Məhkəmə qərarları › İş №2(103)-3874/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3874/2025

11.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3874/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-199/2025 saylı 15 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşəgötürən SOCAR-ın Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 701 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı istehsalat işləri üzrə rəis müavini peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. -həmin müqaviləninin 2.1-ci bəndinə əsasən Əmək müqaviləsi müddətli bağlanılmışdır. - həmin müqaviləninin 2.2. bəndinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər - həmin müqaviləninin 2.3 bəndinə əsasən Əmək müqaviləsi tərəflərin razılığına əsasən 15 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müddətinə bağlanmışdır. - həmin müqaviləninin 4.1 bəndinə əsasən Müqavilə şərtində işçiyə hər ay 4356,80 manat məbləğində əmək haqqı ödənilir. - iş materiallarında olan xəbərdarlıqlardan görünür ki, “xx.xx.2023-cü il tarixdə sizinlə Cavabdeh arasında bağlanılmış 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə tutduğunuz vəzifədən azad ediləcəksiniz- qeyd edilmişdir. -Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətsiz olmuşdur. - SOCAR-ın Cavabdeh “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli 14-2-1/3-1K-174/2024 saylı əmrindən görünür ki, Cavabdeh “Abşeronneft” Neft və Qazçıxarma idarəsində istehsalat işləri üzrə rəis müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə AR ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

1. İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 14-2-1/3-1K-174/2004 saylı, 24 sentyabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması barəsində qətnamə çıxarılması, X3 “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin onunla bağladığı № 701 saylı, 15 sentyabr 2023-cü il il tarixdə bağlandığı müvəqqəti (1 il) əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü və 5-ci bəndlərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi, onun 24 sentyabr 2024-cü il tarixdə xitam verilmiş müvəqqəti bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi və ya bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, uzun illər 21 il Dövlət Neft Şirkətinin (SOCAR), müxtəlif vəzifələrində daha çox rəis və rəis müavini vəzifələrində işləmişdir. İddiaçının eyni Nazirliyin tabeçiliyində olan iş ştatları barədə siyahı ərizəyə əlavə edilmişdir. Onunla 15 sentyabr 2023-cü il tarixdə 701 saylı müvəqqəti əmək müqaviləsi (1 il müddətində) bağlanaraq “Abşeronneft” NQCİ-nin istehsalat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. 24 sentyabr 2024-cü il tarixdə 14-2-1/3-1K174/2004 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü il tarixindən başlayaraq “Balaxanıneft” neft və qazçıxartma idarəsinində mənzil qazanxana kommunal operatorluğundan başlayaraq daha sonra neft və qazçıxartma sexi geoloqu, quyuların yeraltı təmir sexi üzrə geoloqu, quyuların əsaslı təmiri sexində geologiya üzrə rəis müavini, neft və qazçıxartma sexində rəis müavini, texniki istehsalat departamentində şöbə rəisinin müavini, 2013-cü ildən H.Z.Tağıyev adına neft və qazçıxartma idarəsi, elmi tədqiqatlar və istehsalat işləri sexində sex rəisi, neft və qazçıxartma sexində sex rəisi 2019-cu ildən Abşeronneft neft və qazçıxartma idarəsində texniki istehsalat şöbəsinin şöbə rəisi, 2020-ci ildən 2020-ci ilədək SOCAR Cavabdeh idarəetmə aparatının texniki şöbə rəisinin müavini vəzifəsində çalışdıqdan sonra yenidən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-nin idarəetmə aparatının direktoru vəzifələri üzrə çalışmış son olaraq yenidən 2023-cü ilin 15 sentyabrından Socara qayıtmış və istehsalat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunmuşdur. Socarda ümumi və fasiləsiz 21 il iş stajı vardır. İşlədiyi bu müddət ərzində heç vaxt rəhbərlik qarşısında hər hansı bir nöqsanı, xəbərdarlıq və ya töhməti olmamışdır. Əksinə hər dəfə vəzifəsi dəyişilərkən ona rəhbərlik tərəfindən yüksək iş fəaliyyətinə malik olduğu barədə xasiyyətnamə verilmişdir. İlk işini bu stukturda fəhlə işi ilə başlayıb 21 il ərzində rəis vəzifəsinə qədər yüksəlmişdir. Lakin, 2024-cü ilin aprel ayında Abşeronneft NQCİ-nin idarə rəisi Fərhad Əliyevin onu yanına çağıraraq heç bir səbəb və əsas göstərmədən bildirmişdir ki, onunla işləmək istəmir, özünə başqa iş yeri tapsın və öz xahişiylə ərizəni yazıb işdən çıxsın. O, Fərhad Əliyevə sual vermişdir ki, onun işində heç bir nöqsanı olmamış onu niyə işdən azad edirsiz? Cavab vermişdir ki, heç bir nöqsanı yoxdur. Sadəcə o, belə istəyir və buna qərar vermişdir vəssalam deyərək fikrini bildirmişdir. O, bundan çox təsirlənmiş sakitləşmək və nələr baş verdiyini ayırd etmək üçün məzuniyyətini istəmiş, onu da tam verməmişlər. (15 gün məzuniyyət verilmişdir) məzuniyyətdə olarkən də səhhəti lap pisləşmiş və o, təqribən 4 ay müalicə almışdır. 27 avqust 2024-cü il tarixdə o, bülletendə olarkən Az Neft İB-nın kadrlar şöbəsinin rəisi Tofiq Əliyev ona bildirmişdir ki, əgər öz xahişiylə ərizə yazıb işdən çıxmasa onu məcburi formada işdən çıxaracaqlar buna da belə ad qoyacaqlar ki, əmək müqaviləsinin vaxtı bitdiyi səbəbindən işdən azad edilir. O, 21 ildir ki, bu strukturda çalışır işində canını, həyatını qoymuşdur. Bu vəzifəyə o, kadrlar üzrə vitse-prezident Ziba Tacəddin qızının dəvəti ilə gəlmişdir. Ona 15 sentyabr 2023-cü il tarixindən “Abşeronneft” NQCİ-nin istehsalat işləri üzrə rəis müavini vəzifəsi təklif ediləndə həm təklifdə həm də həmin vəzifəyə o, təyin ediləndə Fərhad Əliyev şəxsən iştirak etmiş və öz razılığını bildirmişdir. O, Azərbaycan Dövlət Neft Akademiyasının faydalı qazıntılar geologiyası və kəşfiyyatı fakultəsini bitirdikdən sonra bir il hərbi xidməti başa vurduqdan dərhal sonra 2003-cü ildən ixtisası üzrə Azərbaycan Neft Şirkətində işləyir. İllər uzunu işində yüksəlmişdir, öhdəsində az yaşlı və ödənişli şərtlərlə (iki min manat) Dövlət Universitetində təhsil alan və uzun illərdir müalicə alan (skolioz xəstəsi əməliyyat edilib) övladları var. Ailə üzvləri arasında ağır xəstəliyi olan 1-ci qrup əlil olan atasına (böyrək çatışmazlığından dialez xəstəsi) baxır. Ailənin bütün xərclərini o, yeganə iş yerinin qazancı ilə ödəyir. Dövlət Neft Şirkəti onun ikinci ailəsidir. O, özünü burada tanımış, həyatının yarısını bu şirkətdə işləməklə keçirmiş, işini və iş yerini çox sevdiyindən və bağlandığından özünü heç zaman başqa bir şirkətdə, idarədə və ya digər strukturlarda işləməyini təsəvvür edə bilmir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə əmr 14-2-1/3-1K-17/2024 saylı, 24 sentyabr 2024-cü il tarixdə əmr verilsə də cavabdeh tərəf aydan artıqdır ki, heç bülleten ödənişlərini ödəmir, son haqq-hesabı həmçinin əmək kitabçası da daxil olmaqla hələdə ona təhvil verilməmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-199/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan əmək kitabçasının məlumatlarından aydın görünür ki, “Azneft” İB ilə İddiaçı arasında bağlanmış 701 nömrəli əmək müqaviləsinə əsasən o, “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinə istehsalat işləri üzrə rəis müavini vəzifəsinə işə qəbul olunmuş, buna qədər isə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-nin idarəetmə aparatının direktoru vəzifəsi üzrə çalışmışdır. 701 nömrəli əmək müqaviləsinin 2.3 bəndinə əsasən əmək müqaviləsi tərəflərin razılığına əsasən 15 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müddətinə bağlanmışdır. Qanunvericiliyə görə isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu baxımdan, iddiası əsaslı sayılmamış və rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilmiş və həmin sorğuya cavab kimi təqdim olunmuş 3-17/2-2444/2025 nömrəli məktubdan da görünür ki, İddiaçı daha çox rəis və ya rəis müavini kimi fəaliyyət göstərdiyi üçün (işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün) onun əmək müqaviləsi müddətsiz bağlanmalı idi. Buradan görünür ki, məhz işəgötürən tərəfindən qanunvericiliyin normaları müqavilənin müddətli bağlanması ilə bağlı hissədə pozulmuşdur. Cavabdehin özü tərəfindən elektron məhkəmə sisteminə xx.xx.2024 cü il tarixdə yüklənmiş əmrdən, iki xəbərdarlıqdan və aktdan da görünür ki, iddiaçının işdən çıxarılması zamanı əmək məcəlləsinin qeyd olunan maddəsinin tələblərinə uyğun şəkildə əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, işəgötürən xəbərdarlıqda və aktda qeyd edir ki, xx.xx.2024-cü il tarixdə o İddiaçı müddətli əmək müqaviləsinə xitam verməsi barədə xəbərdarlıq edib. İşəgötürən öz əmrində göstərir ki, iddiaçının müddətli əmək müqaviləsinə xx.xx.2024 cü il tarixində xitam verilib. İddiaçıya xəbərdarlıq onun əmək müqaviləsinə xitam verilməsindən 1 gün öncə verilib halbuki xəbərdarlıq ən azı 1 həftə qalmış verilməli idi. Bununla da iddiaçının müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən bitdiyi üçün və vaxtında ona rəsmi heç bir xəbərdarlıq edilmədiyi üçün müddətli əmək müqaviləsi əmək məcəlləsinin 73.1 və ya 73.2 maddələrində göstərilən kimi daha eyni müddətə uzadılmış və ya müddətsiz müqaviləyə keçirilmiş hesab olunmuşdur. Əmrdə İddiaçı müddətli əmək müqaviləsinə xitam verilməsi maddəsi də düzgün göstərilməyib belə ki, o xəstə olduğu üçün onun müqaviləsinə xitam verilməsi əmrdə əmək məcələsinin 73cü maddəsinin 2-ci bəndi üzrə aparılmalı idi. Həmçinin müddətli əmək müqaviləsinin qurtardığı hallarda işçinin işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilərdi. Bülletendən də göründüyü kimi iddiaçının işə çıxması tarixi xx.xx.2024 cü il tarixdədir. Müqaviləsinə xitam edilməsi barədə əmr isə xx.xx.2024-cü il tarixdə, yəni iddiaçı işə çıxandan 4 gün sonra verilmişdir. Buradan da aydın olur ki, İddiaçı artıq müddətsiz əmək müqaviləsinə keçmişdir. Məhkəməyə iddiaçının himayəsində 1-ci qrup əlil ailə üzvünün olduğu ilə bağlı arayış verilmiş, tələbə olan və ödənişli əsaslara təhsil alan övladının olduğunu, aiənin yeganə gəlir gətirən üzvü olduğunu və digər halları bildirmişik, əmrin etibarsız sayılaraq ləğv edilməsinə sübutlar və əsaslar gətirilmiş, cavabdeh tərəfin müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müddətin ötürdüyünü göstərmişik lakin, məhkəmə tərəfindən qeyd edilən halların heç biri qiymətləndirilməmiş məhkəmə protokolunda və qətnamədə qeyd edilməmişdir. Cavabdeh tərəfindən həqiqətə uyğun olmayan sübutlar təqdim olunmuşdur. Belə ki, xəbərdarlıq ən azı bir həftə əvvəl verilməli olduğu halda sentyabr ayının 23-ündə verilmiş və həmin ayın 24-ü də müqaviləsinə xitam edilməsi əmr verilmişdir. Məhkəmə isə qeyd olunan faktı görməzdən gəlməyə çalışmış, xəbərdarlıqda açıq şəkildə ayın tarixi göstərilsə də, məhkəmə öz qətnaməsində bunu qeyd etməmişdir. Qeyd olunan müddətin keçməsi ilə bağlı məhkəmə çıxışı zamanı da onlar etirazını bildirmişdir. Protokolda isə qeyd edilən halların heç biri qeydə alınmamışdır. Bundan başqa, iddia tələbində və məhkəmə çıxışında bülletenlərin ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən də cavabdehə niyə ödənilməməsi barədə suallar ünvanlanmışdır. Cavabdeh tərəf isə buna cavab verməmişdir. Həmçinin Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Tərəfimizdən bu mülki işdə xitama əsas kimi 73.2-ci maddəyə yox, 73.1-ci maddəyə əsaslanılması lazım olduğu bildirilmişdir. Məhkəmə qətnamədə bunu da göstərməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, qətnamə qəbul edərkən məhkəmə obyektiv və qərəzsiz olmamış, işin hallarına hərtərəfli baxmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən qeyd olunan xəbərdarlıq saxtalaşdırılmış, əvvəlki xəbərdarlıqda qeyd olunmayan tarix və məzmunu dəyişdirilmışdır. (qətnamənin çıxarılmasına 1 saat 30 dəqqiqə qalmış ruçka ilə saxta tarix qeyd edilmiş). Həmçinin, mülki işlə bağlı xx.xx.2025-ci ildə tərtib olunmuş məhkəmə iclası protokolunda iddia tələbi ilə bağlı yanlış məlumatlar daxil edilmişdir. Belə ki, protokolun yuxarı hissəsində iddiaçının və vəkilinin adı düzgün qeyd olunsa da, protokolda qeyd edilmiş ifadələr onlara aid deyildir. Həmçinin, protokolda bu mülki işlə bağlı olmayan məlumatlar, şahidlərlə bağlı cümlələr qeyd olunmuşdur. Odur ki, birinci istansiya məhkəməsinin əsassız və qanunsuz qətnaməsinin ləğv edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə informasiya sistemilə etiraz ərizəsi ünvanlamışdır. İş materiallarında olan “Azneft” İB ilə İddiaçı arasında bağlanmış 701 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinə istehsalat işləri üzrə rəis müavini vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi tərəflərin razılığına əsasən 15 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 4356,80 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1). İş materiallarında olan “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçılə bağlanılan 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024 il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1- ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə, tutduğunuz vəzifədən azad ediləcəksiniz. İş materiallarından görünür ki, iddiaçı ilə baglanmış 15 sentyabr 2023- cü il tarixli əmək müqaviləsi müddətli (1 il) olmuş, birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqda onun bağlanılan 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024 il tarixdə bitməsi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. İddiaçı sözügedən xəbərdarlıqdan məlumatlı olsa da nüsxəsini qəbul etməkdən, həmçinin xəbərdarlıq ilə tanış olması barədə imzadan imtina etməsi barədə müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan Əmək qabiliyyətinin olmaması SN 00008 seriyalı ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək işdən azad olunmuş, 21 sentyabr 2024-cü il tarixdən işə başlamalıdır. İş materiallarında olan “Azneft” İB-nin 14-2-1/3-1K-174/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, istehsalat işləri üzrə rəis müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış teleqramın məzmununda qeyd edilmişdir: “Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verildiyi üçün Sizə məxsus əmək kitabçasının “Azneft” İB-nin İnsan Resursları Departamentindən götürməyinizi və ya götürmək imkanınız yoxdursa, əmək kitabçanızın idarə tərəfindən poçt xidməti vasitəsilə göndərilməsi barədə əlaqələndirici şəxsə (əlaqə nömrəsi: 055898 79 43 və ya *** *** ** **) razılıq bildirməyinizi xahiş edirik”. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı: “... Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. ... İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. ... Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin.” Göründüyü kimi, əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətə bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tariəxədək xəstəliklə əlaqədar olaraq işdən azad olunmuş, 21 sentyabr 2024-cü il tarixdən işə başlamışdır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, iddiaçıya “xx.xx.2023-cü il tarixdə sizinlə Cavabdeh arasında bağlanılmış 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə tutduğunuz vəzifədən azad ediləcəksiniz” məzmununda xəbərdarlıq məktubu göndərilmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatında da İddiaçı bildirmişdir ki, müddətin bitməsinə görə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçıya həm telefonla da məlumat verilmişdir. Başqa sözlə, iddiaçı bülletendən qayıtdıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı idi. Bundan başqa, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, əmək müqaviləsinin müddətli bağlanması barədə məlumatlı idi. İddiaçının istinad edilən əmək müqaviləsinin 1 il müddətinə bağlanmasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olması ilə bağlı dəlilinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında məhz iddiaçının apellyasiya şikayətində qeyd olunan xüsusatlar baxımından, yəni, bu normanın digər qanunvericilik normaları ilə ziddiyyət təşkil edib – etməməsi aydınlaşdırılmış və belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Beləliklə, hesab edirik ki, iddia tələbi əsassızdır, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliyin hər hansı normasının pozulması halı mövcud olmamışdır. İddia ərizəsində göstərilən hallar formal mülahizələrdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsini rəhbər tutaraq məhkəmədən, apelyasiya şikayəti təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafə edərək, təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

10. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 11. a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 12. b) Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 45.1 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.. Maddə 47. «f» Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Maddə 68.2. «b» Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Maddə 73.1 Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84.1.Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və orada göstərilən dəlilləri hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, şikayətdə irəli sürülən arqumentlər hüquqi cəhətdən əsaslı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasında mövcud olan hüquqi münasibətləri düzgün qiymətləndirmiş, mübahisənin mahiyyətini tam və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticədə iş üzrə həqiqi halları əks etdirən, məhz məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla əsaslandırılmış qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətində göstərilən dəlillər həmin qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi baxımdan yetərli əsas yaratmır. Nəticə etibarilə, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 16.İşin hallarından görünür ki, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması, işə bərpa edilməsi və bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz hesab olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qanuni əsaslarla və müddətli xarakter daşıdığı qənaətinə gəlmiş, əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyə uyğun olduğu nəticəsinə əsaslanaraq iddianı təmin etməmişdir.

17. İddiaçı tərəf isə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq, apellyasiya şikayəti vermiş və şikayətini müxtəlif arqumentlərlə əsaslandırmağa cəhd etmişdir. Lakin məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini, onun hüquqi və faktiki əsaslarını diqqətlə araşdıraraq, həmin dəlilləri əsassız sayır və hər bir dəlilə ayrı-ayrılıqda hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir.

18. Apellyasiya şikayətində iddiaçı, bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşımasını qanunsuz hesab edərək, onun Əmək Məcəlləsinin 45.4-cü maddəsinə zidd olduğunu iddia etmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, bu dəlil hüquqi əsaslardan məhrumdur və məntiqi-normativ prinsiplərlə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsi işin və ya xidmətin daimi xarakter daşıdığı hallarda əmək müqaviləsinin müddətsiz bağlanmasının üstünlüyünü nəzərdə tutsa da, bu norma mütləq və istisnasız xarakter daşımır. Həmin norma, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olan tərəflərin sərbəst razılaşma hüququnu istisna etmir. Qanunverici burada tərəflərin hüquq bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı prinsipini əsas götürmüşdür ki, bu da birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və İV hissələrinin məntiqi davamıdır.

19. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) hüquqi qüvvəsi bir daha təsdiqlənmiş və həmin qərarda vurğulanmışdır ki, işəgötürən və işçi əmək müqaviləsini qarşılıqlı razılıqla və qanuna zidd olmayan əsaslarla müddətli bağlamaqda sərbəstdirlər. Yəni, müddətli əmək müqaviləsinin bağlanması faktı özlüyündə hüquq pozuntusu hesab edilə bilməz və bu münasibətin daimi və ya müvəqqəti xarakter daşıması yalnız hüquqi iradə ilə müəyyən olunur.

20. İş materiallarından aydın görünür ki, tərəflər 15 sentyabr 2023-cü il tarixli, 701 nömrəli əmək müqaviləsini məhz 1 (bir) il müddətinə, qarşılıqlı razılıqla və tərəflərin iradəsini əks etdirən açıq məzmunda bağlamışlar. Müqavilənin 2.1 və 2.3-cü bəndlərində bu müddət dəqiq göstərilmiş, müqavilənin müddətli olması xüsusilə vurğulanmışdır. Hər hansı bir məcburiyyət və ya birtərəfli iradə bu müqavilənin bağlanmasında iştirak etməmişdir. Əksinə, iddiaçı yüksək vəzifəyə – istehsalat işləri üzrə rəis müavini vəzifəsinə – irəli çəkilmiş və razılıq əsasında işə başlamışdır.

21. İddiaçının iş funksiyalarının “daimi xarakter” daşıması barədə arqumentinə gəldikdə isə, bu yalnız subyektiv mülahizə olmaqla yanaşı, hüquqi nəticə doğuran əsas da deyil. Hər hansı bir vəzifənin funksional müddəti onunla bağlanacaq əmək müqaviləsinin növünü avtomatik şəkildə müəyyən etmir. Bu məsələdə həlledici olan tərəflərin iradəsi və müqavilədə əks olunmuş hüquqi şərtlərdir. Əgər daimi xarakter daşıyan vəzifələr üzrə müddətli əmək müqaviləsinin bağlanması qadağan olsaydı, bu, normativ şəkildə açıq və konkret formada qadağan olunmalı idi ki, belə bir məhdudiyyət nə Əmək Məcəlləsində, nə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır.

22. Bundan başqa, iddiaçının uzunillik stajı, peşəkar fəaliyyəti və şəxsi ailə vəziyyəti kimi amillər istər mənəvi, istərsə də sosial əhəmiyyət daşısa da əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması məsələsində qanuni meyar sayılmır. Əmək münasibətləri yalnız qanunvericiliklə müəyyən edilmiş hüquqi normalarla tənzimlənir və fərdi hallar bu hüquqi reallığı dəyişmir.

23. Həmçinin iddiaçının uzun müddət “Azneft İstehsalat” İB-nin tərkibindəki qurumlarda işlədiyinə görə əmək müqaviləsinin müddətsiz bağlanmalı olması ilə bağlı bildirilir ki, iddiaçı son iş yeri olan “Abşeronneft” NQCİ-dən əvvəl "xxxx" MMC-də işləmişdir. İş materiallarından məlum olur ki, "xxxx" MMC özünün ayrıca möhürü, hüquqi ünvanı olan müstəqil hüquqi şəxsdir. Həmin qurumun “Azneft İstehsalat” İB (SOCAR) ilə hər hansı hüquqi bağlılığı yoxdur. Belə olduqda iddiaçının “Azneft İstehsalat” İB-dəki uzun müddətli stajı xx.xx.2022-ci ildə "xxxx" MMC ilə müqavilə bağlandığı andan bitmiş və xx.xx.2023cü il tarixdə İddiaçı istehsalat işləri üzrə rəis müavini peşəsinə qəbul edilərkən heç bir davam edən iş stajı olmamışdır.

24. Nəticədə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tam əsaslı və qanuni qərar verərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşıdığını təsdiqləmiş və onun hüquqi qüvvəsini tanımışdır.

25. Apellyasiya instansiyası məhkəməsi də bu yanaşmanı əsaslı sayır və hesab edir ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinin tətbiqində hər hansı hüquq pozuntusu aşkar olunmamışdır.

26. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülmüş əsas arqumentlərdən biri də ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair yazılı xəbərdarlıq ona guya vaxtında təqdim edilməmiş, xəbərdarlıq aktının tarixi isə saxta yolla dəyişdirilərək sənədləşdirilmişdir. İddiaçı bu arqumentə istinad edərək, əmək münasibətlərinə xitam verilməsi prosedurunun Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə zidd aparıldığını iddia etmişdir. Lakin iş materiallarının və təqdim olunmuş sənədlərin təhlili, həmçinin tətbiq edilən hüquq normalarının sistemli izahı bu arqumentin hüquqi baxımdan əsassız və ümumi mülahizədən ibarət olduğunu qəti şəkildə sübut edir.

27. Belə ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda, əmək münasibətlərinə xitam verilməsi üçün tərəflərdən biri digərini ən azı bir həftə əvvəl yazılı formada xəbərdar etməlidir. Həmin maddənin 2-ci hissəsində isə göstərilir ki, əgər işçi üzürlü səbəbdən, o cümlədən xəstəlik səbəbilə iş yerində deyilsə və əvvəldən bu barədə ona qanuni şəkildə xəbərdarlıq edilmişdirsə, o zaman işçi işə çıxdığı gün əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarından aydın görünür ki, iddiaçının əmək müqaviləsinin qüvvədə olduğu dövrdə, yəni 15 sentyabr 2024-cü il tarixinədək o, 9 sentyabr 2024-cü il - 20 sentyabr 2024-cü il tarixləri arasında əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə bülletendə olmuş, bu müddətdə faktiki olaraq iş yerində iştirak etməmişdir. Nəticə etibarilə, mövcud hal üzrə Əmək Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilə bilən hüquqi baza kimi tam mövcuddur. İşəgötürən tərəfindən təqdim olunmuş xəbərdarlıq məktubu və 23 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş akt sübut edir ki, əmək müqaviləsinə xitam veriləcəyi barədə işçi qanunvericiliyə uyğun olaraq əvvəlcədən yazılı şəkildə xəbərdar edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, işçi məktubu almaqdan imtina etmişdir və bu hal 4 nəfərdən ibarət komissiya tərəfindən sənədləşdirilmişdir. Komissiya tərkibinə işəgötürən nümayəndələri ilə yanaşı Həmkarlar İttifaqının nümayəndəsi və hüquqşünas da daxil edilmişdir, bu isə aktın tərtibinin obyektiv və prosedur qaydalara uyğun aparıldığını sübut edir.

28. İddiaçının aktın tarixinin guya “saxta yolla dəyişdirildiyi” barədə apellyasiya dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, iddiaçı öz iddialarını sübut etməlidir. Bu dəlil isə yalnız subyektiv şübhəyə əsaslanmış, sübut mexanizmi ilə müşayiət olunmamışdır. Eyni zamanda, xəbərdarlığın vaxtında təqdim olunmaması barədə dlilini də iddiaçı heç bir etibarlı sənədlə sübut etməmişdir. Əksinə, iddiaçının bu sənədlərin mövcudluğunu tam təkzib etməməsi, sadəcə onların tarixini şübhə altına alması formaca müdafiə mövqeyi kimi qiymətləndirilə bilər, lakin bu hal hüquqi qüvvəyə malik arqument sayıla bilməz.

29. Beləliklə, əmək münasibətlərinə xitam 24 sentyabr 2024-cü il tarixində verilmişdir ki, bu tarix işçinin bülletendən çıxdıqdan dərhal sonrakı tarixdir. Odur ki, Əmək Məcəlləsinin 73.2-ci maddəsinə tam uyğun şəkildə, işçinin üzürlü səbəbdən işdə olmadığı dövrdə əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsinə əsaslanaraq, işçi işə qayıdan kimi əmək müqaviləsinə qanuni surətdə xitam verilmişdir.

30. Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığın vaxtında edilməməsi və xəbərdarlıq aktının tarixinin guya saxtalaşdırılması ilə bağlı apellyasiya dəlilləri heç bir hüquqi və sübutedici əsasa malik deyil, bu barədə təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə tam uyğun, ardıcıl və rəsmi şəkildə tərtib olunmuşdur. Bu səbəbdən həmin dəlil hüquqi baxımdan əsassız sayılmalıdır.

31. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü digər dəlillərdən biri də onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlərə dair bülletenlər üzrə əmək haqqı ödənişlərinin cavabdeh tərəfindən həyata keçirilməməsi ilə bağlıdır. İddiaçı bu iddianı əsaslandırıcı fakt kimi irəli sürərək, guya əmək münasibətlərinə xitam verilməsi qərarının hüquqi baxımdan əsassız olduğunu nümayiş etdirməyə çalışmışdır. Lakin təqdim edilmiş materialların təhlili və mübahisənin predmeti üzrə hüquqi yanaşma bu dəlilin tamamilə əsassız və aktual mübahisədən kənar olduğunu aydın şəkildə göstərir.

32. Əvvəla qeyd olunmalıdır ki, hazırkı mübahisənin hüquqi predmetini əmək müqaviləsinin, konkret olaraq 701 nömrəli, 15 sentyabr 2023-cü il tarixli müqavilənin xitamına dair əmrə hüquqi qiymətin verilməsi və bu tələbdən qaynaqlanan digər iddialar təşkil edir. Məhkəmə baxışının predmeti yalnız sözügedən tələblər üzrədir. Halbuki bülleten ödənişlərinin həyata keçirilməsi ayrı bir sosial təminat münasibətinə aid məsələdir. Bu məsələ öz hüquqi və prosessual müstəvisində mübahisələndirilməli olan, yəni ayrıca iddia tələbi, ayrı sübutlar və ayrıca hüquqi qiymətləndirmə tələb edən münasibətdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən bülleten ödənişlərinin aparılmaması barədə dəlil işin predmeti ilə hüquqi əlaqəyə malik deyildir. Qeyd olunan səbəbdən, sözügedən dəlil nə əmək müqaviləsinə xitam verilməsinin hüquqi qiymətləndirilməsinə təsir edə, nə də apellyasiya şikayətinin təmininə əsas yarada bilər.

34. Apellyasiya şikayətində iddiaçının irəli sürdüyü daha bir əsas odur ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qərəzli və obyektivlikdən uzaq şəkildə qiymətləndirmiş, cavabdeh tərəfin təqdim etdiyi bəzi sənədlərin saxta olması haqqında məsələlərə baxmamış, hətta bu sənədlərə əsaslanmaqla qətnamə çıxarmışdır.

35. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 217.1 və 217.3-cü maddələrinə uyğun olaraq qəbul edilmiş, iş üzrə toplanmış sübutların qanunauyğun, məntiqi, ardıcıl və sistemli təhlili aparılmışdır. Məhkəmə tərəfindən işdə iştirak edən tərəflərin izahatları dinlənilmiş, təqdim olunmuş sənədlər təkcə ayrı-ayrılıqda deyil, həm də bir-birilə qarşılıqlı əlaqəli şəkildə qiymətləndirilmiş və nəticədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilmişdir.

36. Əlavə olaraq, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericilikdə heç bir sübuta qabaqcadan müəyyən edilmiş hüquqi qüvvə verilmədiyindən, hansı sübutun inandırıcı hesab olunacağı məhkəmənin müstəqil və qərəzsiz hüquqi mövqeyi ilə müəyyən olunur. Birinci instansiya məhkəməsinin qətnaməsində bu yanaşmanın tam şəkildə tətbiq olunduğu açıq-aydın görünür. İddiaçının cavabdeh tərəfindən təqdim olunmuş bəzi sənədlərin “saxtalaşdırıldığı” barədə ümumi iddiasına gəldikdə, bu məsələ də hüquqi baxımdan sübut olunmamış, yalnız subyektiv və emosionallığa əsaslanan iddia səviyyəsində qalmışdır.

37. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı istər xəbərdarlıq sənədləri, istər əmr, istərsə də akt və izahatlar həm prosessual, həm texniki, həm də hüquqi baxımdan təhlil olunmuş, tərəflərin bu sənədlərə münasibətləri məhkəmə protokollarında öz əksini tapmışdır. Məhkəmə tərəfindən sübutların dəyərləndirilməsi zamanı nə bir tərəfə üstünlük verilmiş, nə də hansısa sübut təhrif olunmuşdur. Əksinə, məhkəmə iddiaçının təqdim etdiyi şəxsi vəziyyətlə bağlı sənədləri (ailə üzvlərinin xəstəliyi, sosial vəziyyəti, iş stajı və s.) nəzərdən keçirmiş, lakin bunların əmək müqaviləsinin xitamına hüquqi təsir göstərmədiyi qənaətinə gəlmişdir. Bu, qərəzli yanaşma deyil, hüquqi arqumentasiyaya əsaslanan düzgün məhkəmə funksiyasıdır. Belə olan halda, iddiaçının “sübutlar düzgün qiymətləndirilməmişdir” fikri yalnız istədiyi nəticəyə nail olmadığından irəli gələn subyektiv narazılıqdan başqa bir şey deyildir. Hüquqi reallıq isə odur ki, məntiqə, qanunvericiliyə və faktlara əsaslanan qiymətləndirmə aparılmış, nəticə isə həmin əsaslar üzərində qurulmuşdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının sözügedən dəlili də sadəcə mülahizədən ibarətdir və qətnamənin ləğvi üçün əsas deyil.

39. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülmüş digər bir dəlil, məhkəmə iclaslarının protokollarında guya onun çıxışlarının, dəlillərinin və arqumentlərinin düzgün və tam şəkildə əks olunmaması, bəzi hissələrdə isə ümumiyyətlə mübahisəyə aid olmayan ifadələrin yer alması ilə bağlıdır. Bu dəlillə bağlı məhkəmə kollegiyası izah edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardaddan da aydın olur ki, birinci instansiya məhkəməsi sözügedən məsələni araşdırmış, protokol qeydlərini iş üzrə videoçəkilişlə müqayisə etmiş, irəli sürülmüş etirazları qismən əsaslı hesab edərək müvafiq düzəlişlərin aparılmasına dair qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş həmin qərarda iddiaçının "toy", "baş kaskası", "sərxoş", "şahid" kimi ifadələrin onların işinə aid olmadığı barədə etirazı, eləcə də xx.xx.2025-ci il tarixli iclasda 00:37– 09:00 dəqiqələri arasında irəli sürdüyü əsaslandırmaların protokolda yer almadığına dair müraciəti əsaslı hesab edilərək həmin hissələrin protokolda əks etdirilməsinə dair düzəliş aparılmışdır. Digər qeydlərə isə protokol və videoyazı arasında uyğunsuzluq olmadığı müəyyən edildiyindən təmin olunmamışdır. Bu məqamdan da görünür ki, iddiaçının şikayətində irəli sürdüyü protokol pozuntusu artıq birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməyə məruz qalmış, qiymətləndirmə obyektiv və konkret faktiki materiallar əsasında aparılmış, lazım gəldikdə düzəliş edilmişdir. Həmin qərar iş materiallarının ayrılmaz hissəsidir və onun mövcudluğu protokolun artıq qanuni formada dəqiqləşdirildiyini təsdiqləyir.

40. Digər tərəfdən, protokola dair irəli sürülmüş qeydlər heç bir halda iş üzrə hüquqi nəticəyə, yəni əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi məsələsinə təsir göstərən faktlar deyildir. Həmçinin iddiaçının həmin çıxışlarında səsləndirdiyi fikirlər – məsələn, əmrin düzgün tərtib olunmaması, xəbərdarlıq müddətinin pozulması, müqavilənin müddətsiz sayılması və s. – məhkəmə tərəfindən digər yollarla (sənədlər və vəkillərin yazılı çıxışları vasitəsilə) nəzərdən keçirilmiş, həmin iddialara qətnamənin mətnində hüquqi qiymət verilmişdir.

41. Beləliklə, protokolda qeydlərin tam əks olunmaması iddiası nə hüquqi nəticəyə təsir edir, nə də qətnamənin əsassız və ya qərəzli qəbul edildiyini göstərir. Əksinə, protokola dair qeydlərə qanunla nəzərdə tutulmuş qaydada baxılmış, qismən təmin edilmiş, bu da məhkəmə araşdırmasının obyektiv və qərəzsiz aparıldığını bir daha sübut edir. Nəticə etibarilə, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının apellyasiya şikayətində protokola dair qeydlər əsasında qətnamənin ləğv edilməsini tələb etməsi hüquqi baxımdan əsassızdır və hazırkı mübahisənin nəticəsinə təsir etmədiyindən bu dəlil əsasında şikayətin təmininə yol verilə bilməz.

42. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülmüş daha bir dəlil ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları, xüsusilə də onun ailə vəziyyəti, sosial durumu, əlillik haqqında təqdim etdiyi arayışlar və digər şəxsi-sosial amilləri lazımi şəkildə nəzərə almamış, təqdim etdiyi sübutların heç birinə hüquqi qiymət verməmişdir. Bu dəlil, ilk baxışda işin humanitar kontekstinə toxunsa da, hüquqi aspektdə tamamilə əsassız və prosessual çərçivədən kənardır. Belə ki, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən qanun qarşısında tərəflərin bərabərliyi prinsipinə əməl etməli, qərarlarını yalnız qanunvericiliyin tələblərinə və işdə iştirak edən şəxslərin təqdim etdiyi sübutlara əsaslanaraq çıxarmalıdır. Məhkəmə subyektiv və emosional mülahizələrə deyil, yalnız hüquqi nəticə doğuran faktlar və sübutlar sisteminə əsaslanmaqla hüquqi mövqe formalaşdırır. İş materiallarının və birinci instansiya məhkəməsinin qətnaməsinin təhlili göstərir ki, məhkəmə tərəfindən təqdim olunmuş bütün sübutlar araşdırılmış, tərəflərin izahatları, sənədlər və yazılı çıxışlar nəzərə alınmış, iş üzrə əhəmiyyətli faktlar aydınlaşdırılmışdır. Məhkəmə qətnaməsində əmək müqaviləsinin bağlanma şərtləri, xitam tarixi, xəbərdarlıqın verilməsi və təqdim edilən aktların hüquqi statusu təfsilatlı şəkildə qiymətləndirilmiş, Əmək Məcəlləsinin 45, 47, 73 və 84-cü maddələrinə əsasən hüquqi nəticəyə gəlinmişdir. İddiaçının ailə vəziyyəti, sağlamlıq durumu və digər şəxsi sosial halları, istər mənəvi, istərsə də sosial baxımdan diqqətəlayiq olsa da, bu mübahisənin hüquqi predmetini təşkil edən əmək müqaviləsinə xitam verilməsinin qanuniliyinə birbaşa təsir göstərmir. Qeyd olunan hallar nə müqavilənin müddətli və ya müddətsiz olması ilə bağlı hüquqi statusu dəyişir, nə də müqaviləyə xitam prosedurunun normativ uyğunluğunu aradan qaldırır. Əmək hüququ sahəsində məhkəmənin əsas vəzifəsi əmək münasibətlərinin hüquqi tənzimlənməsi məsələlərini araşdırmaqdan ibarətdir, fərdi sosial vəziyyətin qiymətləndirilməsi isə yalnız sosial təminat mübahisələrinin predmetinə aid ola bilər.

43. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi arayışların, sorğuların və şəxsi izahatların nəzərə alınmadığı barədə dəlil də faktlarla təsdiqlənmir. Qətnamədə həmin sənədlərin mövcudluğu qeydə alınmış, lakin onların hüquqi nəticəyə təsir etmədiyi əsaslandırılmışdır. Bu isə sübutun nəzərə alınmaması deyil, onun hüquqi qiymətləndirilməsinin tərəfin arzu etdiyi nəticə ilə üst-üstə düşməməsidir və bu fərq hüququn mahiyyətində mühüm yer tutur.

44. Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən faktiki halların hərtərəfli və obyektiv araşdırılması təmin olunmuş, hüquqi nəticəyə təsir göstərə biləcək bütün sübutlara qiymət verilmiş, iddiaçının ailə və sosial durumuna dair təqdim etdiyi məlumatların isə işin predmeti üzrə hüquqi təsir gücü olmadığı üçün nəzərə alınmamışdır. Buna görə də, sözügedən dəlillər hüquqi baxımdan əsassızdır.

45. Apellyasiya şikayətində iddiaçının istinad etdiyi dəlillərdən biri də əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin Əmək Məcəlləsinin 84.2-ci maddəsinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. İddiaçı qeyd edir ki, guya həmin əmr qanunvericiliyin tələb etdiyi rekvizitləri əks etdirmədiyindən etibarsız hesab edilməlidir. Lakin bu arqument, hər nə qədər qanunvericiliyə istinadla ifadə olunsa da, hüquqi baxımdan formaca mövcud, lakin mahiyyətcə əsassız və qeyri-müəyyəndir. Əmək Məcəlləsinin 84.1-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə (və ya sərəncamda) göstərilməli olan işəgötürənin və işçinin rekvizitləri, xitamın hüquqi əsası və tarixləri, eləcə də əsaslandırıcı sənədlərə dair məlumatlar sadalanmışdır. Bu maddənin 2-ci hissəsində isə bu məlumatlardan hər hansı birinin göstərilmədiyi halda məhkəmənin həmin əmri etibarsız hesab edə biləcəyi nəzərdə tutulur. Lakin bu, yalnız və yalnız konkret uyğunsuzluq halları sübuta yetirildiyi təqdirdə mümkündür. İddiaçı isə sadəcə olaraq 84.2-ci maddəyə istinad etməklə kifayətlənmiş, əmr sənədində konkret olaraq hansı məlumatın mövcud olmadığını, yaxud hansı normativ tələbin pozulduğunu açıq şəkildə göstərməmişdir. Yəni, iddiaçı əmrin hansı rekvizitinin natamam və ya yanlış tərtib olunduğunu, hüquqi əsasın göstərilmədiyini, yaxud sənədin hansı formada qeyriqanuni olduğunu əsaslandırmamışdır. Hüquqi arqument isə yalnız normaya istinad etməklə deyil, həmin normanın tətbiqini doğuran faktın və pozuntunun dəqiq göstərilməsi ilə yaranır. “Normaya istinad” əgər real hüquqi pozuntu və faktoloji uyğunsuzluqla dəstəklənmirsə dəlil sayıla bilməz. Apellyasiya şikayətində isə bu cür əsaslandırma yer almamışdır. Odur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr sənədinin Əmək Məcəlləsinin 84.2-ci maddəsinə uyğun tərtib olunmadığı barədə ümumi xarakterli dəlili hüquqi baxımdan əsassızdır.

46. Beləliklə, qeyd olunan hüquqi və faktiki hallara, iş materiallarında yer alan sübutlara və qanunvericiliyin müvafiq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına uyğun şəkildə qəbul edilmiş, iş üzrə hüquqi münasibətlər obyektiv və hərtərəfli araşdırılmış, sübutlar düzgün qiymətləndirilmiş, tətbiq olunan hüquq normalarına əsaslanmışdır. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən dəlillər isə ya hüquqi baxımdan ümumi və qeyri-müəyyən xarakter daşıyır, ya da fakt və sübutlarla təsdiq olunmamış fərziyyə və subyektiv mülahizələrdən ibarətdir. İddiaçının şikayətində göstərdiyi halların heç biri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hüquqi əsas yaratmır və onların işin nəticəsinə təsir edəcək ciddi prosessual və ya maddi hüquq pozuntusu kimi qiymətləndirilməsi mümkün deyildir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar baxımından qanuni və əsaslı, mahiyyətcə düzgün olan qərarları yalnız formal xarakter daşıyan prosesual pozuntular əsasında ləğv edilə bilməz.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-199/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar