müracəitdən görünür ki, Tərtər poçt şöbələri üzrə müfəssəl araşdırmalar zamanı məlum olmuşdur ki, MXŞ-də 3223 manat, Yuxarı Qapanlı PŞ-si manat, Səhləbad PŞ-si 24 manat, Evoğlu PŞ-si 8 manat, Dəmirçilər PŞ-si 17 manat, Ələsgərli PŞ-si 15 manat, Hüənli PŞ-si 14 manat, Şəhər-2 PŞ-si 47 manat, Qarağacı PŞ-si 81 manat, Qaynaq PŞ-si 51 manat, Qaradağlı PŞ-si 179 manat və ümumilikdə 16866,75 manat dəyərində uduçlu lotoreya biletləri “Colvir” sistemindən artıq məxaric edilmişdir. Tərtər MXŞ istisna olmaqla, digər poçt şöbələri tərəfindən ödənişlər tam müvafiq hesaba mədaxil edilsə də, Yuxarı X16 müdiri tərəfindən ödənişlər 1000 manat ödənilmişdir. Nəticədə Tərtər PŞ-lər üzrə 1436 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Yuxarı Qapanlı PŞ üzrə 12207 manat dəyərində artıq məxaric olunmuş məbləğ ödənilməmiş qalmışdır. Yuxarı X16 müdiri İddiaçı izahatında kənarlaşdırılmış məbləği etiraf etmiş, Cavabdeh MMC-yə vurduğu ziyanı xx.xx.2023-cü il tarixədək tam ödəyəcəyinə söz vermiş, habelə ödənişini həyata keçirdikdən sonra öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Yuxarı Qapanlı PŞnin müdiri İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək 12207,75 manat ödəniləcək məbləğə vaxt verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

9. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Colvir” proqramı vasitəsi ilə "xxxx" ASC-nin “Sgflex” və “DAS” proqramları ilə uduşa düşmüş lotereya biletlərinin ödənişləri üzləşdirilərkən Tərtər PF üzrə ümumilikdə 33776,75 AZN dəyərində nağd pul vəsaitinin “Colvir” sistemindən artıq məbləğ kimi məxaric edilməsi müəyyən edilmişdir. Qeyd olunan 33776,75 manat artıq məxaric edilmiş məbləğin cari ilin iyul-avqust aylarında Bərdə RPF-nin rəisi tərəfindən 16910 manat olan hissəsinin bərpası təmin edilmişdir. Belə ki, Tərtər poçt şöbələri üzrə müfəssəl araşdırmalar zamanı məlum olmuşdur ki, MXŞ-də 3223 manat, Yuxarı Qapanlı PŞ-si 13207,75 manat, Səhləbad PŞ-si 24 manat, Evoğlu PŞ-si 8 manat, Dəmirçilər PŞ-si 17 manat, Ələsgərli PŞ-si 15 manat, Hüsənli PŞ-si 14 manat, Şəhər-2 PŞ-si 47 manat, Qarağacı PŞ-si 81 manat, Qaynaq PŞ-si 51 manat, Qaradağlı PŞ-si 179 manat və ümumilikdə 16866,75 manat dəyərində uduşlu lotereya biletləri “Colvir” sistemindən artıq məxaric edilmişdir. Göstərilən poçt şöbələrinin müdirlərinə və məsul şəxslərinə Cəmiyyət tərəfindən sistem üzrə üzləşmələrin nəticələri təqdim edilərək, artıq məxariclər sübuta yetirilmişdir və izahatlarında əməllərini səmimi şəkildə etiraf etmişlər. Yuxarıda qeyd olunanları, həmçinin məktuba qoşma olaraq əlavə edilmiş təqdimat, akt və digər sübutları nəzərə alaraq Cavabdeh MMC-nin Tərtər MXŞ-nin aidiyyəti şöbələrində yoxlama zamanı aşkar olunan qanunazidd hərəkət və hərəkətsizliklər nəticəsində baş vermiş “Azərpoçt" MMC-yə məxsus pul vəsaitinin mənimsənilməsi faktının araşdırılması və həmin əməlləri törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə aidiyyəti şəxslərə müvafiq göstərişlər verilməsi və bu işin nəzarətə götürülməsi xahiş olunmuşdur.

10. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin X17 Müştəri xidmətləri şöbəsinin sabiq əməliyyatçısı X1 qanunsuz hərəkətləri ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-27109/22167/2023 nömrəli məktubla daxil olmuş material üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmaqla, aidiyyəti üzrə prokurorluq orqanında ibtidai istintaqın aparılmasıının təmin edilməsi üçün Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir.

11. Tərtər Rayon Prokurorluğunun vəkil sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərpoçt” MMC-nin X18 mənimsəmə faktı üzrə Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə İddiaçı şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir.

12. Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı əməllərində CM-nin 179 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2- 2755/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin əsas gətirdiyi əməlləri törətməmiş əksinə, cavabdehə başqası tərəfdən vurulmuş zərəri öz hesabına qarşılamaqla zərərçəkən tərəf olmuşdur. İddiaçı işdən azad olunmasına səbə kimi göstərilən kassa əskikliyi 13207,75 manat deyil, 40000 manatdır ki, bu pulların kimin tərəfindən mənimsənilməsi halı hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılır. Bu faktlarla bağlı iddiaçı tərəfindən şahidlər dəvət olunmaqla işin təfərrüatları məhkəmənin diqqətinə çatdırıla bilər. Onun işinə qarşı münasibətində və davranışlarında ƏM-nin 72-ci maddəsində qeyd edilən hallar mövcud deyil. Bu fakt, cavabdeh tərəfindən sübuta yetirilmədiyi kimi, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə başlanmış və Tərtər Rayon Prokurorluğunda baxılmışdır. Cinayət işi zamanı aparılmış araşdırma nəticəsində İddiaçı əməllərində cinayət əməli olmadığından, yəni şəxs tərəfindən cavabdehə məxsus kassaya müdaxilə edilmədiyi, əməlin digər şəxlər tərəfindən törədildiyi faktı müəyyən edilməklə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin İddiaçı may ayında işdən kənarlaşdırılmış və bu, oktyabr ayınadək davam etmişdir. O, may ayında poçtun kassasını sıfırlayaraq təhvil vermişdir. May ayından oktyabr ayına qədər Tərtər filialında 4 dəfə nəzarət şöbəsi tərəfindən yoxlama keçirilmiş, lakin kassada olan əskikliklər barədə İddiaçı heç-bir məlumat verilməmişdir. Həmçinin şəxsin işdən azad olunmasına səbəb kimi göstərilmiş 13207,75 manat kassada əskik çıxan məbləğin İddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər iş materialları ilə birgə məhkəməyə təqdim edilir ki, bu da cavabdehin əsassız əmr ilə iddiaçının hüquqlarını pozduğunun bariz nümunəsidir. Bununla da, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmaması sübuta yetirilmişdir. Bununla yanaşı, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsini tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Təqsirsizlik prezumpsiyası həmçinin Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. İşçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində, habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması barədə işəgötürənin qərarı qüvvəsini itirir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. İddiaçı barəsində heç bir intizam tədbiri görülmədən o, bir başa əsassız yerə işdən çıxarılmışdır. Belə ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. ƏM-nin 62.4-cü maddəsində işəgötürənin həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi səlahiyyəti tanınmışdır. Lakin bu səlahiyyətin olması hər bir halda o demək deyildir ki, intizam tənbehlərindən ən ağırı mütləq tətbiq edilməli idi. Nəticə etibarilə cavabdeh intizam tənbehini verərkən İddiaçı şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini, çalışma müddətinin çoxluğunu, onun faktiki çalışdığı ərazinin illərlə mənfur düşmənlə cəbhə olmasını və s. halları nəzərə almalı idi.

15. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində vermiş olduğu izahatda cari ilin mart, aprel, may ayları üzrə uduşlu lotereyaların “Colvir” və “Azərlotereya" sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığını və həmin fərqlərin “Azərpoçt" MMC-nin nümayəndələri və Filialın baş mühasibi tərəfindən ona izah və sübut edildiyini qeyd etmişdir. İddiaçı yazdığı izahatında 13207,75 manat fərq və kəsirlə razı olduğunu, həmçinin qeyd olunan pul məbləğini ödəməyi öz öhdəsinə götürdüyünü bildirərək, xx.xx.2023-cü il tarixdə 1000 manat nağd pul vəsaitini mədaxil etdiyini, qalan 12207,75 manat pul vəsaitini isə xx.xx.2023-cü il tarixinədək tam ödəyəcəyinə dair söz vermişdir. Yekunda isə "Azərpoçt' MMC-yə vurduğu ziyanı tam ödədikdən sonra öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rabitə X6 İttifaqının "Bakı-2” şöbəsinin iclası keçirilmişdir. 89 saylı Protokolda gündəlikdə duran məsələ Bərdə RPF-nın X16 müdiri İddiaçı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70ci madddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair müzakirəsi olmuşdur. Həmin iclasda İddiaçı öz çıxışında bir daha təsdiq etmişdir ki, uduşlu lotereyaların “Colvir” və "xxxx" sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yaranmışdır. Həmin məbləğləri hissə-hissə tam şəkildə ödədiyini və buna görə də işdən azad edilməsinə etiraz etdiyini bildirmişdir. Beləliklə də, Rabitə X6 İttifaqı “Bakı-2" şöbəsi tərəfindən xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir. Şöbə müdiri olduğu müddət ərzində İddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə tam şəkildə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Yuxarı Qapanlı poçt şöbəsində qeyd olunan çatışmayan pul məbləğlərini İddiaçı tam şəkildə bərpa etmişdir. Lakin İddiaçı əskik gələn pul vəsaitini ödəməsi onun təqsirsiz olmasını və ciddi nöqsana yol verməsini istisna etmir.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)- 358/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

17. Qətnamənin əsaslarına görə, şçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olur. Bu hal mötəbərliyinə şübhə edilməyən, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab edir. Məhkəmə iclasında sübutlaırn tədqiqi ilə müəyyən olunmuşdur ki, şöbə müdiri olduğu müddət ərzində İddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə əsas vermişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının Ümumi müddəalar hissəsinin 2-ci bəndinə əsasən Şöbə müdirinin öz fəaliyyətində AR Əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X4 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə AR əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Beləliklə, İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əslində heç-bir qüsurlu hərəkətə yol verməmişdir. Buna baxmayaraq işindəki nüfuzuna və cavabdehlə münasibətlərini korlamamaq üçün dəymiş zərəri ödəmiş və uzun müddət bu zərərin ona geri qaytarılmasını gözləməyi öz öhdəliyinə götürmüşdür. Lakin, cavabdeh öz qüsurlarını 30 ildən çox nöqsansız fəaliyyəti olan işçisinin üzərinə ataraq bu məsələni ört-basdır etməyə çalışmışdır. Cavabdeh hətta xx.xx.2023-cü il tarixdə iddiaçıdan fərqli məzmunda iki izahat almış lakin, bunlardan yalnız iddiaçının əleyhinə olanı məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı bu məsələnin digər təfərrüatlarını da, öz izahatında qeyd etmişdir. Bununla da, hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur və birinci instansiya məhkəməsi də bu pozuntulara göz yummuşdur. Bu məsələlər məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İşin halları tam müəyyən edilmədən, tam və obyektiv araşdırma aparılmadan yekun məhkəmə aktı çıxarılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol verməsi və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hansı kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin (cavabdehin) hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etirazın dəlillərinə əsasən, İddiaçı işdən azad olunması Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatının ümumi müddəalar hissəsinin 2-ci bəndinə əsasən şöbə müdiri öz fəaliyyətində Azərbaycan Respublikası əmək qanunvericiliyini, Poçt və maliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları, Cəmiyyətin Nizamnaməsini, X4, Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin. Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini” rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək vəzifəsi də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə əmək müqaviləsinə əsasən inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Həmçinin maddi ziyanın vurulmasına görə əmək müqaviləsinə əsasən inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində məsuliyyət daşıdığı qeyd olunmuşdur. İddiaçı öz apellyasiya şikayətində iddiaçının imzaladığı vəzifə təlimatının 2019-cu ilə aid olduğunu, lakin “Azərlotoreya” sistemi cavabdeh tərəfindən 2021-ci il tarixdən etibarən fəaliyyətə başladığını qeyd edərək İddiaçı bu işdə təqsirini istina etmişdir. Lakin qeyd etmək lazımdır ki, bu iddia da tamamilə əsassızdır, çünki hər bir Şöbə müdiri öz səlahiyyətlərini təsdiq edən müvafiq təlimatı imzaladıqdan sonra həmin tarixdən etibarən təlimatın müddəalarına öz fəaliyyətində tətbiq etməlidir. Nəzərə alsaq ki, “Azərlotoreya” sistemi 2021-ci ildən etibarən tətbiq olunmağa başlayır və bu sistemdən istifadə edilməsi maliyyə əməliyyatlarına şamil edilir, ona görə də bu sistemdən həyata keçirilən əməliyyatlara nəzarət edilməsi İddiaçı vəzifəsi idi. Lakin məlum olduğu kimi, o bu vəzifənin icrasını təmin edə bilməmiş və xeyli miqdarda fərqlər yaranmışdır. İddiaçı müvafiq hərəkətəri nəticəsində Cavabdeh MMC-nin istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və qanunla qorunan mənafeyimizə ziyan dəymişdir. Qarşı tərəf bu halın bizim tərəfimizdən sübut edilməməsinə dair iddia etsə də, həm birinci instansiya məhkəməsindəki icraat zamanı tərəfimizdən təqdim olunmuş sübutlarla, habelə məhkəmə tərəfindən məhkəmə baxış iclasında sübuta yetirilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnaməsinin tam ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.

28. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin 2 şərti nəzərdə tutulmuşdur: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, - Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

29. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş sadalanan hallardan hazırkı iş üzrə cavabdeh tərəfindən istinad olunan faktiki hal 72-ci maddənin “c” bəndində nəzərdə tutulmuş işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması halıdır.

30. Bu baxımdan cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanuniliyinin yoxlanılması üçün hazırkı məhkəmə araşdırması ilə araşdırılmalı olan ilk nüans da işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyanın vurulub-vurulmaması halıdır.

31. Cavabdeh mübahisə predmeti olan əmrin əsaslandırıcı hissəsində xeyli miqdarda – 13207,75 manat kassa əksikliyinə yol verildiyini qeyd etmişdir, CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən də qeyd olunan məbləğ “xeyli miqdar” hesab olunur və həmin Məcəllənin 179.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

32. Təqsir şəxsin öz davranışına və onun nəticələrinə psixi münasibətidir. Hüquq pozuntusu iradəvi davranış olduğuna görə əməl o halda hüquq pozuntusu hesab olunur ki, onun törədilməsi və nəticələrinin baş verib-verməməsi şəxsin iradəsindən asılı olub, hüquqauyğun davranıb-davranmamaq haqqında şəxs özü iradəvi şəkildə qərar vermiş olsun. Hər hansı hüquq pozuntusundan danışmaq üçün ilk növbədə subyektiv cəhətin elementi olan təqsirin mövcudluğu sübuta yetirilməlidir.

33. Eləcə də Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə münasibətdə də, pozuntunun (mülkiyyətçiyə maddi ziyanın vurulması) müyyən edilməsi üçün də təqsirin mövcudluğu sübuta yetirilməlidir.

34. Təqsir şifahi mülahizələrə əsaslanaraq müəyyən edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyətçiyə maddi ziyanın vurulması ziyanın vurulması Cavabdeh MMCnin Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətə istinad etdiyi kimi ehtimal olunan mənimsəmə cinayət əməli kimi qiymətləndirilmiş, bu barədə müvafiq araşdırma aparılmaqla təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir.

35. Tərtər rayon Prokurorluğunun 24 may 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi” haqqında Qərarından görünür ki, İddiaçı əməllərində Cinayət Məcəlləsinin 179 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmişdir.

36. Həmin qərarla iş üzrə digər təqsirləndirilən şəxs X2 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə sonuncu Cinayət Məcəlləsinin 73-1.2 və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilmişdir.

37. Göründüyü kimi, İddiaçı əməlində cinayət tərkibinin olmaması müəyyən edilməklə barəsində olan cinayət işinin başlanması rədd edilmişdir. Halbuki, şəxsin mənimsəmə cinayət əməlində təqsirli bilinməsi üçün barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır.

38. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

39. İşin qeyd olunan halları fonunda cavabdehə maddi ziyanın vurulması faktı və eyni zamanda bunun iddiaçının təqsiri nəticəsində olması barədə qənaətə gəlmək mümkün deyildir. İddiaçının ziyan məbləğindən könüllü ödənişlər etməsi qeyd olunan faktları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu da özlüyündə iddiaçının əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin qanunsuz olduğunu deməyə əsas verir.

40. Bundan əlavə, X2 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə o, Cinayət Məcəlləsinin 73-1.2 və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə, yəni təqsiri müəyyən edilməklə barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, sonuncu öz ərizəsinə əsasən işdən azad edilmiş, lakin, ümumiyyətlə təqsiri müəyyən edilməmiş hazırkı iş üzrə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir ki, bu da ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

41. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir.

42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv, iddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli, mediasiya xərcləri və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)-358/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(009)-358/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı barədə iddiası təmin edilsin. Cavabdeh 01 noyabr 2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmri ləğv edilsin və İddiaçı X25 X15 şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İlkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar