Məhkəmə qərarları › İş №2(103)-3920/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3920/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3920/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin icra olunması, maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MTK arasında bağlanmış və Bakı Şəhəri 23 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-790 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsi əsasında onun istifadəsinə və mülkiyyətinə əvəzsiz olaraq verməyi öhdəsinə götürdüyü əmlakın – Bakı şəhəri, Nəsimi rayonu ərazisində Sabit Rəhman, Novruzov qardaşları, Mərdanov qardaşları və Həsən Əliyev küçələrin kəsişməsində yerləşəcək ərazidə MTK tərəfindən Sabit Rəhman küçəsi, 4 ünvanında tikiləcək binanın 7-ci blokunun birinci mərtəbəsindən sahəsi 262 kv.m və binan 6,60 səviyyəsində yerləşən biq ədəd 30 kv.mdən az olmayaraq qaraj sahəsinin ona verilməsi barədə öhdəliyinin icra edilməsi və ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflərin həmin qətnamədən verdikləri apellyasiya şikayətlərinə işə baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) Çinar Kərimov və cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 ayrı-ayrılıqda ərizələr ilə Məhkəməyə müraciət edərək, bildirmişlər ki, iş üzrə tərəflər aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar qaydada həll edərək, “Barışıq sazişi” bağlamışlar. Buna görə də, onlar “Barışıq sazişinin” təsdiq edilməsini, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı ilə cavabdeh MTK-nın sədri arasında xx.xx.2025-ci il tarixdə bağlanmış və Məhkəməyə təqdim edilmiş “Barışıq sazişindən” görünür ki, “Saziş” aşağıdakı məzmundadır: « 1. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Sabit Rəhman, Novruzov qardaşları, Mərdanov qardaşları və Həsən Əliyev adına küçələrin kəsişməsində yerləşən əmlak kompleksinin Sabit Rəhman küçəsi 4 ünvanında yerləşən binanın 7-ci blokunun birinci mərtəbəsindən Sabit Rəhman küçəsinə baxan istiqamətində və hazırki barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan, 2 tərəfi açıq şəkildə, yəni hər hansı bir tikili olmadan, 1 tərəfdən 6 ədəd (vitraj) pəncərə, 1 tərəfdən giriş qapısı olduğu və bir tərəfdən qonşu sahə ilə əhatə edildiyi sahəsi (sütun, beton hissələri, şaxta, havalandırma, pilləkən və digər maneələr verilən kvadrat metr sahəsinə daxil edilməməklə, qeyri-yaşayış sahəsinin daxilindən (içdən içə) hesablanmaqla) 320,28 (üç yüz iyirmi) kvadrat metr qeyriyaşayış sahəsinin işıq və su ilə təchiz edilməklə və rüsumlar ödənilməklə, təmirsiz qeyriyaşayış sahəsini, eyni zamanda həmin blokun və İddiaçı məxsus qeyri yaşayış sahəsinin altında mənfi iki hissəsindən iki avtomobil üçün 30 kvadrat metrdən az olmayan sənəd üzərində 166 və 167 saylı, faktiki isə yerində 135 və 136 saylı qaraj sahəsini, qeyd olunanlarla yanaşı həmin kompleksdən əlavə iki avtomobil üçün nəzərdə tutulan, mənfi birdə yerləşən ümumi sahəsi 23 kvadrat metrdən az olmayan sənəd üzrə 24 və 25 saylı, faktiki yerində 74 və 75 saylı qarajlar hədiyyə olaraq İddiaçı Bəhram oğlu ilə razılaşdırılmış şəkildə heç bir əlavə kompensasiya ödəmədən təhvil verilir, İddiaçı Bəhram oğlu isə heç bir kompensasiya tələb etmədən, ərazinin imza və möhürlə təsdiq edilmiş, barışıq sazişinin tərkib hissəsi sayılan yeni tərtib edilmiş sxemə uyğun olaraq qeyri-yaşayış sahəsini, qaraj sahələrini təhvil almağı öhdəsinə götürür.

2. Həmin qeyri-yaşayış sahəsinin, yəni Sabit Rəhman küçəsi 4 ünvanında yerləşən binanın 7-ci blokunun birinci mərtəbəsindən Sabit Rəhman küçəsinə baxan istiqamətində və hazırkı barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan, 2 tərəfi açıq şəkildə, yəni hər hansı bir tikili olmadan, 1 tərəfdən giriş qapısı olduğu və bir tərəfdən qonşu sahə ilə əhatə edildiyi sahə, 1 tərəfdən 6 ədəd pəncərə hissəsi qeyri-yaşayış sahəsinə dövlət çıxarışı alındıqdan sonra bütövlükdə pəncərə edilməsinə, eləcə də qeyri yaşayış sahəsinin pənəcərələr olan hissəsinin altında olan bağlı hissənin, 23 kvadrat metrdən az olmayan sənəd üzərində 24 və 25 saylı, faktiki isə yerində 74 və 75 saylı qaraj sahəsinin konstruksiya ilə (konstruksiya ilə bağlanmış ərazidə konstruksiya ilə bağlı hər hansı bir yanğın və digər hadisə baş verdikdə mülkiyyətçi cavabdehdir) bağlanmaqla İddiaçı tərəfindən istifadə edilməsinə MTK tərəfindən hər hansı bir etiraz edilməyəcəkdir.

3. Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1 və 2-ci bəndində qeyd edilənlər yerinə yetirildikdən sonra Cavabdeh MTK ilə İddiaçı Bəhram oğlu arasında bağlanmış 07 iyul 2020-ci il tarixli müqavilə üzrə bütün öhdəliklərə xitam verilir və bu da İddiaçı Bəhram oğlunun Cavabdeh MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

4. “RÜR" MTK üzərinə öhdəlik götürür ki, hazırki Barışıq Sazişi ilə İddiaçı Bəhram oğluna təhvil verilməli olan qeyri-yaşayış sahəsinin 6 ədəd pəncərəsi olan yan hissəsindən 6 metr məsafədə həmin pəncərələrin qarşısında, həmin pəncərə ilə qonşu bina arasında, yəni hər iki binaların arasında pəncərədən görünən 6 metr məsafədə hər hansı pilləkən və ya pandus inşa etməyəcəkdir.

5. Cavabdeh MTK öhdəlik götürür ki, İddiaçı Bəhram oğlunun müraciəti əsasında, təhvil verilməli olan qeyri-yaşayış və qaraj sahəsinə çıxarış almaq üçün zəruri olan bütün sənədləri müqavilə bağlandıqdan 2 (iki) gün sonra hazır edərək İddiaçı Bəhram oğluna təqdim edəcəkdir.

6. Tərəflər təsdiq edirlər ki, hazırkı barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi şərti ilə tərəflərin bir-birinə qarşı iddia və tələbləri qalmır.

7. Bu Barışıq sazişindən yaranan hüquqlardan tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir.

8. Tərəflər razılığa gəlirlər ki, məhkəmədə dövlət rüsumları kimi ödənilmiş xərclər hər tərəfin öz üzərində qalır.

9. Tərəflər təsdiq edir ki, mübahisənin hazırkı barışıq sazişinin şərtləri ilə həll edilməsi onların mənafelərinə uyğundur.

10. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

11. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir.

12. Barışıq sazişinin şərtlərini əks etdirən hazırkı ərizə Bakı Apellyasiya Məhkəməsində və hər Tərəfdə bir nüsxə saxlanılmaqla 3 (üç) əsl nüsxədə tərtib edilmişdir». Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və tərəflər “Sazişi” imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, “Barışıq sazişi” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, yuxarıda göstərilənləri, MPM-in 263 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏRARA ALDİ:

İş üzrə tərəflərin verdikləri “Barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizələr təmin edilsin. İddiaçı Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: « 1. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Sabit Rəhman, Novruzov qardaşları, Mərdanov qardaşları və Həsən Əliyev adına küçələrin kəsişməsində yerləşən əmlak kompleksinin Sabit Rəhman küçəsi 4 ünvanında yerləşən binanın 7-ci blokunun birinci mərtəbəsindən Sabit Rəhman küçəsinə baxan istiqamətində və hazırki barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan, 2 tərəfi açıq şəkildə, yəni hər hansı bir tikili olmadan, 1 tərəfdən 6 ədəd (vitraj) pəncərə, 1 tərəfdən giriş qapısı olduğu və bir tərəfdən qonşu sahə ilə əhatə edildiyi sahəsi (sütun, beton hissələri, şaxta, havalandırma, pilləkən və digər maneələr verilən kvadrat metr sahəsinə daxil edilməməklə, qeyri-yaşayış sahəsinin daxilindən (içdən içə) hesablanmaqla) 320,28 (üç yüz iyirmi) kvadrat metr qeyriyaşayış sahəsinin işıq və su ilə təchiz edilməklə və rüsumlar ödənilməklə, təmirsiz qeyriyaşayış sahəsini, eyni zamanda həmin blokun və İddiaçı məxsus qeyri yaşayış sahəsinin altında mənfi iki hissəsindən iki avtomobil üçün 30 kvadrat metrdən az olmayan sənəd üzərində 166 və 167 saylı, faktiki isə yerində 135 və 136 saylı qaraj sahəsini, qeyd olunanlarla yanaşı həmin kompleksdən əlavə iki avtomobil üçün nəzərdə tutulan, mənfi birdə yerləşən ümumi sahəsi 23 kvadrat metrdən az olmayan sənəd üzrə 24 və 25 saylı, faktiki yerində 74 və 75 saylı qarajlar hədiyyə olaraq İddiaçı Bəhram oğlu ilə razılaşdırılmış şəkildə heç bir əlavə kompensasiya ödəmədən təhvil verilir, İddiaçı Bəhram oğlu isə heç bir kompensasiya tələb etmədən, ərazinin imza və möhürlə təsdiq edilmiş, barışıq sazişinin tərkib hissəsi sayılan yeni tərtib edilmiş sxemə uyğun olaraq qeyri-yaşayış sahəsini, qaraj sahələrini təhvil almağı öhdəsinə götürür.

2. Həmin qeyri-yaşayış sahəsinin, yəni Sabit Rəhman küçəsi 4 ünvanında yerləşən binanın 7-ci blokunun birinci mərtəbəsindən Sabit Rəhman küçəsinə baxan istiqamətində və hazırkı barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan, 2 tərəfi açıq şəkildə, yəni hər hansı bir tikili olmadan, 1 tərəfdən giriş qapısı olduğu və bir tərəfdən qonşu sahə ilə əhatə edildiyi sahə, 1 tərəfdən 6 ədəd pəncərə hissəsi qeyri-yaşayış sahəsinə dövlət çıxarışı alındıqdan sonra bütövlükdə pəncərə edilməsinə, eləcə də qeyri yaşayış sahəsinin pənəcərələr olan hissəsinin altında olan bağlı hissənin, 23 kvadrat metrdən az olmayan sənəd üzərində 24 və 25 saylı, faktiki isə yerində 74 və 75 saylı qaraj sahəsinin konstruksiya ilə (konstruksiya ilə bağlanmış ərazidə konstruksiya ilə bağlı hər hansı bir yanğın və digər hadisə baş verdikdə mülkiyyətçi cavabdehdir) bağlanmaqla İddiaçı tərəfindən istifadə edilməsinə MTK tərəfindən hər hansı bir etiraz edilməyəcəkdir.

3. Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1 və 2-ci bəndində qeyd edilənlər yerinə yetirildikdən sonra Cavabdeh MTK ilə İddiaçı Bəhram oğlu arasında bağlanmış 07 iyul 2020-ci il tarixli müqavilə üzrə bütün öhdəliklərə xitam verilir və bu da İddiaçı Bəhram oğlunun Cavabdeh MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

4. “RÜR" MTK üzərinə öhdəlik götürür ki, hazırki Barışıq Sazişi ilə İddiaçı Bəhram oğluna təhvil verilməli olan qeyri-yaşayış sahəsinin 6 ədəd pəncərəsi olan yan hissəsindən 6 metr məsafədə həmin pəncərələrin qarşısında, həmin pəncərə ilə qonşu bina arasında, yəni hər iki binaların arasında pəncərədən görünən 6 metr məsafədə hər hansı pilləkən və ya pandus inşa etməyəcəkdir.

5. Cavabdeh MTK öhdəlik götürür ki, İddiaçı Bəhram oğlunun müraciəti əsasında, təhvil verilməli olan qeyri-yaşayış və qaraj sahəsinə çıxarış almaq üçün zəruri olan bütün sənədləri müqavilə bağlandıqdan 2 (iki) gün sonra hazır edərək İddiaçı Bəhram oğluna təqdim edəcəkdir.

6. Tərəflər təsdiq edirlər ki, hazırkı barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi şərti ilə tərəflərin bir-birinə qarşı iddia və tələbləri qalmır.

7. Bu Barışıq sazişindən yaranan hüquqlardan tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir.

8. Tərəflər razılığa gəlirlər ki, məhkəmədə dövlət rüsumları kimi ödənilmiş xərclər hər tərəfin öz üzərində qalır.

9. Tərəflər təsdiq edir ki, mübahisənin hazırkı barışıq sazişinin şərtləri ilə həll edilməsi onların mənafelərinə uyğundur.

10. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

11. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir.

12. Barışıq sazişinin şərtlərini əks etdirən hazırkı ərizə Bakı Apellyasiya Məhkəməsində və hər Tərəfdə bir nüsxə saxlanılmaqla 3 (üç) əsl nüsxədə tərtib edilmişdir». “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Birinci instansiya məhkəməsində işə baxılması zamanı keçirilmiş ekspertizaların xərcləri – cəmi 600 manat bərabər hissələr ilə iş üzrə tərəflərə aid edilsin. Bu məqsədlə İddiaçı və Cavabdehndən hər birindən 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, hər birindən 200 (iki yüz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə tərəflər hazırkı qərardaddan, qərardad onlara rəsmi qaydada verildiyi gündən etibarən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar