Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3867/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X8 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X14 və Abşeron rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 saylı 15 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X15 və İddiaçı arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqviləsinin ləğv edilməsi və İddiaçı əsas borc olaraq 110.000 manat, maddi ziyan üçün 13.291 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
2. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X9 xeyrinə ödənilməli və tutma İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilməlidir.
3. Abşeron rayon İcra şöbəsinin X11 göndəridiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələb icra sənədi üzrə olan 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi tutulmalı olan borcun əvəzləşdirilməsi üçün X11 təklif olunmuşdur.
4. X10 Mehmet tərəfindən göndərilən məktubdan görünür ki, X15 ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evini ona olan borcun əvəzi olaraq götürməkdən imtina etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-17/2023 saylı qərardadına əsasən borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.
6. Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ilkin hərrac 28 aprel 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X15 və İddiaçı göndərilmişdir.
7. Cavabdeh MMC-nin 28 aprel 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, 28 aprel 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
8. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 12 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X15 və İddiaçı göndərilmişdir.
9. Hərracın baş tutmamasına dair 12 may 2023-cü il tarixli protokoldan görünür ki, 12 may 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 10.Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 26 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X15 və İddiaçı göndərilmişdir.
11. 26 may 2023-cü il tarixli hərracın yekunları barədə 142/23 saylı protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi 101.000 manata X11 satılmışdır. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh MMC-yə qarşı (Kamran Mustafa və Abşeron rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair iddia ərizəsi və sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib olunmuş hərrac yekunları barədə 142/23 saylı 26 may 2023-cü il tarixli protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X15 və onun arasında Abşeron rayon 1 saylı notariat kontorunda başlanmış 5 avqust 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və ondan əsas borc olaraq 110.000 manat, maddi ziyan üçün 13.291 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət olunmuşdur. Həmin qətnamə üzrə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində icraata başlanılmışdır. Bundan sonra tələb icra edilmədiyindən borclunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi icra məmurunun “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il qərarı əsasənda "xxxx" MMC tərəfindən 125.000 manat məbləğində qiymətləndirilmiş, həmin əmlak icra sənədi üzrə tələbkara təklif edilmiş, daha sonra isə icra məmurunun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin 8(012)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuş, həmin daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, 27/22 335 3O saylı “hərracın keçirilməsi haqqında” şifarişlə Cavabdeh MMC-yə göndərilmiş və hərracın keçirilməsi xahiş olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən hərracın keçirilməsi “İpoteka Haqqında” Qanunun tələblərinə uyğun müəyyən edilmiş və ilkin hərrac xx.xx.2023-cü il tarixində keçirilmiş və həmin zaman daşınmaz əmlakın ilkin satış qiyməti 125.000 manat müəyyən edilmişdir. Lakin hərrac baş tutmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixə yenidən hərracın keçirilməsi üçün hərrac prosesi təyin edilmiş və mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satış dəyəri bu səfər azaldılaraq 112.500 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində yenidən hərrac baş tutmamış və təkrarən hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və daşınmaz əmlakın hərracda satış dəyəri bir daha azaldılmış və 100.000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının mülkiyyətində olan daşınmaz əmlak 101.000 manata icra sənədi üzrə X10 Mehmetə satılmışdır. Daha sonra qeyd olunan hərrac üzrə xx.xx.2023-cü il tarixində hərrac yekunları barədə 142/23 nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görsənir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini icra sənədi üzrə tələbkar X7 101.000 (bir yüz bir min) manata açıq hərrac vasitəsilə almışdır. Protokol sifarişçi Abşeron rayon İcra şöbəsinin naməlum əməkdaşı, hərracın təşkilatçısı Cavabdeh MMC-nin direktor müavini X6, Cavabdeh MMC-nin sənədlərlə iş üzrə bölmə rəhbəri Nümayəndə, qalib alıçı, tələbkar X7 tərəfindən imzalanmışdır. Yuxarıda qeyd edilən və qanunvericiliyin tələblərinə zidd keçirilən hərrac nəticəsində iddiaçı mülkiyyətində olan əmlakdan məhrum edilmişdir. Hesab edir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Belə ki, hərrac prosesi tamamilə yalnış yəni “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmiş və qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının tələbləri nəzərə alınamış, ərizəçinin mülkiyyətində olan daşınmaz əmlak icra icraatı çərçivəsində icra məmuru tərəfindən üzərinə həbs qoyularaq cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun açıq hərrac vasitəsilə satışı həyata keçirilmişdir. Həmçinin onun keçirilmiş hərraclar barəsində hər hansı bir məlumatı olmamış, icraata başlamaq haqqında qərar ona rəsmi olaraq təqdim edilməmiş, əmlakının qiymətləndirilməsindən və üzərinə həbsin qoyulmasından xəbəri olmamış, cavabdehin göndərdiyi məktublar ümumilikdə ona çatmamış nəticədə mülkiyyətindən qanunsuz keçirilmiş hərrac nəticəsində məhrum olmuşdur.
14. Cavabdeh MMC iddiaya etiraz edərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3145/2021 saylı iсrа vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş 27/223353O saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin açıq hərrасdа satılması Cavabdeh MMCyə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan fərdi yaşayış evinin açıq hərrасdа ilkin satış dəyəri 125.000 manat məbləğində müəyyənləşdirilmişdir, sözügedən hərrас sifarişi Cavabdeh MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərrac keçirilməsi 28 аprеl 2023-cü il tarixə saat 10:00-da təyin edilmiş və hərracın qeyd olunan tаriхə təyin edilməsi barədə elan xx.xx.2023-сü il tarixində kütləvi informasiya kimi Azərbaycan Ədliyya Nazirliyində qeydiyyata alınmış "Birjanyus" X3 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın keçirilməsinə dair 721/23 saylı xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə bоrсlu İddiaçı еləсə də iсrа sənədi üzrə tələbkar X5 poçt vasitəsi ilə göndərilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 28 aprel 202З-cü il tarixli protokolun suratindən görünür ki, yuxarıda göstərilən tаriхə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 28 арrеl 202З-сü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi sifarişçi icra şöbəsi ilə bağlanmış Müqavilə və ona aid "Əmlakın açıq hərrасdа satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin рrоsеdur Qaydalarına uyğun оlаrаq ilkin satış qiymətindən 10% aşağı qiymətə, yəni 112.500 manata olmaqla, 12 mау 202З-сü il tаriхinə, saat 10:00-a təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın keşirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tаriхində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet iпfоrmаsiуа Ehtiyatında (Portalında) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Daha sоnrа sifariş оlunan torpaq sаhəsinə dair açıq hərracın kеçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, bоrсlu İddiaçı еləсə də iсrа sənədi üzrə tələbkar X5 poçt vasitəsi ilə gönədrilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 12 mау 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tаriхə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 12 mау 202З-сü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 20% aşağı qiуmətə, уəni 100.000 manata olmaqla, 26 mау 2023-сü il tаriхinə, Saat 10:00-а təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın kеçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan "Вirjаnуus" X3 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Daha sопrа sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair 991/2З saylı, xx.xx.2023-cü il tarixli bildiriş həracın sifarişçisinə, еləсə də icra sənədi üzrə tələbkara və bогсluуа poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tаriхə təyin olunmuş təkrаr açıq hərrасdа iştirak еtmək üçün tələbkar Mustafa Kаrаmаn Mehmet oğlu, еləсə də X17 оğlu 25 mау 202З-сü il tarixli ərizələri ilə Cavabdeh MMC-yə müraciət еdərək iştirakçılarının təmin olunmasını xahiş еtmişdirlər. xx.xx.2022-ci il tarixdə kеçirilən açıq hərrасdа predmeti olan fərdi yaşayış evinin təkrаr hərracdakı satış dəyərindən 1000 manat məbləğində artıq qiymətə, yəni 101.000 manata tələbkar X1. Bununla əlaqədar olaraq hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. xx.xx.2023-сü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, еləсə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbərinin və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sоnrа elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumunа göndərilmişdir. Hərrac sifariş üzrə keçirilən hərrас qanuni və əsassızdır. Odur ki, həmin hərracın nəticələrinə dаir tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsаs yoxdur. Ona görə də iddia rədd edilməlidir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 nömrəli, 15 mart 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə Abşeron rayon icra şöbəsi, X15 və İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X3 (portalında) elan verilmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada tərəflərə təqdim olunması təsdiq edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 416.1-ci maddələrinə; Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud iş üzrə bütün hərrac prosesləri qanunvericiliyin tələblərinə zidd olmaqla keçirilmişdir (hərraca qədər proseslər və hərracdan sonrakı proseslər). Belə ki, daşınmaz əmlak üzərinə həbs qoyulmadan xx.xx.2022-ci tarixində “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı qəbul edilmiş, "xxxx" MMC tərəfindən əmlak xx.xx.2022-ci il tarixli rəylə 125.000 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixində əmlak tələbkara təklif olunmuş, xx.xx.2022-ci il tarixində tələbkar ərizə ilə müraciət edərək təklifdən imtina etdiyini və 3 ay ərzində əmlakın satılmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinə əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatla müraciət olunmuş, xx.xx.2023-cü il tarixli məhkəmənin qərardadı ilə əmlakın üzərinə həbs qoyulmuş, nəhayət xx.xx.2023-cü il tarixində hərracın keçirilməsinə dair “Sifariş” cavabdeh təşkilata göndərilmişdir. Hərrac harrac zamanı isə əsassız olaraq 3 dəfə proses keçirilmiş və qiymət hər səfərində aşağı salınmaqla mübahisəli əmlak 24.000 manat ucuza satılmışdır. Həmçinin iddiaçının keçirilmiş hərraclar barəsində hər hansı bir məlumatı olmamış, icraata başlamaq haqqında qərar ona rəsmi olaraq təqdim edilməmiş, əmlakının qiymətləndirilməsindən və üzərinə həbsin qoyulmasından xəbəri olmamış, cavabdehin göndərdiyi məktublar ümumilikdə ona çatmamış nəticədə mülkiyyətindən qanunsuz keçirilmiş hərrac nəticəsində məhrum olmuşdur. Qısa olaraq xülasə kimi qeyd olunur ki, əmlak üzərinə həbs qoyulmadan qiymətləndirilmiş, daha həmin qiymətlə tələbkara təklif edilmiş, tələbkar imtina etdikdən sonra üzərinə həbs qoyulmuş, tələbkarın imtinasından 5 ay sonra hərrac keçirilmiş, keçirilərkən də 3 dəfə keçirilmiş, hər səfərində isə əmlakın qiymət azaldılmış və bu proseslər barədə borcluya bu barədə məlumat verilməmişdir. Bundan əlavə məhkəmə öz qətnaməsində əmlakın qiymətinin azaldılmasına hər hansı bir münasibət bildirməmiş ümümilikdə bu halı görməməzlikdən gəlmişdir. Halbuki onların mübahisələndirdiyi əsas hallardan biri də elə odur. Belə ki, hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salması “İcra haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Mülki qanunvericilikdə və icra haqqında qanunvericilikdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə həmin halları nəzərə almamışdır. Məhkəmə tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübütları düzgün qiymətləndirməmiş, mövcud olan sübütları görməməzlikdən gəlmiş, yalnız bəzi sənədləri sadalamaqla əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 124/2024 saylı 15 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Hesab edir ki, mübahisə əmlakın hərrac nəticəsindəki dəyəri təxminən 24000 manat aşağı enndirilmişdir. O, bu halı iş birinci instansiya məhkəməsində araşdırılarkən dəfələrlə bildirməsinə baxmayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsində bu hal nəzərə alınmamış və qeyd edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən məhkəmələrə tövsiyyə xarakterli qəbul olunmuş “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracla satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadı mövcuddur. Bu işdə qanunvericiliyə uyğun müvafiq normalar tətbiq edilməyib. Hərrac nəticəsində əmlakın dəyərinin dəfələrlə aşağı düşməsi qeyri-mümkündür. Hərracın keçirilməsi “İcra haqqında” Qanunda nəzərdə tutulan formada həyata keçirilməmişdir. Bundan başqa iddiaçı Abşeron rayonunda qeydiyyatda olsa da uzun illərdir ki, orada yaşamır, o, Sumqayıt şəhərində yaşayır. Məhz bu səbəblə hərracın keçirilməsi barədə məlumatlandırma məktubları ona çatmayıb. Hərrac prosedur qaydalarına uyğun keçirilməyib. Hərrac bir neçə dəfə keçirilə bilər. Lakin əmlakın dəyərinin dəfələrlə aşağı düşməsi qanunaziddir. 23.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ev yüz min manata alınmışdır, on min manat isə əşyalara görə verilmişdir, lakin gəlib görmüşdür ki, heç nə qalmamışdır. Bununla bağlı polis orqanlarına şikayət də vardır. Müdafiə etdiyi şəxs xarici vətəndaşdır. İş üzrə bütün prosedurlar qanunvericiliyə uyğun aparılmışdır. Hərracın nəticəsində əmlakın dəyərinin aşağı salınmaması barədə qanunverilicikdə heç bir norma yoxdur. Bu işdə birinci instansiya məhkəməsinim mövqeyi tamamilə haqlıdır. İddiaçının da hərrac barəsində məlumatı var idi 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 30.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 31.415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 32.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 33.415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 34.416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikası “İcra haqqında” Qanununun
35.43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 36.44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 37.44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 38.44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 39.45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir 40.45.6 və 45.7-ci maddələrinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 41.53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 42.53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 43.53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 44.61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 45.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 46.61.3-cü maddəsinə əsasən, sifarişə icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilir. 47.62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 48.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
49.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 50.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
51.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 52.Belə ki, işin faktiki hallarından müəyyən edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələb borclu - hazırki iddia üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə, üzərinə həbs qoyulmadan yönəldilmiş, icra məmurunun sifarişi əsasında həmin ev qiymətləndirilərək hərraca çıxarılmışdır. Daha sonra müvafiq sifarişə əsasən Cavabdeh MMC tərəfindən hərraclar keçirilmiş və son nəticədə ev, ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə hazırki iş üzrə üçüncü şəxsə satılmışdır. 53.İddiaçı bir neçə əsasla hərracın qanunsuz keçirilməsini iddia etməklə, onun nəticələrini mübahisələndirmişdir.
54. İddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərrac keçirilərkən onun məlumatlandırılmaması və ya hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu mövqeyini əsaslandırarkən məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə Abşeron rayon icra şöbəsi, X15 və İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X3 (portalında) elan verilmişdir.
55. Buna baxmayaraq məhkəmə hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salınmasının “İcra haqqında” Qanunun tələblərinə uyğun olmadığına dair iddiaçının istinad etdiyi dəlillərə hüquqi qiymət verməmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, mübahisəni, tətbiq etməli olduğu maddi hüquq normalarına əsasən həll etməmişdir. Belə ki, məhkəmə hazırki mübahisəyə tətbiq edilməli olan “İcra haqqında” Qanunun müvafiq müddəalarına istinad etməmiş, hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salınmasının bu Qanunun tələblərinə uyğun olub-olmamasına ümumiyyətlə münasibət bildirməmişdir.
57. İzah olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulsa da, “İcra haqqında” Qanunda hərracın başqa qaydada keçirilməsi müəyyən olunmuşdur.
58. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında da izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, üzərinə qanunvericiliyə uyğun olaraq hərrac təşkil etmək vəzifəsi düşən cavabdeh tərəfindən hərracın keçirilməsinin qaydalarına (hər bir növbəti hərrac keçirilərkən satışa çıxarılan əmlakın ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməli olmaması) riayət edilmədiyindən, yuxarıda göstərilən xüsusatlar isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-416-cı maddələrinin və “İcra haqqında” Qanunun məzmununa əsasən düzgün keçirilməmiş hərracın etibarsızlığına dəlalət etdiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı (Kamran Mustafa və Abşeron rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməlidir.
60. Belə ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı (X15 və Abşeron rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, keçirilmiş hərracın nəticəsi olaraq ünvan 4 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin X2 dair Cavabdeh MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə 26 may 2023-cü il tarixli, 142/23 saylı Protokol etibarsız hesab edilməlidir.
64. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 217.3 və 218.1-ci maddələrinin tələblərini pozaraq, işin bu faktiki hallarına hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
65. Halbuki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.
66. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-124/2024 nömrəli, 15 mart 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı (X15 və Abşeron rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 4 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin X2 dair Cavabdeh MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə 26 may 2023-cü il tarixli, 142/23 saylı Protokol etibarsız hesab edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova