Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3913/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, x6 və x7 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı Babası oğlunun Cavabdeh (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nəqliyyat İdarəsinin 5 nömrəli x1rşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1299/2020 saylı 07 fevral 2020-ci il tarixli qərardadından İddiaçı Babası oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə 16 mart 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Babası oğlu Cavabdeh (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nəqliyyat İdarəsinin 5 nömrəli x1rşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nəqliyyat İdarəsinin 5 nömrəli x3 ödənilməmiş orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin tutularaq iddiaçı şəxsə ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1299/2020 saylı 07 fevral 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Babası oğlu tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan narazıdır. Belə ki, iş Nərimanov rayon Məhkəməsinin ərazi aidiyyatına aid olduğundan işə Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh hazırda Nərimanov rayon ərazisində yerləşdiyindən və (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nəqliyyat İdarəsinin 5 nömrəli x2 tərkibində fəaliyyət göstərdiyindən hüquqi şəxs qismində Cavabdehilik daşıyır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1299/2020 saylı 28 fevral 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 16.03.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi onu verən şəxs tərəfindən imzalanmamış və iddia ərazi aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Belə ki, cavabdehin ünvanı Bakı şəhəri, Pirallahı rayon kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilərlərə əsasən iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla bağlı şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas olmadığından şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Babası oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1299/2020 saylı 07 fevral 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-3913/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3913/2020
16.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver