Məhkəmə qərarları › İş №2(103)-3896/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3896/2022

06.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3896/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-219/2022 saylı işi üzrə 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 6822.31 manat sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməli olan 1822,31 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1852,31 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki:-nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən HYUNDAİ SANTAFE markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına, Hyundai Accent minik markalı **-PV-*** dövblət qeydiyyat nişanlı avtomobil X3 adına qeydə alınmışdır; -İnzibati tənbeh vermə haqqında 02.11.2020-ci il tarixli qərarın surətinə əsasən Cavabdeh 01 noyabr 2020ci il tarixdə saat 13:45-də X9 minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda cərimə edilmişdir; -Yol nəqliyyat hadisəsi zamanı zərər görmüş "Hyundai Accent” minik markalı **-PV-*** dövblət qeydiyyat nişanlı avtomobil "xxxx" ASCdə, Cavabdeh idarə etdiyi «HYUNDAİ SANTAFE» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə "Xalq Sığorta” ASC-də sığortalanmışdır. "Auto Azərbaycan” servis mərkəzinin təmir aktına əsasən "Hyundai Accent” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6822.31 manat müəyyən edilmiş, həmin məbləğin 5000 manat hissəsi 14.09.2021-ci il tarixdə zərərvuranın sığortaçısı tərəfindən iddiaçıya ödənilmişdir; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli 9/8822 saylı rəyi ilə "Auto Azərbaycan” şirkətinin 04.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018ci il buraxılışlı "Hyundai Accent” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5367 manat müəyyən edilmişdir (iş səh.14-23,63-66). 05.04.2021-ci il tarixli MCL-177/20 saylı sığorta ödəniş aktına və 21.06.2021-ci il tarixli 21062021-9300-198 saylı ödəniş tapşırığına əsasən 18% ƏDV ödənişi daxil cəmi 6822.31 manat sığorta ödənişinin, 18% ƏDV ödənişinə görə isə hissəsi 1040,69manat qeyd edilmiş(iş səh.13,39), birinci instansiya məhkəməsi bu sübutu qiymətləndirməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-219/2022 saylı işi üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi,Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 367 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumuna görə 6 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 20 manat cavabdeh X2, 80 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1, 1114.1, 1108.2-ci maddələrinə; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25, 63.1, 63.2; “Siğorta haqqında” Azərbaycan Respublikası Qanununun 37; «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7, 8; Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, zərərvuranın sığortaçısı tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, 367 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Ödənilmiş dövlət rüsumunun 6 manat məbləği cavabdehdən alınıb, iddiaçıya verilməli, ekspertiza tədqiatının dəyərinin 20 manatı cavabdehdən, 80 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 219/2022 saylı işi üzrə 10 mart 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində MM-nin 925.1, 925.2, 936.2, 1097.1; “Siğorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2, 56.1.2; MPM-nin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, zədələnmiş "Hyundai Accent" markalı, 90PV61dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "Auto Azərbaycan" şirkətinin 04 yanvar 2021-ci il tarixli qüsur aktına əsasən dəyişilməli hissələrin dəyəri 5998,50 manat, endirim 21%, təmir işlərinin dəyəri 1042,80 manat, təmir müəssisəsinə 18% ƏDV ödənişinə görə isə 1040,69 manat olmaqla, cəmi 6822,31 manat məbləğində müəyyən edilmişdir, müqavilə üzrə Cəmiyyətimizlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən 6822.31 manat zərər məbləği təsdiqlənmişdir. 05.04.2021-ci il tarixli MCL-177/20 saylı sığorta ödəniş aktına və 21.06.2021-ci il tarixli 21062021-9300-198 saylı ödəniş tapşırığına əsasən 18% ƏDV ödənişi daxil cəmi 6822.31 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə avtomobili təmir etmiş təmir müəssisəsinin bank hesabına köçürülmüşdür, zərərvuranın sığortaçısı "xxxx" ASC-yə 6822.31 manat sığorta ödənişinin 5000 manat hissəsinin geri qaytarılması üçün məktub göndərilmiş və "xxxx" ASC tərəfindən 5000 manat ödəniş 14.09.2021-ci il tarixdə cəmiyyətimizə ödənilmişdir.İşin hazırki mərhələsində Cavabdehödənilmiş sığorta ödənişinin geri qaytarılmamış 1822.31 hissəsini geri qaytarmalıdır. Ekspert rəy verərəkən yalnız zərər məbləğini nəzərə almış, təmir müəssisəsinə ödənilmiş 18% ƏDV ödənişinə rəydə istinad etməmişdir. Bu hal məhkəmənin özü tərəfindən müəyyən edilməli və qətnamə əsaslandırılarkən bu hala istinad edilməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd etdiyimiz maddi hüquq normalarının tələblərini pozaraq zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olmasını və sığortaçı olaraq cəmiyyətimizin təmir müəssisəsinə 18% ƏDV daxil 6822.31 manat sığorta ödənişi ödəməsini, bununla da zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququn Azərbaycan Respublikası Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən cəmiyyətimizə subroqasiya qaydasında verdiyi sığorta ödənişi məbləğində, yəni 6822.31 manat həddində keçdiyini nəzərə almamış və ƏDV ödənişi ilə bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir. Halbuki ekspert rəyinə yalnız istinad edilməklə kifayətlənmək olmaz. Qanunvericiliyin tələbinə görə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndiriməlidir. Məhkəmə qətnamə çıxararkən "xxxx" ASC tərəfindən servis müəssisəsinə ödənilmiş ƏDVni nəzərə almamış, yalnız ekspert rəyindəki zərər məbləği ilə kifayətlənmişdir. Halbuki, ekspert rəyində ekspertin müəyyən etdiyi köhnəlmə əmsalı tətbiq edilmədən və ƏDV nəzərə alınmadan zərər məbləği "Auto Azərbaycan" servis şirkəti tərəfindən təqdim edilmiş və "xxxx" MMC tərəfindən təsdiq edilmiş qüsur aktı ilə müəyyən edilən zərər məbləği ilə eynidir. Ekspert rəyi ilə həmin qüsur aktları qarşılıqlı müqayisə edilməmişdir. Beləliklə sadalanan maddi hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına uyğun qətnamə qəbul edilməmiş, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalət bərqərar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 cavabdehə 800 manat məbləğində ödəniş edəcəyi təqdirdə borc məbləğinin təmamilə silinəcəyi barədə təklif verdiklərini, lakin cavabdehin razılıq bildirmədiyini və barışığın əldə olunmadığını qeyd etmiş, apellyasiya şikayətini müdafiə edərək, köhnələmə əmsalı ilə razılaşdıqlarını, lakin ekspert rəyində yalnız zərər məbləğinin nəzərə alındığını, 1040,69 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nəzərə alınmadığını, bu halın birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək qətnamədə qeyd edilməli olduğunu, 5000 manatın siğorta şirkəti tərəfindən qaytarıldığını və yerdə qalan məbləği cavabdehdən tələb etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh hal-hazırda işsiz olduğundan 800 manat məbləği ödəmək imkanının olmadığını, usta olduğu üçün 400-500 manat məbləği ödəməyə imkanının olduğunu, 800 manatı hissə-hissə ödməklə razılaşmadığını, ona heç bir xəbərdarlıq olmadığını, vaxtında bilsə idi bu məsələni siğorta şirkəti ilə özünün həll edə biləcəyini, o halda bu qədər pulun çıxmayacağını, qarşı tərəfin təmiri öz servisində elətdirdiyini qeyd etmiş, iddiaçı tərəfin bildiriş göndərildiyini desə də, ünvanın sahə ilə tanındığını, məhkəmə bildirişlərinin belə ünvanına çatmadığını, xəbərdarlıq bildirişinə yoldaşının qol çəkmədiyini, iddiaçı tərəfin özlərinin həmin bildirişə qol çəkdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108,1114- 1115; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə iddia tələbi və apellyasiya baxışının hədlərinə müvafiq birinci instansiya məhkəməsinin mövqeyinin (qanuntətbiqetmənin) ümumilikdə əsaslı olsa da, işin sübuta yetirilən hallarında yanlış nəticəyə gəlmiş və ödənilmiş ƏDV məbləğini nəzərə almamışdır. Ona görə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iddia qismən edilməli, cavabdehdən 18% ƏDV ödənişinə görə 1040,69 manat məbləğ nəzərə alınmaqla, cəmi 1407, 69 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və ekspertiza xərci üzrə 100 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi təmin edilməlidir. İddiaçının nümayəndəsi iddianı (apellyasiya şikayəti) qalan hissədə müdafiə etmədiyindən təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi (məhkəmələrə müraciət edilməsi) üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir. Mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-219/2022 saylı işi üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası qismən təmin edilsin. 1407,69 (min dörd yüz yeddi manat altmış doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar