Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3874/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzil kirayə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, mənzil kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5732/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzil kirayə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, mənzil kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5732/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 16800 (on altı min səkkiz yüz) manat kirayə haqqı borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16830 (on altı min səkkiz yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, tərəflər arasında xx xxx 2017-ci il tarixdə bağlanmış mənzil kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004-cü məhəllə ünvanında yerləşən binanın 16-cı mərtəbəsində yerləşən 124 saylı mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı il dekabr ayında 3 (üç) 6 sotluq, ümumi dəyəri 440.000 manat olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR ünvanında yerləşən torpaq sahəsini cavabdeh X2 ilə barter edilərək razılaşma əsasında, o da əvəzində cavabdehə Xırdalanda yerləşən təzə inşa edilən ayrı-ayrı binalarda (100,109, 128 və 189 kv. m mənzilləri) və 140.000 manat pulu vermişdir və hal-hazırda həmin mənzildə ailəsi ilə yaşayır. Bundan sonra tərəflər arasında yuxarıda qeyd edilən barter üsulu ilə əqdlər üzrə sənədləşdirmənin gecikdiyini nəzərə alaraq və 2017-ci ilin may ayının 3-də 230.000 dəyərində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 3004-cü məhəllə, 124, mənzil cavabdeh tərəfindən alınaraq iddiaçıya mənzilə görə ilkin ödəniş 40.000 manat pul vəsaiti verilmişdir. Bununla yanaşı ilkin əqd üzrə sənədləşmənin uzadılmasını görərək cavabdeh tərəfindən ona verilmiş torpaqların sənədləri geri götülürərək əvəzində 1 milyon 200 000 manat dəyərində olan Bakı şəhəri, 6-cı MKR-da yerləşən 10 sot torpağın içində villa təklif olunmuşdur və təklif zamanı tərəflər arasında şifahi əqdə görə həmin xüsusi ev 1 milyon manata cavabdehlə hesablaşaraq razılaşdırılmışdır. Həmçinin əqdin məbləğinin çox olduğunu nəzərə alaraq 2018-ci il cavabdehlə əlavə olaraq şifahi əqd əsasında Bakı şəhəri, Yasamal rayonu, “İctimai TV” kanalının yanında “xxxxx” MTK-ya məxsus 237 kv. m mənzili cavabdehə verilmişdir. Bütün yuxarıda qeyd edilən əqdlər üzrə cavabdehlə xx xxxx 2018-ci il tarixdə ümumi razılığa gələrək cavabdeh tərəfindən ona təklif edilərək üst-üstə əmlaklar üzrə 830.000 manat dəyərində notarial kontorunda yalan əqd bağlanaraq ortada müqavilədə göstərilən məbləğ olmaması və sadəcə olaraq borc müqaviləsi bağlanaraq yuxarıda qeyd edildiyi kimi indiyə qədər də tərəflər arasında əmlaklar üzrə sövdələşmələr davam etməkdədir, belə ki, axırıncı sövdələşməyə görə cavabdeh tərəfindən ona yuxarıda qeyd edilən məbləğ üzrə 230.000 dəyərində mənzil geri qaytarılmışdır (şahidlərin iştirakı ilə). Əsas məqam ondan ibarətdir ki, yuxarıda qeyd edilən iddiaçının atası ilə (Bilalov Vaqiflə) 2016-cı ildən əmlakların alqı-satqısı barədə aralarında şifahi əqdlərin mövcudluğu iddiaçıya məxsus evin cavabdeh tərəfindən 230.000 AZN alınması və hal-hazırda qeyd edilən mübahisəli evlə əlaqədar Nərimanov Rayon Məhkəməsində mülki işin olması ona dəlalət edir ki, həqiqətən də cavabdeh mübahisəli mənzildə kirayə qalmır, cavabdehin ailəsi tərəfindən evin alınması sübuta yetirilib. Ona görə ki, iddiaçının atası cavabdehi aldadaraq xx.xx.2017-ci il tarixdə digər sənədlərlə birlikdə kirayə müqaviləsinə imza etdirmişdir. Məhkəmə gedişində xx.xx.2019-cu il tarixində vəkil tərəfindən verilmiş vəsatəti hakim nəzərə almayaraq qəsdən məhkəməyə gələn şahidləri mülki iş üzrə dindirməyərək, vəkilin məhkəməyə təqdim etmiş orderini qəsdən nəzərdən qaçıraraq vətəndaşın müdafiə hüququnu kobud şəkildə pozaraq iddiaçının vəkili rolunda çıxış edərək qanunsuz və əsassız olaraq qətnamə qəbul etməklə konstitusion hüququ pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ailəsi həmin evdə yaşayır, sənəd olaraq ev İddiaçı adınadır, evin pulunu vermişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən kirayəyə verən özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004-cü məhəllə ünvanında yerləşən binanın 16-cı mərtəbəsi, ümumi sahəsi 190 kv.metr təşkil edən, 4 otaqlı, 124 saylı mənzilini kirayəçinin müvəqqəti istifadəsinə verməyi, kirayəçi isə nəzərdə tutulan qaydada və məbləğdə kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kirayə haqqı hər ay üçün 600 (altı yüz) manat təşkil edir. xx.xx.2019-cu il tarixli pretenziya-xəbərdarlıq məktubu ilə İddiaçı tərəfindən Cavabdeh kirayə müqaviləsi üzrə 25 ay ərzində yaranmış 15000 (on beş min) manat borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. “xxxx” MTK-nın xx.xx.2019-cu il tarixli arayışına əsasən Cavabdeh 3 nəfər ailə üzvü ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004-cü məhəllə ünvanında yerləşən binanın 124 saylı mənzilində kirayə müqaviləsi əsasında xx.xx.2017-ci il tarixindən bu günə qədər yaşayır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.5, 445, 448.1, 675, 692.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, kirayəçi müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən, kirayə müqaviləsi xx xxx 2017-ci il tarixdə bağlandığından, həmin tarixdən məhkəmədə iddia qaldırılan tarixədək (cavabdeh bu günədək həmin mənzildə yaşadığını etiraf edir, belə olduqda, 28 aya görə, hər ay üçün 600 manat olmaqla) tələb edilən 16800 (on altı min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutulmalıdır. Göstərilənlərlə yanaşı, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004-cü məhəllə ünvanında yerləşən binanın 124 saylı mənzilində yaşayan şəxslər həmin mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsiiddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Apelyasiya şikayətinin dəlilləri cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın dəlilləri ilə üst-üstə düşür və məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5732/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-3874/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3874/2020
24.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver