Məhkəmə qərarları › İş №2(103)-3855/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3855/2024

12.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3855/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı X5 nümayəndəsi və vəkili X7, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X5 Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-980/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia ərizəsnə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 980/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəllər tutduğu Mərkəzi anbarda Anbar müdiri vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi və vəkili X11 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər. 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 10 iş günü ərzində İddiaçıla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) Cavabdeh qarşısında xidməti müqabilində və iddiaçının cavabdehə qarşı qaldırdığı Mübahisə və ya gələcəkdə qaldıra biləcəyi bütün iddiaların, tələblərin və şikayətlərin tam və yekun əvəzi olaraq, İddiaçının bu Sazişdə göstərilən bank hesabına 5.000 (beş min) manat məbləğində kompensasiya ödəmək (bu məbləğ qanunla tutulmalı olan bütün məcburi ödənişlərdən (vergi, məcburi sosial sığorta və sair) azaddır). e) bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Saziş qüvvəyə mindiyi gündən etibarən 15 təqvim gün ərzində nəzərdə tutulmuş kompensasiya məbləği 5000 (beş min) manat cavabdeh tərəfindən iddiaçının bank hesabına tam həcmdə ödənilir. 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq. 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə iclasında tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri elan edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı X8 ilə Cavabdeh MMC arasında 12 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Barışıq Sazişinin şərtləri:

1. Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər. 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 10 iş günü ərzində İddiaçıla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) Cavabdeh qarşısında xidməti müqabilində və iddiaçının cavabdehə qarşı qaldırdığı Mübahisə və ya gələcəkdə qaldıra biləcəyi bütün iddiaların, tələblərin və şikayətlərin tam və yekun əvəzi olaraq, İddiaçının bu Sazişdə göstərilən bank hesabına 5.000 (beş min) manat məbləğində kompensasiya ödəmək (bu məbləğ qanunla tutulmalı olan bütün məcburi ödənişlərdən (vergi, məcburi sosial sığorta və sair) azaddır). e) bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Saziş qüvvəyə mindiyi gündən etibarən 15 təqvim gün ərzində nəzərdə tutulmuş kompensasiya məbləği 5000 (beş min) manat cavabdeh tərəfindən iddiaçının bank hesabına tam həcmdə ödənilir. 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq. 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 980/2024 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar