Məhkəmə qərarları › İş №2(103)-3863/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3863/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3863/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı (Səbail rayon İcra Hakimiyyəti və digərləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X1, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyriqanuni tikinti, yenidənqurma və yenidən planlaşdırma işlərinin nəticəsində onun mənzilinə və binaya vurulan ziyanın gələcəkdə yaşayış üçün təhlükəli olmayacağı barədə Cavabdeh qanun qarşısında zəmanət verməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, həmin binanın və binada yerləşən 53 saylı mənzilinin konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri nəticəsində ümumi binanın və onun mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(009)-157/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 400 manat məbləğinin 50 manatı İddiaçı, 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh 11.02.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(009)- 157/2021 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, e-2(009)-157/2021 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, e-2(009)-157/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər apellyasiya şikayəti tərtib edildiyi zaman qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 361 və 363cü maddəsinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. 15.03.2022-ci il tarixdə Cavabdeh yenidən apellyasiya şikayəti ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayətinə prosessual müddətin bərpası ilə əlaqədar ərizə əlavə edərək, qanunvericiliyin yeni qəbul edilməsi və bununla əlaqədar olaraq bir çox sənədlərə münasibətdə səhvlərin olmasını üzrlü sayaraq prosessual müddətin bərpa edilməsi və işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(009)-2546/2021 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Səbail Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, e-2(009)- 157/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün e-2(009)-157/2021 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 12.04.2022-ci il tarixdə İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 saylı, 05.04.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 11.02.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(009)- 157/2021 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, e-2(009)- 157/2021 saylı qərardadı ilə SəbailRayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, e-2(009)-157/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər apellyasiya şikayəti tərtib edildiyi zaman qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 361 və 363-cümaddəsinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Səbail Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, 2(009)-157/2021 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Səbail Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, e-2(009)- 157/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, ərizəçi apellyasiya şikayətini elektron qaydada vaxtında vermiş, lakin, Mülki ProsessualMəcəllənin 361 və 363-cümaddəsinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, 2(009)-157/2021 saylı qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, qətnamə ona yalnız kağız daşıyıcıda deyil elektron məhkəmə portalı vasitəsi ilə də təqdim edilmişdir. Belə olduğu təqdirdə müddətin qətnamənin kağız daşıyıcıda verilməsi tarixindən hesablanması düzgün deyildir. Digər tərəfdən, qanunvericiliyin prosessual tələblərinə riayiət olunmadan verilmiş və məhkəmə tərəfindən geri qaytarılmış apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dəlalət edən hər hansı sübut işdə yoxdur. Prosessual tələblər qanunun tələbi olduğundan onlara ciddi əməl edilməli, əks halda isə üzrlü səbəbin mövcudluğu məhkəmədə ərizəçi tərəfindən əsaslandırılmalıdır. Hesab edir ki, hazırkı işdə bu kimi əsaslandırma mövcud olmadığından ərizə təmin edilməli deyilidi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(009)-157/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Zaur Adıyev iş üzrə qətnamədən 23 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini müəyyən edilmiş 1 aylıq müddət ərzində vermiş, lakin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilmədən verildiyinə görə geri qaytarılmışdır. Daha sonra cavabdeh tərəf qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra buraxılmış müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət iddiaçının formal mülahizələrinə əsaslanır və öz təsdiqini tapmır. Göründüyü kimi şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar