Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3901/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızılzinyət əşyalarının qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-1680/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızılzinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-1680/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Zığ yolu küçəsi, 22V ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti qətnamənin qismən, fərdi yaşayış evinə köçürülmə hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmdən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qızıl-zinyət əşyalarının və ya onların dəyərinin cavabdehdən tələb edilməsinin təmin edilməməsi hissəsində ləğv edib, həmin hissədə işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-100/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qızıl-zinyət əşyalarına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı məhkəməyə cavabdehlər tərəfindən kassasiya şikayəti təqdim edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvandakı fərdi yaşayış evinə köçürülməsi hissəsində qismən ləğv edib, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verildiyindən ilk öncə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin şikayətə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qeyd olunan qətnamə ləğv edildikdə və ya dəyişdirildikdə apellyasiya baxışının predmeti dəyişə bilər. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402 - 421-2-ci maddələrinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızılzinyət əşyalarının qaytarılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-421-2-ci maddələrinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3901/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3901/2020
07.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver