Məhkəmə qərarları › İş №2(103)-3909/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3909/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3909/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Təyar qızının sədrliyi ilə, X8 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(006)-3471/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X4 mülkiyyət hüququnun tanınması və bu əmlaklarla bağlı Ərizəçi mülkiyyət hüququnun qorunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(006)-3471/2025 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməziliyinə görə icraata qəbulundan imtina edilməsi qərara alınmış, ərizəçiyə, sadalanan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(006)-3471/2025 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 06 iyun 2025-ci il tarixli qəraradadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-80/2024 nömrəli hökmünə əsasən, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş (cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020ci il tarixindən hesablanmış) və X9 məxsus ünvan 6, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 0,3809 kv.m torpaq sahəsi, Bakı şəhəri Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 100 ünvaında yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 8/10(10-cu Zavod-8) ünvanında yerləşən 733.7 kv.m qeyri-yaşayış sahəsi, X1 məxsus ünvan 5 ünvanında yerləşən mənzil, Maraqlı şəxs2 adına ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz S500” markalı **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **- UL-*** dövlət qeydiyyat nömrəli və “Mercedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillər xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarı iləBakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-32/2024 nömrəli qərarı B. G. İsmayılovaya məxsus əmlakın – ünvan 5 ünvanında yerləşən əmlakın xüsusi müsadirəsinə dair hissədə ləğv edilmiş və həmin hissəyə dair məsələyə yenidən baxılması üçün cinayət işi təkrar apellyasiya baxışına təyin olunmuşdur. Hesab edir ki, ünvan 6 ünvanında yerləşən əmlaklara Ərizəçi mülkiyyət hüququ tanınmalıdır. Belə ki, o, Nadir İsmayılovla birgə nikahda olmaqla həmin əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən A. İsmayılova həmin əmlaklar üzərində birgə nikahdan irəli gələn mülkiyyət hüququna malikdir və onların heç bir əsas olmadan müsadirə edilməsi onun hüquqlarına və qanuni mənafelərinə ciddi ziyan vurur. Ərizəçi 1991-ci ildən Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedoqoji hazırlıq” kafedrasında müəllim, 1994-cü ildən etibarən həmin kafedrada baş müəllim vəzifəsində çalışır. X6 adına dövlət qeydiyyatına alınmış və onların birgə mülkiyyətində olan əmlaklar Nadir İsmayılov və Ərizəçi uzun illər ərzində halal zəhməti nəticəsində əldə etdiyi vəsaitlər hesabına əldə olunmuşdur. Həmin əmlakların cinayət nəticəsində əldə olunmamasını sadəcə bir fakta – onun əldə olunma tarixinə nəzər yetirməklə anlamaq kifayət edə bilər. Nadir İsmayılovun təqsirləndirildiyi cinayət işində ona verilən ittihamlar 2010-cu ildən sonrakı dövrü əhatə etdiyi halda, üzərinə həbs qoyulmuş əmlakların sənədlərindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmiş müvafiq olaraq №0166335 nömrəli və №0166334 çıxarışdan göründüyü kimi ünvan 6 ünvanında yerləşən əmlaklar həmin vaxtdan xeyli əvvəl alınmışdır. Bu xüsusat onların cinayət yolu ilə əldə edilməməsini və həmin əmlaklara mülkiyyət hüququnun birgə mülkiyyətçi kimi həm də A. İsmayılovaya məxsus olmasını təsdiq edir. Müsadirə olunan əmlaklar 2004-2008-ci illərdə əldə olunmuşdur və onların hər hansı cinayət əməlinin törədilməsi ilə əlaqəsi yoxdur. Ərizəçinin qeyd edilən əmlaklara mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarı ilə xüsusi müsadirəyə yönəldilməli olan müvafiq əmlakların həbsdən azad olunmasına şərait yaradacaq. Həmin daşınmaz əmlaklara tam mülkiyyət hüququ faktının təsdiq olunması bu əmlakların əsassız olaraq xüsusi müsadirəyə yönəldilməsinin qarşısını alacaqdır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Plenum Qərarına əsasən, bu əmlakların xüsusi müsadirəyə yönəldilməsi üçün bir neçə hal mövcud olmalıdır: 1) Həmin əmlakların cinayət yolu ilə əldə olunması; 2) Onların cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə olunması; 3) Bu əmlakların yalnız və yalnız təqsirləndirilən şəxsin (məhkum) xüsusi mülkiyyətində olması. Lakin yuxarıda qeyd edilən faktlarla da sübut olunur ki, bu əmlaklar həm cinayətin törədilməsindən bir neçə il əvvəl əldə olunub, həm də onlar təkcə X6 deyil, eyni zamanda onunla qanuni nikahda olan Ərizəçi da birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında göstərilir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət- Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(006)-3471/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. Məhkəmə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan ona görə imtina etmişdir ki, ərizəçi mülki prosessual qanunvericilikdə nəzərədə tutulmuş iddia icraatı qaydasında deyil, xüsusi icraatı qaydasında məhkəməyə müraciət etmişdir ki, bu da hazırkı tələbə müvafiq icraat çərçivəsində baxılmasını mümkünsüz edir. Məhkəmənin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, ərizənin və şikayətin məzmunundan göründüyü kimi Ərizəçi məhkəmə aktı ilə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlakların (Abşeron rayonu, Quşçuluq yaşayış massivi, 8-ci küçə ünvanındakı fərdi yaşayış evi və ünvan 8aq sahəsinin) cinayət törədilməmişdən əvvəlki dövrdə, birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunaraq birgə mülkiyyət olmasına, belə olan halda həmin əmlakların ona aid hissənin müsadirəsinin yolverilməzliyinə istinad edərək, həmin əmlaklar üzərində özünün də payının müəyyən olmasına nail olmaq istəyir. İstinad olunan normalara əsasən kollegiya hesab edir ki, ərizəçinin tələbi müvafiq tələbi xüsusi icraat qaydasında baxılması nəzərdə tutulan MPM-in 307.2.6-cı maddəsinin dispozisiya şərtlərinə uyğun deyildir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin şikayətin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İstinad olunan norma kontekstində kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq hazırkı ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə düzgün olaraq ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmaqla, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri düzgün tətbiq edilmişdir. Ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(006)- 3471/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova X12 Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar