Məhkəmə qərarları › İş №2(103)-3926/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3926/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3926/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 və vəkili Nümayəndə1, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı (cavabdehin tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7) “mənzilin təhvil verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə ilkin, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4293/2019 saylı qətnaməsindən İddiaçı və MMC-nin apellyxxxxx şikayətlərinə əsasən mülki işə Bakı Apellyxxxxx Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə arasında olan, Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişmələrində Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış kompleksinin 3 saylı yaşayış binasının 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 140 kv.m olan 111 nömrəli mənzilin alğı-satqısı barədə xx xxxx 2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişmələrində Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış kompleksinin 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 162 kv.m olan mənzil ilə onun təmin edilməsi vəzifəsinin Cavabdeh1 MTK və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin üzərinə qoyulması və xx xxxx 2004-cü il tarixli müqavilə üzrə artıq ödənilmiş 1520 ABŞ dolları məbləğində pulun Cavabdeh1 MTK-dan alınıb ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəməyə təqdim etdiyi xx xxxx 2004-cü il tarixli müqavilənin, Cavabdeh1 MTK-nın məhkəməyə təqdim etdiyi xx xxxx 2004-cü il tarixli müqavilənin etibarsız sayılması və birtərəfli restitusiya qaydalarının tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 MTK tərəfindən gələcəkdə inşa ediləcək yaşayış binasında ev almaq qərarına gəlmişdir. Cavabdeh1 MTK ilə arasında xx xxxx 2004-cü il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçəsinin kəsişməsində yerləşən MTK tərəfindən gələcəkdə tikilməsi nəzərdə tutulan 3 saylı evdə, 5-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 175 kv.metr olan 14 nömrəli mənzilin dəyəri olan 33250 ABŞ dolları tam ödənilmişdir. Həmin məbləğin 15300 ABŞ dolları X4 tərəfindən, qalan 17950 ABŞ dolları onun tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. Həmin yaşayış binası tam tikildiyinə və hazırda bəzi mənzillərdə yaşayış olmasına baxmayaraq, mənzili ona təhvil verilmədiyindən o, mənzilində təmir işlərinə başlayıb köçə bilməmişdir. İddiaçı ilkin olaraq iddia tələbində Cavabdeh1 MTK-dan xx.xx.2004-cü il tarixli müqavilə əsasında aldığı Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişmələrində Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış kompleksinin 3 saylı yaşayış binasının, 5-ci mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 175 kv.m olan 14 saylı mənzilin ona verilməsini tələb etmişdir. Sonradan məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən 252-ci məhəllədə 1-ci mərtəbəsi qeyri-yaşayış olan çoxmərtəbəli yaşayış binalarının 2006-cı il tarixli yeni eskiz layihəsindən müəyyən olunmuşdur ki, 2006-cı il tarixdə həmin binanın eskiz layihəsi dəyişdirilmiş, tam fərqli binanın tikilməsi qərara alınmış və iddiaçının tələb etdiyi ümumi sahəsi 175 kv.m olan mənzil həmin binaların eskiz layihəsində öz əksini tapmamışdır. Belə olan təqdirdə iddiaçı mülki işin gedişatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişmələrində Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış kompleksinin 3 saylı yaşayış binasının, 5-ci mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 162 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin üzərinə qoyulmasını və xx xxxx 2004-cü il tarixli müqavilə üzrə artıq ödənilmiş 1520 ABŞ dolları məbləğində pulun Cavabdeh1 MTKdan alınıb ona geri qaytarılmasını tələb etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzillə bağlı məzmun və predmet baxımından bir-birinə zidd olan, mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla tərtib edilmiş eyni tarixli iki müqavilə mövcuddur. İddiaçının məhkəməyə təqdim etdiyi xx xxxx 2004-cü il tarixli müqavilə mahiyyətinə görə alqı-satqı deyil, podrat müqaviləsidir, iddiaçı və müqavilə üzrə “Payçı” İddiaçı, Sifarişçi Cavabdeh1 MTK və “Podratçı” “xxxxx”MMC tərəfindən bağlanmışdır, həmçinin qeyd olunmalıdır ki, müqavilənin digər səhifəsinin əsli kserosurətlə əvəzləşdirilmiş və belə olan halda 3 tərəfin imzası ilə deyil, 1 imza ilə təsdiq edilmiş, orijinal olmasına əsaslı şübhələr vardır. Müqavilənin 4.2 yarımbəndində Podratçı binaların tikintisini bu Müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində başlayıb başa çatdırmalıdır (müqavilənin 2.1 yarımbəndinə əsasən xx xxxxxxxx 2005-ci il tarixdə), 5.4. yarımbəndinə əsasən Sifarişçi binaların inşaası qurtardıqdan sonra onları Podratçıdan aktla qəbul etməlidir. Müqavilənin 9.2. yarımbəndinə əsasən Sifarişçi binaları qəbul etdikdən və Sifarişçi və Podtatçı aralarında son haqq-hesab aparıldıqdan sonra qüvvədən düşmüş hesab olunur. Müqavilənin 6-cı bəndində Payçının öhdəlikləri müəyyən olunur: 6.1 - Payçı 3 saylı evdə 5 mərtəbədə ona düşən 4 otaqlı, tam sahəsi 175 kv.m. olan 14 saylı mənzilin sahəsinin hər kv.m. üçün 190 ABŞ dolları olmaqla cəmi 33250 ABŞ dolları (ekvivalent olmaqla manatla) ödəyir. Göründüyü kimi, tərəflər Cavabdeh1 MTK-nın digər üzvlərinin maraqlarına zidd olaraq bağladıqları alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə podrat müqaviləsi formasında yalan əqdlər bağlamışlar. Cavabdehin də məhkəməyə təqdim etdiyi xx xxxx 2004-cü il tarixli müqavilə mahiyyətinə görə alqı-satqı deyil, podrat müqaviləsidir, iddiaçı və müqavilə üzrə “Payçı” İddiaçı, Sifarişçi Cavabdeh1 MTK və “Podratçı” “xxxxx”MMC tərəfindən bağlanması göstərilir. Eyni məzmunlu müqavilədə də Payçının öhdəlikləri müəyyən olunur, lakin 6.1-cı yarımbəndində Payçı 3 saylı evdə 4 mərtəbədə ona düşən 4 otaqlı, tam sahəsi 140 kv.m. olan 111 saylı mənzilin sahəsinin hər kv.m. üçün 190 ABŞ dolları olmaqla cəmi 26600 ABŞ dolları (ekvivalent olmaqla manatla) ödəməli olduğu qeyd edilir. Bu müqavilədə isə mərtəbənin sayı, mənzilin nömrəsində əl ilə mexaniki düzəlişlər edilmişdir. Göründüyü kimi iddiaçının müqaviləsi cavabdehin müqaviləsinə ziddir və cavabdeh də iddiaçının müqaviləsini qəbul etmir. Həmçinin hər iki müqavilədə olan düzəlişlər, qanunsuzluqlar və saxtakarlıqlar iradə ifadəsinin mümkünlüyünü şübhə altına alır. Bu səbəblərdəndə iddiaçı 15 il ərzində müqavilə üzrə öhdəliklərin icrasını tələb etməmişdir. Göründüyü kimi həm iddiaçının həm cavabdehin təqdim etdikləri müqavilələr əhəmiyyətsiz əqlərdir. Belə ki, əslində müqavilə bağlandığı zaman və hazırdada həmin yaşayış binasında mənzilin 1 kv.m. qiyməti 190 ABŞ dolları deyil və ola bilməzdi, hazırda rəsmi qiymətləndirmə hesabatına əsasən mənzilin 1 kv.m. qiyməti 2200-2600 manat civarındadır. Hər iki tərəf bir-biriləri ilə qanunsuz və əsassız, Cavabdeh1 MTK-nın digər üzvlərinin maraqlarına zidd olaraq bağladıqları alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə podrat müqaviləsi formasında yalan əqdlər bağlamışlar. Yalan əqdin bağlanması tərtib edilmiş müqavilələrin adı, forması və predmeti, iradə ifadəsi ilə konkret öhdəliklər yaratmaması, kserosurətdən istifadə edilməsi, düzəlişin üç tərəfin deyil, guya bir tərəfin imzası ilə təsdiq edilməsi, Cavabdeh1 MTK-da iddiaçının da, cavabdehin də müqavilələrinə uyğun olmayan əmlakın mövcud olmaması, mənzilin ayrılmasına dair Kooperativin Ümumi yığıncağının qərarı və mənzilin tam dəyərinin ödənilməsinə dair Maliyyə Arayışının olmaması ilə tam sübuta yetirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4293/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və MMC tərəfindən apellyxxxxx şikayəti verilmişdir. İddiaçı apellyxxxxx şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi ilə eyni məzmunlu apellyxxxxx şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC apellyxxxxx şikayətində qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyxxxxx şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Qarşılıqlı iddia ərizəsi təqdim edilərkən xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim etsələr də, məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf öz apellyxxxxx şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin isə apellyxxxxx şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi isə öz apellyxxxxx şikayətlərini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini, iddiaçının apellyxxxxx şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların (nümayəndənin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyxxxxx instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyxxxxx instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyxxxxx şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyxxxxx instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyxxxxx şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyxxxxx şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sifarişçi Cavabdeh1 MTK, podratçı “xxxxx” MMC və payçı İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən, podratçı Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrində yerləşən 0,5388 kv.m təşkil edən 252 saylı məhəllədə sifarişçi üçün üç ədəd 14 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməyi, sifarişçi isə tikintinin dəyərini və tikinti ilə bağlı podratçının çəkdiyi digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Tikinti işlərinin xx xxxx 2004-cü ildə başlanılması və xx xxxxxxxx 2005-ci ildə başa çatması nəzərdə tutulmuşdur. Həmin müqavilənin “Payçının öhdəlikləri” bölməsində payçı 3 saylı evdə 5-ci mərtəbədə ona düşən 4 otaqlı, tam sahəsi 175 kv.m olan 14 saylı mənzilin sahəsinin hər kv.m üçün 190 ABŞ dolları olmaqla 33250 ABŞ dolları Respublika Milli Bankının kursuna ekvivalent olaraq manatla sifarişçinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sifarişçi Cavabdeh1 MTK, podratçı “xxxxx” MMC və payçı İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən, podratçı Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrində yerləşən 0,5388 kv.m təşkil edən 252 saylı məhəllədə sifarişçi üçün üç ədəd 14 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçriməyi, sifarişçi isə tikintinin dəyərini və tikinti ilə bağlı podratçının çəkdiyi digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Tikinti işlərinin xx xxxx 2004-cü ildə başlanılması və xx xxxxxxxx 2005-ci ildə başa çatması nəzərdə tutulmuşdur. Həmin müqavilənin “Payçının öhdəlikləri” bölməsində payşə 3 saylı evdə 4cü mərtəbədə ona düşən 4 otaqlı, tam sahəsi 140 kv.m olan 111 saylı mənzilin sahəsinin hər kv.m üçün 190 ABŞ dolları olmaqla 26600 ABŞ dolları Respublika Milli Bankının kursuna ekvivalent olaraq manatla sifarişçinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə 10300 ABŞ dolları və 3000 ABŞ dolları, xx.xx.2004-cü il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 10000 ABŞ dolları məbləğində pulu mənzil almaq üçün Cavabdeh1 MTK-ya ödəmişdir. Habelə xx xxx 2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı mənzil almaq üçün 2000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 MTK-ya ödəmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində 252-ci məhəllə 1-ci mərtəbəsi qeyri yaşayış olan coxmərtəbəli yaşayış binalarının 2006-ci il tarixli eskiz layihəsinin 4-cü və 5-ci mərtəbələrinin planından görünür ki, binaların həmin mərtəbələrində ümumi sahəsi 175 kv.m mənzilin tikintisi nəzərdə tutulmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1704 saylı Fərmanın 1-ci bəndinə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 Nizamnaməsi təsdiq edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, “xxxxxxxxxxx” X5 X12 Təşkilatının (bundan sonra – “xxxxxxxxxxx” QSC) “Azərbaycan Beynəlxalq Bankı” X2 aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 (bundan sonra – “xxx” ASC) mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin (borclarının) əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların “xxxxxxxxxxx” QSC X12 Təşkilatının mülkiyyətindən (balansından) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətinə (balansına) verilməsinə dair “xxxxxxxxxxx” QSC BOKT, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və Cavabdeh1 MTK arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 MTK-nın problemli aktivlərinin (borclarının) əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6.713 kv.m. olan 58 ədəd mənzillər, 55 ədəd qaraj, 2.740 kv.m ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13.025.000,00 manat dəyərindən kreditor və vergi borcları (Razılaşmanın 2 və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxxxxxxxxx” QSC tərəfindən "xxx” ASC-nin balansına verilmişdir. Göründüyü kimi iddiaçı əvvəlcə ümumi sahəsi 175 kv.m olan 14 saylı mənzilin ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı mübahisəli yaşayış binalarının 2006-cı ildə eskiz layihələrinin dəyişdirilməsi nəticəsində iddiaçının tələb etdiyi ümumi sahəsi 175 kv.m olan mənzilin həmin binaların eskiz layihəsində öz əksini tapmadığı müəyyən olunduqdan sonra, iddiaçı ümumi sahəsi 162 kv.m olan mənzilin təhvil verilməsini tələb etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının tələb etdiyi Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış kompleksinin 3 saylı yaşayış binasının, 5-ci mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 162 kv.m olan mənzil barəsində tərəflər arasında hər hansı bir müqavilə mövcud deyildir, belə olan halda məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, tərəflər müqavilə bağlayarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. 2006-cı ildə layihədə əhəmiyyətli dəyişikliklərin baş verməsi tərəflər arasında bağlanmış müqavilənin icrasını, yəni sahəsi 175 kv.m. olan mənzilin təhvil verilməsini mümkünsüz etmişdir. Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki halda görünən odur ki, tərəflər arasında 175 kv.m olan 14 saylı mənzilin sahəsinə dair müqavilə bağlanmış, daha sonra isə 2006-cı il tarixdə həmin binanın eskiz layihəsi dəyişdirilmiş, tam fərqli binanın tikilməsi qərara alınmış və iddiaçının tələb etdiyi ümumi sahəsi 175 kv.m olan mənzil həmin binaların eskiz layihəsində öz əksini tapmamışdır. Belə olan halda qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən Kollegiya iddiaçıya izah etməyi zəruri hesab edir ki, o, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halını əsas götürərək, cavabdehlə arasında bağlanmış müqavilənin dəyişdirilməsi təklifi ilə cavabdehə müraciət etməli, əgər cavabdeh bu təklifdən imtina edərsə, o halda müvafiq tələblə məhkəməyə müraciət etməlidir. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ilkin iddia tələbi mənzilin təhvil verilməsi hissəsində təmin edilmədiyi üçün artıq ödənilmiş pulun Cavabdeh1 MTK-dan tutulması hissəsi üzrə də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin sahəsi 140 kv.m olan mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız sayılmasına dair ilk və qarşılıqlı iddia tələblərini təmin etməməkdə də haqlı olmuşdur, belə ki, MPM-nin 89.1 və 89.3-cü maddələrinin tələblərinə zidd olaraq məhkəməyə həmin müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti yox, adi kserosurəti təqdim olunmuşdur. Nəhayət, sahəsi 175 kv.m olan mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız sayılmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı da məhkəmə düzgün nəticəyə gəlmişdir, belə ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan tələblərə əməl edilməməsi müəyyən edilməmişdir. Əksinə, müqavilə üzrə tərəflər məhkəmə iclasında həmin müqavilənin onların iradə ifadələrinə uyğun olmasını təsdiq etmişlər. MMC-nin apellyxxxxx şikayətində qeyd etdiyi xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətə münasibət bildirilməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, MMC həmin müqavilə üzrə tərəf deyildir, müqaviləni bağlamış tərəflər isə belə bir halı mübahisələndirməmişlər, odur ki, Kollegiya hesab edir ki, həmin vəsatət əsassızdır, xətşünaslıq ekspertizasının keçirilməsini zəruri edən hər hansı hal müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyxxxxx şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin apellyxxxxx şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4293/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyxxxxx Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassxxxxx şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar