Məhkəmə qərarları › İş №2(103)-3865/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3865/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3865/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx MMC (VÖEN **********) və “xxxx” MMC-nə (VÖEN 1 1********) direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 İdarəsi ona qarşı ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Astara rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb isə onun “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMCnin (VÖEN **********) direktor təyin edilməsi və dövlətə külli miqdarda vergi borcunun olmasıdır. İlk öncə X4 İdarəsinə gedərək bildirmişdir ki, iddiaçının ümumiyyətlə həmin şirkətlərlə heç bir əlaqəsi olmamışdır və hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunması barədə məlumat verilməsini istəmişdir. Orada isə həmin məlumatları yalnız Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsindən əldə edə biləcəyini ona bildirmişdirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsinə gedərək, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunmasını soruşmuş, kommersiya sirri olduğu üçün məlumat ona deyilməmişdir. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsindən həmin hüquqi şəxslərin təsis sənədlərinin surətləri təqdim edilmiş və məlum olmuşdur ki, o, 16 may 2018-ci il tarixli qərarlarla qeyd olunan hüquqi şəxslərə direktor vəzifəsinə təyin edilmiş və də heç bir araşdırma aparılmadan (yəni, onun bundan xəbərinin olub-olmaması yoxlanılmamış və onun iştirakı tələb olunmamışdır) həmin hüquqi şəxslərin direktoru kimi qeydiyyata alınmışdır. Onun xəbəri olmadan, yalnız iddiaçının şəxsiyyət vəsiqəsininn surətini təqdim etməklə, 4 (dörd) dənə şirkətə direktor təyin olunmuş və Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsi bunu qeydiyyata alır. Bundan sonra dövlətə külli ziyan vurulur və o cümlədən onun hüquqları kobud şəkildə pozulur. Qeyd olunan hüquqi şəxlərə direktor təyin olunması barədə qərar qəbul olunur və həmin qərarlar da Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsi tərəfindən icra olunur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi və əlavə olaraq bildirdi ki, imza onun tərəfindən icra olunsa da, İddiaçı tanımır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinin vəkil Əlövsət Ağamoğlanovaya ünvanlanmış 08.02.2019-cu il tarixli, **********037900 saylı sorğuya cavab məktubunun surətinə əsasən "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) məxsus təsis sənədlərinin və İddiaçı həmin qurumlara direktor təyin olunması barədə sənədlərin surətlərini və dövlət reyestrindən çıxarışların verilməsi üçün 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etdikdən sonra təhvil ala biləcəyi bildirilmişdir; İş materiallarında olan "xxxx" MMC-nin təsisçisinin 16.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 idarəsi tərəfindən 10.01.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun 16.05.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.05.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən “xxxx MMC (VÖEN **********) 10.01.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1araq qeydiyyata 10.01.2018-ci il tarixdə alınmışdır; İş materiallarında olan "xxxx” MMC-nin təsisçisinin 16.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 idarəsi tərəfindən 10.01.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx” MMCnin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun 16.05.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.05.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən "xxxx MMC (VÖEN **********) 10.01.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1araq qeydiyyata 10.01.2018-ci il tarixdə alınmışdır; İş materiallarında olan “xxxx” MMC-nin təsisçisinin 16.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 idarəsi tərəfindən 10.01.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun 16.05.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.05.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən “xxxx” MMC (VÖEN **********) 10.01.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1araq qeydiyyata 10.01.2018-ci il tarixdə alınmışdır; İş materiallarında olan "xxxx" MMC-nin təsisçisinin 16.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 idarəsi tərəfindən 10.01.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun 16.05.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun cəmiyyətlə bağladığı əmək müqailəsinə AR ƏM 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.05.2018-ci il tarixdən ləğv edilmiş, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən "xxxx" MMC (VÖEN **********) 10.01.2018-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh, hüquqi ünvanı AZ1063, ünvan 1araq qeydiyyata 10.01.2018-ci il tarixdə alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətnin elektron məlumat sistemində olan məlumatlardan görünür ki, “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lərin (VÖEN **********) müvafiq olaraq 6045,50 manat, 7762,02 manat, 110220,00 manat, 10402,47 manat vergi borcu mövcuddur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə müəyyən edilmişdir ki, xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lərin (VÖEN **********) təsisçisi Cavabdeh qəbul etdiyi müvafiq qərarlarla İddiaçı direktor vəzifəsinə təyin olunmuş, idddiaçı tərəf bu proseslərdən xəbəri olmadığını və ya aldadılması bildirmiş və bu əsasla da qeyd olunan hüquqi şəxslərin direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tərəf xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC-lər üzrə (VÖEN **********) İddiaçı direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi üçün hər hansı sübut edə bilməmişdir. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən qərarların etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfın yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən 16 may 2018-ci il tarixdə qərarlar qəbul edilərkən onun və İddiaçı aldadılması, iradəsinin ziddinə olaraq hərəkət etməsi müəyyən olunmur. «xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC dövlət qeydiyyatına alınması zamanı iş üzrə cavabdeh, göstərilən hüquqi şəxslərin qanuni təmsilçisi Cavabdeh tərəfindən sənədlər Hüquqi X1 və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə uyğun təqdim edilməklə qeydiyyata alınmışdır. Belə ki, həmin normaya əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciəti zamanı Qanunun 5.4-cü maddənin tələbinə görə, ərizəyə əlavə edilən sənədlərdən biri kimi - təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır) (maddə 5.4.1) Göründüyü kimi, hüquqi şəxslərin qərarları mülki qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanunvericiliyin yuxarıda qeyd olunan şərtlərinə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar