Məhkəmə qərarları › İş №2(103)-3910/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3910/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3910/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4857/2020 saylı mülki işi üzrə 10.11.2020-ci ıl tarixli qətnaməsindən iddiaçı “İddiaçı” istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı” İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 546,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 576,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı "İddiaçı” İB arasında 04.02.2020-ci il tarixli D-4474 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» abonentin saldosu, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə akt və “Təbii qazdan qeyri qanuni istifadə etməsi ilə bağlı MN-0451286 və ******* saylı Protokollar (səh.9-21) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4857/2020 saylı, 10.11 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 174,70 manat məbləğində zərər, 9,60 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, bank hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 385.1, 425.1, 442; Azərbaycan Respublikası Konstitusiyasının 148; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 360; «Qazdan istifadə Qaydaları»nın 1.2, 3.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4, 3.1.5, 3.1.6, 3.1.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, iddiaçı olan “İddiaçı” İB də buna görə məsuliyyət daşıyır, üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03.2011- ci il tarixli 11 N°-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Məhkəmə bu hesablamanı qanuni hesab etmir 28.02.2020-ci il tarixli ******* akt qış ayına təsadüf etdiyindən o ay üzrə 60 manatın tutulması ədalətli olardı. Bundan başqa, cavabdehin 2020-ci il mart, aprel və may aylarında istifadə etdiyi qaz sərfiyyatı üzrə müvafiq olaraq 35,20, 55,10, 20,20 və 4,20 manat məbləğində debitor borcu yarandığından həmin məbləğlər də tutulmalı, iddia 174,70 manat (114,70 + 60) hissədə təmin (iddia tələbinin 32 faizi), qalan hissədə rədd edilməlidir 9,60 manat dövlət rüsumu məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə, bank hesabına ödənilməlidir . İddiaçı apellyasiya şikayəti verərək, iddianın rədd olunmuş hissəsində təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217.1, 218.1, 372.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqäviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktla da rəsmiləşdirilmiş zərər məbləğidir Belə ki məhkəmə, cavabdeh barəsində tərtib olunmuş akt üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış ayına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.11,2020-ci il tarixli 2(008)-4857/2020 saylı qətnamədə iddia tələbimiz qismən təmin olunmuş olsa belə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 386; 448.2; 1096; 1097.1; Qaz təchizatı haqqında Qanunun 6.2; 20 və 22-ci; X2 6.5-ci maddələri) ümumiyyətlə tədbiq edilməmişdir.Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189- 1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097.1, 1098, 1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80 - 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, təmin olunan hissədə iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şəxsin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə müvafiq tədqiqatlar aparılmamış və qərarlar qəbul edilməmişdir (inzibati xəta haqında protokol tərtib edilsə də qərar verilməmiş və inzibati xəta işi üzrə maddi zərərin məbləği müəyyən edilməmişdir). Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən tələblərə qiymət verilməsi sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 382, 384, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4857/2020 saylı mülki işi üzrə 10.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar