Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3889/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzildən əşyaların çıxarılması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93”, bina № 16A-da yerləşən 12 №-li mənzilə köçürülsün, cavabdehin mənzildən istifadə hüququ itirilmiş hesab olunsun, cavabdeh və ona məxsus əşyalar mənzildən çıxarılsın, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Nizami RM-də baxılmalı deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq iddia ərizəsi mənzilin yerləşdiyi yerinə məhkəməsinə - Abşeron RM-nə verilməlidir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iddia ərizəsində iddiaçı daşınmaz əşyanın (mənzilin) başqasının qeyriqanuni sahibliyindən qaytarılmasını tələb edir, bu tələbə müstəsna aidiyyət tətbiq edilir. Bundan başqa, iddia ərizəsində iddiaçı mənzildən başqa şəxsə aid əşyaların çıxarılmasını tələb edir, bu tələblə də müstəsna aidiyyət tətbiq edilir, çünki mülkiyyətçi hesab edir ki, başqa şəxsin əşyalarının mənzildə olması mənzil (daşınmaz əşya) üzərində mülkiyyət hüququnu pozur: mənzildən öz mülahizələrinə əsasən istifadə edə bilmir və s. Mənzil Abşeron rayonunda yerləşdiyinə görə iddia ərizəsinə həmin rayonun məhkəməsi baxmalıdır. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3889/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3889/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver