Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3912/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X1 Orxan Allahverdi oğluna 06 dekabr 2016-cı il tarixədək qaytarmaq şərti ilə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində borc pul vermiş və 06 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə Maraqlı şəxs öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X22 məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanında yerləşən 46 saylı mənzil, eləcə də digər ipoteka qoyanlar tərəfindən daha iki əmlak X6 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx.xx.2015-ci ildə mübahisələndirilən mənzilə dair ipoteka hüququnu təsdiq edən çıxarış almışdır. X29 24 yanvar 2016-cı il tarixdə vəfat etmiş, arvadı – X19, qızı – Cavabdeh2 və oğlu – Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. X16 isə 11 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İpoteka qoyan Ənvər Mehdiyevin xx.xx.2016-cı il tarixində vəfatından 11 ay sonra – xx.xx.2016- cı il tarixində Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasında “xx.xx.2015-ci il tarixli, 3M-1821 reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmış, razılaşma ilə kredit müqaviləsinə dəyişiklik edilərək kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50000 ABŞ dollarının) qaytarma günü xx.xx.2017-ci il, qalan hissəsinin (34000 ABŞ dollarının) qaytarma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsilə 84000 ABŞ dollarının cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qərara alınmışdır. Qətnamə yalnız tutmanın X22 məxsus mənzilə yönəldilməsi hissəsində mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə X29 vəfat etdiyindən iddiaya tutmanın ona məxsus mənzilə yönəldilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X7 Cavabdeh1 və qeyrlərinə qarşı tələbin mübahisələndirilən mənzilə yönəldilməsi barədə iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi barədə iddiası isə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və qeyrilərinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərardadı ilə “tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ipoteka bildirişinin qeydə alınmaması səbəbindən baxılmamış saxlanmışdır. Eyni zamanda cavabdehlərin hazırki iş üzrə iddiaçıya qarşı ipoteka müqaviləsinin xitam olunması və çıxarışın ləğv edilməsi barədə iddiası rədd olunmuşdur. İşin mübahisələndirilən halı ipoteka müqaviləsinin hüquqi qüvvəsinin olub-olmaması ilə bağlıdır. Hazırda iddiaçı 06 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə pul tələbinin ipoteka predmeti olan mübahisələndirilən mənzilə yönəldilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 (əlli min) ABŞ dolları kredit tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ ilə məxsus ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına 50000 ABŞ dolları kredit borcunun iddiaçı X10 ödənilməsi, əmlak satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzildən və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı Maraqlı şəxs 100000 (bir yüz min) ABŞ dolları borc vermişdir. Kredit borcunun təminatı kimi iddiaçı, borclu və X29 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, X22 məxsus olan ünvan 1 ünvanda yerləşən 46 saylı mənziliddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində xx.xx.2015-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 1361 nömrəli reyestr kitabının 124367 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Maraqlı şəxs, X17, X3 və X22 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs və X11 müştərək qaydada 84000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə iddiaçı X6 xeyrinə tutulması, tələb üzrə tutmanın X20 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiymətinin 30000 (otuz min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı X6 borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X29 və X4 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2 (005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında X20 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzili, X2 mülkiyyətində olan ünvan 2nin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi icra icraatı qaydasında borc hesabına iddiaçı X6 mülkiyyətinə keçmişdir. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “iddia tələbinin tələb üzrə tutmanın X20 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiymətinin 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi hissəsində” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunaraq digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3448/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə dair xx.xx.2017-ci il tarixində reyestrdə qeydə alınmış qeyd ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə dair qeyd əvvəlki mülkiyyətçi X20 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeyd bərpa olunmuşdur. Beləliklə, hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzil iddiaçı X6 mülkiyyətində deyildir. X29 xx.xx.2016-cı ildə vəfat etmişdir. X20 arvadı X16 11 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X20 qanun üzrə vərəsələridir. AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********44 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzil hazırda da iddiaçı X6 xeyrinə ipoteka ilə yüklüdür. Kredit müqaviləsi üzrə X10 ödənilməmiş cari borc 50000 (əlli min) ABŞ dolları təşkil edir. İddiaçı X15 ipoteka saxlayan kimi bildirişlə ipoteka qoyan X20 vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq etmişdir ki, kredit borcunun tam ödənilməsi üçün ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə tutmanın yönəldilməsini başlayır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehlərə xx.xx.2022-ci ildə verilmişdir. Həmin bildiriş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
4. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə bağlı məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki hallarına görə, iddiaçı 2015-ci ildə Orxan adlı şəxsə 100.000 dollar borc verir və borcun təminatı olaraq üç nəfərlə ipoteka müqaviləsi bağlayır. İpotekalardan biri hazırkı mübahisəli mənzil barəsində olmuşdur. 2016-cı ilin yanvarında hazırkı mübahisəli mənzilin mülkiyyətçisi Ənvər Mehdiyev vəfat edir. İddiaçı həmin ilin sonunda Orxanla müqaviləyə dəyişiklik və əlavə imzalayır. Müqavilənin müddəti 2017-ci ilədək uzadılır, kreditin məbləği aşağı salınır və 84.000 ABŞ dolları məbləğində müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, ipotekaya xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi eyni tarixli kredit müqaviləsindən əmələ gələn 100.000 ABŞ dolları məbləğində öhdəliyin icrasının təmin olunması məqsədilə bağlanmış, xx.xx.2016-cı il tarixində ipoteka qoyan Ənvər Mehdiyev vəfat etmiş, bundan 11 ay sonra — xx.xx.2016-cı il tarixində iddiaçı Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasında “kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmışdır. Bu razılaşmada kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmişdir. Bundan başqa, sonuncu razılaşmanın təminatı kimi Əli Nəcəfov ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə görə “İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir”. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, “İpoteka haqqında” Qanunun 14.1.1ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Sonradan əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, xx.xx.2015-ci il tarixində bağlanan kredit müqaviləsində kreditin məbləği 100.000 ABŞ dolları, kreditin qaytarılma tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Sonradan - xx.xx.2016-cı il tarixində bağlanan əlavə razılaşmada müqavilənin predmetinə və öhdəliyin icra müddətinə dair şərt dəyişdirilmişdir: müqavilənin predmeti 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50.000 ABŞ dollarının) qaytarılma günü xx.xx.2017-ci il tarixinə, qalan hissəsinin (34.000 ABŞ dollarının) qaytarılma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsi və dəyişikliklər qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş müqaviləyə xitam verilə bilməz, çünki xitam qüvvənin əksidir, qüvvəyə minmə baş vermədən xitam mümkün deyil. Həmçinin iddiaçı X15 cavabdehlər Cavabdeh1, X18 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8, X13 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/21 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh1, X21 və X9 istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin boşaldılaraq iddiaçı X10 təhvil verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən yerilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6314/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(103)- 2160/2022 saylı qətnaməsi ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmışdır, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və X18 qarşı cavabdehlərin ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər Cavabdeh1, X18 və X12 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma” barədə iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021ci il tarixli qətnaməsi cavabdeh X12 münasibətdə ləğv edilmiş və cavabdeh X12 münasibətdə iş üzə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar bundan əvvəl qaldırdığı iddialarında göstərdiyi əsaslarla eynilik təşkil edir və mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə əsas öhdəliyin şərtləri dəyişdirildiyinə və buna uyğun olaraq ipoteka müqaviləsində dəyişiklik edilmədiyindən və həmin dəyişiklik qeydə alınmadığından məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ipoteka müqaviləsinin heç bir hüquqi qüvvəsi olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)- 3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutma (84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməsi, ünvan 4 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına qalıq borcun ödənilməsi, satışdan artıq qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarılması və mənzil boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1 və 319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.4.1, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1 və 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehnın nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılsa da, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Bu da onun nəticəsidir ki, məhkəmə hüquq normasının tətbiqində səhvə yol vermişdir. Birinci instansiyası məhkəməsi tərəfindən iddianı təkzib edən sübutlar təqdim edilməsinə və qanuni qüvvədə olan məhkəmə qətnamələrinə hüquqi qiymət verilməmişdir və MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X15 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini etiraz edərək təmin edilməməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
13. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər.
14. Maddə 319.1 və 319.6 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
15. Maddə 33 və 34.4.1 borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.
16. Maddə 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
17. Maddə 59.3 ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, iki halla şərtləndirilmişdir: əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır.
18. Maddə 59.4 bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, həmin tələbin müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur və qeydiyyatdan çıxarılması ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra məmurları və inzibati orqan tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3 bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
24. Maddə 233.3 qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
35. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
36. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı işdə vərəsələri cavabdeh qismində cəlb edilən mərhum X22 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil borc alan Maraqlı şəxs 100000 dollar məbləğində öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir.
37. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi qanunla ipoteka saxlayanın üzərində təsbit olunmuş hüquqdur və bu hüquq hüquq sahibinin iradə ifadəsi əsasında reallaşdırıla bilər.
38. Hazırki iş üzrə əsas borclu öz öhdəliyini lazımınca icra etmədiyindən və müqavilə ilə nəzərdə tutulmuş şərtləri pozduğundan iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildiriş ipoteka qoyanın vərəsələrinə göndərilmiş və xx.xx.2022-ci il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
39. Tələbin vərəsələrə yönəldilməsinə gəlincə qeyd edilməlidir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarı)
40. Cavabdeh2 “öhdəliyin həcmi və müddəti dəyişdirildiyindən, ipoteka müqaviləsində isə müvafiq dəyişikliklər edilmədiyindən və həmin dəyişikliklər qeydə alınmadığından ipoteka müqaviləsinin heç bir hüquqi qüvvəsinin olmamasının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməsi” dəlili ilə bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ipoteka qoyan Ənvər Mehdiyevin xx.xx.2016-cı il tarixində vəfatından sonra – xx.xx.2016-cı il tarixində Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasındakı “xx.xx.2015-ci il tarixli, 3M-1821 reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşmanın imzalanması, razılaşma ilə kredit müqaviləsinə dəyişiklik edilərək kreditin məbləğinin 84.000 ABŞ dolları, həmin pulun bir hissəsinin (50000 ABŞ dollarının) qaytarma gününün xx.xx.2017- ci il, qalan hissəsinin (34000 ABŞ dollarının) qaytarma gününün isə xx.xx.2017-ci il tarixinə təyin olunması müəyyən edilsə də, bu hal ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsas ola bilməz.
41. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MMnin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır.
42. Hazırkı işin müəyyən olunmuş və mübahisə edilməyən hallarından da aydın olur ki, X15 (borc verən) və Maraqlı şəxs (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə kredit məbləği 100000 (bir yüz min) ABŞ dolları, öhdəliyin icra edilmə müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində edilmiş dəyişikliyə əsasən isə ödəniş edildiyindən kreditin məbləği azaldılaraq 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin öhdəliyin icra edilmə müddəti 3 aya yaxın müddətə uzadılmışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarı hazırki işə tətbiq edilməsə belə, kreditin faizsiz verilməsinin şərtləndirildiyi nəzərə alınarsa kredit müqaviləsinə edilmiş qeyd olunan dəyişikliklərin ipoteka qoyanın ziyanına dəyişdirilmədiyini, onun məsuliyyətinin artmasına gətirib çıxarmadığını aydın şəkildə görmək olar. İpoteka qoyanın məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmayan müvafiq dəyişikliklərin kredit müqaviləsinə edilməsinə görə isə ipoteka müqaviləsinin qüvvəyə minməmiş hesab edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməməklə yanaşı, ipoteka saxlayanın əşya hüququ olan ipoteka institutunun, bütövlükdə öhdəliyin icrasının təmini üsullarının mahiyyəti ilə ziddiyyət təşkil etmiş olar. Qeyd olunanlar ipoteka müqaviləsində dəyişikliklər edilməməsi səbəbindən onun qüvvəyə minməməsi ilə bağlı cavabdehin arqumentlərinin əsaslı olmasını istisna edir.
43. İpoteka müqaviləsinin və dəyişikliklərin qüvvəyə minməməsinin apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Bu baxımdan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ipoteka müqaviləsinin hüquqi qüvvəsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinin rəhbər tutulmasını zəruri hesab etmişdir.
44. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
45. Məhkəmə cavabdehin etirazında “iddiaçının iddia ərizəsində göstərdiyi əsasların bundan əvvəl qaldırdığı iddialardakı əsaslarla eynilik təşkil etməsi səbəbindən iş üzrə icraata xitam verilməli olması” dəlili ilə əlaqədar düzün olaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən yaranan mübahisənin “kredit borcunun tutulması” hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə artıq həll olunduğu, bununla belə kredit müqaviləsi üzrə pul tələbinin (hansı ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir) ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisənin öz həllini tapmadığı, əmlakın mülkiyyətçisi öldüyündən iş üzrə icraata xitam verilməsi, digər halda isə ipoteka bildirişinin qeydə alınmaması səbəbindən həmin iddianın baxılmamış saxlanıldığı (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1039/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadlarına əsasən) müəyyən edilmişdir. Göründüyü kimi, “kredit müqaviləsi üzrə pul tələbinin ipoteka predmetinə yönəldilməsi” hissəsində iddiaçının tələbi üzrə işi mahiyyəti üzrə həll edən yekun məhkəmə qərarı mövcud deyildir.
46. Beləliklə, göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən borc tutulmalı olduğundan və həmin borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmış ipoteka müqaviləsi qüvvədə olduğundan ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tutma (qalıq borc) mübahisələndirilən ipoteka predmetinə yönəldilməlidir.
47. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından, məhkəmə araşdırması zamanı qiymətləndirmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7055 saylı rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinin bazar qiymətinin 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat, likvid dəyərinin isə 124000 (bir yüz iyirmi dörd min) manat olması müəyyənləşdirilmişdir.
48. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilərkən məhz onun likvid qiyməti əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətin əsas götürülməsi ilə mənzilin münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər.
49. Məhkəmə kollegiyası qiymətləndirici rəyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzili ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracdan satılmalı və qalıq borcun tutulması əldə edilən məbləğə yönəldilməlidir.
50. İddia tələbinin əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər tərəfindən mənzilin boşaldılması, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin mənzildən və mənzilə qeydiyyatdan çıxarılmaları hissəsinə gəlincə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, iki halla şərtləndirilmişdir: əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır.
51. “İpoteka haqqında” Qanunun müvafiq norması ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququnu həmin ipoteka müqaviləsinin tərəfi olan və əmlak xeyrinə yüklü edilmiş ipoteka saxlayana vermişdir. Kreditor onun xeyrinə icra edilməli olan gecikdirilmiş öhdəliyin mümkün qədər tez icra olunmasında iqtisadi marağı olan hüquq subyekti qismində çıxış edir. Bu cür iqtisadi maraq ipoteka predmetinin mümkün qədər qısa müddətdə özgəninkiləşdirilməsi yolu ilə kreditorun əsas öhdəlik üzrə ümid etdiyi nəticənin ağlabatan müddətdə təmin edilməsini ehtiva edir. İpoteka predmetinin əldə edilməsindən sonra həmin əmlaka real mülkiyyət hüquqlarının həyata keçirilməsi imkanından məhrum olmaq və onun boşaldılması barədə ayrıca məhkəmə mübahisəsi açmaq perspektivi potensial alıcıların həmin əmlakı əldə etməyə olan marağını azaldır. Bu isə son nəticədə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab verməməklə yanaşı, mülki prosesin təməl prinsiplərindən olan prosessual qənaət prinsipi baxımından da yolverilməzdir.
52. Qeyd olunanlar baxımından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia cavabdehlərin mənzildən çıxarılması və mənzil satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..