Məhkəmə qərarları › İş №2(103)-3857/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3857/2022

27.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3857/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-33/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldirlməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-33/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə “Parabank” Asc arasında bağlanmış 16.03.2016-cı il tarixli, 0758/16ÇF/PB saylı kredit razılaşması üzrə Cavabdeh 37411.84 ABŞ dolları əsas, 5057.15 ABŞ dolları faiz borcu, 1850 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 44318 ABŞ dolları 99sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcborcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması, Cavabdeh 145 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiası Mərkəzinin hesabına ödənilməsi, cavabdehdən 200 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissdə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Adilə Paşayeva). Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Akif İsgəndrovun icraatında iddiaçı Cavabdeh Para BOKT ASC-yə qarşı (üçüncü şəxs 7 saylı notariat kontoru) “ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-3537/2022 saylı saylı mülki iş vardır. Belə olan halda, hazırkı mülki iş MPM-in 43.1-ci maddəsinin təsiri altına düşür. Qeyd olunanalara əsasən, kollegiya hesab edir ki, hazırkı mülki iş əlaqəli olan və ilkin icraata qəbul edilmiş “iddiaçı Cavabdeh Para BOKT ASC-yə qarşı (üçüncü şəxs 7 saylı notariat kontoru) “ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi tələbini”nə dair 2(103)-3537/2022 saylı mülki iş”lə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1, 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(103)-3857/2022 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh Para BOKT ASC-yə qarşı (üçüncü şəxs 7 saylı notariat kontoru) “ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-3537/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar