Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3872/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlham Ağacanovun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliyinin yerinə yetirilməsi, maddi ziyanın ödənilməsi və s. tələbinə dair» 2(005)-206/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən 49240 manat borc, 41964 manat dəbbə pulu, 3815 manat faiz olmaqla, ümumilikdə 95019 manat pul vəsaitinin onun xeyrinə ödənilməsi, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın 1-ci mərtəbəsində 17 m2 olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 manat pul vəsaitinin ödənilməsinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzil və ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmasını və ya bir ay ərzində Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzil və ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tavana qədər tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmadığı təqdirdə 15000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 yanvar 2020-ci il tarixdə müqavilə bağlayaraq ona məxsus olan ünvan 1 ünvanda olan üç otaqdan ibarət yaşayış sahəsini cavabdehə, cavabdeh isə həmin evin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın birinci blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzili, ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzili və birinci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 m2 olan qarajı satıcının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 366840 manat pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra onunla cavabdeh "xxxx" MMC ilə Bakı şəhəri 27 saylı notariat ofisində daşınmaz əmlakın alğı-satqısı barədə (AN-İ № 0825076) müqavilə imzalanmışdır. Həmin müqavilənin 5-ci bəndinə və 22 yanvar 2020-ci il tarixli müqavilənin 5.2-ci bəndinə görə "xxxx" MMC 276000 manatı İddiaçı hesabına notariusun depozit bank hesabına ödəmişdir və qalan 117240 manat məbləği isə 06 sentyabr 2020-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin aradan keçən bu müddət ərzində dəfələrlə şifahi və yazılı formada cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, cavabdeh (Alıcı-İcraçı) mənzilləri vaxtında təhvil vermədiyi halda, iddiaçıya (alıcı-icraçı satıcıya) gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi ödəməlidir, indiyə qədər hələ də evin təhvil verilməməsinə görə, hər ay kirayə pulu ödəmək məcburiyyətində qalır. Bundan başqa, cavabdeh "xxxx" MMC həmin müqavilənin 1.2-ci və 4.3-cü bəndlərinə əsasən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binada (mənfi birinci mərtəbəsində) olan 17 m2 olan qaraj təhvil verməli idi. Lakin bu günə qədər adı çəkilən qaraj ona nə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış, nə də qaraj təhvil verilmişdir. Cavabdehin müqavilə üzrə yerinə yetirmədiyi digər bir öhdəlik isə müqavilənin 1.2 və 3.2ci bəndlərində nəzərdə tutulan Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli və ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzilləri ağaşıdakı qaydada təhvil verməli idi: Binanın və mənzilləri ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırmaq; Binada xarici tərtibat və daxili arakəsmələr işlərini görmək; Mənzillərdə pəncərələr quraşdırmaq; Mənzilə su, elektrik, qaz, telefon və kanalizasiya xətlərinin çəkilməsini və sayğacların quraşdırılmasını təmin etmək; Otaqlar arasında arakəsmələri satıcının verdiyi eskizə görə hörmək və suvaqlama işlərini görmək; Mansardda olan mənzillərin çöl divarlarını çöl tərəfdən başlayaraq dəmir lövhə, taxta, dəmir qutu profil, izolyasiya materialı və kərpiclə hörüb suvamaq; Satıcının öz mənzilindən köçürülməsi zamanı ev əşyalarının daşınması, mebellərin sökülməsi və bununla bağlı bütün xərcləri ödəmək. Satıcı müqavilənin 1.2-ci bəndində göstərilən mənzillərində (mansardda) təmir apararkən, təmir üçün tələb olunan materialların mənzilə qaldırıcı qurğu ilə qaldırılmasını ödənişsiz olaraq yerinə yetirmək, kombi sisteminin qurulması üçün məkanı təyin etmək. Ancaq bu müddət ərzində cavabdeh mansardda qonşu ilə divarların yuxarı hissəsində arakəsmələri tikməmiş, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərini yekunlaşdırmamışdır. İddiaçı ilə cavabdeh "xxxx" arasında olan 22 yanvar 2020-ci il tarixli müqavilənin 7.1-ci bəndinə görə, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrin yerinə yetirilməməsinə və öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Həmin müqavilənin 7.2-ci bəndinə görə, cavabdeh (Alıcı-icraçı) mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı satıcıya (iddiaçıya) gecişdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi ödəməlidir. Eyni zamanda, həmin müqavilənin 7.3-cü bəndində qeyd edilir ki, Alıcı-icraçı öhdəsinə götürdüyü ödəməni gecikdirdiyi halda, satıcı tərəfindən ödənilməmiş məbləğin hər ayı üçün 5 faiz məbləğində cərimə ödəməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən 49240 manat pul məbləğinin İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın - 1-ci mərtəbəsində 17 m2 olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 manat pul məbləğinin ödənilməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzildə və ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzildə ümumi tikinti-quraşdırma işlərinin və fasad tərtibatının layihəyə uyğun olaraq başa çatdırılması, həmin mənzillərdə xarici tərtibat və daxili arakəsmələr işlərinin görülməsi, həmin mənzillərin otaqları arasında arakəsmələrin satıcının verdiyi eskizə görə hörülməklə, suvaqlamaq işlərinin görülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 462-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, onunla cavabdeh "xxxx" arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqavilənin 8-ci bəndinə görə cavabdeh öhdəsinə götürdüyü ödəməni gecikdirdiyi halda, ödəlinməmiş məbləğin hər ay üçün 5 % məbləğində cərimə ödəməlidir. Tərəfindən verilmiş iddia tələbi dəyişdirildikdən sonra tələbdə 41964 manat dəbbə pulu hesablanmış və tələbin dəyişdirilməsi barədə ərizədə göstərilmişdir. Lakin, Bakı Şəhəri Nərimanov Məhkəməsi mülki qanunvericiliyin və aralarında bağlanmış müqavilənin tələblərinə əməl etməməsinə aydınlıq gətirməmişdir. Hesab edir ki, Mülki Məcəllənin 462-ci maddəsi tətbiq olunmalıdır. Hazırki iş üzrə mülki qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin müqavilə öhdəliyini icra etmədiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq 3813 manat faiz pulunun ödənilməsini tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449-cu maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AzərbaycanRespublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-cı il tarixli, 266 nömrəli Sərəncamına əsasən, "xxxx" MMC-ə rayonun Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməkə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının xx.xx.2017-ci iltarixli, 266 saylı Sərəncamı ilə rayonun Ə. Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,54 ha torpaq sahəsinin Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması Cavabdeh MMC-yə həvalə edilmişdir. Sözügedən sərəncamların icrası məqsədilə göstərilən ünvanda yaşayış və qeyri-yaşayış sahələri olan hər bir mülkiyyətçi ilə razılıq əldə edilmiş, Nazirlər Kabinetinin qərarında göstərilən qaydada mülkiyyətçilərlə müqavilələr bağlanmış, ərazidəki qəzalı binaların sökülməsinə və yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Ərazidə mülkiyyətində mənzil olan hazırkı iş üzrə İddiacı İddiaçı isə tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Tərəflərindən İddiaçı dəfələrlə şifahi və xx.xx.2019-cu il tarixdə rəsmi olaraq yazılı şəkildə də müraciət edilmiş, lakin, İddiaçı tərəfindən müraciətlərinə heç bir müsbət münasibət bildirilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi 46 kv.m. təşkil etmişdir. Buna baxmayaraq tərəflərindən ona yeni tikiləcək binada 150 kv.m. sahədən ibarət tam təmirli mənzil və mənzilin tikilib başa çatanadək hər ay 500 manat məbləğində kirayə pulu təklif olunmuşdur. Lakin, cavabdeh bununla da razılaşmamış və yaranmış vəziyyətdən sui-istifadə etməyə başlamışdır. Göstərilənlərlə yanaşı, qeyd edilməsi zəruridir ki, tikinti işlərinin başlanılmasından artıq iki ilə yaxın zaman keçmişdir. Bu müddət ərzində sözügedən ərazidə yaşayan digər sakinlər artıq köçürülmüş və tərəflərindən hər birinə kirayə haqları ödənilməkdə davam etdirilmişdir. Cavabdehin isə tikintinin aparılmasına maneçilik törətməsi tikinti şirkəti olaraq onların həm İcra Hakimiyyəti qarşısında sərəncamın icra edilməsi ilə bağlı, eyni zamanda həmin ərazidən müvəqqəti köçürülmüş digər sakinlər qarşısında götürmüş olduqları öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Həmçinin, sakinlərə daha uzun müddətə kirayə haqlarının verilməsi zərurəti yaranır ki, bu da MMC-yə əlavə olaraq maddi ziyan vurmuşdur. İddiaçı hər ay 500 manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.m. tam təmirli mənzillə təmin edilmək şərtilə digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsiev 30 ünvanda yerləşən 29 saylımənzili boşaldılaraq mənzildən çıxmaları barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(005)-270/2020 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Bundan sonra həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(06)- 270/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsindən tərəflərindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti icraatda olan zaman İddiaçı yaranmış vəziyyətdən sui istifadə etməyə başlaması, tikinti işlərinin aparılmasına maneçilik törətməsi tikinti şirkəti olaraq onların həm İcra Hakimiyyəti qarşısında, həmdə ərazidən müvəqqəti köçürülmüş digər sakinlər qarşısında götürdükləri öhdəliklərinin yerinə yetirilməsində çətinliyin yaranması, həmçinin, sakinlərə daha uzun müddətə kirayə haqlarının verilməsi zərurəti yarandığından, əlverişsiz vəziyyətdə qalaraq, onun istədiyi formada ilkin razılığa gələrək aralarında müqavilə bağlamışlar. (İddiaçının istinad etdiyi 22 yanvar 2020-ci il tarixdə № 2 saylı ilkin müqavilə). İddiaçılə ilkin razılaşmaya görə İddiaçı xüsusi mülküyyətində olan ünvan 1 ünvanında üc otaqdan ibarət yağayış sahəsi olan 46 kv.m. (faktiki olaraq 123 kv.m. olan) mənzili boşaldaraq, "xxxx"MMC-yə təhvil verir. "xxxx"MMC isə İddiaçı mülküyyətində olan 46 kv.m. (faktiki olaraq 123 kv.m. olan) mənzilinin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın birinci blokunun son mərtəbəsində (mansardda) təmirli olaraq ümumi sahəsi 122.4 kv/molan 102 nömrəli mənzili, ümumi sahəsi 63,9 kv/m. olan 101 nömrəli mənzili və birinci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv/m olan qarajı satıcının mülkiyyətinə keçirməyi, aylıq kirayə haqqı olaraq 900 (doqquz yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Əgər binalarının tikinti işlərində ləngimə, gecikmə baş verərsə, "xxxx"MMC tərəfindən İddiaçı mənzil sahəsi deyil, nəğd 393240 (üc yüz doxsan üc min iki yüz qırx) manat pul ödəniləcəkdir. Bildirmək istəyirlər ki, 22 yanvar 2020-ci il tarixli, 2 saylı ilkin razılaşmadan iki aya yaxın bir müddətdən sonra İddiaçı "xxxx" MMC-nin mənzil sahəsi ilə təmin olunma təklifinə razı olmayaraq bəhanələr gətirərək bildirdi ki, siz tikintini başa gətirməyəcəksiz, mənim sizə inamım yoxdur, mən mülküyyətimdə olan 46 kv.m. (faktiki 123 kv.m.) mənzili nəqd pula notariusda alqı-satqı yolu ilə 393240 (üc yüz doxsan üc min iki yüz qırx) manata satıram. İddiaçı bəhanələrini və razılaşmanı dəyişməsinə, sökülən mənzilin əvəzinə yaşayış sahəsi deyil, nəqd pul tələblərində israrlı olmasını nəzərə alaraq,"xxxx" MMC onun bu təklifinə razılaşmış və 12 mart 2020- ci il tarixində Bakı şəhəri 27 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqısı barədə (AN-İ № ******* ) müqavilə imzalanmışdır. Həmin müavilənin şərtlərinə uyğun olaraq “RNGGroup MMC” 276000 (iki yüz yetmişaltı min) manatı İddiaçı notariusun depozit bank hesabı vasitəsilə nəqd ödəmişdir və yerdə qalan 117240 (yüz on yeddi min iki yüz qırx) manat məbləği isə 06 sentyabr 2020-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Onlar yerdə qalan 117240 (yüz on yeddi min iki yüz qırx) manat pulu 06 sentyabr 2020-ci il tarixinə qədər ödəyə bilmədiyinə görə pulun qarantı kimi İddiaçı ilə "xxxx"MMC olaraq 03 dekabr 2020-ci il tarixində 122.4 kv/m olan 102 nömrəli mənzil, 63,9 kv/m olan 101 nömrəli mənzilə aid formal olaraq iki müqavilə bağlamışlar və aralarında razılaşmışılar ki, yerdə qalan 117240 (yüz on yeddi min iki yüz qırx) manat pul tam ödənildikdən sonra “RNG Group MMC” ilə İddiaçı arasında bağlanmış müqavilələr qüvvədən düşmüş hesab ediləcəkdir. Yəni, 03 dekabr 2020-ci il tarixli müqavilə əslində 12 mart 2020-ci il tarixli müqavilə üzrə qalıq borc məbləğinin təminatı kimi bağlanmışdır. 12 mart 2020-ci il tarixli müqavilə üzrə yerdə qalan 117240 manat puldan bu günədək onlar İddiaçı özünün və vəkilinin də məhkəmə prosesində ehtiraf etdiyi kimi 68000 (altmış səkkiz min) manat pulunu ödəmişlər (117240-68000=49240). 68000 (altmış səkkiz min) manat pulun İddiaçı ödənilməsi bank yolu ilə həyata kecirilmişdir. "xxxx"MMC olaraq bildirirlər ki, qalan 49240 (qırx doqquz min iki yüz qırx) manat pulun ödənilməsindən heç vaxt imtina etməmişlər. Lakin dünyada baş verən “Covid-19” pandemiyası ilə əlaqadar onların tikinti işlərinin görülməsində, eləcə də mənzillərin satışında müəyyən cətinliklər yaranmışdır. Bu səbəbdən də İddiaçı qalıq məbləğin ödənilməsində ləngimə olmuşdur. Bu ərəfədə İddiaçı yenə də razılaşmanı pozaraq hazırki iddia tələbini irəli sürməsi də qeyri-müəyyənlik yaradır və MMC-nin öhdəliyinin icrasına maneçilik törədir. Buna baxmayaraq, “RNG Group MMC” 12 mart 2020-ci il tarixində Bakı şəhəri 27 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqısı barədə (AN-İ № 0825076) müqavilənin icrasından yayınmamışdır və müqavilə üzrə qalıq məbləğinin ödənişini qısa zaman daxilində icra etməyə hazırdırlar. Bundan əlavə birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və onun bağlanması ilə bağlı tələblərə diqqət yetirməmiş, tərəflər arasında notarial qaydada bağlanmış müqavilədən başqa qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsız olmasını, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsini nəzərə almamışdır. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Buna görə tərəflər arasında müqavilə məhz notarial qaydada təsdiq edilməklə hər birinin öhdəliyinin yaranmasına dəlalət edir. Məhkəmə bu xüsusatı nəzərə almamışdır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, maddi hüquq normalarının tələblərinə görə mülki qanunvericilik daşınmaz əmlakla bağlı münasibətlərin tənzimlənməsi, daşınmaz əmlaka dair hüquqların verilməsi, konkret halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin yalnız notarial qaydada təsdiqlənməsini tələb edir. Hazırki işdə iddiaçı onun mülkiyyətində olan mənzilin MMC-yə satılmasından irəli gələn münasibətlərə dair iddia qaldırmışdır. Bu halda yalnız notarial qaydada tərəflər arasında bağlanmış müqaviləyə istinad oluna bilər ki, aralarında notarial qaydada bağlanmış müqavilə şərtinə əsasən iddiaçının mənzilinin MMC tərəfindən nağd pul ödənilməklə satın alınması istinad olunan müqavilə ilə işin müəyyən olunan mübahisəsiz halıdır. İddiaçının istinad etdiyi, yuxarıda bağlanma şəraiti barədə məlumat verdikləri digər – notarial qaydada təsdiq olunmamış müqavilələr isə tərəflər arasındakı real münasibətləri əks etdirməməklə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Xüsusi olaraq qeyd etmişlər ki, birinci instansiya məhkəməsi tərəflər arasında 12 mart 2020-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində daşınmaz əmlakın alğı-satqısı barədə (AN-İ seriyalı ******* nömrəli) müqavilədən irəli gələn öhdəliklər üzrə hazırki mübahisəyə baxmaq və məhz bu prizmadan işi araşdırmaq əvəzinə bunun əksi olan və tərəflər arasında artıq hüquqi qüvvəsini itirmiş (artıq notarial qaydada müqavilə bağlandığından) müqavilələrin tələbləri baxımından işə baxmış və bununla da ciddi maddi hüquq pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı təmsilçisi iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin təmsilçisi cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh MMC-nin iddiaçının satdığı mənzilinə görə 49240 manat pul borcu qalmışdır. Cavabdeh həmin borcu ödəməkdən imtina etmir. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlham Ağacanov iddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsi ev 30, 29 nömrəli mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, o, həmin mənzilin faktiki sahibi olmuşdur. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən ona təhvil verilmiş ünvan 3 ünvanda olan üç otaqdan ibarət yaşayış sahəsinin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzili, ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzili və birinci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 m2 olan qarajı iddiaçı tərəfin mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 393240 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin təsdiqi olaraq cavabdeh "xxxx" MMC ilə Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsi ev 30, 29 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə və yeni inşa ediləcək binada qeyd edilən mənzillərin iddiaçının mülkiyyətinə verilməsi barədə xx.xx.2020-ci il tarixdə müqavilələr imzalanmışdır. Hazırda mübahisəli mənzillərin təmirinə 60000 (altmış min) manata yaxın pul xərcləyibdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslığı tam yoxlanılır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Alıcı-icraçı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən Satıcı hazırki müqavilə üzrə ünvan 1 ünvanda olan üç otaqdan ibarət, yaşayış sahəsi 46 m2-lik (faktiki olaraq 123 m2 və 5 otaqdan ibarət olan) mənzili alıcı-icraçının mülkiyyətinə verməyi, Alıcı-icraçı aldığı mənzilin əvəzində satıcıya Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzili, ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzili və birinci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 m2 olan qarajı satıcının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 393240 manat pulu satıcıya ödəməyi öhdəsinə götümüşlər. Müqavilənin 2.1, 2.2-ci bəndlərinə əsasən satıcının alıcı-icraçının mülkiyyətinə keçirdiyi daşınmaz əmlakın qiyməti 567280 manatdır. Alıcı-icraçının satıcıya tikəcəyi 122,4 və 63,9 m2 olan mənzillərin və qarajın dəyəri 174040 manatdır. Alıcı-icraçı satıcıdan aldığı mənzilə görə əlavə olaraq satıcıya 393240 manat ödəyir. Müqavilənin 7.2-ci bəndinə görə alıcı-icraçı mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı gecikdirilmiş hər ay üçün 900 (doqquz yüz) manat kirayə haqqı kimi satıcıya ödəməlidir. Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsi ev 30, 29 nömrəli mənzilini alıcı "xxxx" MMC-yə satmışdır. Həmin alğı-satqı müqaviləsini satıcı İddiaçı adından onun etibarnamə üzrə təmsilçisi X17 imzalamışdır. "xxxx" MMC ilə X17 arasında imzalanmış 03 dekabr 2020-ci il tarixli iki müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Tələt Şıxəliyev və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122,4 m2 olan, 3 otaqlı, 102 nömrəli mənzil və ümumi sahəsi 63,9 m2 olan, 1 otaqlı, 101 nömrəli mənzil ünvan 5 ünvanında sökülən mənzil ilə əvəz edilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(005)- 270/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X1, X5, Əhmədova (Hacıməmmədova) Sevinc Tofiq qızına, X3, İddiaçı və X14 qarşı “cavabdeh X2 hər ay 600 manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 170 m2 tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri X6, X9, X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 30 ünvanda yerləşən 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması və digər cavabdeh İddiaçı hər ay 500 manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 m2 tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan X17 və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 30 ünvanda yerləşən 29 saylı mənzili boşaldılaraq mənzildən çıxarılmaları barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(103)-5008/2020 saylı qətnaməsi ilə cavabdehlər X17, X4 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(005)-270/2020 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1426/2021 saylı qərarına əsasən iddiaçı Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və kassasiya instansiyasında icraata xitam verilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən Satıcı hazırki müqavilə üzrə ünvan 1 ünvanda olan üç otaqdan ibarət, yaşayış sahəsi 46 m2-lik (faktiki olaraq 123 m2 və 5 otaqdan ibarət olan) mənzili alıcı-icraçının mülkiyyətinə verməyi, Alıcıicraçı aldığı mənzilin əvəzində satıcıya Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzili, ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzili və birinci binada (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 m2 olan qarajı satıcının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 393240 manat pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci bəndlərinə əsasən satıcının alıcı-icraçının mülkiyyətinə keçirdiyi daşınmaz əmlakın qiyməti 567280 manatdır. Alıcı-icraçının satıcıya tikəcəyi 122,4 və 63,9 m2 olan mənzillərin və qarajın dəyəri 174040 manatdır. Alıcı-icraçı satıcıdan aldığı mənzilə görə əlavə olaraq satıcıya 393240 manat ödəyir. Müqavilənin 7.2-ci bəndinə görə alıcı-icraçı mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı gecikdirilmiş hər ay üçün 900 (doqquz yüz) manat kirayə haqqı kimi satıcıya ödəməlidir. Həmin müqavilənin 5.1-ci, 5.2-ci bəndlərinin icrası ilə bağlı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 30, 29 nömrəli mənzilini alıcı "xxxx" MMCyə satmışdır. Həmin alğı-satqı müqaviləsini satıcı İddiaçı adından onun etibarnamə üzrə təmsilçisi X17 imzalamışdır. Həmin müqavilənin 5.3-cü bəndinin icrası ilə bağlı "xxxx" MMC ilə X17 arasında 03 dekabr 2020-ci il tarixli iki müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Tələt Şıxəliyev və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122,4 m2 olan, 3 otaqlı, 102 nömrəli mənzilin və ümumi sahəsi 63,9 m2 olan, 1 otaqlı, 101 nömrəli mənzilin ünvan 5 ünvanında sökülən mənzil ilə əvəz edilməsi barədə razılığa gəlinmişdir. Cavabdeh tərəfindən qeyd edilən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün iddiaçı hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbinin «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 49240 manat borcun, 41964 manat dəbbə pulunun, 3815 manat faiz borcunun, ümumilikdə 95019 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi» hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə (əsas borc hissəsində) qismən təmin edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı 49240 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birinci instansiya məhkəməsi iddia tələbinin «faiz və dəbbə borcunun tutulması» hissəsi ilə bağlı düzgün olaraq qeyd edilmişdir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Birinci instansiya məhkəməsi iddia tələbinin «Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binada (mənfi birinci mərtəbəsində) olan 17 m2 olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması» hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Birinci instansiya məhkəməsi iddia tələbinin «gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 manat pul məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması» hissəsi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Çünki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 028 nömrəli müqavilənin 7.2-ci bəndinə əsasən alıcı-icraçı mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı satıcıya gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi satıcıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 028 nömrəli müqavilənin 3.2-ci bəndinin yarımbəndləri nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsində (mansardda) ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli və ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzillərdə ümumi tikintiquraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılmalı, həmin mənzillərdə xarici tərtibat və daxili arakəsmələr işləri görülməli, həmin mənzillərin otaqları arasında arakəsmələr satıcının verdiyi eskizə görə hörülməklə, suvaqlamaq işləri görülməlidir. Cavabdeh MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış arayış xarakterli xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə Cavabdeh MMC-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasının birinci blokunun son mərtəbəsində (mansardda) təmirsiz olan ümumi sahəsi 122,4 m2 olan 102 nömrəli mənzil, ümumi sahəsi 63,9 m2 olan 101 nömrəli mənzil və birinci binanın mənfi birinci mərtəbəsində olan ümumi sahəsi 17 m2 olan qaraj Cavabdeh MMC-nin istifadəsində və mülkiyyətindədir. Qeyd olunan mənzillərdə və qarajda təmir işləri aparılmır. Binada əksər mənzillərdə təmir işləri Cavabdeh MMC tərəfindən aparılır. İddiaçı ilə məhkəmə mübahisəsi olduğu üçün qeyd olunan mənzillər digər vətəndaşlara satılmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası iddiaçı ilə təhvil verdiyi mənzilin əvəzində ona dəyərinin ödənilməsi ilə yanaşı, yeni tikiləcək binada iki mənzil və bir qaraj sahəsinin verilməsi barədə ilkin olaraq xx.xx.2020-ci il tarixdə müqavilə bağlandıqdan sonra həmin müqavilənin dəyişdirilərək tərəflər arasında yalnız mənzilin dəyərinin ödənilməsi barədə razılıq əldə edilməsi və bunu notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin təsdiq etməsi barədə cavabdehin dəlilini əsassız sayır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən sonra iddiaçının mülkiyyətində olmuş mənzilin əvəzində yeni tikiləcək binada iki mənzil sahəsinin verilməsinə dair xx.xx.2020-ci il tarixdə müqavilələrin bağlanması cavabdehin həmin dəlilini təkzib edir. Cavabdehin sonuncu müqavilələrin borcun qalıq məbləğinin ödənilməsinin qarantı kimi bağlanması barədə dəlili də şəxsi mülahizələr olmaqla heç bir sübutla təsdiq olunmur. Əksinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr tərəflər arasında ilkin olaraq təsdiq edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərin icrasına uyğun olaraq bağlanmışdır. Bundan əlavə cavabdehin tərəflər arasında notarial qaydada bağlanmış müqavilədən başqa qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlanılmış əqdin etibarsız olması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən podrat münasibətlərinə dair müqavilələrin notarial qaydada təsdiq edilməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 206/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3872/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3872/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver