Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-390/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı (X28 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, İddiaçı KAT 2020” MTK-nın nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh nümayəndəsi Nümayəndə3, habelə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (X28 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6366/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məlumatına görə, 28 dekabr 1998-ci il tarixdə "xxxx" X16 dövlət qeydiyyatına alınmış, onun təsisçisi X36 olmuşdur. Lakin, Müəssisənin qanuni təmsilçisinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda məlumat yoxdur.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə "xxxx" MMM ünvan 1 ünvanda 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının inşasına icazə verilmişdir. "xxxx" MMM sifarişinə əsasən ünvan 1 ünvanda, 2 girişli, 14 (+mansard) mərtəbəli, sahəsi 13.258,0 kv.metr olan 104 mənzildən (yaşayış üçün istifadə olunan mansardla birlikdə), sahəsi 3.726,0 kv.metr olan qeyriyaşayış sahələrindən (zirzəmi, 1-ci və 2-ci mərtəbə da daxil olmaqla) ibarət, ümumi sahəsi 18.156,9 kv.metr olan yaşayış binası inşa edilmişdir.
3. 29 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 noyabr 2019-cu il tarixli, 0251 saylı müsbət rəyi nəzərə alınaraq 29 noyabr 2019-cu il tarixdən sözügedən yaşayış binasının istismarına icazə verilmişdir.
4. "xxxx" MMC qanuni təmsilçisi 29 aprel 2020-ci ildən 26 noyabr 2012-ci il tarixədək X8, 26 noyabr 2012-ci ildən 01 avqust 2017-ci il tarixədək X18 olmuşdur.
5. 10 avqust 2020-ci il tarixdə "xxxx" MMC təşkilati-hüquqi formasına görə İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilmiş, Nizamnaməsi dövlət qeydiyyatına alınmış və 16 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MTK təsisçisi X28, qanuni təmsilçisi isə X12 olmuşdur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2006-cı il tarixli, 2-569/2006 saylı qərardadı ilə 08 noyabr 2006-cı il tarixdən İddiaçı MTK həmtəsisçiləri X28 və X19 olmuşdur.
7. 07 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 17 iyun 2020-ci il tarixdən İddiaçı MTK təsisçiləri X4, X25, X29, X47 və X12 olmuşdur.
8. 08 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 16 dekabr 2022-ci il tarixdən hazırki vaxtadək İddiaçı MTK təsisçiləri X4, X25, X29, X47 və Qanuni nümayəndədur.
9. 16 dekabr 2022-ci il tarixdən hazırki vaxtadək İddiaçı MTK qanuni təmsilçisi Qanuni nümayəndədur.
10. 31 oktyabr 2014-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X28, ünvan 6, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzilini 137.196 manata Cavabdeh satmışdır. Müqavilə "xxxx" MMM təsisçisi X28 və Cavabdeh tərəfindən imzalanmış və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilmişdir. 31 oktyabr 2014-cü il tarixdə "xxxx" MMM Baş direktoru X28 tərəfindən mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair Cavabdeh adına maliyyə arayışı verilmişdir.
11. 18 noyabr 2015-ci il tarixli, nömrəsiz alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X28, ünvan 6, 1 saylı, 2 girişli yaşayış binasının 2-ci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən 500 kv.metr qeyri-yaşayış sahəsini 1.250.000 manata Cavabdeh satmışdır. Müqavilə, "xxxx" MMM təsisçisi X28 və Cavabdeh tərəfindən imzalanmış və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilmişdir. 18 noyabr 2015-ci il tarixdə "xxxx" MMM təsisçisi X28 tərəfindən qeyri-yaşayış sahəsinin pay haqqını tam məbləğdə ödəməsinə dair Cavabdeh adına maliyyə arayışı verilmişdir.
12. 22 iyun 2016-cı il tarixli, nömrəsiz alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMM təsisçisi X28 ünvan 6, 1 saylı, 2 girişli yaşayış binasının 1-ci giriş, 1-ci və 2-ci mərtəbədə yerləşən 1000 kv.metr qeyri-yaşayış sahəsini 2.500.000 manata X1. Müqavilə, "xxxx" MMM təsisçisi X28 və X20 tərəfindən imzalanmış və "xxxx" MMM dairəvi möhürü ilə təsdiq edilmişdir. 22 iyun 2016-cı il tarixdə "xxxx" MMM təsisçisi X28 tərəfindən qeyri-yaşayış sahəsinin pay haqqını tam məbləğdə ödəməsinə dair X6 adına maliyyə arayışı verilmişdir.
13. X20 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilməklə "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən X20 xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən onun adına olan ünvan 2 ünvanında yerləşən 1 saylı, 2 girişli binanın 1-ci və 2-ci mərtəbəsində 730,10 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən, pay haqqından imtina etdiyini və adına olan müqavilənin, pay haqqının istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir maddi iradının və maddi tələbinin olmayacağını bildirmişdir.
14. Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq edilməklə "xxxx" MMCyə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X6 adına olan ünvan 2 ünvanında yerləşən 1 saylı, 2 girişli binanın 1ci və 2-ci mərtəbəsində 730,10 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən, pay haqqından imtina etməsinə və onun adına olan müqavilənin və pay haqqının istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir maddi iradının və maddi tələbinin olmayacağını bildirmişdir.
15. 01 iyul 2020-ci il tarixdə X20 Bakı şəhərində ölmüşdür, onun ölümündən sonra vərəsələrinin ərizəsinə əsasən 03 fevral 2021-ci il tarixdə notariat orqanında vərəsəlik işi açılmış və onun vərəsələri - arvadı Cavabdeh, övladları Nümayəndə3, X21, X22 və X30 hesab edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1888 saylı ekspert rəyinə əsasən "xxxx" MMM ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin 2-ci vərəqində “satıcı” qrafasında aşağı hissəsində “İmza Qanuni nümayəndəB.” qrafasındakı imza, 49-cu vərəqində 18 noyabr 2015-ci il tarixli maliyyə arayışında "xxxx" MMM-in təsisçisi” qrafasında imza, 50-51-ci vərəqələrində "xxxx" MMM ilə X20 arasında bağlanmış 22 iyun 2016-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin 2-ci vərəqində “satıcı” qrafasında aşağı hissəsində “İmza Qanuni nümayəndəB.” qrafasındakı imza, 52-ci vərəqində 22 iyun 2016-cı il tarixli maliyyə arayışında "xxxx" MMM-in təsisçisi” qrafasında imza X28 tərəfindən icra olunmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyinə əsasən "xxxx" MMM tərəfindən ünvan 3 ünvanında inşa edilən 1 saylı, 2 girişli yaşayış binasının 1-ci girişinin 2 mərtəbəli olması, birinci mərtəbəsinin sahəsinin 320,7 kv.m., ikinci mərtəbəsinin sahəsinin 577 kv.m olmaqla ümumi sahələrinin içdən - içə 897.7 kv.m., çöldən-çölə 1043,7 kv.m. olması, "xxxx" MMM tərəfindən ünvan 4 ünvanında inşa edilən 1 saylı, 2 girişli yaşayış binasının 2-ci girişinin ümumi sahəsinin içdən-içə 248.9 kv.m., çöldən-çölə 392,4 kv.m. olması, KAT LTD” MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsində göstərilən 500 kv.metr qeyri-yaşayış sahəsinin mövcud olmadığı, təqdim edilmiş layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 2-ci girişdə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 392,4 kv.m. təşkil etməsi, "xxxx" MMM ilə X20 adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi”ndə göstərilən 1.000 kv.m. qeyriyaşayış sahəsinin mövcud olmadığı, layihə sənədlərində göstərilən ölçülərə əsasən aparılmış hesablamalar nəticəsində 1-ci girişin 1-ci, 2-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin ümumi sahəsinin 1.043,7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki birinci icraat
18. İddiaçı MTK Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı müqavilələrin, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli, sahəsi 59,7 kv.m, 295 nömrəli, sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli, sahəsi 114,33 kv.m zəbt olunmuş mənzillərin cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən mənzillərin qanunsuz zəbt olunması halının araşdırılması zamanı tərəflər arasında sahəsi 500 kv.metr olan qeyriyaşayış sahəsinə, habelə MTK ilə mərhum Aydın Mürvələdov arasında sahəsi 1.000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair nömrəsiz, heç bir hüquqi əsası olmayan müqavilələrin mövcud olduğu məlum olmuşdur. Aparılmış daxili araşdırma nəticəsində qeyd olunan müqavilələrin iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmadığı və binanın texniki plan sxeminə uyğun gəlməyən şəkildə tərtib olunduğu məlum olmuşdur. Sözügedən əmlaklardan yalnız sahəsi 730.1 kv.metr olan qeyri-yaşayış sahəsi Aydın Mürvələdova görülmüş podrat işlərinin əvəzinə verilmiş və qeyd olunan qeyri-yaşayış sahəsindən Aydın Mürvələdov xx.xx.2020-ci il tarixdə notarial qaydada yazılı ərizə verməklə MTK-nın xeyrinə imtina edilmişdir. Digər sahəsi 1.270 kv.metr olan qeyri-yaşayış sahəsinə dair nə Aydın Mürvələdovun, nə də cavabdehin mülkiyyətlərini müəyyən edən hüquqmüəyyənedici sənədləri və ya hüquqları olmamışdır. Eyni hallar sözügedən mənzillərə də aiddir və həmin mənzillərə dair müqavilələrin hansı şəkildə bağlandığı və mənşəyi MTK-ya məlum deyil. Bu səbəbdən də qeyd olunan müqavilələr MTK-nın qanuni təmsilçisi tərəfindən rəsmiləşdirilmədiyindən etibarsız hesab edilməlidir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6366/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli, 59,7 kv.m sahəsi, 295 nömrəli, sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli, sahəsi 114,33 kv.m mənzillərin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir. (hakim X23).
21. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya məxsus mübahisəli əmlaklar cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh tərəfindən iddiaçının məlumatı və icazəsi olmadan mansard mərtəbəsində layihədən kənar tikintiquraşdırma işləri aparılıb. 294 və 295 saylı mənzillər birləşdrilərək zəbt edilmiş, habelə cavabdeh binanın pilləkən meydançasına müdaxilə edərək orada qeyri-qanuni quraşdırma aparmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin qeyd olunan mənzillərə və qeyri-yaşayış sahələrinə dair mülkiyyət, sahiblik və istifadə hüququna, həmçinin həmin mənzillərə dair Elçin Ələkbərovun mülkiyyət hüququna və onun tərəfindən müqavilə bağlanmasının mümkünlüyünə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, Elçin Ələkbərov mübahisəli mənzillər və qeyri-yaşayış sahələri üzrə subyektiv hüquqa malik olmadığından, onun həmin əmlaklara dair bağlamış olduğu müqavilələr də etibarlı sayıla bilməz. Ona görə də iddiaçı, hazırki müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzillərin (qeyri-yaşayış sahələrinin) cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
22. Məhkəmə eyni zamanda cavabdehin iddiaçının “iddia müddətini ötürməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya məxsus əmlakların alqı-satqısına dair bağlanmış müqavilələr üzrə iddiaçı tərəf olmamışdır. Belə olan halda, mübahisəli əmlaklara münasibətdə tərəflər arasında hər hansı bir mülki hüquqi münasibətlər yaranmadığından, cavabeh də mülki hüquq münasibətinin subyekti olmamışdır. Buna görə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi məhkəmə tərəfindən nəzərə alına bilməz.
23. .Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14-cü, 18-ci, 49.2-ci, 52.2-ci, 152.1ci, 157.2-ci, 337.1-ci, 337.4-cü, 560-cı, 360.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 106.1-ci, 124.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdehı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən müqavilələr iddiaçının rəsmi nümayəndəsi tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi müqavilənin bir tərəfinin məhz hüquqi şəxs olmaqla, onlar tərəfindən bağlanan müqavilələrin xarakterik xüsusiyyətinin olmasına hüquqi qiymət verməmişdir. Hüquqi şəxs tərəfindən bağlanmış müqavilənin etibarlılığı həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi ilə bağlıdır. Məhkəmə müqavilənin məhz möhürlə təsdiqlənməsinə heç bir münasibət bildirməmişdir. Hüquqi şəxs tərəfindən müqavilənin bağlanması və müqavilənin rəsmi hüquqi qüvvə alması üçün imzalanması və möhür vurulması zəruridir. Digər tərəfdən, məhkəmə onun vicdanlı alıcı olmasına da heç bir münasibət bildirməmişdir. Mənzillərin iddiaçının mülkiyyətində olmadığı təqdirdə onun satılması da mümkün deyil. O, qanunla müəyyən edilmiş qaydada mübahisələndirilən mənzilləri almış, mülki iş materiallarında olan maliyyə arayışlarından görünür ki, mənzillərin pay haqqı tam məbləğdə ödənilmişdir. Mənzil Tikinti Kooperativlərinə münasibətdə pay haqqı tam ödənildikdə mənzilə sahiblik və istifadə hüququ yaranır. Habelə, mülki iş materiallarında olan maliyyə arayışlarından məlum olur ki, həmin maliyyə arayışları iddiaçının möhürü ilə təsdiqlənmiş və imzalanmışdır. Mənzillər iddiaçının nümayəndəsi tərəfindən ona təhvil verilmiş, yəni mənzillərin açarları rəsmi qaydada ona təqdim edilmişdir. O, mənzilləri qəbul edərək, mənzilləri ölçərək müqavilədə nəzərdə tutulan ölçüdə olmasını yoxlamışdır. İddiaçının guya mənzilləri ona təqdim etməməsi və müqavilənin bağlanmasından xəbəri olmaması işin həqiqi hallarına qətiyyən uyğun deyil. Xüsusən qeyd edilməlidir ki, məhz iddiaçının iştirakı ilə mənzillərə sayğac qoyulmuş, uzun müddət onların gözü qarşısında onun tərəfindən mənzillərdə təmir işləri aparılmışdır. Onun mübahisələndirilən mənzilləri təmir etməyi vicdanlı alıcı olduğunu təsdiqləyən hallardan biridir, mübahisələndirilən sahələrin təmirinə külli miqdarda pul xərcləmişdir. Alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı iddiaçı müddəti də ötürmüşdür. Sözügedən əmlaklara sayğacların quraşdırılması barədə iddiaçı məlumatlı olmuşdur. Çünki həmin sayğaclar müvafiq akt əsasında quraşdırılmış və mənzillərin kimə mənsub olduğu həmin aktda qeyd olunmuşdur.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. İşə baxan məhkəmə kollegiyası mübahisəli əmlaklarla bağlı yerində müayinə keçirmiş və bu zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi üç girişli olmaqla binanın yola tərəf baxan ön hissəsində yerləşir. İlkin layihə üzrə hər üç girişdən vahid qeyri-yaşayış sahəsinə daxil olmaqla hər hansı bölgü aparılmamış, qeyri-yaşayış sahəsi binanın 1-ci və 2-ci mərtəbəsini əhatə edir. İkinci mərtəbəyə pilləkən 1-ci və 3-cü girişlərdəndir. Sonradan 3-cü giriş tərəfdən 730 kv.metr sahə (1-ci və 2-ci mərtəbə) satılmaqla həmin hissə daş hasar çəkilərək qalan sahədən ayrılmışdır. Hazırda 1-ci və 2-ci girişdən daxil olduqda hər hansı bölgü olmadan vahid sahə kimi 1-ci və 2-ci mərtəbəni əhatə edən 1.500 kv.metr boş vəziyyətdə qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir. Beləliklə, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilir ki, binanın ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsi olmuş, 730 kv.metr satılmış, 1.500 kv.metr isə boş vəziyyətdə qalmışdır.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-1443/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29011)-6366/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli).
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilələr iddiaçının adından təsisçi qismində Elçin Ələkbərov tərəfindən imzalanmış və iddiaçı təşkilatın möhüri ilə təsdiq edilmişdir. Ədliyyə Nazirliyindən verilmiş rəsmi arayışa görə, 2014-2017-ci illərdə bağlanmış bütün müqavilələr məhz təsisçi Elçin Ələkbərov tərəfindən imzalanmışdır. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2.230 kv.metr olmuş, həmin qeyri-yaşayış sahəsinin 730 kv.metr hissəsi 2017-ci ildə satılmış, qalan 1.500 kv.metr hissəsi isə 1.000 kv.metr və 500 kv.metr olmaqla iki müqavilə əsasında Mürvələdovların sərəncamında olmuşdur. Həmin ərazi vahid sahə olduğu üçün və yaşayış binasında başqa qeyri-yaşayış sahəsi olmadığı üçün bununla bağlı əlavə çertyoj çəkilməsinə ehtiyac olmamışdır. İki giriş qapısının açarları cavabdehdə, "xxxx" MMMC sədrində, həmçinin mühafizəçidə olmuşdur. Qeyri-yaşayış sahəsinə sahibliyi cavabdeh tərəf etmiş və hazırda da onlar sahiblik və istifadə edirlər. Bu səbəbdən də iddia əsassızdır.
29. Məhkəmə kollegiyası işin hallarına nəzərə alıb qeyd etmişdir ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə də ehtiyac qalmır. Digər tərəfdən, hazırki tələbə ümumiyyətlə iddia müddəti tətbiq oluna bilməz. Belə ki, iddiaçının hazırki tələbinin qanuni əsasını əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi təşkil edir və tələb əvəz edilməz əşya ilə bağlıdır. Bu tələblərə isə iddia müddəti tətbiq olunmur.
30. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1.6cı, 152.1-ci, 337.1-ci, 337.4-cü maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 384.0.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
31. İddiaçı MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2528/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın - "xxxx" X16 ilə Cavabdeh arasında ünvan 6, 1 saylı binanın 2-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz müqavilənin, habelə "xxxx" X16 ilə X20 arasında ünvan 6, 1 saylı binanın 1-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 1.000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli, nömrəsiz müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və mərizəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev).
34. Kassasiya instansiyası hazırda mübahisələndirilən 145, 294 və 295 saylı mənzillərə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, kollegiya həmin hissələrdə əlavə araşdırma aparmağa lüzüm görmür. Ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən 145, 294 və 295 saylı mənzillərə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı mübahisələndirilən 500 və 1000 kv.metr qeyri yaşayış sahələrinə aid hissədə rədd edərkən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından lazımi şəkildə araşdırmamışdır. Belə ki, işdən görünür ki, həm 500 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdehlə bağlanmış 18 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsini, həm də 1000 kv.metr qeyri-yaşayış sahələrinə dair mərhum Aydın Mürvələdovla bağlanmış 22 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsini satıcı qismində "xxxx" MMM-in (hazırda İddiaçı MTK çevrilib) qanuni təmsilçisi deyil, təsisçisi Elçin Ələkbərov imzalamışdır. Halbuki, 10 avqust 2020-ci il tarixdən təşkilati-hüquqi formasına görə kooperativə çevrilmiş İddiaçı MTK işə əlavə edilmiş Nizamnaməsinin 7.5-ci bəndində göstərilir ki, təsisçinin deyil, məhz qanuni təmsilçi kimi Kooperativin Sədrinin kooperativin adından müqavilələr bağlamaq; rəsmi sənədləri imzalamaq; Nizamnaməyə uyğun olaraq kooperativin əmlakı üzərində sərəncam vermək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, mübahisəli qeyri-yaşayış sahələrinə dair həm cavabdehlə, həm də onun mərhum əri Aydın Mürvələdovla müqavilələr bağlanılarkən "xxxx" MMM həmin vaxt qüvvədə olmuş Nizamnaməsinin surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, həmin Nizamnaməyə baxış keçirib "xxxx" MMM təsisçisinin həmin vaxt Müəssisənin adından alqı-satqı müqaviləsini imzalamaq, Müəssisənin əmlakı üzərində sərəncam vermək hüququnun olub-olmadığını araşdırmadan, mübahisəli qeyri-yaşayış sahələrinə münasibətdə iddiaçının qanuni təmsilçisinin alqı-satqı müqavilələrini sonradan bəyənməsinin nədə və hansı hərəkətlərində ifadə olunduğunu qətnamədə göstərmədən başqa sözlə gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla (məsələn: iddiaçının qeyriyaşayış sahələrini cavabdehə və onun mərhum əri Aydın Mürvələdova təhvil verməsinə dair akta; cavabdehin qeyri-yaşayış sahələrinə görə kommunal xərcləri ödəməsinə dair qəbzlərə, cavabdehin qeyri-yaşayış sahələrində təmir işləri aparmasına dair digər sübutlara və sair) əsaslandırmadan, yalnız bir şahid ifadəsinə və mübahisəli qeyri-yaşayış sahələrinə daxil olmaq üçün 1-ci və 2-ci giriş qapılarının açarlarının cavabdehin oğlu Nümayəndə3 olmasına əsaslanaraq, iddianı mübahisəli qeyri-yaşayış sahələrinə aid hissədə rədd etməsi qanuni və əsaslı sayıla bilməz. Çünki qeyd olunan hallar mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçının qanuni təmsilçisi tərəfindən cavabdehə təhvil verildiyi və iddiaçının qanuni təmsilçisinin sözügedən alqı-satqı müqavilələrini sonradan bəyənməsi anlamına gəlməyə açıq-aşkar əsas vermir.
36. Hazırki halda "xxxx" MMM adından təsisçi kimi Elçin Ələkbərovun mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlə və onun mərhum əri Aydın Mürvələdovla bağladığı sözügedən müqavilələr, səlahiyyətli şəxsin, yəni Müəssisənin qanuni təmsilçisinin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün etibarlı sayıla bilməz. Çünki qanunun mənasına görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əqd bağlaması o, halda etibarlı sayıla bilər ki, həmin əqdin bağlanması bilvasitə səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verdiyi razılığı) ilə həyata keçirilmiş olsun və ya səlahiyyətli şəxs sonradan həmin əqdi bəyənsin.
37. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən alqı-satqı müqavilələrinin bağlanmasına zahirən razılığı olmayan iddiaçının qanuni təmsilçisinin həmin müqavilələr barədə xəbərdar olub-olmadığı, həmin müqavilələri bəyəndiyini göstərən hərəkət və rəftarlara yol verib-vermədiyi və sair işin halları tam, hərətəfli və obyektiv araşdırılmadan, iddianın rədd edilməsi və ya iddiaçının qanuni təmsilçisinin alqı-satqı müqavilələrinin bağlanmasına razılığının olması qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
38. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb belə qənatə gəlmişdir ki, sözügedən alqı-satqı müqavilələrinin iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmaması (ona razılıq verməməsi) nəticəsində sonradan bəyənilməsi barədə hazırki iddiaya yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün, işin bütün müvafiq halları araşdırılmalı və yalnız bundan sonra iddianın mübahisəli qeyri-yaşayış sahələrinə aid hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
39. Digər tərəfdən, mübahisəli qeyri-yaşayış sahələrinə dair 18 noyabr 2015-ci il tarixli və 22 iyun 2016-cı il tarixli müqavilələr bağlanarkən "xxxx" MMM qanuni təmsilçisi Səbinə Ələkbərova olmuşdur. İddiaçı ilk gündən sözügedən müqavilələrin etibarlılığını, həmin müqavilələrin ümumiyyətlə "xxxx" MMM-nin təsisçisi Elçin Ələkbərov tərəfindən imzalanmadığını, müqavilələrdəki möhürün Müəssisəyə məxsus olmadığını mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallar üzrə heç bir araşdırma aparmadan, "xxxx" MMM qanuni təmsilçisi olmuş Səbinə Ələkbərovanın, təsisçisi olmuş Elçin Ələkbərovun hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, müqavilələrdəki imzaların, möhürün həqiqiliyini yoxlamadan, mübahisəli qeyri-yaşayış sahələrinin nə vaxt, hansı sübutla cavabdehə təhvil verildiyini, onun qeyriyaşayış sahələrinə faktiki sahibliyinin, istifadənin nədə ifadə olunduğunu lazımi şəkildə araşdırmadan, yalnız iddiaçının nə əvvəlki, nə də sonrakı qanuni təmsilçilərinin qeyriyaşayış sahələrinə iddialarını bildirməmələrini və həmin qeyri-yaşayış sahələri ilə maraqlanmamalarını əsas tutmuş, sözügedən alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı qənatinə gəlmişdir. Halbuki, iddiaçı, ilk gündən iddia edir ki, qeyri-yaşayış sahələrinə dair müqavilələrin mövcudluğu onlara yalnız mənzillərə dair araşdırma aparılarkən məlum olmuşdur.
40. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıraraq hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Lakin hazırki halda həmin müqavilələrin subyekt tərkibinə aid edilən şərt pozulmuş, yəni səlahiyyətsiz şəxs qeyri-yaşayış sahələrinə dair sərəncam vermiş, səlahiyyətli şəxsin isə həmin müqavilələri sonradan bəyənməsinə dair işdə heç bir sübut yoxdur. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı, sözügedən müqavilələrin etibarlılığı bir daha yoxlanılmalı, səlahiyyətli şəxsin sonradan həmin müqavilələri bəyənməsinə dair hərəkətləri araşıdırılmalı və yalnız bundan sonra iddianın qeyri-yaşayış sahələrinə aid hissədə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.
41. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı heç bir araşdırma aparmamış və qətnamədə binada ümumilikdə təqribən 2.230 kv.metr qeyri-yaşayış sahəsinin olduğunu, ondan 730 kv.metrinin satıldığını, 1500 kv.metrinin isə boş qaldığını göstərsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi eskiz layihəsində binada ümumi qeyri-yaşayış sahəsinin 1.800 kv.metr olduğu, yəni boş qalan sahənin 1.500 kv.metr deyil, cəmi 1.070 kv.metr olduğu qeyd edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iş üzrə müvafiq ekspertiza keçirib sözügedən qeyri-yaşayış sahəsinin texniki vəziyətini, ümumi ölçüsünü, cavabdehə və onun mərhum əri Aydın Mürvələdovaya satılan hissəni müəyyən etməklə qeyd olunan suallara aydınlıq gətirməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
43. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3, habelə nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.
44. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
45. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2004-cü ildən Aydın Mürvələdovun sürücüsüdür. 2008- 2009-cu ildən həmin bina tikilir, mənzillərdən satılanları istisna olmaqla digər bütün mənzillər və onların açarları Aydın Mürvələdovun sərəncamında olmuşdur. Mübahisəli qeyri-yaşayış sahələri Aydın Mürvələdova məxsus olmuşdur. X32 şirkəti sifariş əsasında inşa etmişdir. Elçin Ələkbərov İddiaçı MMM-in rəhbəri idi. Elçin Ələkbərov həmin sahəni Aydın Mürvələdova vermişdi. 1-ci və 2-ci giriş Aydın Mürvələdovun arvadının mülkiyyətindədir. Aydın Mürvələdov ona 1-ci və 2-ci girişin sənədlərini həmin qeyri-yaşayış sahələrini həyat yoldaşı Cavabdeh adına özəlləşdirmək üçün verəcəyini demişdir. 1-ci və 2-ci girişin açarları binanın giriş qapıları qoyulandan sonra ondadır. Aydın Mürvələdov öləndə - təxminən 2014-cü ildən, yəni 5-6 il olardı ki, açarlar onda idi və həmin qeyriyaşayış sahəsinə maneəsiz girib-çıxırdı. Ondan başqa Nofəldə də açarlar var idi. Aydın Mürvələdovda hər 3 qapının açarı var idi. Onda yalnız 1 və 2-ci girişin açarları var idi. Aydın Mürvələdov 3-cü qapıdan girib-çıxırdı. Həmin sahəyə o, Aydın Mürvələdov və Nofəldən başqa heç kim girib çıxmırdı. Mənzili təmir etmək lazım olanda 2-ci girişin açarlarını Nofələ verirdi ki, oraya tikinti materialları yerləşdirsin.
46. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X37 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, tikinti sahəsində işləyir. Aydın Mürvələdovu fəaliyyət göstərdiyi sahə ilə əlaqədar tanıyır. Aydın Mürvələdov sifariş əsasında tikinti işi ilə məşğul olurdu. Təxminən 2019-cu ilin mart ayında Aydın Mürvələdov ona obyektinin olduğunu demişdir. O, da həmin sahədə özünə məxsus tikinti materiallarının yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş etmişdir. Aydın Mürvələdov buna razılıq vermiş və Elşadın ona açar verəcəyini demişdir. O, açarı Elşaddan götürüb sahəyə baxıb, daha sonra əşyaları həmin sahədə yerləşdirmişdir. Giriş qapısının və anbarın açarları onda olmuşdur. Binanın 3 girişi var idi, o, soldan 1-ci girişdən girmişdir. Girişdən sağ tərəfdə anbar var, əşyaları da ora qoymuşdur. Solda bir otaq var idi. Orada prorab otururdu. Əşyalarının orda olduğu müddətdə açar onda olmuşdur. O, Aydın Mürvələdov öləndən 2 ay sonra gedib əşyaları götürmüş və açarı Elşada təhvil vermişdir.
47. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X28 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
48. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir;
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
51. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Apellyasiya baxışının hədləri
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
55. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız "xxxx" MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli və "xxxx" MMM ilə X20 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, habelə şahidlərin ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə əsassızdır, bu səbəbdən həmin hissədə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC (hazırda İddiaçı MTK) ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Qeyri yaşayış sahəsinin alqı-satqı” müqaviləsinə əsasən satıcı ünvan 6 ünvanında yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2-ci girişdə, birinci, ikinci mərtəbədə, sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsini tikib karkas şəklində alıcıya təhvil verməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə cavabdehin əri olmuş, mərhum Aydın Mürvələdovla xx.xx.2016-cı il tarixdə bağlanmış “Qeyri yaşayış sahəsinin alqı-satqı” müqaviləsinə əsasən sonuncuya eyni binada 1 girişdə, birinci, ikinci mərtəbədə, sahəsi 1.000 kv.m. olan qeyri-yaşayış sahəsi eyni qaydada təhvil verilməli idi.
58. Hər iki müqaviləni satıcının adından X28 imzalamışdır. Müqavilələrdə olan imzaların ona məxsus olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1888 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Lakin bu şəxs müqavilələr imzalanan tarixdə satıcı qismində çıxış edən cəmiyyətin qanuni təmsilçisi deyil, təsisçisi olmuş və bu baxımdan həmin müqavilələri imzalamaq səlahiyyətinə malik olmamışdır (tərəflər ümumiyyətlə bu halı mübahisələndirmir). Belə ki, cəmiyyətin nizamnaməsinə əsasən cəmiyyətin adından ədlər bağlamaq səlahiyyəti məhz qanuni təmsilçilik funksiyasına malik olan direktora verilmişdir. Müqavilələrin bağlandığı dövrü də əhatə etməklə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cəmiyyətin rəhbəri X18 olmuş və onun tərəfindən də X24 belə bir səlahiyyətin verildiyi müəyyən edilmir (məhkəmə kollegiyası təklif etməsinə baxmayaraq, X7 şahid qismində iştirakı təmin edilməmiş, lakin sonuncu məhkəməyə ünvanladığı ərizədə cəmiyyətin direktoru olduğu dövrdə qeyd edilən şəxslərin adına hər hansı müqavilənin olmadığını bildirmişdir). Həmin dövrdə X28 tərəfindən binada yerləşən hər hansı digər yaşayış sahələrinin alqı-satqısına dair müqavilələr imzalaması da onun mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam vermək və onların alqı-satqısına dair müqavilələr imzalamaq hüququnun olmasını təsdiq etmir. Bununla belə, qeyd edilən müqavilələr satıcının adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
59. Müqavilələr 2015-ci və 2016-cı illərdə bağlanmasına baxmayaraq, sonrakı dövrdə həmin müqavilələrdə göstərilən müvafiq olaraq 500 kv.m. və 1.000 kv.m. qeyriyaşayış sahələrinin cavabdehə və sağlığında (ölümündən sonra vərəsələrinə, o cümlədən cavabdehə) Aydın Mürvələdova təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Ötən dövr ərzində bu şəxslərin həmin əmlaklara sahiblik etməsi də müəyyən edilmir. Qeyri-yaşayış sahələri təmirsizdir, hazırda, hətta əvvəl həmin yerdə müxtəlif tikinti materialları saxlanılmış, iş icraçısı üçün otaq ayrılmışdır.
60. Həmin sahələrin açarlarının cavabdehin (həmçinin, Aydın Mürvələdovun) oğlu Nümayəndə3 olması isə bu sahələrin onlara təhvil verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qeyri-yaşayış sahələrinin yerləşdiyi bina ümumilikdə məhz Aydın Mürvələdov (onun rəhbəri olduğu “”MAQ” şirkəti) tərəfindən inşa edilmiş, yəni bu şəxs baş podratçı olmuşdur. Bu baxımdan nəinki qeyri-yaşayış sahələrinin, hətta binada yerləşən bütün mənzillərin açarları onda olmuş və o, bütün yaşayış və qeyri-yaşayış sahələrinə sərbəst şəkildə girib-çıxmaq imkanına və səlahiyyətinə malik olmuşdur. Bu halı şahid qismində ifadəsi alınmış və vaxtı ilə onun sürücüsü olmuş X13 da təsdiq edir. Onun ifadəsinə əsasən binada olan və satılanlar istisna olmaqla digər bütün mənzillər və onların açarları Aydın Mürvələdovun sərəncamında olmuşdur. Mübahisəli qeyri-yaşayış sahələrinin də açarları təxminən 2014-cü ildən onda idi və həmin qeyri-yaşayış sahəsinə maneəsiz giribçıxırdı. Ondan başqa X26 da (Aydın Mürəvələdovun şirkətində işləmiş, iş icraçısı olmuş, habelə binada komendant kimi fəaliyyət göstərmiş, hazırda da idarə olunmasında iştirak edir) açarlar var idi. Aydın Mürvələdovda hər 3 qapının açarı var idi. Onda yalnız 1 və 2-ci girişin açarları var idi. Aydın Mürvələdov 3-cü qapıdan girib-çıxırdı. Həmin sahəyə o, Aydın Mürvələdov və Nofəldən başqa heç kim girib çıxmırdı. Mənzili təmir etmək lazım olanda 2ci girişin açarlarını Nofələ verirdi ki, oraya tikinti materialları yerləşdirsin.
61. İşin birinci apellyasiya instansiyadakı icraatında məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı şahid qismində ifadəsi alınmış X38 da bildirmişdir ki, binanın təməli 2012-ci ildə qoyulmuş, ilk gündən o, binada iş icraşısı olmuş və qeyriyaşayış sahəsində oturmuşdur. Qeyri-yaşayış sahələrinin hansı şəxsə məxsus olmasını bilmir. Qeyri-yaşayış sahələrinin açarları onda, X5 Mürvələdovda və mühafizəçidə var. Bu baxımdan qeyri-yaşayış sahəsinin sahibi məhz giriş qapısının açarlarının sahibi əsas götürülməklə müəyyən edildikdə, belə çıxır ki, X38, hətta mühafizəçi də qeyri-yaşayış sahələrinin sahibidir. Bu səbəbdən məhkəmə kollegiyası açarların X5 Mürvələdovda olmasını qeyri-yaşayış sahələrinin onlara məxsus olması qənaətinə gəlmək üçün əsas hesab etmir.
62. Məhkəmə kollegiyası tərəfindən ifadəsi alınmış digər şahid X37 isə məhkəməyə verdiyi ifadəsində təxminən 2019-cu ilin mart ayında Aydın Mürvələdovun icazəsi ilə onun sürücüsü Elşaddan qeyri-yaşayış sahəsinin açarını götürüb, özünə məxsus tikinti materiallarını həmin sahəyə yerləşdirdiyini, açarların onda olduğunu, Aydın Mürvələdovun bu sahənin ona məxsus olduğunu dediyini, Aydın Mürvələdov öləndən 2 ay sonra əşyalarını qeyd edilən sahədən götürdüyünü və açarları Elşada təhvil verdiyini bildirmişdir. Lakin qeyri-yaşayış sahəsindən iş yeri kimi istifadə edən və mütəmadi olaraq orada olan Arazov Nofəl açarların həmçinin, Quliyev Bəkir adlı şəxsdə olması, onun qeyri-yaşayış sahəsinə tikinti materialları yığması barədə hər hansı fikir söyləməmişdir. Verilmiş suallara cavab olaraq da bu şahid qeyri-yaşayış sahəsi daxilində olan iki otağın hansı qaydada yerləşməsi ilə bağlı səhv ifadə vermiş, girişdən sağ tərəfdə anbarın olduğunu, əşyalarının da həmin anbara yerləşdirdiyini, sol tərəfdə isə bir otağın olduğunu və orada prorabın oturduğunu söyləmişdir. Halbuki, açarına sahib olan və əşyalarını yerləşdirən, sonra isə oradan götürən şəxs olaraq şahidin anbarın girişdən sol tərəfdə yerləşdiyini, sağda isə piləkənin olduğunu bilməməsi və ya qarışdırması anlaşılmazdır. Nəticə etibarı ilə bir neçə il ərzində mübahisəli qeyri-yaşayış sahələrinin cavabdehə və Aydın Mürvələdova məxsus olmasını təsdiq edəcək cəmi iki şahid: birincisi Aydın Mürvələdovun sürücüsü, ikincisi isə dostu olan və orada əşyalarını saxlayan, lakin həmin sahənin daxili quruluğu barədə tam məlumatlı olmayan X37 olmuşdur.
63. Beləliklə, yuxarıda göstərilənlər, xüsusilə də 60-62-ci bənddə qeyd edilənlər qeyri-yaşayış sahələrinin binanın baş icraçısı olaraq Aydın Mürvələdovun istifadəsində olduğunu, həmin sahələrin ona və cavabdehə təhvil verilmədiyini, ümumiyyətlə onun və cavabdehin həmin qeyri-yaşayış sahələrinə xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrdən irəli gələn hər hansı fiziki və hüquqi bağlılığının olmadığını, qeyri-yaşayış sahələri ilə onun əlaqəsinin məhz baş podratçı (binanı inşa edən) olmasından irəi gəldiyini, açarların da onun oğlunda bu əsasla olduğunu təsdiq edir. Qeyri-yaşayış sahələrində mənzillərin təmiri zamanı tikinti materiallarının yerləşdirilməsi, binanın iş icraçısı (prorabı) üçün qeyri-yaşayış sahəsində iş otağının ayrılması və onun orada oturması da qeyri-yaşayış sahələrinin məhz cəmiyyətə (kooperativə) məxsus olmasının əyani sübutudur. Aydın Mürvələdovun ölümündən 2 ay sonra şahid X27 özünə məxsus əşyaları könüllü şəkildə qeyri-yaşayış sahəsində çıxartması da bunu təsdiq edir. Əks halda, açarların ona etibar edilməsi səviyyəsində Mürvələdovlarla yaxın münasibətdə olan bu şəxs həmin sahənin Aydın Mürvələdova məxsus olduğunu bilsə idi (ona məxsus olsa idi), onun ölümündən qısa müddət sonra əşyalarını götürməzdi. Hər halda, cavabdeh və onun oğlu Nümayəndə3 ona qarşı belə bir tələb irəli sürməmişdir.
64. Məhkəmə kollegiyası müqavilələrlə bağlı o halı da vurğulayır ki, xx.xx.2015-ci il tarixli müqavilə bağlanarkən həmin müqaviləni imzalayan X28 ilə Cavabdeh arasında razılaşma da bağlanmışdır. Razılaşmanın məzmununa əsasən müqavilədə göstərilən 500 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi pay bölgüsü olaraq X24 verilmiş (onun payına düşən hissədir) və bu sahənin dəyəri olan 1.250.000 manat X24 ödənilmişdir. Halbuki, binada olan əmlakın (payın) hər hansı formada bölüşdürülməsini təsdiq edən sübut mövcud deyil. Hər bir halda, belə bir sənəd olsa idi, həmin sənəd də bu razılaşmaya əlavə edilmiş olardı. Bu da öz növbəsində X14 bu müqaviləni qanuni təmsilçinin (cəmiyyətin) razılığı olmadan (ümumiyyətlə belə bir razılığın alınması niyyəti olmadan), həmin əmlaka öz payına düşən əmlak kimi yanaşmaqla, öz iradəsinə uyğun olaraq bağladığını təsdiq edir. Eyni zamanda, belə bir razılaşmanın tərtib edilməsi X14 özünün də müqaviləni imzalamaq üçün səlahiyyətinin olmamasını bilməsi və bu razılaşma ilə öz imzasına hüquqi qüvvə verməsi anlamına gəlir. Həmçinin, X14 bu mövqeyindən belə qənaətə gəlmək olur ki, xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən sahə heç sübuta yetirilməyən bölgü üzrə də onun payına düşən sahə deyil. Bu müqaviləyə hər hansı razılaşma əlavə etməməklə X28 bu halla razılaşır. Lakin bütün bunlara baxmayaraq, xx.xx.2016-cı il tarixli müqaviləni belə bir səlahiyyətə malik olmasını təsdiq edən hər hansı sənəd əlavə etmədən imzalayır. Qeyd edilənlər həmin müqavilələrin qanuni təmsilçinin (cəmiyyətin) razılığı olmadan imzalandığını birmənalı şəkildə təsdiq edir.
65. Məhkəmə kollegiyası öz mövqeyinə uyğun olaraq xüsusilə o halı da qeyd edir ki, Aydın Mürvələdovla "xxxx" MMC arasında həmin ünvanda yerləşən və ümumi ölçüsü 730,10 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu hal tərəflərin izahatları ilə yanaşı, Aydın Mürvələdovun və onun arvadının (cavabdeh) xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizə ilə də sübuta yetir. Həmin ərizələrə əsasən Aydın Mürvələdov binanın 1-ci və 2-ci mərtəbəsində 730,10 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən (pay haqqından) imtina etmiş, onun istənilən şəxsə satılmasına və rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə hər hansı tələbinin olmayacağını göstərmiş, cavabdeh də bu məsələyə öz razılığını bildirmişdir. Cavabdeh tərəf həmin müqavilənin 3 girişdə olan qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı olduğunu və məhz ondan imtina edildiyini iddia edir. Halbuki, ərizələrdə imtina olunan sahənin hansı girişdə yerləşdiyi qeyd edilməmiş, yalnız 2 mərtəbəli və 730,10 kv.m ölçüdə olduğu göstərilmişdir. Bununla belə, həmin ərizələrdən (onların məzmunundan) Aydın Mürvələdovun məhz cavabdehin istinad etdiyi kimi, 3-cü girişin sahəsindən imtina etdiyi sübuta yetmir.
66. Hər bir halda, baş podratçı olaraq binanı inşa edən, onun layihəsi barədə məlumatlı olmaqla qeyri-yaşayış sahəsinin 3 girişli olmasını bilən, xüsusilə də 1-ci və 2-ci girişdə olan qeyri-yaşayış sahələrini alan şəxs olaraq Aydın Mürvələdov həmin ərizəni belə bir məzmunda tərtib edə bilməzdi və hansı girişdə olan sahədən imtina etdiyini dəqiq göstərməli idi. Lakin nə sahəni dəqiq göstərmiş, nə də ki, ərizədə 1-ci və 2-ci girişdə olan sahələrə aydınlıq gətirmiş, nəticə etibarı ilə imtina etdiyi sahəni payçısı olduğu yeganə sahə kimi qeyd etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixdə müqavilənin bağlandığını qəbul edir, lakin 64-cü bənddə də göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, mübahisələndirilən 1-ci və 2-ci girişdə olan qeyri-yaşayış sahələri ümumiyyətlə Aydın Mürvələdova satılmamış və ərizə yazılan tarixdə onun qanuni istifadəsində və sahibliyində olmamış, həmin sahənin yalnız 730,10 kv.m ölçüdə hissəsi ona satılmışdır ki, bu sahədən də sonuncu imtina etmişdir. Nəzərə alınmalıdır ki, 3-cü girişdə olan qeyri-yaşayış sahəsi 2022-ci ildə X2, bu barədə sənədlər təqdim edildikdən sonra cavabdeh tərəf artıq məsələdən məlumatlı olmuşdur. Belə olan halda, ərizədə göstərilən sahənin məhz 3-cü girişin sahəsi olması barədə cavabdeh tərəfin iddiaları bilavasitə cavabdehin özünün mövqeyinə uyğundur. Halbuki, 1-ci və 2-ci girişdə olan sahələrin cavabdehin adına özəlləşdirilməsi barədə Aydın Mürvələdovun planlarından məlumatlı olan şahid X13 3-cü girişin satılmasından məlumatlı deyildi və öz ifadəsində Aydın Mürvələdovun hansısa dövrdən, xüsusilə də imtinadan sonra oradan istifadə etmədiyini qeyd etməmiş, əksinə onun həmin girişdən də istifadə etdiyini bildirmişdir (bu hal onun bütün sahələrdən baş podratçı olaraq istifadə etdiyini bir daha sübut edir).
67. Məhkəmə kollegiyası həmin ərizəyə istinadən müqavilələrdə göstərilən sahələrin texniki vəziyyəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizədə dəqiq şəkildə 1-ci və ikinci mərtəbənin 730,10 kv.m. ölçüdə olduğu göstərildiyi bir halda, müqavilələrdə 1-ci girişdə olan 1-ci və 2-ci mərtəbənin 1.000 kv.m, 2-ci girişdə olan 1-ci və 2-ci mərtəbənin 500 kv.m. olduğu göstərilmişdir. Halbuki, 2-ci girişin ümumiyyətlə ikinci mərtəbəyə sərbəst çıxıçı yoxdur, 2-ci girişin 2-ci mərtəbəsinə qalxmaq üçün ya birinci, ya da ki, 3-cü girişin piləkənindən istifadə etmək lazımdır. Digər tərəfdən həmin sahələrin real ölçüsü müqavilələrdə göstərilən ölçülərdən azdır. Bu hal, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə eksperti 1-ci girişin 1-ci (320,7 kv.m.) və 2-ci (577 kv.m.) mərtəbəsinin ümumi sahəsinin içdən-içə 897,7 kv.m, çöldən-çölə isə 1043,7 kv.m, 2-ci girişin ümumi sahəsinin içdən-içə 248,9 kv.m., çöldən-çölə isə 392,4 kv.m. olduğunu müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8720 saylı ekspert rəyi verilmişdir. Halbuki, binanın baş podratçısı olan və layihə, o cümlədən ölçülər barədə tam məlumatlı olan Aydın Mürvələdov həmin müqavilələr üzrə (digər müqavilənin tərəfi də onun arvadı olmuşdur) sahələri bu qaydada müəyyən etməli deyildi. Bununla belə, hüquqi nəticə etibarı ilə müqavilədə Aydın Mürvələdov üçün aydın şəkildə mövcud olmayan sahələr göstərilmişdir. Bunun üçün real imkanlar olmasına baxmayaraq, sonrakı dövrdə də müqaviləyə sahələrlə bağlı hər hansı dəyişiklik edilməmişdir.
68. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələri X28 tərəfindən imzalanmış, lakin həmin vaxt o, cəmiyyətin qanuni təmsilçisi deyil, təsisçilərindən biri olmuş, bu baxımdan bu müqavilələri imzalamaq səlahiyyətinə malik olmamışdır. Bu müqavilələrin imzalanmasına nəinki qanuni təmsilçi tərəfindən razılıq verilməmiş, ümumiyyətlə qanuni təmsilçinin bu barədə hər hansı məlumatı olmamışdır. Sonrakı dövrdə də qanuni təmsilçinin (ümumilikdə cəmiyyətin) bu müqavilələrlə razılaşdığını və bəyəndiyini təsdiq edən hər hansı hərəkət edilməmiş, belə bir rəftara yol verilməmiş, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələri ölçü etibarı ilə reallıqda olmamaqla yanaşı, hər hansı bir hissədə də cavabdehə və Aydın Mürvələdova təhvil verilməmiş, bununla bağlı hər hansı rəsmiləşdirmə aparılmamış, Aydın Mürvələdov bu sahələrdən Baş podratçı statusundan irəli gələrək istifadə etmişdir. Hüquqi nəticə etibarı ilə həmin müqavilələr Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər (əqdin etibarlılığına dair şərtlər) pozulmalqa bağlanmışdır. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını təsdiq edir.
69. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının ümumi dəyərini təşkil edən (50 + 138 = 188) 188 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 138 manat hissəsi isə iddiaçıdan tutularaq, dövlət gəlirlərinə alınmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6366/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının ümumi dəyərini təşkil edən (50 + 138 = 188) 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi Cavabdeh, 138 (bir yüz otuz səkkiz) manat hissəsi isə İddiaçı MTK-dan tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.