Məhkəmə qərarları › İş №2(103)-3882/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3882/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3882/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2835/2024 nömrəli 10 may 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il tarixdə təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2835/2024 nömrəli 10 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında nikah pozulmamış və iddiaçı Cavabdeh məxsus yaşayış sahəsinə uşaqlar ilə bir yerdə köçürülməsini tələb edir. Belə olan halda, bu mübahisə ailə münasibətlərindən irəli gələn mübahisədir və qanunvericiliyin tələblərinə əsasən, iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. İş materillarında olan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı isə hazırki tələbində uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etmişdir. İddia ərizəsinin məzmunundan, həmçinin iş materiallarından görünür ki, iddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi mənzil birgə nikah dövründə əldə edilsə də, birgə mülkiyyətə aid əmlak deyil. Göründüyü kimi hazırki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisə olmağından Kollegiya qeyd edir ki, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi zərurəti yoxdur, odur ki, məhkəmənin bu əsasla iddia ərizəsini geri qaytarması qanuni və əsaslı olmamışdır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2835/2024 nömrəli 10 may 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2835/2024 nömrəli 10 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar