Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3888/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-367/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını cəlb etməklə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X13 X2 fəhlə işləməyinə dair faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cı il tarixdə Ermənistan Respublikasının Axta rayonunda anadan olmuşdur. O, müxtəlif yerlərdə işləmiş və hamısı da əmək kitabçasına qeyd olunmuşdur. Belə ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X13 X3 fəhlə işləmişdir. O, təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və ona verilmiş cavab məktubunda bildirilmişdir ki, onun 25 il iş stajı olmadığı üçün ona pensiya verilə bilməz. DMSF tərəfindən ona bildirilmişdir ki, onun əmək kitabçasında işləməyi və ya işdən azad olmağı barədə qeydlər olmadığına görə o, məhkəməyə müraciət etməlidir. Nəticədə onun xx.xx.1991-cil tarixdən xx.xx.2002-ci il tarixədək X13 X2 fəhlə kimi işləməyi nəzərə alınmamışdır. Yardımçı Təsərrüfatdan ETTİ-yə keçməyi qeyd olunmadığından onun işlədiyi həmin illəri iş stajına əlavə etmirlər. Əmək kitabçasında həmin illərin göstərilməməsi onun səhvi deyil. Belə ki, hazırki vəziyyətdə həmin faktı müəyyən etmək üçün sənədləri başqa qaydada əldə edə bilmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizəyə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ərizəçinin təqdim etdiyi əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 21 il 10 ay hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 9 ay sığorta stajına uyğun olaraq 11.240.53 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2015ci il tarixədək 7 il 1 ay sığorta stajına uyğun olaraq 3.673,30 manat olmaqla, ümumilikdə 14.913.83 manat təşkil edir. Bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə (xx.xx.2021-ci il tarixdə) Qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının mübahisələndirdiyi əmək fəaliyyəti dövrü isə xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X12 X4 fəhlə kimi işlədiyi dövrdür. Belə ki, həmin dövr iddiaçının əmək kitabçasında qeyd olunsada, həmin qeyd imza və möhürlə təsdiq olunmadığından onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X12 X2 fəhlə kimi işləməsi faktının təsdiq edilməsi yalnız ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-367/2024 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X14 X11 Təsərrüfatında fəhlə vəzifəsində işləməsi faktı təsdiq edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini ərizəyə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki işdə ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin hər birinin ayrı-ayrılıqda iki fərqli şahidlə təsdiqlənməsi zəruridir. Məhkəmə qətnaməsi ilə təsdiq edilmiş hər bir dövr üçün yalnız bir şahidin şifahi ifadəsi mövcuddur. Burada mübahisələndirilən dövrlərin hər biri 2 və daha çox şahid ifadələrinə əsasən müəyyən olunmalı idi. Göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında təsdiqlətmək istədiyi dövr barədə işləməkdə olduğu eyni iş yeri tərəfindən əvvəl və sonra qeydlər aparılmış olması, lakin sözügedən dövr barədə hər hansı qeyd aparılmaması olduqca şübhə doğurur. Çünki anoloji işlərdə vətəndaşların üzrlü səbəblərdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) əmək kitabçalarının ümumiyyətlə olmaması və ya əmək kitabçalarının olmasına baxmayaraq məhkəmə qaydasında təsdiqlətmək istədiyi dövr barədə ümumiyyətlə heç bir qeyd olmaması kimi hallar mövcud olmuşdur. Ərizəçinin işlədiyini iddia etdiyi dövrün sadəcə müəyyən bir qismi şahid X7 fəaliyyət dövrü ilə üst üstə düşür. Hər ikisi də xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr ərzində birgə işlədiklərini təsdiq edirlər. Ərizəçi ilə birgə işlədiyini qeyd edən şahid X8 şifahi ifadəsinə nəzər yetirdikdə isə görünür ki, onların hər ikisi ərizəçinin təsdiqlətmək istədiyi dövrün müəyyən bir qismində - xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrdə birgə işləmişdirlər. Şahidlərin məhkəməyə təqdim etdiyi əmək kitabçalarının təsdiq edilmiş surətindən görünür ki, onların X14 X11 Təsərüffatında işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən hissədə üst-üstdə düşür. Göründüyü kimi, ərizəçi və şahid X7 X16 İnstitutunda əmək fəaliyyəti dövrləri barədə arxivdə məlumatlar aşkar edilmişdir. Bu səbəbdən ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X12 X2 fəhlə kimi işlədiyi təqdirdə işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, qeyd edilən illər, aylar üzrə əməkhaqqı barədə məlumatların arxivdə aşkar edilməmiş olması da olduqca şübhə doğuran məqamdır. Məhkəmə kollegiyasının təşəbbüsü ilə Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və ərizəyə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Ərizəçi məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs2 isə hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə ərizəçinin və qeyd edilən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-367/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən Ərizəçi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik X15 X22n 16 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən Ərizəçi xx.xx.2002-ci il tarixdə X1 Genetik ehtiyatlar bölməsinə böyük aqrotexnik vəzifəsinə qəbul olunmuş, xx.xx.2004-cü ildə Seleksiya laboratoriyasına böyük aqrotexnik vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1-ci və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.2.8-ci maddələsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarında sərgilənmiş hüquqi mövqeyə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri başqa qaydada ala bilməməsini sübuta yetirə bilməmişdir. Belə ki, ərizəçinin xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X12 X2 fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti sənədlərin əldə olunması üçün həmin müəssisəyə və ya arxiv sənədlərinin qaldırılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməsi, habelə həmin qurumlar tərəfindən tələb olunan sənədlərin təqdim edilməsinin qeyri-mümkünlüyü ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Hər bir halda, ərizəçi həmin dövrdə (11 il) bu müəssisədə fəhlə vəzifəsində işləmişdirsə, bu müddət ərzində əmək haqqı almış, məzuniyyət hüququndan istifadə etmişdir ki, bu hallar da aidiyyəti sənədlərlə öz təsdiqini tapmalıdır. Lakin ərizəçi ərizəsinə bununla bağlı ümumiyyətlə hər hansı sənəd əlavə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçlik X15 X22n 16 saylı, xx.xx.2023-cü il tarixli arayışı isə belə sənədlər kateqoriyasına aid edilə bilməz. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirməyərək ərizəni icraata qəbul etmiş, sonrakı mərhələdə də məsələ üzrə hər hansı araşdırma aparmadan, xüsusilə də Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələblərinə uyğun aidiyyəti prosessual hərəkətləri yerinə yetirmədən, işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ərizəçi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə tam riayət etdikdən sonra, buna zərurət yarandığı təqdirdə yenidən hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciə etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-cu, 263-264-cü, 310-cu, 384-385-ci, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-367/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3888/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3888/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver