Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-39/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2019 saylı, 13 may 2019-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 98222 ABŞ dolları əsas, 49948 ABŞ dolları faiz olmaqla cəmi 148170 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması, tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış ipoteka müqavilələrinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evə yönəldilməsi, həmin mənzilin və fərdi yaşayış evinin açıq hərracda satlılması, satışlarından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, X4 və Cavabdeh3 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 iddiaçının xeyrinə 98222,21 ABŞ dolları əsas, müqavilənin müddəti üzrə xx.xx.2018-ci il tarixinə 75867,51 ABŞ dolları faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmış 3000,8 ABŞ dolları faiz borcunun, 14801,62 ABŞ dolları cərimə borcunun, cəmi 191892,14 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq 62 manat məbləğində vəsaitin tutulması, tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış ipoteka müqavilələrinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilinə və Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evə yönəldilməsi, həmin mənzilin və fərdi yaşayış evinin açıq hərracda satlılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, X4 və Cavabdeh3 mənzildən çıxarılmaları və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı ev hərracdan satıldıqdan sonra həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2019 saylı, 13 may 2019-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş,
4. Cavabdeh1 98152,78 (doxsan səkkiz min yüz əlli iki dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas, 75867,51 (yetmiş beş min səkkiz yüz altmış yeddi dollar, əlli bir sent) ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3000,8 (üç min dollar, səksən sent) ABŞ dolları faiz, 100 (yüz dollar) ABŞ dolları cərimə, cəmi 177021,09 (yüz yetmiş yeddi min iyirmi bir dollar, doqquz sent) ABŞ dolları məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 (altmış iki) manat məbləğində pul vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi,
5. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evəyönəldilsin, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracda satılaraq və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi
6. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı ev satıldıqdan sonra həmin evin boşaldılması qət edilmişdir.
7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəinin dəlilləri:
8. Cavabdeh apellyasiya şikayətinin yeganə dəlili kimi onu qeyd etmişdir ki, rayon məhkəməsi prosessual hüquq normalarını pozmuş, ona məhkəmə iclasının keçirilməsi barədə heç bir məlumat verilməmiş və o da prosesdən xəbərsiz olmuş, məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş, beləliklə də, onun hüquqları pozulmuşdur. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Rəsulov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, apellyasiya şikayəti süni şəkildə qətnamənin icrası müddətini uzatmaq məqsədi daşıyır. Bundan öncə başqa mülki işdə cavabdeh tərəfindən “müqavilənin etibarsızlığı” iddia tələbi verilsə də, həmin iddia tələbi təmin edilməmişdir.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. İddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh X5 (borc alan) arasında bağlanmış xx.xx.2015-ci tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən, borc verən (iddiaçı) borc alana istehlak məqsədləri üçün illik 25 faizlə 36 ay müddətinə 100000 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və müəyyən olunmuş qaydada və müddətdə krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür.
13. 15.03.2019-cu il tarixli, 6849 saylı ekspert rəyinə əsasən, müvafiq kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-yə iddia ərizəsi verilən tarixə 98152,78 ABŞ dolları əsas, 51462,05 ABŞ dolları faiz, rəy verilən tarixə 98152,78 ABŞ dolları əsas, 83566,18 ABŞ dolları faiz borcu vardır.
14. 01.05.2019-cu il tarixli, **********383 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə banka müqavilə üzrə 98222,21 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 75867,51 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3000,8 ABŞ dolları faiz, 14801,62 ABŞ dolları cərimə, cəmi 191892,14 ABŞ dolları məbləğində borcu vardır.
15. “Əmlak bazarı iştirakçıları” İctimai birliyinin 12 iyun 2018-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı evin 140 saylı mənzilin bazar qiyməti 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən 64 saylı fərdi yaşayış evinin bazar qiyməti isə 60000 manat müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH ******* saylı çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı evin 140 saylı mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı çıxarışın surətinə əsasən, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı evin 140 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı çıxarışın surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən 64 saylı fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı çıxarışın surətinə əsasən, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən 64 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
20. 12.09.2015-ci il tarixli ərizələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Məməd qızı Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı evin 140 saylı mənzilin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə, borcun ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razıdırlar və bu halda mənzili könüllü boşaltmağı öhdələrinə götürmüşlər.
21. 11.09.2015-ci il tarixli, 54 saylı Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən tərtib olunmuş arayışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı evin 140 saylı mənzilində Cavabdeh1, Cavabdeh5 Məməd qızı, Cavabdeh3 və Cavabdeh4 daimi qeydiyyatdadırlar.
22. 14.09.2015-ci il tarixli, 151 saylı arayışın surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən 64 saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir və bu mənzildə daimi qeydiyyatda heç kim yoxdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evin hazırkı dövrə likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1174 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilin likvid dəyəri 117511,0 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evin likvid dəyəri isə 69231,0 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən, tam yoxlayır.
28. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən-tutmanın ipotekaya yönəldilməsi və ipoteka predmetini atılmasına dair hissədə ləğv edilməlidir.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
30. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
31. Bununla əlaqədar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
32. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır.
33. Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ipoteka predmetlərinin likvid qiyməti göstərilməmişdir, beləliklə məhkəmə tərəfindən maddi hüquq norması pozulmuşdur.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
35. “Məhkəmə Ekspertiza Mərkəzinin 10/1174 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilin likvid dəyəri 117511,0 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evin likvid dəyəri isə 69231,0 manat müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetlərinin qiyməti ekspert rəyinin nətiəsinə uyğun müəyyən edilməlidir.
37. Kollegiya cavabdehin apellyasiya şikayətinin işə ona məlumat verilmədən baxılması barədə dəlilinə münasibətdə isə bildirir ki, onun bu dəlili əsassızdır.
38. Belə ki, iş materiallarında olan reyestrdən (iş vərəqi 50) görünür ki, ona məhkəmə iclası barədə məlumat göndərilmişdir. Nəticə:
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, rayon məhkəməsinin qətnaməsi tutmanın ipotekaya yönəldilməsi hissəsində ləğv edilməli, borc məbləği ipoteka predmetlərinə olan əmlaklara yönəldilməli, cavabdeh X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilin likvid dəyəri 117511,0 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evin likvid dəyəri isə 69231,0 manat müəyyən
40. edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutulmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2019 saylı, 13 may 2019-ci il tarixli qətnaməsi qismən - tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. İddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evə yönəldilsin, həmin mənzil və fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin. Cavabdeh X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilin likvid dəyəri 117511,0 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evin likvid dəyəri isə 69231,0 manat müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılsın və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı ev satıldıqdan sonra həmin ev boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev