Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3851/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov AZad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1060/2022 saylı işi üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə yenidən müraciət edərək doğum tarixləri şərti qeyd edilməklə Şəfiqə Məmmədovanın doğum tarixi 2014-cü il, Əli Məmmədovun 2016-cı il, Əkbər Məmmədovun 2017-ci il və Yusif Məmmədovun 2018-ci il, valdeyinlərinin naməlum olduğu göstərməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1060/2022 saylı işi üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizəsi rədd edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin Doğum faktının müəyyən edilməsinə dair 2(008)- 1060/2022 saylı 09.02.2022-tarixli qətnaməsini ləğv edərək və AZərbaycan Respublikası Səhiyyə NAZirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini nəzərə alaraq şərti olaraq qeyd edilməklə o cümlədən Şəfiqə Məmmədovanın doğum tarixi 2014-cü il, Əli Məmmədovun 2016 ci il, Əkbər Məmmədovun 2017-ci il və Yusif Məmmədovun 2018- ci il və valideynlərinin naməlum olması faktı göstərilməklə doğum faktının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin nümayəndəsi Nümayəndə yeni vəkalətnamə təqdim edərək, məhkəməyə sənədlərin verilməsinin iş materialında olan vəkalətnamələr vasitəsilə həyata keçirildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası AZərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-156, 259.0.3, 259.0.12, 372, 384, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizələrin təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin edilməsini qanuni hesab edir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilən ərizəni və ona edilmiş dəqiqləşməni imzalayan şəxsin səlahiyyətləri təsdiq edən sənəd (etibarnamə) əlavə edilsə də (iş səh.19.26.74) iddia ərizəsinin imzalanması, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə əks edilməmişdir. Apellyasiya baxışının hədlərində qeyd edilən nöqsanların aradan qaldırılması prosessual səlahiyyət baxımından mümkün olmamışdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.3 və 259.0.12-ci maddələrinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, habelə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 74.2-ci maddəsinə əsasən: İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sAZişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə rAZılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 150.1.3-cü maddəsinə əsasən: iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Məcəllənin 152.1.2-ci maddəsinə əsasən: iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiə NAZirliyi yanında Sosial Xidmətlər Agentliyi Nəzdində Həssas əhali qurupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssissəsinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3851/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3851/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver