Məhkəmə qərarları › İş №2(103)-3945/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3945/2024

21.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3945/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(001)-2772/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-dəistehsalat sahəsi üzrə əsas sürücü vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır “yox”. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə (qanunvericilkdə nəzərdə tutulmuş digər hallarda) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2024-cü il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 700 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 4.16-cı bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən İş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır. İş vaxtının rejimi barədə: Həftənin bazar ertəsi –cümə günləri iş başlayır 09:00, bitir 17:00, şənbə günü iş başlayır 09:00 bitir 15:00. Nahar fasiləsi 13:00-14:00. İstirahət günləri hər həftənin bazar günləridir. 2.Sistemə xx.xx.2024-ci il tarixdə daxil edilmiş X6 ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı sürücü vəzifəsində işləyir, əmək haqqı 700 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü ildir. 3.Cavabdeh tərəfindən tərtib edilmiş 01-31 yanvar 2024- cü il tarixlər üzrə ĞRB seriyalı 119833 №-li yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, İddiaçı “Kamaz-54115 010-15” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Biləcəri-Bakı və ətrafı rayonlara sürməsi tapşırılmışdır. 4.Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 20/K nömrəli əmrindən görünür ki, “İstehsalat sahəsi” bölməsində “sürücü” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “b”-əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xitam verilməsi və işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/ departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. 5.Sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 20/K nömrəli əmrlə xitam verilmişdir. 6.Əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına son haqq hesab olaraq 567,93 manat ödənilmişdir. 7.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli 3-17-7/2-T-12486/2024 №-li Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 8.Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı əmək mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etsə də, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. 9.Cavabdeh ilə X9 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-dəistehsalat sahəsi üzrə əsas sürücü vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır “yox”. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə (qanunvericilkdə nəzərdə tutulmuş digər hallarda) əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1 ay müddətinə bağlanmışdır. 10.Cavabdeh ilə X5 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-də istehsalat sahəsi üzrə əsas sürücü vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinəəsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır “yox”. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə (qanunvericilkdə nəzərdə tutulmuş digər hallarda) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1 ay müddətinə bağlanmışdır. 11.xx.xx.2024-cü il tarixli qəbzdən görünür kİ, iddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. a)Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma üçün əmək haqqı ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməsi, mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 yanvar 2024-cü il tarixdə X3 onu dəvət etməsi ilə əlaqədar olaraq cavabdeh təşkilata gedib onunla görüşmüşdür. Ona bildirilmişdir ki, şirkətdə “e” kateqoriyalı sürücüyə ehtiyac yarandığı üçün onu çağırtdırmışdır. Şirkətin iş rejimi 6 günlük iş həftəsidir, yük maşınlarının səhər saat 07:00-dan axşam 22:00-dək Bakı şəhərinə giriş qadağan edildiyindən iş vaxtı saat 22:00-dan ertəsi gün saat 06:00-a qədərdir. Həmçinin, gündəlik görəcəyi işlər barədə tapşırıqların ona telefon vasitəsilə bildiriləcəyi, hər ayın sonunda sürücülərə 1300 manat məbləğində əmək haqqı ödənildiyi bildirilmişdir. O, təklif edilmiş şərtlərlə razılaşmış, Ramil adlı digər sürücü ilə birlikdə faktiki olaraq xx.xx.2024-cü il tarixindən, yüklərin çatdırılmalı olduğu obyektlərin ünvanları ilə tanış olduqdan sonra onun adına yol vərəqəsi yazılmış və xx.xx.2024-cü il tarixindən həmin “Kamaz 54115” markalı avtomobildə tək işləməyə başlamışdır. Bəzən şəhərdən kənarda yerləşən obyektlərə yük aparmaq, yaxud həmin obyektlərdən yük götürmək lazım olanda, Kişiyev Eldənizintapşırığına əsasən saat 06:00-da, Lökbatan qəsəbəsində vaqondan yük boşaltmaq lazım olanda isə 14:00-da işə çıxır və hər iki halda ertəsi gün saat 06:00-a qədər işdə olurdu. Onun idarə etdiyi avtomobil digərlərindən fərqli olaraq əyləc və işıq sistemi nasaz, texniki cəhətdən istismara tam yarasız vəziyyətdə olduğu üçün tez-tez xarab olaraq yüklə birlikdə yolun hərəkət hissəsində qalaraq qəza şəraiti yaratdığından və digər hərəkət iştirakçılarının narazılığına səbəb olduğundan Kişiyev Eldənizə bir neçə dəfə müraciət edərək, avtomobilin əsaslı təmir etdirilməsini xahiş etmiş, lakin o, heç bir real tədbir görməmiş və bildirmişdir ki, onun əvəzinə Şirkətə yeni avtomobil gətiriləcək, bu səbəbdən də həmin avtomobilin təmir etdirilməsi maliyyə cəhətdən sərfəli deyil. Hələlik bu vəziyyətdə idarə etməsini, yox əgər həmin avtomobildə işləmək ona sərf etmirsə ərizəsini yazaraq, işdən çıxması bildirilmişdir. 02 fevral 2024-cü il tarixində Kişiyev Eldəniz onu öz yanına çağıraraq bildirdi ki, onun idarə etdiyi avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi baş versə, o, məsuliyyətdən yaxa qurtara bilməz, ona görə də ərizə yazıb öz xahişilə işdən çıxsın. Onun tələbinin qanunsuz olduğunu bildirərək ərizə yazmaqdan imtina etmiş, bu zaman o, həddindən artıq əsəbləşərək, ona bildirmişdir ki, “əgər ağsaqqal olmasaydın onunla başqa cür danışardı. Ya öz xoşunla ərizə yaz, ya da bir daha bu şirkətin ərazisinə ayaq basma, əks halda sənə görə sənin yerlilərini də işdən çıxaracağam”. Həmin tarixdən etibarən onu bir daha iş yerinə buraxmamışlar, E.Kişiyev onun telefonuna da cavab verməmişdir. xx.xx.2024-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzindən ona təqdim edilən X6 X18 Müqaviləsi Bildirişindən və Sosial Arayışdan görünür ki, 25 yanvar 2024-cü il tarixində Cavabdeh MMC ilə onun arasında xxxxxxx000500 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə aylıq əmək haqqı 700 manat, iş saatları 09:00 - 17:00, nahar fasiləsi 13:00 - 14:00 göstərilmişdir. Mübahisənin sülh yolu ilə ilə həll edilməsi üçün 05 fevral 2024-cü il tarixində Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf xx.xx.2024-cü il tarixinə təyin edilmiş ilkin mediasiya sessiasına gəlməmişdir. Həmin tarixdə Paşa Bankdan aldığı çıxarışdan müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixində onun maaş kartına son haqq hesab olaraq 567,93 manat pul köçürülmüşdür. Bunu aydınlaşdırmaq üçün 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Oradan ona təqdim olunan 04 mart 2024 tarixli 3-17-7/2-T-12486/2024 №-li arayışda isə göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” sisteminə əsasən xx.xx.2024- cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixində yenidən 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və əldə etdiyi Sosial Arayışdan ona məlum olmuşdur ki, Cavabdeh MMC ilə onun arasında olan 3G0 3J4N000500 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, ona isə bu barədə heç bir məlumat verilməmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində X8 onunla iş barəsində söhbət edərkən də əmək müqaviləsinin müddətli bağlanacağı barədə heç bir söz deməmişdir, eləcə də Əmək Məcəlləsinin 47-ci (Müddətli əmək müqaviləsi bağlanan hallar) maddəsində sadalanan halların heç biri mövcud olmamış və onun da bu haqda heç bir razılığı olmamışdır. Bundan əlavə, iş vaxtı faktiki olaraq hər gün saat 22:00-dan ertəsi gün saat 06:00-a qədər olduğu halda, müqavilədə 09:00 - 17:00, nahar fasiləsi 13:00 - 14:00 göstərilmişdir. Həmçinin əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətinə başladığı halda, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024-cü il göstərilmişdir. Həmçinin əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq əmək müqaviləsi yalnız bir nüsxədən ibarət tərtib olunaraq işəgötürəndə saxlanılmışdır. 14.Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin xitam verilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Lakin ərizəsində iddiaçının özü də etiraf edir ki, onu Cavabdeh MMC-nin direktoru yanına çağıraraq işdən azad olunacağı ilə bağlı xəbərdar etmişdir. İşdən azad olunması ilə bağlı xəbərdarlığın səbəbi isə İddiaçı dəfələrlə idarə etdiyi maşınla qəza törətməsi olub. Bu hadisələri də şahidlər sübut edə bilər. O ki, qaldı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona məlumatın verilməməsinə, bununla əlaqədar bildirilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan və əmək müqaviləsinin bir nüsxəsi ona verildiyindən, eyni zamanda direktorun ona işdən azad olunacağı ilə bağlı məlumat verdiyindən hesab edirlər ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumatı olmuşdur. Həmçinin, iddiaçı müəssisədə cəmi 10-12 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi qaydalarına əmək məcəlləsinin tələblərinə tam uyğun şəkildə riayət olunmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 15.İddiaçı cavabdehin dəlillərinə etiraz haqqında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində Cavabdeh MMC-nin direktoru onu yanına çağıraraq işdən azad olunacağı barədə xəbərdar etdi” şəklində bir söz belə göstərilməmişdir. İşdə olan iddia ərizəsində qeyd edilir ki, “02 fevral 2024-cü il tarixində Kişiyev Eldəniz onu öz yanına çağıraraq bildirdi ki, onun idarə etdiyi avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi baş verərsə, məsuliyyətdən yaxa qurtara bilməz, ona görə də ərizə yaz öz xahişinlə işdən çıx. Onun tələbinin qanunsuz olduğunu bildirərək ərizə yazmaqdan imtina etmiş, bu zaman o, həddindən artıq əsəbləşərək ona bildirmişdir ki, əgər ağsaqqal olmasaydı onunla başqa cür danışardı. Ya öz xoşunla ərizə yaz, ya da bir daha bu şirkətin ərazisinə ayaq basma, əks halda ona görə yerlilərini də işdən çıxaracaq. Həmin tarixdən etibarən onu bir daha iş yerinə buraxmadılar, E.Kişiyev onun telefonuna da cavab vermədi.” Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2024-cü il tarixində keçirilən hazırlıq iclasında Kişiyev Eldəniz özünü təqdim etdiyi ana qədər onun Cavabdeh MMC-nin direktoru olduğunu bilmirdi. Belə ki, o, hər dəfə onunla söhbət edərkən qeyd edirdi ki, bu şirkətin rəhbəri çox imkanlı adamdır və heç vaxt bura gəlmir. O, sadəcə onun göstərişi ilə zavodda istehsalat prosesinə nəzarət edir. Bundan əlavə, E.Kişiyev keçən iclasa şahid qismində onun üzünə durdurmaq üçün özü ilə gətirdiyi, onun yerliləri olduqları üçün işdən qovduracağı ilə təhdid etdiyi Vasif Xudiyev və soyadını xatırlamadığı Əvəz də ona bildirmişdir ki, Eldəniz əslində heç kimdir, bu şirkətin rəhbəri tamamilə başqa bir adamdır və onu heç vaxt görməmişlər. Onu da hamı bilir ki, hər şeyi Eldəniz ona çatdırır və o da Eldənizin hər dediyinə inanır. Odur ki ehtiyatlı ol, onun yanında heç nə danışma. Onu da bil ki tək Eldəniz deyil, bu şirkətdə işləyənlərin əksəriyyəti cənub bölgəsindəndir və onların hamısı “işverənlərdir”. Lakin xx.xx.2024-cü il tarixində Kişiyev Eldənizin qanunsuz tələbinə etiraz edərək ərizə yazmaqdan imtina etdiyinə görə, onun tələbi ilə ona açıq şəkildə dəstəklədilər və Vasif onun xoşuna gəlmək üçün onun yaxasından tutaraq bildirdi ki, “oğraşlıq eləmə, sənə görə bizi də işdən qovacaqlar, bir ərizə yazmaq nədir ki onu yazmaq istəmirsən?” Eləcə də həmin ərizədə göstərilir ki, “O ki, qaldı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona məlumatın verilməməsinə, onu bildirə bilərik ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan və əmək müqaviləsinin bir nüsxəsi ona verildiyindən, eyni zamanda direktorun ona işdən azad olunacağı ilə bağlı məlumat verdiyindən hesab edirik ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumatı olmuşdur.” Qeyd edir ki, bu arqumentlər də tamamamilə yalandır və işdə olan iddia ərizəsində də göstərildiyi kimi, xx.xx.2024-cü il tarixində X8 onunla iş barəsində söhbət edərkən də əmək müqaviləsinin müddətli bağlanacağı barədə heç bir söz deməmişdir, eləcə də Əmək Məcəlləsinin 47-ci (Müddətli əmək müqaviləsi bağlanan hallar) maddəsində sadalanan halların heç biri mövcud olmamış və onun bu haqda heç bir razılığı olmamışdır. Əks halda o, müqavilənin müddətli bağlanmasına qətiyyən razı olmazdı və bu barədə məlumat əldə etmək üçün xx.xx.2024-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzinə müraciət etməzdi. Eləcə də həmin ərizədə göstərilir ki, “Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçı müəssisəmizdə cəmi 10-12 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur.” Qeyd edir ki, bu hissədə isə cavabdeh tərəf özü də fərqinə varmadan dolayısı yolla xx.xx.2024-cü il tarxindən etibarən onun bir daha iş yerinə buraxılmamasını və onun telefon zənglərinə cavab verməməsini təsdiq edir. Əks halda onunla əmək münasibətlərinə AR ƏM-in mövcud olmayan 68.2.”b” maddəsi ilə deyil, Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş olardı. Bütün bunlardan əlavə, xx.xx.2024-cü il tarixində K.Eldəniz tərəfindən məhkəməyə təqdim edilmiş, hansı əlifba ilə və yaxud hansı heroqriflə yazıldığını, həmçinin nə barədə olduğunu müəyyən etməyin çox çətin olduğu ərizədən və məhkəmə iclasında nümayiş etdirdiyi davranışından aydın görünür ki özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim edən X8 elementar ibtidai sinif təhsilinə belə malik deyildir. Həmçinin xx.xx.2024-cü il tarixli ərizənin mətni üçüncü şəxsin adından yazılması da onu göstərir ki, o, kənardan idarə olunur və bu səbəbdən də həmin ərizədə qeyd edilənlər heç bir halda həqiqət kimi qiymətləndirilə bilməz. 16.İddiaçı yazılı izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh MMC-ni təmsil edən, həmin təşkilatın direktoru X8 hər iclasda və onun üçün protokoldan kənar yaradılmış fürsətdən sui-istifadə edərək onun yerlilərindən söhbət salaraq məhkəmənin nəzərində əvvəlcədən onun şəxsiyyəti haqqında mənfi fikir formalaşdırmağa çalışır. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd etmişdir ki, “02 fevral 2024-cü il tarixində Kişiyev Eldəniz onu öz yanına çağıraraq bildirdi ki, idarə etdiyin avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi baş verərsə, o, məsuliyyətdən yaxa qurtara bilməz, ona görə də ərizə yaz öz xahişinlə işdən çıx. Onun tələbinin qanunsuz olduğunu bildirərək ərizə yazmaqdan imtina etmiş, bu zaman o, həddindən artıq əsəbləşərək ona bildirmişdir ki, əgər ağsaqqal olmasaydı onunla başqa cür danışardı. Ya öz xoşunla ərizə yaz, ya da bir daha bu şirkətin ərazisinə ayaq basma, əks halda ona görə yerlilərini də işdən çıxaracaq. Həmin tarixdən etibarən onu bir daha iş yerinə buraxmamışlar, E.Kişiyev onun telefonuna da cavab verməmişdir.” xx.xx.2024-cü il tarixində keçirilən hazırlıq iclasında, o, şahid qismində onun üzünə durdurmaq üçün yerliləri olduqlarına görə işdən qovduracağı ilə təhdid etdiyi Vasif Xudiyevi və soyadını bilmədiyi Əvəzi də məhkəməyə gətirmişdi. xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etdiyi cavabdehin dəlillərinə etiraz haqqında ərizədə də qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində Kişiyev Eldənizin qanunsuz tələbinə etiraz edərək ərizə yazmaqdan imtina etdiyinə görə, onun tələbi ilə X13 açıq şəkildə dəstəkləmişlər və Vasif onun xoşuna gəlmək üçün yaxasından tutaraq bildirmişdir ki, “oğraşlıq eləmə, sənə görə bizi də işdən qovacaqlar, birərizə yazmaq nədir ki onu yazmaq istəmirsən?” Kişiyev Eldənizin onun yerliləri adlandırdığı X16 MR-in Culfa rayonunun səhv etmirəmsə Ərəfsə kəndindəndir, sadəcə olaraq hər ikisi Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 3 saylı hərbi şəhərcikdə yaşayırlar, əvvəllər onunla şəxsi tanışlığı və ya hər hansı yaxın bir münasibəti olmamışdır. Soyadını bilmədiyi Əvəz isə Ermənistanın Meqri rayonunun onun doğulduğu kəndlə qonşu olan Aldərə kəndindəndir. Onların kənddə Azərbaycan dilində tam orta məktəb olmadığı üçün sadəcə olaraq 4 il onunla eyni məktəbdə başqa-başqa siniflərdə oxumuşlar. Əvvəllər onunla da şəxsi tanışlığı və ya hər hansı yaxın bir münasibəti olmamışdır. Cavabdeh MMC-də “söz sahibi” olanların hamısı Azərbaycanın cənub bölgəsindəndir. İşdə olan əmək müqavilələrindən də görünür ki, Cavabdeh MMCnin direktoru tərəfindən sürücü vəzifəsində işə götürülən X9 və X1 Eldənizin doğulduğu Masallı rayonunun Göyəçöl kəndindəndirlər. Bu halda istər-istəməz belə bir sual yaranır ki, əcaba Cavabdeh MMC-nin direktoru Kişiyev Eldənizin fikrincə onlar onunla yerli deyil, başqa-başqa planetlərinmi sakinləridirlər? Buradan isə tam haqlı olaraq belə bir nəticəyə çıxarmaq olar ki, Azərbaycanın Masallı rayonunun Bədəlan kəndində doğulmuş Kişiyev Eldəniz özünü yalnız Cavabdeh MMC-nin direktoru deyil, həm də seperatçı Əlikram Hümbətovun sərsəm ideyalarının davamçısı olaraq xəyallarında yaratdığı “Talış-Muğan Respublikasının” vətəndaşı hesab edir. 17.İddiaçı iddia tələbinin mahiyyəti haqqında yazılı izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 19 yanvar 2024-cü il tarixindən "xxxx" MMC-də “Kamaz 54115” markalı **-AG- *** nömrə nişanlı yarımqoşqulu avtomobildə işləməyə başlamışdır. Bəzən Bakı şəhəri ərazisindən kənarda yerləşən obyektlərə yük aparmaq, yaxud həmin obyektlərdən yük götürmək lazım olanda saat 06:00-da, Lökbatan qəsəbəsində vaqondan yük boşaltmaq lazım olanda isə 14:00-da işə çıxır və hər iki halda ertəsi gün saat 06:00-a qədər işdə olurdu. Onun idarə etdiyi avtomobil digərlərindən fərqli olaraq istismara tam yararsız vəziyyətdə olduğu üçün tez-tez xarab olaraq yüklə birlikdə yolun hərəkət hissəsində qaldığından digər hərəkət iştirakçılarının narazılığına səbəb olurdu. Kişiyev Eldənizdən bir neçə dəfə avtomobilin əsaslı təmir etdirilməsini xahiş etmiş, lakin o, bildirmişdir ki, “onun yerinə şirkətə yeni avtomobil gətiriləcək, bu səbəbdən də həmin avtomobilin təmir etdirilməsi maliyyə cəhətdən sərfəli deyil. Hələlik bu vəziyyətdə idarə et, yox əgər həmin avtomobildə işləmək sərf etmirsə ərizə yaz, işdən çıx”. 02 fevral 2024-cü il tarixində Kişiyev Eldəniz ona bildirmişdir ki, “onun idarə etdiyi avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi baş versə, o, məsuliyyətdən yaxa qurtara bilməz, ona görə də ərizə yaz öz xahişinlə işdən çıx. Onun tələbinin qanunsuz olduğunu bildirərək ərizə yazmaqdan imtina etmiş, bu zaman o, həddindən artıq əsəbləşərək ona bildirdi ki, əgər ağsaqqal olmasaydı onunla başqa cür danışardı. Ya öz xoşunla ərizə yaz, ya da bir daha bu şirkətin ərazisinə ayaq basma, əks halda ona görə yerlilərini də işdən çıxaracaq”. Həmin tarixdən etibarən onu bir daha iş yerinə buraxmamışlar, E.Kişiyev onun telefonuna da cavab verməmişdir. xx.xx.2024-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş, oradan aldığı sənədlərdən ona məlum olmuşdur ki, onun razılığı olmadan Cavabdeh MMC ilə onun arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Mübahisənin sülh yolu ilə ilə həll edilməsi üçün 05 fevral 2024-ci il tarixində Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf xx.xx.2024-cü il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. Həmin tarixdə Paşa Bankdan aldığı çıxarışdan müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixində onun maaş kartına son haqq hesab olaraq 567,93 manat pul köçürülmüşdür. Bunu aydınlaşdırmaq üçün 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Oradan ona təqdim olunan 04 mart 2024 tarixli 3-17-7/2-T-12486/2024 №-li arayışda isə göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” sisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixində yenidən 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və əldə etdiyi Sosial Arayışdan ona məlum olmuşdur ki, Cavabdeh MMC ilə onun arasında olan xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, mənə isə bu barədə heç bir məlumat verilməmişdir. İşdə olan, sürücülərlə bağlanmış əmək müqavilələrinin məzmunundan görünür ki, əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş və həmin müqavilələrin 2.3. hissəsində göstərilmişdir ki “Bu əmək müqaviləsi “47.ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Az. Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə 1 ay müddətinə bağlanmışdır.” Onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilib, bundan 19 gün əvvəl, xx.xx.2024-cü il tarixdə “AR Əmək Məcəlləsinin 43 - 45-ci maddələrinin tələblərinin pozulması və hədə-qorxu gəlməklə işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilmə” mübahisə predmeti barədə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Cavabdeh MMC-nin direktoru X8 xx.xx.2024-cü və xx.xx.2024-cü tarixlərində ərizə ilə məhkəməyə müraciət edərək əlavə sübutların təqdim edilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etsə də, məhkəməyə iddia tələbinin əsasını təşkil edən dəlilləri inkar edən heç bir sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın tam həcmdə təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 18.Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 aprel 2024-cü il tarixli, 2(001)-2772/2024 saylı qətnaməsi ilə (hakim-Fərid Hətəmzadə) iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı gecə vaxtı 54 saat müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu və 25(iyirmi beş) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 19.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsində onun 1 ay müddətində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) bağlanmış olduğu göstərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi əsası ilə) xitam verilmişdir. Hazırda iddiaçı bildirir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz olduğundan, işə bərpa edilməli, məcburi işburaxmaya görə, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmuş, həmin müddət qurtardığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 20.Mübahisə ilə bağlı məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd olunmuş və müqavilənin 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər bağlandığı göstərilmiş və işçi həmin müqaviləni imzalamışdır. Başqa sözlə tərəflər öz iradələri ilə əmək müqaviləsini 1 ay müddətinə bağlamışlar və işçi əmək fəaliyyətinə başlamışdır. Tərəflər arasında bağlanmıış əmək müqaviləsinə müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının onun öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası əsassızdır. 21.Məhəmə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 22.Məhkəmə iddiaçının “xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməsinə” dair iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatının həftənin bazar ertəsi –cümə günləri 09:00-dan saat 17:00-a qədər, şənbə günü isə saat 09:00-dan 15:00-a, nahar fasiləsinin 13:00-14:00-a qədər, istirahət günlərinin isə hər həftənin bazar günləri olduğu qeyd edilsə də, işçinin yerinə yetirdiyi işin xarakteri ilə əlaqədar olaraq, yəni yük avtomobillərinin Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edildiyindən, işçi gecə vaxtı işləmiş və bu faktı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Lakin əmək müqaviləsi bağlanarkən bu xüsusat nəzərə alınmamış, işçinin iş saatları gündüz vaxtı qeyd edilmiş və gecə vaxtı işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı şərt göstərilməmişdir. Halbuki, gecə vaxtı yerinə yetirilən işlərlə əlaqədar əmək haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya gecə yerinə yetirilən işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq hesablanmalıdır. Lakin iddiaçı iddia tələbində həmin əlavə haqqın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmasını xahiş etsə də, əmək müqaviləsinin 2.4-cü bəndində işçinin xx.xx.2024-cü il tarixdə işə başladığı qeyd edilmiş və iddiaçı tərəfindən işə xx.xx.2024-cü il tarixdə işə başlamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 25-26 yanvar və 29 yanvar-02 fevral 2024-cü il tarixləri həftənin bazar ertəsi-cümə günlərinə təsadüf etdiyindən həmin günlər iş saatının əmək müqaviləsində 7 saat , 27 yanvar 2024-cü il tarixi isə şənbə günü olduğu üçün həmin günün isə iş saatının əmək müqaviləsində 5 saat olması nəzərə alınaraq, işçiyə gecə vaxtı 54 saat (7 gün x 7 saat + 1 gün x 5 saat= 54 saat) müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarifə(vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsi Cavabdehnə həvalə edilməlidir. 23.Məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan onun tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2 və 4-cühissəsi; Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 44, 45.1, 47, 68.1, 68.2, 73.1, 97.1, 154, 166-cı; “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,217.4, 107, 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsini, iddianın tam həcmdə təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş dövlət rüsumunun qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onunla əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixdən 19 gün əvvəl, xx.xx.2024-cü il tarixdə “AR Əmək Məcəlləsinin 43-45-ci maddələrinin tələblərinin pozulması və hədə-qorxu gəlməklə işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilmə” mübahisə predmeti barədə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İşin 31 və 72-ci vərəqlərində olan ərizələrdən görünür ki, Cavabdeh MMC-nin direktoru xx.xx.2024-cü və xx.xx.2024-cü tarixlərində məhkəməyə müraciət edərək əlavə sübutların təqdim edilməsi üçün iclasın təxirə salınmasını xahiş etsə də, iddiaçının adına yazılmış yol vərəqələrini və iddia tələbinin əsasını təşkil edən dəlilləri inkar edən bir sübutu məhkəməyə təqdim etməmişdir. İşin 56-63 və 64-71-ci vərəqlərində olan əmək müqavilələrindən görünür ki, Cavabdeh MMC-nin direktoru Kişiyev Eldəniz iddiaçını işə dəvət etdiyi tarixdən bir ay əvvəl -xx.xx.2023-cü il tarixində və onunla əmək müqaviləsinə xitam verildiyi tarixdən bir ay dörd gün sonra-xx.xx.2024-cü il tarixində digər sürücülərlə də bir müddətinə əmək müdavilələri bağlanmışdır, lakin həmin müqavilələrin müddəti bitməsinə baxmayaraq onlara xitam verilməmişdir, onlar bu gün də həmin şirkətdə işləyirlər və onlara təhkimolunmuş avtomobillər də saz vəziyyətdədir. Buradan aydın görünür ki, Cavabdeh MMC-nin direktoru iddiaçının idarə etdiyi avtomobil nasaz vəziyyətdə olduğundan onu təmir etdrməkdən yayınmaq üçün əmək münasibətlərinə xitam vermişdir. Halbuki ARƏM-in 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən işəgötürən, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olmasınıtəmin etməlidir. Məhkəmə işə həddindən artıq səhlənkar yanaşaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, işdə olan sübutları obyektiv şəkildə araşdırmamış, həmin sübutların mətnlərini təhrif etmiş, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, maddi hüquq normalarının kobud şəkildə pozulmasına yol verərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Müqavilənin 4.16-cı bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərzindəisə 40 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır. İş vaxtının rejimi barədə:Həftənin bazar ertəsi–cümə günləri iş başlayır 09:00, bitir 17:00, şənbə günü iş başlayır 09:00 bitir 15:00. Nahar fasiləsi 13:00-14:00. İstirahət günləri hər həftənin bazar günləridir.” Həmin məlumatların haradan götürüldüyü ona məlum deyil. Lakin həmin məlumatların doğru olduğunu qəbul etsək belə, yenə də ziddiyyət yaranır. Belə ki, adi riyazi hesablamaya görə iş iş vaxtının cəminin həftədə 40 deyil, 46 saat olduğu müəyyən edilir. (bazar ertəsi – cümə günləri 5x8 saat + şənbə günü 6 saat = 46 saat.) Cavabdeh tərəfin də etiraf etdiyi kimi, sürücülər həftənin bazar ertəsi – şənbə günləri faktiki olaraq hər gün ən azı saat 22:00-dan ertəsi gün saat 06:00-a qədər işdə olurlar. Halbuki AR ƏM-in 89-cu maddəsinin 3-cü hissəsi ilə təsbit olunmuşdur ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Qətnamədə həmçinin göstərilmişdir ki, “Cavabdeh tərəfindən tərtib edilmiş 01-31 yanvar 2024-cü il tarixlər üzrə ĞRB seriyalı 119833№-li yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, İddiaçı “Kamaz-54115 010-15”markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Biləcəri-Bakı və ətraf rayonlara sürməsi tapşırılmışdır.” Lakin işdə olan yol vəqəsindən də görünür ki, **-ZD-*** nömrə nişanı “Kamaz-54115 010-15” markalı avtomobilə deyil, yarımqoşquya aiddir. Qeyd edir ki, həmin yarımqoşqu mühərriki, trasmissiyası olmayan, Rusiyanın Neftekamsk şəhərində istehsal olunmuş “НЕФАЗ9334-20-01” markalıdır və yedəkçi avtomobilə qoşulmadan onu nəinki sürərək onunla harasa yük aparmaq, heç yerindən tərpətmək belə mümkün deyildir. Həmçinin onu da qeyd edir ki, 2(001)-2772/2024 işə xx.xx.2024-cü il tarixində-cümə günü baxıldığına və xx.xx.2024-xx.xx.2024-cü il tarixlər istirahət günləri olması olmasına baxmayaraq qətnamə xx.xx.2024-cü il tarixində saat 09:40-da onun elektron poçt ünvanına 2(001)-2772/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli Qətnamənin elektron kabinetə yerləşdirildiyi haqqında məlumat göndərilmişdir. Bu hal isə ona belə düşünməyə tam əsas verir ki, sözügedən qətnamə işə baxıldıqdan sonra tərtib edilməmiş, onun nəticə hissəsi əvvəlcədən hazır olmuşdur.Cavabdeh təşkilat onunla birtərəfli qaydada tərtib etdiyi müddətli əmək müqaviləsində AR ƏM-in 47-ci maddəsinin “ğ” istinad etiyi halda məhkəmə qanunun tələbini pozaraq AR Konstitusiya Məhkəməsi Plenumunun “AR ƏM-in 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-cimaddəsinin İ hissəsinə və 35cimaddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarını tətbiq etmişdir. İş materiallarında Cavabdeh MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinin bir nüsxəsini iddiaçıya verildiyini təsdiq edən hər hansı bir sübutun mövcud olmadığı halda, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müqavilənin 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər bağlandığı göstərilmiş və işçi həmin müqaviləni imzalamışdır. Başqa sözlə tərəflər öz iradələri ilə əmək müqaviləsini 1 ay müddətinə bağlamışlar və işçi əmək fəaliyyətinə başlamışdır. Halbuki, iddiaçı xx.xx.2024-cü il tarixdən deyil, faktiki olaraq xx.xx.2024-cü il tarixdən Ramil adlı digər sürücü ilə birlikdə, xx.xx.2024-cü il tarixindən isə tək işləmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin ediləsini xahiş etdi. 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, onlarda iş təhlükəli, ağır və məsuliyyətli olduğundan iddiaçı ilə əmək müqaviləsi bir ay müddətinə bağlanmışdır. Müəssisədə digər işçilərlə də, eyni analoji müqavilə bağlanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 30.35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 31.Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 32.Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 33.Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkartətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. 34.Maddə 44.Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 35.Maddə 45.1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 36.Maddə 47.İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 37.Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 38.Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 39.Maddə 73.1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 40.Maddə 97.1.Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. 41.Maddə 154.Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 42.Maddə 166.Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 43.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 46.Maddə 124.1.İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 47.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(001)-2772/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsində onun 1 ay müddətində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) bağlanmış olduğu göstərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi əsası ilə) xitam verilmişdir. Hazırda iddiaçı bildirir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz olduğundan, işə bərpa edilməli, məcburi işburaxmaya görə, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarif(vəzifə) maaşının 40 faizi həddində əlavə haqq ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmuş, həmin müddət qurtardığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 52.Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. İddiaçının qanunusuz olduğunu iddia etdiyi xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd olunmuş və müqavilənin 2.3-cü bəndində müqavilənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər bağlandığı göstərilmiş və işçi həmin müqaviləni imzalamışdır. 53.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd edilir ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. 54.Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh təşkilatda əvvəllər əmək münasibətində olmamışdır. Məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, digər işçilərlə də analoji müddətli əmək müqavilələri bağlanmışdır. Cavabdeh tərəf bunu onunla izahat edir ki, onlarda iş təhlükəli, ağır və məsuliyyətli olduğundan işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. 55.İddiaçı ilə xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsinin bağlanılması Sistem məlumatlarından aydın şəkildə görünür. Belə ki, Sistemə xx.xx.2024-ci il tarixdə daxil edilmiş X6 ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı sürücü vəzifəsində işləyir, əmək haqqı 700 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü ildir. 56.Göründüyü kimi tərəflər arasında bağlanmıış müddətli əmək müqaviləsinə müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmə iddiaçının onun öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi hissəsində iddia tələbini düzgün olaraq təmin etməmiş və bu hissədə iddiaçının dəlilləri əsaslı hesab oluna bilməz. 57.“Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməli, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə, digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilməsi və gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilməlidir. 58.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatının həftənin bazar ertəsi –cümə günləri 09:00-dan saat 17:00-a qədər, şənbə günü isə saat 09:00-dan 15:00-a, nahar fasiləsinin 13:00-14:00-a qədər, istirahət günlərinin isə hər həftənin bazar günləri olduğu qeyd edilsə də, işçinin yerinə yetirdiyi işin xarakteri ilə əlaqədar olaraq, yəni yük avtomobillərinin Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edildiyindən, işçi gecə vaxtı işləmiş və bu faktı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Lakin əmək müqaviləsi bağlanarkən bu xüsusat nəzərə alınmamış, işçinin iş saatları gündüz vaxtı qeyd edilmiş və gecə vaxtı işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı şərt göstərilməmişdir. 59.Halbuki, gecə vaxtı yerinə yetirilən işlərlə əlaqədar əmək haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilməlidir. 60.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya gecə yerinə yetirilən işin hər saatına görə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq hesablanmalıdır. Lakin iddiaçı iddia tələbində həmin əlavə haqqın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmasını xahiş etsə də, əmək müqaviləsinin 2.4-cü bəndində işçinin xx.xx.2024-cü il tarixdə işə başladığı qeyd edilmiş və iddiaçı tərəfindən işə xx.xx.2024-cü il tarixdə işə başlamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, kollegiya bu hissədə iddiaçının xx.xx.2024-cü il tarixdən işləməsi ilə bağlı dəlilini əsassız hesab edir. 61.Məhkəmə hesab etmişdir ki, 25-26 yanvar və 29 yanvar-02 fevral 2024-cü il tarixləri həftənin bazar ertəsi-cümə günlərinə təsadüf etdiyindən həmin günlər iş saatının əmək müqaviləsində 7 saat , 27 yanvar 2024-cü il tarixi isə şənbə günü olduğu üçün həmin günün isə iş saatının əmək müqaviləsində 5 saat olması nəzərə alınaraq, işçiyə gecə vaxtı 54 saat (7 gün x 7 saat + 1 gün x 5 saat= 54 saat) müddət ərzində yerinə yetirdiyi işin hər saatına görə onun saatlıq tarifə(vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanmaqla, ona ödənilməsi Cavabdehnə həvalə edilməlidir. Kollegiya bu hissədə iddiaçının iş vaxtının cəminin həftədə 40 deyil, 46 saat olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, nahar fasilələri nəzərə alınmaqla, iddiaçının həftədə iş vaxtı 40 saat təşkil etmişdir. 62.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(001)-2772/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 63.Birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumu ilə bağlı məsələ prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 66.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 67.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 68.Kollegiya hesab edir ki, apellyasiya şikayəti müdahisələndirilən hissədə təmin olunmadığından, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(001)-2772/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar