Məhkəmə qərarları › İş №2(103)-3858/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3858/2022

30.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3858/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İlk iddia üzrə İddiaçı1 nümayəndəsi (vəkili) X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2nın Cavabdeh1 və qeyrilərinə qarşı “qərarın, alqı-satqı aktının, plan və ölçü sənədinin, müqavilələrin, çıxarışların ləğv edilməsi” tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-51/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “qərarın, alqı-satqı aktının, plan və ölçü sənədinin, müqavilələrin, çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin 09 sentyabr 2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli, 27 oktyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27 oktyabr 2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün, Abşeron rayonu İ saylı Notariat Kontorunda tərəfindən aparılmış 23 fevral 2016-cı il tarixli 4Ə-315 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1ində yeıiəşən 0,0992 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh5 arasında bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin və qeydiyyat tarixi 10 mart 2016, qeydiyyat nömrəsi **********, ******* nömrəli Çıxarışın və nəhayət Sumqayıt ASAN xidmət mərkəzinin Notariat Kontorunda 22 fevral 2019-cu il tarixli 4Ə-645 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh5 ilə Cavabdeh1 arasında bağlanmış “Daşınmaz Əmlakın Alqı-satqı Müqavilə”sinin və Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 28 fevral 2019, qeydiyyat nömrəsi **********, ******* nömrəli Çıxarışın ləğv olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma” barədə qarşılıqlı iddia verərək, İddiaçı1, İddiaçı2nın, onların ailə üzvləri X2, X4, X3, X1, Cavabdeh3, Cavabdeh4 və qeyrilənin ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsinin hasarlanması, darvazanın qoyulması, ərazidə qeyri-qanuni yarımtikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-51/2022 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0992 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)- 51/2022 saylı qətnaməsinin qismən, yəni “Abşeron rayonu Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin 09 sentyabr 2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli, 27 oktyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27 oktyabr 2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələblərinin təmin olunmaması hissədə ləğv edilməsi, mülki iş üzrə icraata qeyd edilən tələblərlə bağlı hissədə xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırlmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmasının aparılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız sayaraq, nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 (həmçinin Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh3 mübahisənin həlillini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, apellyasiya şikayətinin əsaslı olmasını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, apellyasiya şikayətinin əsaslı olmasını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-51/2022 saylı qətnaməsinin qismən, yəni “Abşeron rayonu Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin 09 sentyabr 2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli, 27 oktyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27 oktyabr 2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələblərinin təmin olunmaması hissədə ləğv edilməsi, mülki iş üzrə icraata qeyd edilən tələblərlə bağlı hissədə xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən də, hazırda qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən digər müvafiq tələblərlə bağlı hissədə yoxlanılır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ində yerləşən yaşayış sahəsi 16,4 kv.m., köməkçi sahəsi 10 kv.m. olan bir otaqdan ibarət yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında qeydə alınmış və 37096 nömrə ilə reyestr kitabında yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, ... sorğuda qeyd edilən X2 adına 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsi aşkar olunmadığı üçün sözügedən sənədin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. İşdə olan Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 28 nömrəli qərarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ehtiyat fondundan alqısatqı predmeti olan torpaq sahəsindən Cavabdeh2 fərdi ev tikmək məqsədilə 0,0992 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh5 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(102)-7466/2018 saylı qərarından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “torpaq sahəsinə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-117/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qərarı onunla əsaslandırılmışdır ki, “ ... tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Cavabdeh2 mübahisəli əmlakı dəyərini ödəməklə Abşeron rayonu, Masazır Bələdiyyəsindən almış, reyestrdən müvafiq çıxarış əldə etmiş, bununla da həmin əmlaka dair səlahiyyətli şəxs olmuş və həmin əmlak üzərində sərəncam verərək, onu Cavabdeh5 bağışlamışdır. İddiaçı1 isə əqdin etibarsızlığına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəmələrə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin, bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə tələb də təmin oluna bilməz”. İşdə olan Abşeron Rayon Polis İdarəsinin Cavabdeh1 cavab məktubundan görünür ki, ünvan 1ində yerləşən ona məxsus torpaq sahəsində qeydiyyatda heç kim yoxdur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 24 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı “cavabdehin Cavabdeh2 adına torpaq sahəsinin satılması barədə 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (subyektiv hüququnun olmaması və s.). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-155/2021 saylı qərarından görünür ki, İddiaçı2 cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı “cavabdehin Cavabdeh2 adına torpaq sahəsinin satılması barədə 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (müddətin keçməsi və s.). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvan 1i ünvanında yerləşən 0,0992 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən tikilidə hal-hazırda heç bir hüquqi əsas olmadan Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşdə olan sübutlardan və qanuni qüvvədə olan çoxsaylı məhkəmə qərarları (istər mülki, istərsə də inzibati məhkəmələrin qərarları) ilə müəyyən olunmuş hallardan göründüyü kimi, mübahisələndirilən əqdlər qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış, etibarsızlığına əsaslar müəyyən olunmamış, həmçinin inzibati orqanın (Abşeron rayon Masazır bələdiyyəsinə Cavabdeh2 adına torpaq sahəsinin satılması barədə 03 may 2004-cü il tarixli 28 nömrəli qərarı) qərarının ləvği ilə bağlı tələblər mümkün sayılmamışdır. İddiaçı tərəf isə hazırda mübahisələndirdikdəri əqdlərin tərəfi olmadığı halda həmin müqavilələrin ləğvini tələb etmişdir. Halbuki, MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, müqavilələrin ləğv olunması və ya dəyişdirilməsini tələb etmək hüququ müqavilə tərəflərinə aid edilmişdir. İddiaçılar isə mübahisələndirdikləri müqavilənin tərəfləri olmadığından onun ləğvini tələb etməkdə də müvafiq subyektiv hüquqlara malik deyildirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qarşılıqlı iddiaçı isə üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlakla bağlı müvafiq tələb irəli sürməkdə subyektiv hüquqlara malik olmuşdur. Belə ki, həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinə söykənir. Həmin maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.2-ci və 158.4-cü maddələrinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Baxılan işdən görünür ki, qarşılıqlı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından qanunla qorunur. Göründüyü kimi, bu iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın baxılan hissədə təmin edilməsi qanuni və əsaslıdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri yoxlanıldıqdan sonra da yoxlanılan hissədə ilk iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olması müəyyən olunur. Belə olan halda isə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2nın Cavabdeh1 və qeyrilərinə qarşı “qərarın, alqı-satqı aktının, plan və ölçü sənədinin, müqavilələrin, çıxarışların ləğv edilməsi” tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)-51/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(001)- 51/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar