Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3894/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008-1115/2023 saylı iş üzrə 15 mart 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzil köçürülmə” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 15 mart 2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin qərardaddan İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, iş, 15 mart 2023-cü il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, 15 mart 2023-cü il tarixli qərardaddan verilmiş şikayətə məhkəmə tərəfindən qanunvericiliyin yuxarıda göstərilən müddəasında nəzərdə tutulmuş qaydada münasibət bildirilmədən şikayət birbaşa apellyasiya instansiyasına göndərilmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008-1115/2023 saylı iş üzrə 15 mart 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş həmin qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3894/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3894/2023
23.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver