Məhkəmə qərarları › İş №2(103)-3903/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3903/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3903/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, 27 aprel 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qərardadlarından iddiaçı tərəfindən tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadından verilən şikayət:

1. İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 nömrəli mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi şikayət vermək hüququ olmadığından geri qaytarılmışdır.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi" tələbinə dair 2(005)-4365/2021 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmışdır.

5. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021ci il tarixli qiyabi qətnaməsindən Maraqlı şəxs xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti və eyni zamanda müddətin bərpa edilməsi barədə ərizə verərək müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti verməsi üçün müddətin buraxılmamış hesab edilməsi və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Həmin qərardaddan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində şikayət verilmişdir.

8. Şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, 03 may 2023-cü il tarixli qərardadından verilən şikayət:

9. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

10. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

11. Həmin qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən şikayət verilmişdir.

12. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadları ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4365/2021 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətlər qanunvericiliyin tələblərinə əməl edilmədiyindən geri qaytarılmışdır.

13. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində yenidən şikayət verilmişdir.

14. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 4365/2023 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Hazırda həmin qərardaddan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində şikayət verilmişdir.

16. Şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

19. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası 27 aprel 2023-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilən şikayətə münasibətdə qeyd edir ki, qanunverici apellyasiya şikayəti verilməsi üçün prosessual müddətlərin hesablanmağa başlanma anını tərəfin məlumatı olduğu andan deyil, qətnamənin rəsmi qaydada verildiyi gündən müəyyən etmişdir. Hazırkı halda birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi Maraqlı şəxs rəsmi qaydada təqdim edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir və bu səbəbdən qətnamədən şikayət prossesual müddətlər çərçivəsində verilmiş hesab edilir.

21. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilən şikayətə münasibətdə qeyd edir ki, İddiaçı şikayətində "xxxx" MMC–nin nümayəndəsi və vəkili Vəkil2 2(005)-4365/2021 nömrəli mülki iş üzrə 2022-ci ilin sentyabr ayından elektron məhkəmə portalında qeydiyyata alındığını və bununla da məhkəmə qətnaməsi və qərardadından məlumatlı olub əldə etdiyini bildirsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərə qətnamə rəsmi qaydada təqdim edilməmiş, elektron kabinetlərinə yerləşdirilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə uyğun olaraq, bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Hazırki iş materiallarından isə görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə və ya onun nümayəndəsi və vəkili olan Vəkil2, eləcə də maraqlarına toxunan şəxs Maraqlı şəxs qiyabi qətnamə rəsmi qaydada təqdim edilməmişdir.

24. Birinci instansiya məhkəməsi mübahisələndirilən 27 aprel 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadlarında qeyd etmişdir ki, qətnamədən şikayət prossesual müddətlər çərçivəsində verildiyindən, buraxılmamış müddətin bərpa edilməsi barədə ərizə verilməsi zərurəti də yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici apellyasiya şikayəti verilməsi üçün prosessual müddətlərin hesablanmağa başlanma anını tərəfin məlumatı olduğu andan deyil, qətnamənin rəsmi qaydada verildiyi gündən müəyyən etmişdir.

25. Göstərilənlərə əsasən kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayətləri təmin etməməkdə haqlı olmuş, qərardadlar qanuni və əsaslı, şikayətlər isə əsassız olduğundan təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

27. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

29. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, 27 aprel 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qərardadları onun şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar