Məhkəmə qərarları › İş №2(103)-3870/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3870/2025

20.06.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3870/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxsnın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-3206/2019 nömrəli qərardadından ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-3206/2019 qətnaməsi ilə qət olunub ki, Maraqlı şəxsnın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilsin. O, eyni zamanda qətnamədən apellyasiya şikayəti də verib. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-3206/2019 nömrəli qərardad ilə qərara alınıb ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin olunsun. Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və ərizə rədd olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamə qəbul edildikdən sonra poçt vasitəsilə Maraqlı şəxs ünvanına göndərilib, lakin qətnamə poçt xidməti tərəfindən “bina sökülüb” qeydi ilə geri qaytarılıb. Bu səbəbdən uzun müddət ərzində qətnamənin maraqlı şəxsə rəsmi qaydada verilməsi mümkün olmayıb. Maraqlı şəxs xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim edilməsini xahiş edib. Qətnamə xx.xx.2025-ci ildə maraqlı şəxsə rəsmi qaydada verilib. Bundan 2 gün sonra – xx.xx.2025-ci ildə maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsinin göstərişə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-3206/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar